17
Hüseyn Lələ: - Rüstəm Mirzə uşaqları
orda təntənə ilə
qarşılamaq istəyir. Oradan da Ərdəbilə qayıdacağıq.
Tamaşanın sonunda iştirakçılar baş əyib səhnədən ayrılırlar.
Kitabxanaçı “Çaldıran döyüşü” kitabını götürüb icmalı davam
etdirir.
Kitabxanaçı: -
”
Xudafərin körpüsü” dilogiyasının ikinci
kitabı
“Çaldıran döyüşü” adlanır. Yazıçının “Çaldıran
döyüşü” romanı görkəmli dövlət xadimi, sərkərdə və şair,
ulu tariximizdə xüsusi yeri olan Şah İsmayıl
Xətainin
həyatından, çoxcəhətli ictimai fəaliyyətindən bəhs edən
“Xudafərin körpüsü” dilogiyasının ikinci hissəsidir. Siyasət
meydanına yenicə qədəm qoyan Şah İsmayılın vahid və
qüdrətli Azərbaycan uğrunda apardığı
gərgin mübarizələr,
ağıllı dövlət xadiminin mədəniyyətin və sənətin yüksəlməsinə
göstərdiyi qayğı, xalqımızın orta əsr məişət tərzi romanın əsas
mövzusudur. Bu romanda Şah İsmayıl Xətai müdrik dövlət
xadimi, qayğıkeş sərkərdə, istedadlı şair kimi göstərilir.
Romanda hadisələrin reallığı, qəhrəmanların
mübarizliyi,
vətənpərvərliyi, insana hörmət və məhəbbət çox təsirli qələmə
alınmışdır. Şah İsmayılın məqsədi Azərbaycanı birləşdirmək,
onun ərazi bütövlüyünü, dilini müdafiə etməkdən ibarət
olmuşdur.
Sonra kitabxanaçı oxuculara “Təbriz namusu” və “Qoca
qartalın ölümü” kitabları haqqında məlumat verir.
Ömrünün son illərində F.Kərimzadə
daha iki tarixi roman
yazıb -
”Təbriz namusu” və
“Qoca qartalın ölümü”.
Kərbəlayı İsmayıl - Abbasqulu bəy, Qəmlo, Talıbov dövrünün
təsviri canlı yaddaş və xatirələrdən gəlirdi. Şah İsmayıl
dövrünün təsviri isə oxuduğu mənbələrdən və böyük
hökmdarın poeziyasından əxz olunmuşdu. ”Təbriz namusu”nda
isə F.Kərimzadə XIII-XIV əsrlərə gedib çıxır. Başlıca mənbə
orta əsr tarixçisi Fəzlullah Rəşidəddinin əsəridir. Bu əsərdə
Elxani hökmdarlarının dövrü təsvir olunur və F.Kərimzadə də
18
bu nöqtədə tarixçi ilə birgə hərəkət edir. Lakin yzıçı
tarixi
hadisələri və şəxsiyyətləri bədiilik meyarı ilə təsvir etmişdir.
F.Kərimzadənin sonuncu tarixi romanı
“Qoca qartalın
ölümü” idi. Bu romanda XVIII əsrdə baş verən hadisələr öz
əksini tapır. Bu romanda da tarixi mənbələrin təsiri hiss olunur
(xüsusilə “Qarabağnamə”lər), ancaq burada da tarixi həqiqətlə
bədii həqiqət bir-birini tamamlayır. Qoca qartal simvolik
obrazdır- yazıçı rus imperiyasına işarə edir. O ölürsə də, yeni,
cavan qartallar səmaya uçur və beləliklə, rus imperiyasının
işğalçılıq siyasəti davam edir. İkiyə bölünmüş
Azərbaycandan
sonra yeni ölkələr, məmləkətlər fəth edilir, çarı Qırmızı
imperiya əvəz edir. Fərman Kərimzadənin Qarabağ xanlığının
tarixinə həsr etdiyi “Qoca qartalın ölümü” romanı uzun illər
apardığı səmərəli axtarışların məhsuludur. Müəllif romanı
1988-ci ildə Yaltada yazmış, əsər 1991-ci ildə çap olunmuşdur.
Romandakı hadisələr Qarabağda cərəyan edir, əsərdə Qarabağ
xanlığı haqqında tarixi mənbələr əsasında maraqlı
məlumatlar
verilir.
Kitabxananın oxu zalında yuxarı sinif uşaqları ilə Fərman
Kərimzadənin M.Ə.Sabir haqqında yazdığı “Tutdum orucu
irəmazanda”, “Hop-hop” adlı hekayələrini müzakirə etmək, bu
hekayələrdən bəhs edən sual-cavab gecəsi hazırlamaq olar.
Həmçinin oxucularımızın Fərman Kərimzadə haqqında olan
fikirlərini öyrənmək məqsədilə anket sorğularının keçirilməsi
məqsədə uyğundur. Bunu nəzərə alaraq hazırladığımız sorğunu
sizə təqdim edirik.
1. Yazıçı Fərman Kərimzadəni tanıyırsınızmı?
Bəli
Xeyir