Filologiya fakültəsi



Yüklə 178,04 Kb.
Pdf görüntüsü
səhifə4/5
tarix29.10.2022
ölçüsü178,04 Kb.
#66775
1   2   3   4   5
Proqram Dil nəzəriyyəsi

 
Dil və cəmiyyət 
Dil və nitq fəaliyyəti. Nitqin psixofiziki mexanizmi. Nitqin səviyyələri: 
əsaslandırma səviyyəsi, semantik səviyyə, qrammatik səviyyə, fonetik səviyyə; 
affektiv nitq; şifahi dialoq nitqi, şifahi monoloji nitq, yazılı monoloji nitq; nitqin 
növləri.
Nitq fəaliyyətinin ictimai təbiəti. Nitqin ovsun funksiyası.
İkidillilik. Dil ictimai hadisə kimi. Dil və ictimai şüur. Dilin inkişafının 
cəmiyyətinin vəziyyətindən asılılığı: dilin inkişafına cəmiyyətin sosial təşkilinin 
təsiri; dilin inkişafına cəmiyyətin sosial diferensiasiyasının təsiri; demoqrafik 
dəyişikliklərin dilə təsiri; cəmiyyətin iqtisadi inkişafının dilə təsiri; üstqurum 
səciyyəli hadisələrin dilə təsiri; cəmiyyətin mədəni inkişafının dilə təsiri.
Dilin yaranmasında və inkişafında cəmiyyətin rolu. Dil ictimai norma kimi. 
Sistem, norma, uzus. Dil normasında seçmə, sabitlik, məcburilik və düzgünlük 
prinsipləri. Dil normasının tipləri: uzus, ədəbi dil, üslub. Dilin məhəlli və ictimai 
təbəqələnməsi. Məhəlli (ərazi) dialektləri və interdialektlər. Dilin sosial dialektləri: 
jarqon, arqo, peşə leksikası, şərti və gizli dillər.
Ədəbi dil və onun üslubları. Ədəbi dillərin tipləri. Kitab dili və danışıq dili 
(şifahi dil). Ədəbi dilin danışıq tipi: şifahi poetik üslub, məişət danışıq nitqi, dilin 
müxtəlif ictimai variantları (sosial dialektlər), sadə danışıq üslubu – şəhər koynesi, 
məhəlli dialekt, interdialekt üslubları. Ədəbi dilin kitab tipi (yazılı nitq): bədii 
üslub, elmi-kütləvi üslub, əməli üslub (kargüzarlıq üslubu), publisistik üslub və 
elmi üslub.
Dilin ictimai tipləri: qəbilə dili, xalq dili, milli dil və millətlərarası ünsiyyət 
dili. Milli dilin mənşəcə tipləri.
Sosiolinqvistikanın əsas məsələləri. Sosiolinqvistikanın predmeti: sosiolin-
qvistika və interlinqvistika, sosiolinqvistika və semiotika, sosiolinqvistika və 
psixolinqvistika, sosiolinqvistika və üslubiyyat.



Sosiolinqvistikanın metodları. Sosiolinqvistik məlumatı toplama metodları. 
Sosiolinqvistik təhlil metodları. Sosiolinqvistik təhlilin prinsipi və metodları. 
Sosiolinqvistik təhlilin prinsipi və metodları. Dil və nitq normalarının formalaş-
ması qanunauyğunluqlarının sosiolinqvistik öyrənilməsi. Sosiolinqvistikanın mü-
hüm sahələri: ümumi sosiolinqvistika, sinxron sosiolinqvistika, prospektiv sosio-
linqvistika, dilin inkişafının planlaşdırılması, dilin inkişafının proqnozlaşdırılması, 
retrospektiv sosiolinqvistika, xüsusi sosiolinqvistika, tətbiqi sosiolinqvistika
interlinqvistika, müqayisəli sosiolinqvistika.

Yüklə 178,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin