Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»


mövcud olan və duyğularımızla surəti alınan, şəkli alınan, əks olunan obyektiv reallığı



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə6/14
tarix11.11.2022
ölçüsü0,54 Mb.
#68497
1   2   3   4   5   6   7   8   9   ...   14
295 felsefe m N3felsefede varliq ve materiya problemi qiyabi

mövcud olan və duyğularımızla surəti alınan, şəkli alınan, əks olunan obyektiv reallığı 
göstərmək üçün fəlsəfi bir kateqoriyadır. 
Materiyanın bu tərifi fəlsəfənin əsas məsələsinin hər iki ontoloji və qnoseoloji tərəflərinin 
materialistcəsinə həllini əks etdirən aşağıdakı müddəalara əsaslanır: 
a) materiya insan şüurundan xaricdə və ondan asılı olmadan mövcud olan obyektiv 
reallıqdır; 
b) obyektiv reallıq olan materiya hiss üzvlərimizə təsir edərək duyğularımızda əks olunur, 
yəni o, dərkediləndir. 
Bununla da həmin tərif öz məzmununa görə xarici aləmin obyektiv reallığını və şüura 
nəzərən birinciliyini rədd edən həm obyektiv, həm subyektiv idealizmə, eyni zamanda materiya 
və şüuru bir-birindən asılı olmayan müstəqil substansiyalar sayan dualizmə, həm də dünyanın 
dərkedilənliyini inkar edən aqnostisizmə qarşı yönəlmişdir. 
Materiyanın bəhs etdiyimiz tərifi gördüyümüz kimi, son dərəcə geniş olub özlüyündə 
materiyanın bütün məlum formalarını, habelə hələlik məlum olmayan, lakin dünyanın sonsuz 
dərk olunması prosesində kəşf oluna bilən bütün formalarını əhatə edir. 
Qeyd etmək lazımdır ki, müasir fəlsəfədə də materiya qədim fəlsəfədə olduğu kimi, 
dünyanın substansional əsası kimi səciyyələndirilir. Lakin bu zaman iki momenti nəzərdə 
tutmaq lazımdır. Əvvəla, materiya substansiya olmaq etibarilə bütün maddi törəmələrin əsası 
kimi çıxış etsə də, bu, artıq qədim filosofların qəbul etdikləri dünyanın dəyişməz, mütləq əsası 
olmayıb nisbidir. İkincisi, bu substansionallıq əlaməti materiyanın tərifinə daxil edilən 
"obyektiv reallıq olmaq" xassəsi ilə üzvi əlaqədədir. Materiyanın şüura nəzərən birinciliyinin və 
onun mövcudluğunun şüurdan asılı olmamasının qəbul edilməsi materiyanın substansiya kimi 
səciyyələndirilməsini fərz edir. Bu sonuncusu əsas qnoseoloji məsələ daxilində materiya və 
şüurun bir-birinə qarşı qoyulmasının nisbiliyini aşkara çıxararaq göstərir ki, həmin əksliyin 
yalnız çox məhdud bir hüdud daxilində mütləq əhəmiyyəti vardır: burada onun əhəmiyyəti 
yalnız onlardan hansının birinci və hansının ikinci götürülməsi kimi əsas qnoseoloji məsələ 
dairəsindədir. Bu dairədən kənarda məlum olur ki, onların hər ikisi mövcuddur. 
Fəlsəfi kateqoriya kimi materiya anlayışı onun haqqındakı təbii-elmi təsəvvürlərlə əlaqədar 
olsa da, ondan əsaslı surətdə fərqlənir. Materiyanın fəlsəfi anlayışı öz əhatə dairəsinə görə onun 
haqqındakı təbii-elmi təsəvvürlərdən daha geniş olub, sonuncular inkişaf etdikcə daha da 
zənginləşir. Lakin bu anlayış daha geniş və ümumi olduğundan idrakın inkişafı gedişində əsaslı 
dəyişikliklərə məruz qalan, bəzən hətta aradan qalxaraq yeniləri ilə əvəz olunan təbii-elmi 
təsəvvürlərdən fərqli olaraq heç vaxt kökündən dağılaraq aradan qalxmır. Buna görə də 
materiyanın fəlsəfi anlayışını qətiyyən onun haqqındakı konkret təsəvvürlərlə eyniləşdirmək 
olmaz. Çünki bunlar fəlsəfi və təbii-elmi kimi iki müxtəlif məsələdir və onların eyniləşdirilməsi 


12 
XIX-XX əsrlərin qovşağında olduğu kimi, materiya anlayışına qarşı mübarizəsində idealizmə 
əsas verir. 
Məlum olduğu kimi, materiyaya mexaniki-metafizik baxış XIX əsrin sonunadək öz hakim 
mövqeyini saxiamışdı. Doğrudur, XIX əsrin son rübündə bəzi təbiətşünaslar (rus kimyaçısı
D.İ. Mendeleyev, ingilis alimləri V.Kruks və E.Rezerford) atomu nə isə dəyişməz, əbədi və ən 
sadə bir şey, materiyanın "bölünməz" və "sonuncu" hissəciyi sayan hakim fikrə şərik olmayaraq 
onun mürəkkəbliyini söyləmişdilər. F.Engels də 80-ci illərdə atomun mürəkkəbliyi fikrinə şərik 
çıxaraq yazırdı:"... atomlar heç də bəsit bir şey deyildir. Maddənin bizə məlum olan, 
ümumiyyətlə, ən kiçik hissəciyi deyildir". Bununla belə materiyaya metafizik baxış XIX əsrin 
sonlarınadək davam etmişdir. 
Yalnız XIX əsrin sonlarında fizikadakı bir sıra kəşflər, xüsusilə radioaktivliyin (1896) və 
elektronun kəşfi (1897) sayəsində atomun mürəkkəbliyi və dəyişkənliyi, bir kimyəvi elementin 
atomunun digər elementin atomuna çevrilənliyi aşkar edildi. Məlum oldu ki, atomlar daha 
kiçicik materiya hissəciklərindən təşkil olunmuş mürəkkəb sistemlərdir. Bu kəşflərin 
mahiyyətini başa düşməyən və materiyanın fəlsəfi anlayışını onun haqqındakı təbii-elmi 
təsəvvürlərlə eyniləşdirən maxistlər "fiziki" idealizm mövqeyindən çıxış edərək həmin 
təsəvvürlərin aradan qalxmasını materiyanın özünün aradan qalxaraq "yox olması " kimi izah 
etdilər. Bu, maxistlərin materiyanın fəlsəfi anlayışı ilə onun haqqındakı təbii-elmi təsəvvürlərin 
münasibətini anlamadıqlarını göstərir. Yalnız fəlsəfə üçün deyil, həm də fizika və bütövlükdə 
təbii-elmi idrak üçün mühüm metodoloji əhəmiyyəti olan bu məsələni ancaq dialektikanın 
tətbiqi əsasında aydınlaşdırmaq mümkündür. Həmin məsələyə dialektikcəsinə yanaşdıqda aydın 
olur ki, dünyanın hər bir konkret, elmi (mexaniki, elektromaqnit, kvant-mexaniki və s.) 
mənzərəsində bir-birilə bağlı olan iki cəhət vardır: təbii-elmi və fəlsəfi. Materiyanın quruluşu və 
xassələri haqqında təbii-elmi nəzəriyyələr maddi cisimlərin quruluşu, onların hərəkət formaları, 
qarşılıqlı təsirləri haqqında təsəvvürləri ilə, bu maddi obyektlərə, nə kimi konkret fiziki və 
kimyəvi xassələr isnad verilməsi ilə fərqlənir. Materiya haqqında nəzəriyyənin fəlsəfi cəhətinə 
gəldikdə isə o, fiziki məzmunca müxtəlif olmasına baxmayaraq, fiziki aləmin maddiliyinin, 
obyektivliyinin qəbul olunması ilə bağlıdır. 

Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin