Filologiya fakültəsi



Yüklə 178,04 Kb.
Pdf görüntüsü
səhifə1/5
tarix29.10.2022
ölçüsü178,04 Kb.
#66775
  1   2   3   4   5
Proqram Dil nəzəriyyəsi



AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL NAZİRLİYİ 
BAKI DÖVLƏT UNİVERSİTETİ 
 
 
 
Filologiya fakültəsi, 
Ümumi dilçilik kafedrası 
 
 
 
 
 
Fəlsəfə doktoru proqramı
Dil nəzəriyyəsi – 5704.01 
ixtisası üzrə doktoranturaya qəbul imtahanı üçün
 
 
PROQRAM 
 
 
Kafedra müdiri:
 
filologiya elmləri doktoru, prof. Ə.Ə.Rəcəbli 
 
 
Tərtibçi:
 
 
prof. Ə.Ə.RƏCƏBLİ 
 
 
 
 
BAKI - 2017 



GİRİŞ 
 
Nəzəri dilçiliyin obyekti və əsas problemləri. Dilçilik elminin mürəkkəb quru-
luşu olması. Konstruktiv dilçilik. Funksional dilçilik. Genetik dilçilik. Sosiolin-
qvistika. Psixolinqvistika.
 
Dilin mahiyyəti 
İşarədən nitqədək. Dilin mənşəyinə fəlsəfi nəzər. Dil anlayışı və insan dili – 
nitq anlayışı. Hərəkət, jest və mimika işarələri və dil (nitq) işarələri. Nitq və insan 
fəaliyyəti. Əmək, cəmiyyət və dil. Cəmiyyətin və dilin, dilin və cəmiyyətin ictimai 
əmək prosesində yaranması.
Sözlər və şeylər. Əşyanın adlandırılması problemi. Diffuz (sinkret) səs və 
üzvlərinə (səslərə) bölünən söz. Səs və siqnal. Səs və işarə.
Dil və nitq. Dilin və nitqin fərqləndirilməsi. Dil və təfəkkür dixotomiyası 
(antinomiyası). Bu dixotomiyanın dil – şüur – nitq – təfəkkür tetraxotomiyası (tet-
ranomiyası) ilə əvəz edilməsinin zəruriliyi. Dilin və nitqin funksiyaları. Dilin 
funksiyaları: 1) kommunikativ funksiya; 2) tənzimləyici funksiya; 3) idrak (kon-
struktiv) funksiyası; 4) ictimai-tarixi təcrübəyə yiyələnmək (akkumlyativ) funksi-
yası; 5) milli-mədəni funksiya; 6) ekspressiv funksiya; 7) estetik funksiya; 8) ideo-
loji funksiya. Dilə yardımçı vasitələr: yazı, mnemonik vasitələr, barmaqhesabı, 
plan və xəritələr, sxem və çertyojlar, siqnallar. Nitqin funksiyaları: 1) magik (ov-
sun) funksiyası; nominativ yaxud «marka» funksiya; 3) diakritik funksiya; 4) 
Okkazional funksiya; 5) siqnal funksiyası; 6) emotiv (emotiv-volüntativ) funksiya; 
7) ekspressiv funksiyası; 8) estetik funksiya; 9) etnik funksiya; 10) fətik funksiya. 
Nitqə yardımçı vasitələr.

Yüklə 178,04 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin