14
XVI yüzilliyin sübh çağında Şah İsmayılın başçılığı ilə
görülən işlər xalqımızın sonrakı müqəddəratı üçün güclü özülə
çevrildi. Şah İsmayıl kimi tarixi
şəxsiyyətlər heç vaxt
unudulmur, incəsənətin, ədəbiyyatın gücü ilə yenidən doğulur.
F.Kərimzadənin uzun tədqiq və araşdırmalardan sonra qələmə
aldığı
"Xüdafərin körpüsü" dilogiyası xalqımızın tarixinə,
500 il əvvəlki babalarımıza məhəbbət və hörmətin ifadəsidir.
Oxucunu orta əsr Azərbaycan həyatının həyəcanlı səhnələri ilə
qarşılaşdıran
bu
roman
Ağqoyunlularla
Səfəvilər
hakimiyyətinin qovuşduğu, birincilərin ikincilərlə əvəzləndiyi
dövrün, Azərbaycan torpaqlarının birlik,
Azərbaycan
mədəniyyətinin yüksəliş dövrünün bədii salnaməsidir.
F.Kərimzadə yeni faktlar əsasında dövrün ziddiyyət və
çətinliklərini, qızılbaş bayrağı altında tarixi mübarizənin
məqsədini, köklərini müasirlik
ruhu ilə təsvir etmiş, qaranlıq
səhifələri kifayət qədər işıqlandırmışdır. "Xüdafərin körpüsü"
istər yazı tərzi, istərsə də təhkiyə və dialoqlarının səlisliyi,
zənginliyi ilə seçilən bir romandır, qəhrəmanlıq dastanıdır. Hər
iki kitab ("Xüdafərin körpüsü" və "Çaldıran döyüşü") yüksək
ideya-estetik keyfiyyətləri, güclü ictimai-siyasi məziyyətləri ilə
yanaşı, quruluş, dil xüsusiyyətləri ilə də diqqəti çəkir.
Zəngin
bədiilik vasitələri oxucunu 500 il keçmişə aparır, təsvir edilən
dövrün havasına daxil edir.
Dostları ilə paylaş: