F. Köçərli adına Respublika Uşaq Kitabxanası Xalqa aşırımın o üzündəki həqiqəti


Yazıçı neçənci ildə harda anadan olmuşdur?   ________________________________  3



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə9/16
tarix13.11.2022
ölçüsü0,7 Mb.
#68897
növüYazı
1   ...   5   6   7   8   9   10   11   12   ...   16
2. Yazıçı neçənci ildə harda anadan olmuşdur? 
 ________________________________ 
3.  Fərman Kərimzadənin tarixi əsərlərindən hansını 
oxumusunuz? 
 ________________________________ 
 4
Fərman 
Kərimzadənin 
M.Sabir haqqında yazdığı 
hekayələrin adlarını çəkə bilərsinizmi? 
 ________________________________ 
5. Yazıçının “Qarlı aşırım” əsəri ilə İsmayıl Şıxlının “Dəli 
Kür” 
əsəri arasında bənzərlik nədir? 
 ________________________________ 
6. Yazıçının ilk hekayəsinin necə adlandığını bilirsinizmi? 
Əgər 
bilirsinizsə adını qeyd edin. 
 Bəli ____________________________ 
 Xeyir 
7. Fərman Kərimzadənin ixtisası nə idi? 
 ________________________ 
8. Yazıçının “Çaldıran döyüşü”, “Xudafərin körpüsü” 
əsərlərinin baş qəhrəmanı kimdir?

________________________ 


20 
9. Fərman Kərimzadənin ən çox sevdiyiniz əsərinin adını qeyd 
edin 
 ________________________
10. Fərman Kərimzadə hansı ildə vəfat edib. 
 ________________________ 
11. Fərman Kərimzadədən başqa, hansı müəlliflər Şah 
İsmayıl Xətaidən bəhs edən əsərlər yazııblar? Adlarını qeyd 
edin.
 ________________________ 
Kitabxanalarda 
Fərman 
Kərimzadənin 
yaradıcılığını 
oxuculara tanıtmaq məqsədilə “Əsərləri kino sənəti üçün 
zəngin material olan sənətkar” başlığı altında oxucularla 
görüş təşkil etmək olar. Oxucular zala toplaşdıqdan sonra, 
əvvəlcə onlara Fərman Kərimzadədən bəhs edən slayd təqdim 
olunur. Sonra isə görüşü hazırlayan kitabxanaçı Fərman 
Kərimzadənin Azərbaycanın kino sənətindəki xidmətlərindən 
söhbət açır.
Kitabxanaçı: - Fərman Kərimzadənin ilk romanı əsasında 
çəkilmiş "Axırıncı aşırım" filmi “Azərbaycanfilm”in 
uğurlarından sayılır. Yazıçının "Toy toğlusu" hekayəsi əsasında 
qısametrajlı "Zınqırov", bir novellası əsasında "Mənim 
arvadım, mənim uşaqlarım" filmi çəkilmişdir. Şah İsmayıl 
haqqında tutarlı bir əsər olan dilogiya isə ("Xüdafərin körpüsü" 
və "Çaldıran döyüşü") özünün kino təcəssümünü gözləyir.
F.Kərimzadə ixtisasına görə rəssam idi. O, maddi-mədəniyyət 
abidələrinin qorunub-öyrənilməsində əməyini əsirgəmirdi. 
Ölkəmizin müxtəlif yerlərindən topladığı sənət nümunələri, 


21 
qədim əşyalar, silah və alət növləri yazıçıya tarixi 
qəhrəmanların 
həyatını, 
məişətini, 
mübarizəsini 
canlandırmaqda kömək edirdi. Yazıçı təsvir etdiyi hadisələrin 
baş verdiyi əraziləri qarış-qarış gəzir, qəhrəmanlarının yeri-
yurdu ilə maraqlanırdı. Abbasqulu bəy Şadlinskinin ev 
muzeyinin açılmasında, Şadlinski ilə bağlı sənədlərin 
toplanmasında yaxından iştirakına görə (Şadlinskinin 100 illiyi 
günlərində) Naxçıvan MSSR Mədəniyyət Nazirliyinin Fəxri 
Fərmanı ilə mükafatlandırılması da bununla bağlıdır. 
Məruzənin sonunda oxucular yazıçının “Qarlı aşırım” əsəri 
əsasında çəkilmiş “Axırıncı aşırım” filminə tamaşa edirlər. 
Sonra kitabxanaçı oxucuların film haqqında təssuratlarını 
öyrənir. 
Kitabxanalarda oxucular tərəfindən sevilən tədbirlərdən biri 
də müsabiqələrdir. Fərman Kərimzadə bir-birindən maraqlı 
tarixi əsərlərin müəllifidir. Müsabiqə zamanı uşaqlara həmin 
əsərlərə üyğun rəsmlərin çəkilməsi tapşırılır. Bunun üçün üçün 
uşaqlara iki həftə vaxt verilir. Həmin vaxt ərzində oxucular 
həm Fərman Kərimzadənin əsərlərini oxuyur, həm də ən çox 
bəyəndikləri əsərlə bağlı rəsmlər çəkirlər. Ən gözəl rəsmlər 
mükafatlandırılır.
Rəsm müsabisi ilə yanaşı, başqa müsabiqələrin də təşkili 
mümkündür. 
Məsələn, 
uşaqların 
ifasında 
Fərman 
Kərimzadənin hekayələri, əsərləri səhnələşdirilərək münsiflərə 
təqdim olunur. Münsiflər heyəti kitabxana müdirindən, səhnə 
xadimdələrindən formalaşdırılır. Ən gözəl səhnəcik hazırlayan 
uşaqlardan ibarət komanda mükafatlandırılır. 
Kitabxanalarda yuxarı sinif şagirdlərinin iştirakı ilə “Fərman 
Kərimzadə yaradıcılığı müasir gəncliyin gözü ilə” konfrans da 
təşkil etmək mümkündür. Konfransdan öncə onun proqramı 


22 
tərtib olunmalı, tədbirin keçiriləcəyi vaxt müəyyən olunmalıdır. 
Proqramda 
konfransda 
çıxış 
edəcək 
qonaqların, 
ədəbiyyatşünasların və şagirdlərin adları, onların çıxış 
edəcəkləri mövzular, tədbirin keçiriləcəyi məkan və zaman 
qeyd olunur. Konfrans zamanı Fərman Kərimzadə 
yaradıcılığına yaxından bələd olan jurnalist, yazıçı və şairlərin 
çıxışları dinlənilir. Yaxşı olar ki, konfransa yazıçının 
yaradıcılığı ilə daha yaxından maraqlanan professor Yavuz 
Axundlu, xalq şairi Sabir Rüstəmxanlı, professor Qəzənfər 
Paşayev, yazıçının qızı Yeganə Kərimzadə, jurnalist Təranə 
Vahid dəvət olunsun. Oxucu konfransının planını sizə təqdim 
edirik: 
1. Giriş hissə (Fərman Kərimzadə həyat və yaradıcılığı 
haqqında məruzə)
2. Fərman Kərimzadənin yaradıcılığı haqqında kitabxana 
rəhbərliyinin, jurnalist, yazıçı və şairlərin çıxışları.
3.Yuxarı sinif şagirdlərindən ibarət oxucuların Fərman 
Kərimzadənin müxtəlif əsərləri ətrafında məruzələri.
4. Konfransın yekunu.
Yubiley tədbirləri arasında xatirə gecəsi özünəməxsus yer 
tutur. Xatirə gecəsinə müxtəlif başlıqlar vermək olar: “Xalqa 

Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin