11
kollektivləşmə
dövrünün çətinliklərini, özündən əvvəlki nəsr
ustalarını təkrar etmədən, tamamilə yeni ruhda əks etdirdi. 30-
cu illərə 60-cı illərin və altmışıncıların gözü ilə baxış,
hadisələrin dolğun-dürüst mənalandırılması bu əsəri oxuculara
sevdirdi. F.Kərimzadə “Qarlı aşırım”la Azərbaycan tarixi
romanında yeni bir səhifə açdı, çox tezliklə yetmişinci illərin
sayılan yazıçılarından birinə çevrildi və həmin roman əsasında
film də çəkildi. O,“Qarlı aşırım”la, İsmayıl Şıxlının “Dəli Kür”
romanı kimi, Azərbaycan ədəbiyyatında yeni bir hadisənin
əsasını qoydu. Hər iki yazıçımız qəhrəmanlarını təkcə sinfi-
siyasi ədəbi platformadan deyil,
həm də bir insan kimi, yaxşı
və naqis cəhətləri ilə vəhdətdə təsvir etdilər. Bəli, onlar bu
yolu, həyatı və insanları sinfi mənsubiyyətindən asılı
olmayaraq, həm də bütün insani keyfiyyətlərilə təsvir etdilər.
“
Qarlı aşırım” romanında da hadisələr keçən əsrin
iyirminci-otuzuncu illərində cərəyan edir. Burada da sinfi
mübarizədən söhbət gedir. Amma müəllif sinfi toqquşmaların
təsvirindən daha çox, bu konfliktdə, bu toqquşmada iştirak
edənlərin daxili dünyasına enir.
Əsərdə Kərbəlayı İsmayıl quruluşla barışmır
və onun
məntiqi də tutarlıdır: ”Mənə dəyən kimə dəysəydi, indiyə qədər
on dəfə silah götürərdi. Adamın varına da toxunarlar, torpağını
da götürərlər, nə olar, elə bilərəm əl çirkidi. Bəs hörmətə sözün
nədir? Kişiliyə sözün nədir? Axı birdən-birə hər şeyi adamın
əlindən almazlar”.
Onun dostu, bolşevik mövqeyini qəbul edən Abbasqulu bəy
də öz inadında haqlıdır. Çünki o, nahaq qan tökməyin, qırğının
əleyhinədir. Beləliklə, iki dünyagörüşü üz-üzə gəlir.
“Qarlı aşırım” xarakterlər romanıdır. Fərman Kərimzadə
obrazların adi hərəkətlərini ustalıqla təsvir etməklə yanaşı,
onların daxili aləmi də əks etdirir. Romanda təsirli səhnələr
çoxdur. Kərbəlayı İsmayılla Abbasqulu bəyin görüşü, yaxud
Qəmlonun qəddarlığını üzə çıxaran səhnələr romanı oxuyan
12
hər kəsin yaddaşında qalır. Xüsusilə,
Abbasqulu bəyin qətlə
yetirilməsi səhnəsi çox ustalıqla qələmə alınıb. Burada hər bir
cümlənin, hər bir ştrixin öz məna yükü var.
Abbasqulu bəy Şadlinskinin ömrünün son üç günü, cəsarət
və qorxmazlığı, yüksək ağıl və idrak sahibi kimi tədbirli hərə-
kətləri, qolçomaq qiyamını öz qanı bahasına ləğv edə bilməsi
yazıçının tarixi fakt və hadisələrə böyük duyum və həssaslıqla
yanaşdığını, yüksək ümumiləşdirmə gücünə malik olduğunu
göstərir. Kollektivləşməyə partiya rəhbərliyi, 30-cu
illər kom-
somolunun mübarizəsi, geniş kütlənin siyasi şüur səviyyəsi,
mübarizə və döyüş iqtidarı, düşmən qüvvələrin, Qəmlo kimilə-
rin sinfi mənafeyi, fərdi-psixoloji keyfiyyətləri, köhnə dünya
adamlarının törətdikləri bəlaların qurbanı olan günahsız insan-
ların taleyi romanda təbii boyalarla əks etdirilmiş,
təsirli və
inandırıcı verilmişdir. Romanda iki əsas obraz (Abbasqulu bəy
və Kərbəlayı İsmayıl) diqqət mərkəzində olsa da, digər surətlər
(Talıbov, Xəlil) heç də az sanballı deyillər. Kərbəlayı İsmayıl
xarakter etibarilə bütövdür, yəni əzəldən Sovet hökumətinə
zidd bir mövqedə dayanıb və heç cür kompromisə, azacıq
güzəştə belə getməyi özünə rəva bilmir. "Ə, nə hökumət, hansı
hökumət? Mən belə hökumət tanımıram!" bu sözləri "Axırıncı
aşırım" filmində Kərbəlayi İsmayıl deyir. Ancaq bu sözləri
sovet hökumətinin qılıncının tiyəsi də, qəbzəsi də kəsdiyi
1967-ci ildə yazıçı, 60-cı illər nəslinin
görkəmli nümayəndəsi
Fərman Kərimzadə deyirdi. Yazıçı qırmızı ilğımın puç və
əfsanə olduğunu yazıçı fəhmi ilə çoxlarından əvvəl o
duymuşdu. "Qarlı aşırım" romanı ilə aldanmış insan selini
dayandırıb bəylikdən köləliyə sürüklənən bir xalqa aşırımın o
üzündəki həqiqəti göstərirdi.
13
İllər keçdi, ilğım dağıldı, ədəbiyyatımızda və kinomuzda
"Qarlı aşırım" ("Axırıncı aşırım") qaldı...
Yazıçının
“Xudafərin körpüsü”, “Çaldıran döyüşü” kimi
tarixi romanları da Azərbaycan ədəbiyyatında dərin iz qoyan
əsərlərdir.
Səksəninci illərin əvvəllərində F.Kərimzadə Şah İsmayıl
Xətainin həyatından söz açan
“Xudafərin körpüsü” və
Dostları ilə paylaş: