Dilin səviyyələri. Fonoloji səviyyə. Sintaksis səviyyəsi. Leksik-semantik
səviyyə. Aralıq səviyyələr və səviyyəxarici hadisələr: morfonoloji səviyyə,
sözyaradıcılığı səviyyəsi, frazeoloji səviyyə; səviyyəxarici hadisələr.
Dil quruluşu nəzəriyyəsi. İzomorfizm nəzəriyyəsi. Səviyyələrin iyerarxiyası
nəzəriyyəsi. Linqvistik tipologiya. Dillərin qrammatik quruluşa görə tipləri:
köksözlü, aqqlütinativ, flektiv və inkorporativ dillər.
Dil və şüur Dil və şüur, dil və təfəkkür münasibətlərinin fərqləndirilməsi. Diləqədərki
təfəkkür problemi. Dil və şüur: şüura qarşı münasibətdə dilin funksiyaları; dilə
qarşı münasibətdə şüurun funksiyaları; təfəkkürə qarşı münasibətdə dilin
funksiyaları; dilə qarşı münasibətdə təfəkkürün funksiyaları. Dil və təfəkkür.
Mentalinqvistikanın əsas istiqamətləri.Dil və məntiqi təfəkkür: söz və
məfhum; söz və məfhum; cümlə və hökm; qrammatik və məntiqi kateqoriyalar.
Dil və informasiya. Dilin və təfəkkürün funksiyaları. Dilin məna tipləri: struktur dil
mənaları; informativ dil mənaları – məntiqi dil mənaları, əşya məfhumlu (koqnitiv)
dil mənaları, emosional dil mənaları və üslubi (konnotativ) dil mənaları; həqiqi və
məcazi məna.
Dilin inikas funksiyası. Formal və məzmunlu mənalar. Dil vahidləri və
kontekst. Dil nisbiliyi nəzəriyyəsi.
Psixolinqvistikanın problemləri. Psixolinqvistikanın obyekti və predmeti.
Dil nisbiliyi nəzəriyyəsi. Neyrolinqvistika. Faktlar. Problemlər: nitqin səs
quruluşunun neyrolinqvistik təhlili; nitqin məntiqi-qrammatik quruluşunun
neyrolinqvistik təhlili; rabitəli söyləmin neyrolinqvistik təhlili; nitqin praqmatik
funksiyasının neyropsixoloji təhlili.
5
Paralinqvistika. Jest və mimika. Jestin növləri: ritmik jestlər; emosional
jestlər; işarə jestləri – deykritik jestlər, təsviri jestlər və simvolik jestlər.