24
cənnət Vedibasarda keçirmiş, mənəvi aləmini zənginləşdirmiş,
təbiətin gözəlliklərindən zövq almışdır. Kafiq qalası, Görsən
dağları,
soyuq bulaqlar, şır-şır axan çaylar, al-yaşıl geyinmiş
bağlar-bağatlar, nərgizli, bənövşəli, yasəmənli tarlalar,
çəmənliklər, Dədə Qorqud keçən
müqəddəs yerlər Fərman
Kərimzadəni təbiətin vurğunu etmişdir. İnsan qəlbini təlatümə
gətirən bu yerlər, cənnətməkanlar F.Kərimzadənin bədii-estetik
zövqünün zənginləşməsində müstəsna rol oynamışdır.
I aparıcı: - Fərman Kərimzadə alovlu qəlbinin arzu və
istəklərini poetik dillə ifadə etmişdir.
Gördüyüm iş əbədiymiş, dərinmiş,
Bu qayalar Qorqud nəğmələriymiş
Pərdəsi daş, qundağı daş, simi daş,
Bu tamburu çalan lazım, a qardaş.
Vətən niskili, yazılmamış sənət inciləri, deyilməmiş publisist
sözləri qəlbində qalan Fərman
Kərimzadə doğma ata-baba
yurdu Vedi həsrətilə dünyasını dəyişmişdir. Xalq şairi Səməd
Vurğun gözəl demişdir ki,
vətəninin, elinin qədrini bilən,
sevərək yaşayan, sevilərək dünyasını dəyişən sənətkarlar
ölmürlər, zəngin bədii irsilə əbədi yaşayırlar. Fərman
Kərimzadə ölümsüzlüyün zirvəsinə ucalan və milyonların
qəlbində əbədi yaşayan sənətkardır.
Dostları ilə paylaş: