17
dəyişməsi
inkişaf adlanır. İnkişaf prosesinin iki əsas növünü göstərmək olar: materiyanın eyni
bır struktur təşkili səviyyəsinin hüdudları daxilində baş verən keyfiyyət dəyişmələri və bir
səviyyədən digər səviyyəyə keçidlə xarakterizə olunan keyfiyyət çevrilmələri. Birincilərə misal
olaraq ulduzların təkamülü prosesini, canlı aləmdə yeni bitki və heyvan növlərinin meydana
gəlməsini və s. gətirmək olar. Qeyri-üzvi təbiətdən canlılar aləminə və nəhayət, cəmiyyətin
təşəkkül tapmasına gətirib çıxaran inkişaf isə ikinciyə misal ola bilər. Hərəkətin əsas formaları
ən ümumi şəkildə məhz bu ikinci prosesi özündə əks etdirirlər.
Burada qısa şəkildə də olsa, hərəkət və sükunətin qarşılıqlı münasibətinə də nəzər salmaq
lazımdır. Bir halda qəbul edirik ki, obyektiv gerçəklikdə hərəkət mütləq və əbədidir, onda
sükunətdən danışmağına dəyərmi? Əgər hərəkət də varlıq və materiya kimi sonsuz, yaradılmaz
və məhv edilməzdir, onların atributudur, onda sükunət nədir? Əlbəttə: gerçəklikdəki
dəyişikliklərin ümumi axınında zəruri şərt kimi sükunət momentləri də vardır. Lakin bu sükunət
momentləri bütövlükdə varlığa deyil, müəyyən zaman daxilində təzahür edən konkret hadisə və
proseslərə aiddir, Deməli, sükunət halı varlığın ayrı-ayrı konkret təzahürlərində, ümumi ilə
müqayisədə meydana çıxır. Sükunət halında predmet öz keyfiyyət halında qalır. Cismin
sükunəti nisbidir, o, həm də varlığın, materiyanın ümumi, əbədi hərəkətində hərəkət edir.
Məkan və zaman. Dünyada mövcud olan predmet və hadisələrə müəyyən təriflərdən ölçü
anlayışını tətbiq etmək mümkündür. Bu ölçü ən müxtəlif xarakter daşıya bilər. Ölçü olaraq
cisimlərin uzunluğunu, enini, hündürlüyünü, onların həcmlərini nəzərdə tutmaq mümkündür.
Predmetlər bir-birinə nəzərən müxtəlif vəziyyətlərdə - yuxanda, aşağıda, solda, sağda və s.
yerləşə bilərlər. Cisimlərin malik olduqları bu xassə və münasibətlər
məkan kateqoriyasının
məzmununu təşkil edir.
Predmet və hadisələrin nisbi sabitliyinin, dayanaqlığının, keyfiyyət bütövlüyünün də
ölçüsü vardır. Həmin ölçü predmetin və ya prosesin mövcudluq, davametmə müddətini ifadə
edir və
sürəklik adlanır. Cisim və hadisələr nəinki öz yerləşmələrinə görə, həmçinin universal
yaranma və yox olub getmə aktlarına nəzərən də bir-biri ilə müəyyən münasibətlərdə olurlar. Bu
axırıncılar öz
əksini
"əvvəl", "sonra", "gec", "tez" və s. kimi anlayışlarda tapır. Obyekt və
proseslərin sürəkliyi və onlar arasındakı
"gec", "tez" qəbildən olan münasibətlər
zaman
Dostları ilə paylaş: