2
GİRİŞ
Nəzəri dilçiliyin obyekti və əsas problemləri. Dilçilik elminin mürəkkəb quru-
luşu olması. Konstruktiv dilçilik. Funksional dilçilik. Genetik dilçilik. Sosiolin-
qvistika. Psixolinqvistika.
Dilin mahiyyəti
İşarədən nitqədək. Dilin mənşəyinə fəlsəfi nəzər. Dil anlayışı və insan dili –
nitq anlayışı. Hərəkət, jest və mimika işarələri və dil (nitq) işarələri. Nitq və insan
fəaliyyəti. Əmək, cəmiyyət və dil. Cəmiyyətin və dilin, dilin və cəmiyyətin ictimai
əmək prosesində yaranması.
Sözlər və şeylər. Əşyanın adlandırılması problemi. Diffuz (sinkret)
səs və
üzvlərinə (səslərə) bölünən söz. Səs və siqnal. Səs və işarə.
Dil və nitq. Dilin və nitqin fərqləndirilməsi. Dil və təfəkkür dixotomiyası
(antinomiyası). Bu dixotomiyanın dil – şüur – nitq – təfəkkür tetraxotomiyası (tet-
ranomiyası) ilə əvəz edilməsinin zəruriliyi. Dilin və nitqin funksiyaları.
Dilin
funksiyaları: 1)
kommunikativ funksiya; 2)
tənzimləyici funksiya; 3) idrak (kon-
struktiv) funksiyası; 4) ictimai-tarixi təcrübəyə yiyələnmək (akkumlyativ)
funksi-
yası; 5) milli-mədəni
funksiya; 6) ekspressiv funksiya; 7) estetik funksiya; 8) ideo-
loji funksiya. Dilə yardımçı vasitələr: yazı,
mnemonik vasitələr, barmaqhesabı,
plan və xəritələr, sxem və çertyojlar, siqnallar. Nitqin funksiyaları: 1) magik (ov-
sun) funksiyası; nominativ yaxud «marka» funksiya; 3)
diakritik funksiya; 4)
Okkazional funksiya; 5) siqnal funksiyası; 6) emotiv (emotiv-volüntativ) funksiya;
7) ekspressiv funksiyası; 8) estetik funksiya; 9) etnik funksiya; 10) fətik funksiya.
Nitqə yardımçı vasitələr.