F. Köçərli adına Respublika Uşaq Kitabxanası Xalqa aşırımın o üzündəki həqiqəti



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə7/16
tarix13.11.2022
ölçüsü0,7 Mb.
#68897
növüYazı
1   2   3   4   5   6   7   8   9   10   ...   16
“Xudafərin körpüsü“ romanında XV əsrin axırı, XVI əsrin 
əvvəllərində baş vermiş tarixi hadisələr, Şah İsmayıl Xətainin 
uşaqlıq və gənclik illəri, hakimiyyət uğrundakı mübarizəsi 
qələmə alınmışdır. Romanda həmçinin Şah İsmayıl Xətainin 
bir şair, sərkərdə və dövlət xadimi kimi yetişib formalaşdığı 
tarixi şərait təsvir edilmiş, Uzun Həsən, Sara Xatun, Hüseyn 
Lələ bəy, Əbih Sultan kimi tarixi şəxsiyyətlərin yadda qalan 
obrazları yaradılmışdır . Romandakı obrazların əksəriyyəti 
tarixi şəxsiyyətlərdir.
 İcmalın bu hissəsində oxucular “Xudafərin körpüsü” 
romanından


15 
Şah İsmayıl Xətainin uşaqlıq illəri göstərilən parçanı səhnəcik 
şəklində təqdim edirlər. Səhnəyə əsərə uyğun dekorasiyalar 
qurulur. Tamaşada İsmayıl, onun anası Ağqoyunlu hökmdarı 
Uzun Həsənin qızı Aləmşahbəyim, İsmayılın qardaşı Sultanəli, 
lələləri Hüseyn, qulluqçuları Səkinə rolunu ifa edən oxucular 
iştirak edirlər. İsmayıl, anası Aləmşahbəyim, Səkinə hücrədə 
oturublar. 
Sultanəli rəngi ağarmış, çox həyəcanlı halda hücrəyə girir. 
Üzünü anasına tutub deyir. 
Sultanəli: - Ana gəlirlər. 
 Aləmşahbəyimin ağzında dili tikan-tikan olur. Bütün 
bədənindən taqətsizlik adlı bir gizilti keçir. Həyacanlanır. 
Sultanəli: - Qalaya çox böyük dəstə qalxdı. Yəqin ki, bizi 
aparmağa gəlirlər. 
Aləmşahbəyim: - Kim gəlir? 
İsmayıl qalxıb qardaşından soruşur. 
İsmayıl: - Hara? Evimizə? 
Sultanəli İsmayılın qarşısında çöməlib, onunla açıq danışmaq 
istəyir. 
Sultanəli: - Evimizə yox, mənim balaca qardaşım. Bu sonuncu 
günə oxşayır. Kişi kimi mərd-mərdanə dayan, ölüm ayağında 
özünü sındırmamaq nəslimizin adətidir. Onlara yalvarmaq yox, 
üzlərinə tüpürmək lazımdır. 
Aləmşahbəyim: - Səkinə, mənim zümrüd qaşlı üzüyümü 
mücrüdən çıxar ver. 
Səkinə qorxu içində, titrəyə-titrəyə gedib mücrüdən zümrüd 
qaşlı üzüyü gətirir. Aləmşahbəyim üzüyü barmağına keçirir, 
sonra üzüyün qaşını qaldırır. Zəhəri Səkinəyə göstərib deyir. 
Aləmşahbəyim: - Bunu nənəm Sara xatın bağışlayıb. Dar 
ağacından, qılıncdan irəlidir.
İsmayıl mat-mat onlara baxır, sözlərinə qulaq asır, amma işin 
məğzini başa düşə bilmir. Sultanəlidən soruşur: 
İsmayıl: - Nə olub? 
Sultanəli onu başa salmaq üçün qolundan tutub aparır. 


16 
Sultanəli: - İsmayıl, biz kişiyik, axıra qədər də özümüzü kişi 
kimi aparmalıyıq. Atamızın düşmənləri bizi aparmağa gəlib. 
Onlar yəqin ki, bizi edam edəcəklər. Biz düşmənlərə 
əyilməməliyik. Atamız da belə kişi olub. Bu həbi qoy cibinə. 
Zəhərdi. Gördün ki, cəllad öz işini görməyə hazırlaşır, onda bu 
həbi udarsan. 
Sultanəli üzünü döndərib arxasını çevirir ki, kiçik qardaşı onun 
gözlərindəki yaşı görməsin. Sonra o qardaşının aydın, qorxu-
hürküdən uzaq sifətinə baxır.Onu qacaqlayıb bağrına basır. 

Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin