Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»


Materiyanın yeganə əsas xassəsi onun maddiliyidir



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə7/14
tarix11.11.2022
ölçüsü0,54 Mb.
#68497
1   2   3   4   5   6   7   8   9   10   ...   14
295 felsefe m N3felsefede varliq ve materiya problemi qiyabi

Materiyanın yeganə əsas xassəsi onun maddiliyidir. Bəzən maddiliklə "obyektiv reallıq" 
kateqoriyalarını eyni mənada işlədirlər. Lakin predmet və hadisələr arasında elə münasibətlər 
vardır ki, onların mövcudluğu subyektdən asılı deyildir (məsələn məkan və zaman 
münasibətləri). Materiyanın "yeganə xassəsini obyektiv reallıq" hesab etmək belə münasibətlərə 
materiya statusu vermək deməkdir. Deməli, "maddilik" təkcə obyektiv reallıqla yanaşı, 
materiyanın ən ümumilik, tükənməzlik, sonsuzluq, daim hərəkətdə olmaq, əbədilik və s. kimi 
fəlsəfi xassələrinin də olduğunu qeyd etmək olar. 


13 
Obyektiv reallıq olan materiya müxtəlif formalarda mövcuddur. Bizi əhatə edən təbiətin 
bütün formaları materiyanın konkret təzahürləridir. Materiyanın fəlsəfi anlayışı duyğu ilə 
qavranılan şeylərin, materiyanın konkret formalarının müxtəlif keyfiyyət fərqlərindən sərfnəzər 
edərək aləmin ayrı-ayrı predmet və hadisələrinə xas olan ümumi xassəni əks etdirir. 
Müxtəlif predmet və hadisələrin, o cümlədən materiya tərifinin əhatə etdiyi ictimai 
proseslər və münasibətlərin həmin ümumi xassəsi onların hamısının obyektiv reallıq kimi 
mövcud olması
xassəsidir. Materiyanın fəlsəfi anlayışı da obyektiv reallığı, insan şüurundan 
xaricdə və ondan asılı olmadan mövcud olan hər şeyi ifadə edir. 
Özlərinin ideya sələfi olan C.Berklinin ardınca materiya anlayışını qovub fəlsəfədən 
çıxarmağı öz qarşılarına məqsəd qoyan maxist fiziklər materiyanın təşkil olunduğu elektronların 
və hansı başqa zərrəciklərin reallığını rədd edirdilər. Atom və elektronları bilavasitə görməyin, 
duymağın mümkün olmamasından Max belə nəticə çıxarırdı ki, onlar real olmayıb yalnız fikri 
şeylərdir. Max və onun tərəfdarları maddi aləm haqqında biliklərimizin mənbəyi olan duyğuları 
mövcudluğun əsasına qoyaraq, duyğularda verilməyi obyektiv surətdə mövcud olmağın yeganə 
və zəruri meyarı sayırdılar. Halbuki materiyaya "bizə duyğularımızda verilmiş obyektiv reallıq" 
kimi verilən tərifin mahiyyətini başa düşməyərək ondan duyğularımızda verilməyin materiyanın 
mütləq şərti, zəruri meyarı olması nəticəsini çıxartmaq üçün heç bir əsas yoxdur. Həmin tərifin 
mahiyyəti bundan ibarətdir ki, materiya şüurumuzdan asılı olmadan mövcuddur və eyni 
zamanda idrakın başlanğıc momenti, ilk mənbəyi olmaqla duyğularımızla dərkediləndir. 
Deməli, həmin tərif yuxarıda qeyd etdiyimiz kimi, fəlsəfənin əsas məsələsinin hər iki-həm 
ontoloji, həm da qnoseoloji tərəflərinin vəhdətini əks etdirir. 
Deyilənlərə yekun vuraraq materiya anlayışına verilən tərifin belə bir ümumi cəhətini də 
qeyd edək ki, o, fəlsəfənin yerinə yetirdiyi ontoloji, məntiqi, qnoseoloji, dünyagörüşü
metodoloji funksiyaların vəhdət halında tətbiq olunması nümunəsi kimi çıxış edir. Məsələn, 
materiyaya obyektiv reallıq kimi tərif verdikdə onun ontoloji aspekti, materiyanı obyektiv 
reallığı göstərməkdən ötrü işlənən fəlsəfi kateqoriya kimi ifadə edərkən onun məntiqi aspekti 
qeyd olunmuşdur. Bunlardan başqa həmin tərif çox böyük dünyagörüşü və metodoloji 
əhəmiyyətə də malikdir. Bununla da həmin tərifdə fəlsəfənin bütün funksiyaları onların 
vəhdətində realizə olunmuşdur. 
Müasir elm getdikcə daha artıq dərəcədə təsdiq edir ki, materiya öz təzahürlərinə görə son 
dərəcə müxtəlifdir. Tarixi inkişaf baxımından materiyanın üç səviyyəsini, növünü, yaxud 

Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin