4
Həyat və yaradıcılığı
Fərman Kərimzadə 1937-ci il martın 3-də Ermənistanın
Vedi rayonunun Böyük Vedi kəndində anadan olmuşdur.
İbtidai təhsilini orada almış (1944-1951), orta məktəbi
Beyləqan rayonunun Şahsevən kəndində bitirmiş (1954), Əzim
Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində
təhsil almışdır (1955-1960).
3 il İsmayıllı və Beyləqan
rayonlarında müəllim işləmiş (1962-1965), sonra "Yüksəliş"
rayon qəzeti redaksiyasında
ədəbi işçi, şöbə müdiri, məsul
katib
olmuşdur (1962-1965). F.Kərimzadə Moskvada
Ümumittifaq Kinematoqrafiya İnstitutunun ssenari fakültəsinin
ikillik kursunu bitirmiş (1965-1967),
Azərbaycan Dövlət
Televiziya və Radio Verilişləri Komitəsində tərcüməçi, böyük
redaktor, "Abşeron", "Ədəbiyyat və incəsənət" qəzetlərinin
redaksiyasında şöbə müdiri, ədəbi işçi (1966-1970), C.Cabbarlı
adına "Azərbaycanfilm" kinostudiyasında kollegiya üzvü
(1970-1977), "Ədəbiyyat və incəsənət" qəzetinin xüsusi
müxbiri (1977-1980), Şüvəlan Yaradıcılıq
Evinin direktoru
(1980-1981) işləmişdir.
Fərman Kərimzadə 1989-cu il mart ayının 17-də vəfat
etmişdir.
Yaradıcılığa gənc yaşlarından başlayan F.Kərimzadə ilk
hekayələri ilə diqqəti cəlb etmişdir. O, ötən əsrin 60-cı
illərində yenilik ruhu ilə axtarışlar aparan gənc yazıçılardan biri
idi. Xüsusən xalqımızın yaxın və uzaq tarixi, onun başına
gətirilən müsibətlər yazıçının sənət dünyasında mühüm yer
tutur.
1948-ci
ildə başlanan
deportasiyada Fərman
Kərimzadənin nəsli, el-obası sürgünlərə, soyqırımlara düçar
olmuşdur. İllər ötüb keçsə də doğma Vedi yazıçının yaddaşında
silinməz izlər qoymuşdur. 1988-1989-cu illərdə ana yurdunun
acı günləri yazıçını yenidən sarsıtmışdır.
Bütünlükdə
5
Azərbaycan türklərinin deportasiya olunduğu il, bəlkə də, onun
həyatının ən ağır ili idi…
Fərman Kərimzadə, sözün əsl mənasında, vətənpərvər insan
idi. Ona görə də yazıçının tarixi mövzulara müraciəti olduqca
təbii idi.
F.Kərimzadənin tarixi romanları çağdaş Azərbaycan
nəsrində janrın potensial imkanlarının genişliyini sübut edir.
Onu bir yazıçı kimi şöhrətləndirən də tarixi romanları
olmuşdur. Bu baxımdan “Qarlı aşırım” romanı F.Kərimzadənin
bütün sonrakı tarixi romanlarının özünəməxsusluğunu,
digər
müəlliflərlə müqayisədə tarixə və tarixi şəxsiyyətlərə
münasibətini aydınlaşdırmağa kömək edir. F.Kərimzadəni sinfi
toqquşmaların təsvirindən daha çox, bu toqquşmaya
qoşulanların daxili dünyası və mənəvi ovqatı, onların
hərəkətlərini şərtləndirən daxili impulslar maraqlandırırdı. O,
cavab axtarırdı ki, axı niyə
fərdin ictimai-sinfi statusu, sosial
mövqeyi və rolu onun əməl və hərəkəti ilə heç də həmişə düz
gəlmir, insan heç özü də gözləmədən bu statusu kökündən zidd
addımı atmağa, sinfi mahiyyətə əks hərəkət xəttini həyata
keçirməyə hazır olur?