F. Köçərli adına Respublika Uşaq Kitabxanası Xalqa aşırımın o üzündəki həqiqəti



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə5/16
tarix13.11.2022
ölçüsü0,7 Mb.
#68897
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   16
nömrəli ayaqqabı" hekayəsi ilk təcrübə olsa da, müharibənin 
fəlakət dolu nəticələrini təsirli bir dillə oxucuya çatdırır. "Son 
eksponat", "Toy toğlusu" hekayələri də müharibənin ağrı-
acılarından bəhs edir. "Son eksponat"da ana qəhrəmanlıqla 
həlak olmuş oğlunun muzeydəki köynəyini - öz əli ilə 
toxuduğu köynəyi qorumağa çalışır, oğlunun sinəsini dəlib-
deşən güllə yerini muzeydəki baxımsızlıqla, köynəyə güvə 
düşməsi ilə əlaqələndirir. F.Kərimzadə hadisələrin məntiqini 
tutmağı, obrazların mənəvi-psixoloji aləmini aydın cizgilərlə 
əks etdirməyi bacaran sənətkardır. Bu cəhət onun müharibə 
mövzusunda yazdığı hekayələrlə yanaşı, "Ölülər yalan 
danışmır", "Mis qazan", "Talada", "Ümid", "Xınalıq" və 
başqa hekayələrində, "Xallı maral", "Toy dəvətnaməsi" 
povestlərində də güclü və qabarıqdır. Povestlər işıqlı idealları 
təbliğ edir, xalq malını dağıdanları, israfçıları, əliəyriləri, 
tüfeyli və kübar yaşayış tərzini ifşa edir.
"Xallı maral" povestinin qəhrəmanı Zəkəriyyə harın 
zümrənin ad günləri və müxtəlif işrət məclisləri üçün bir-bir 
kəsdirib apardıqları xallı maralların qoruğunu dağıdır, "təbiət 
bu maralları o cür canavarlardan daha yaxşı qoruyar",-deyə 
onları təbiətin qoynuna qovur.
"Toy dəvətnaməsi" povesti də ibrətamiz sonluqla bitir: 
zavoddan oğurladığı bir maşın spirti sata bilməyib qamışlı 
gölməçəyə boşaldan baş şərabçı Vəli özü də həmin gölməçənin 
qurbanı olur.
Ümumiyyətlə, yazıçının hekayə və povestləri maraqlı, 
yaddaqalandır. Lakin Fərman Kərimzadə imzası daha çox tarixi 
romanlar müəllifi kimi məşhurdur. 1967-ci ildə çap olunmuş 
"Qarlı aşırım" onun bir nasir kimi yetişdiyini sübut etdi. 
F.Kərimzadə "Qarlı aşırım"da 30-cu illərin ziddiyyətlərini, 


11 
kollektivləşmə dövrünün çətinliklərini, özündən əvvəlki nəsr 
ustalarını təkrar etmədən, tamamilə yeni ruhda əks etdirdi. 30-
cu illərə 60-cı illərin və altmışıncıların gözü ilə baxış, 
hadisələrin dolğun-dürüst mənalandırılması bu əsəri oxuculara 
sevdirdi. F.Kərimzadə “Qarlı aşırım”la Azərbaycan tarixi 
romanında yeni bir səhifə açdı, çox tezliklə yetmişinci illərin 
sayılan yazıçılarından birinə çevrildi və həmin roman əsasında 
film də çəkildi. O,“Qarlı aşırım”la, İsmayıl Şıxlının “Dəli Kür” 
romanı kimi, Azərbaycan ədəbiyyatında yeni bir hadisənin 
əsasını qoydu. Hər iki yazıçımız qəhrəmanlarını təkcə sinfi-
siyasi ədəbi platformadan deyil, həm də bir insan kimi, yaxşı 
və naqis cəhətləri ilə vəhdətdə təsvir etdilər. Bəli, onlar bu 
yolu, həyatı və insanları sinfi mənsubiyyətindən asılı 
olmayaraq, həm də bütün insani keyfiyyətlərilə təsvir etdilər.

Qarlı aşırım” romanında da hadisələr keçən əsrin 
iyirminci-otuzuncu illərində cərəyan edir. Burada da sinfi 
mübarizədən söhbət gedir. Amma müəllif sinfi toqquşmaların 
təsvirindən daha çox, bu konfliktdə, bu toqquşmada iştirak 
edənlərin daxili dünyasına enir. 
Əsərdə Kərbəlayı İsmayıl quruluşla barışmır və onun 
məntiqi də tutarlıdır: ”Mənə dəyən kimə dəysəydi, indiyə qədər 
on dəfə silah götürərdi. Adamın varına da toxunarlar, torpağını 
da götürərlər, nə olar, elə bilərəm əl çirkidi. Bəs hörmətə sözün 
nədir? Kişiliyə sözün nədir? Axı birdən-birə hər şeyi adamın 
əlindən almazlar”.
Onun dostu, bolşevik mövqeyini qəbul edən Abbasqulu bəy 
də öz inadında haqlıdır. Çünki o, nahaq qan tökməyin, qırğının 
əleyhinədir. Beləliklə, iki dünyagörüşü üz-üzə gəlir.
“Qarlı aşırım” xarakterlər romanıdır. Fərman Kərimzadə 
obrazların adi hərəkətlərini ustalıqla təsvir etməklə yanaşı, 
onların daxili aləmi də əks etdirir. Romanda təsirli səhnələr 
çoxdur. Kərbəlayı İsmayılla Abbasqulu bəyin görüşü, yaxud 
Qəmlonun qəddarlığını üzə çıxaran səhnələr romanı oxuyan 


12 
hər kəsin yaddaşında qalır. Xüsusilə, Abbasqulu bəyin qətlə 
yetirilməsi səhnəsi çox ustalıqla qələmə alınıb. Burada hər bir 
cümlənin, hər bir ştrixin öz məna yükü var.
Abbasqulu bəy Şadlinskinin ömrünün son üç günü, cəsarət 
və qorxmazlığı, yüksək ağıl və idrak sahibi kimi tədbirli hərə-
kətləri, qolçomaq qiyamını öz qanı bahasına ləğv edə bilməsi 
yazıçının tarixi fakt və hadisələrə böyük duyum və həssaslıqla 
yanaşdığını, yüksək ümumiləşdirmə gücünə malik olduğunu 
göstərir. Kollektivləşməyə partiya rəhbərliyi, 30-cu illər kom-
somolunun mübarizəsi, geniş kütlənin siyasi şüur səviyyəsi, 
mübarizə və döyüş iqtidarı, düşmən qüvvələrin, Qəmlo kimilə-
rin sinfi mənafeyi, fərdi-psixoloji keyfiyyətləri, köhnə dünya 
adamlarının törətdikləri bəlaların qurbanı olan günahsız insan-
ların taleyi romanda təbii boyalarla əks etdirilmiş, təsirli və 
inandırıcı verilmişdir. Romanda iki əsas obraz (Abbasqulu bəy 
və Kərbəlayı İsmayıl) diqqət mərkəzində olsa da, digər surətlər 
(Talıbov, Xəlil) heç də az sanballı deyillər. Kərbəlayı İsmayıl 
xarakter etibarilə bütövdür, yəni əzəldən Sovet hökumətinə 
zidd bir mövqedə dayanıb və heç cür kompromisə, azacıq 
güzəştə belə getməyi özünə rəva bilmir. "Ə, nə hökumət, hansı 
hökumət? Mən belə hökumət tanımıram!" bu sözləri "Axırıncı 
aşırım" filmində Kərbəlayi İsmayıl deyir. Ancaq bu sözləri 
sovet hökumətinin qılıncının tiyəsi də, qəbzəsi də kəsdiyi 
1967-ci ildə yazıçı, 60-cı illər nəslinin görkəmli nümayəndəsi 
Fərman Kərimzadə deyirdi. Yazıçı qırmızı ilğımın puç və 
əfsanə olduğunu yazıçı fəhmi ilə çoxlarından əvvəl o 
duymuşdu. "Qarlı aşırım" romanı ilə aldanmış insan selini 
dayandırıb bəylikdən köləliyə sürüklənən bir xalqa aşırımın o 
üzündəki həqiqəti göstərirdi. 


13 
İllər keçdi, ilğım dağıldı, ədəbiyyatımızda və kinomuzda 
"Qarlı aşırım" ("Axırıncı aşırım") qaldı...
Yazıçının “Xudafərin körpüsü”, “Çaldıran döyüşü” kimi 
tarixi romanları da Azərbaycan ədəbiyyatında dərin iz qoyan 
əsərlərdir.
Səksəninci illərin əvvəllərində F.Kərimzadə Şah İsmayıl 
Xətainin həyatından söz açan “Xudafərin körpüsü” və 

Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin