F. Köçərli adına Respublika Uşaq Kitabxanası Xalqa aşırımın o üzündəki həqiqəti



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə12/16
tarix13.11.2022
ölçüsü0,7 Mb.
#68897
növüYazı
1   ...   8   9   10   11   12   13   14   15   16
II aparıcı: - Fərman Kərimzadə maraqlı yazıçı olduğu kimi
həyatda da özünəməxsus insan idi. Bütün ağlı, insanlığı, 
mənəvi gözəlliyi ilə Allah onu xoşbəxt yaratmışdı. Amma bu 
xoşbəxtliyin içində kənardan heç kəsin görmədiyi, duymadığı 
bir dərd vardı... Yurd həsrəti, vətən dərdi. 
I aparıcı: - Doğrudan da, Fərman Kərimzadənin ədəbi taleyi 
ilə şəxsi taleyi arasında qəribə bir oxşarlıq vardı. Əsrlər boyu 
xalqının başına gələn dərdlər, faciələr, bəlalar onun da 
taleyindən yan keçməmişdi. XX əsrdə ən faciəli tarixini 
yaşayan Vedi və vedililər dəfələrlə məkrli erməni siyasətinin 


25 
qurbanı olub, deportasiyaya məruz qalıb. 1948-ci ildə başlanan 
deportasiyada onun da nəsli, el-obası sürgünlərə, səs-küysüz 
soyqırımlara düçar oldu. Fərman Kərimzadə də bu taleyi 
yaşadı. Ancaq illər keçsə də Vedini unuda bilmədi. Ağrı 
dağının ağrılarını ürəyində daşıdı. 1988-1989-cu illərdə 
Vedinin qara günləri yenidən başladı. Bu dəfə dərd batmanla 
gəldi. Bu dəfə Vedidə bir nəfər də azərbaycanlı qalmadı.
II aparıcı: - Fərman Kərimzadə vətənini çox sevirdi. Bu özgə 
bir sevgi idi. Bəlkə ona görə də xalqının başına gələn 
fəlakətlərin kökünü keçmişdə axtarırdı. O illərdə Fərman 
Kərimzadə Vedibasarın sözə qarışıb qələmlə döyüşən 
sərkərdəsi, başındakı tüstü-dumanı ilə elə bil Ağrı dağının özü 
idi. Vedinin adı çəkilən kimi gözündə yaş gilələnir, dilindənsə 
ürəkləri titrədən bayatı qopurdu: 
Vedinin yanı dağlar, 
Ürəyi, canı dağlar,
Burda bir el var idi,
Siz deyin, hanı dağlar?! 
Çox az adam bilir ki, bu bayatının müəllifi Fərman Kərimzadəd
ir. O, yazıçı olmamışdan əvvəl rəssam idi.
I aparıcı: - Hanı qəbirlərin, Sarı Dolama? 
Onlar ki, əbədi yatmalıydılar. 
Hər vaxt yuxumuzda minib atlara 
İqlimdən-iqlimə çapmalıydılar.

Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin