15
Şah İsmayıl Xətainin uşaqlıq illəri göstərilən parçanı səhnəcik
şəklində təqdim edirlər. Səhnəyə əsərə uyğun dekorasiyalar
qurulur. Tamaşada İsmayıl, onun anası Ağqoyunlu hökmdarı
Uzun Həsənin qızı Aləmşahbəyim, İsmayılın qardaşı Sultanəli,
lələləri Hüseyn, qulluqçuları Səkinə rolunu ifa edən oxucular
iştirak edirlər. İsmayıl, anası Aləmşahbəyim, Səkinə hücrədə
oturublar.
Sultanəli rəngi ağarmış, çox həyəcanlı halda hücrəyə girir.
Üzünü anasına tutub deyir.
Sultanəli: - Ana gəlirlər.
Aləmşahbəyimin ağzında dili tikan-tikan olur. Bütün
bədənindən taqətsizlik adlı bir gizilti keçir. Həyacanlanır.
Sultanəli: - Qalaya çox böyük dəstə qalxdı.
Yəqin ki, bizi
aparmağa gəlirlər.
Aləmşahbəyim: - Kim gəlir?
İsmayıl qalxıb qardaşından soruşur.
İsmayıl: - Hara? Evimizə?
Sultanəli İsmayılın qarşısında çöməlib, onunla açıq danışmaq
istəyir.
Sultanəli: - Evimizə yox, mənim balaca qardaşım. Bu sonuncu
günə oxşayır. Kişi kimi mərd-mərdanə dayan, ölüm ayağında
özünü sındırmamaq nəslimizin adətidir. Onlara yalvarmaq yox,
üzlərinə tüpürmək lazımdır.
Aləmşahbəyim: - Səkinə, mənim zümrüd qaşlı üzüyümü
mücrüdən çıxar ver.
Səkinə qorxu içində, titrəyə-titrəyə gedib mücrüdən zümrüd
qaşlı üzüyü gətirir. Aləmşahbəyim üzüyü barmağına keçirir,
sonra üzüyün qaşını qaldırır. Zəhəri Səkinəyə göstərib deyir.
Aləmşahbəyim: - Bunu nənəm Sara xatın bağışlayıb. Dar
ağacından, qılıncdan irəlidir.
İsmayıl mat-mat onlara baxır, sözlərinə qulaq asır, amma işin
məğzini başa düşə bilmir. Sultanəlidən soruşur:
İsmayıl: - Nə olub?
Sultanəli onu başa salmaq üçün qolundan tutub aparır.
16
Sultanəli: - İsmayıl, biz kişiyik, axıra
qədər də özümüzü kişi
kimi aparmalıyıq. Atamızın düşmənləri bizi aparmağa gəlib.
Onlar yəqin ki, bizi edam edəcəklər. Biz düşmənlərə
əyilməməliyik. Atamız da belə kişi olub. Bu həbi qoy cibinə.
Zəhərdi. Gördün ki, cəllad öz işini görməyə hazırlaşır, onda bu
həbi udarsan.
Sultanəli üzünü döndərib arxasını çevirir ki, kiçik qardaşı onun
gözlərindəki yaşı görməsin. Sonra o qardaşının aydın, qorxu-
hürküdən uzaq sifətinə baxır.Onu qacaqlayıb bağrına basır.
Dostları ilə paylaş: