F. Köçərli adına Respublika Uşaq Kitabxanası Xalqa aşırımın o üzündəki həqiqəti


İsmayıl: - Sultanəli, atamız o gələn adamlardan qorxurdu?  Sultanəli



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə8/16
tarix13.11.2022
ölçüsü0,7 Mb.
#68897
növüYazı
1   ...   4   5   6   7   8   9   10   11   ...   16
İsmayıl: - Sultanəli, atamız o gələn adamlardan qorxurdu? 
Sultanəli: -Yox! 
İsmayıl: - Onda biz niyə qorxaq ki? 
Sultanəli: - Əhsən, qardaşım! 
Birdən qapının kilidinin səsi eşidilir. Sultanəlinin gözləri içəri 
girən adamlara tikilir. Bu an o, ucaboy, başında çalma, sifəti 
çox tanış gələn kişini tanıyır. 
Sultanəli: - Ana, qızılbaşlar! Hüseyn Lələ?! 
Hüseyn Lələ yetirən kimi Sultanəlini bağrına basır. İsmayıl 
yetirib onu itələyir. İsmayıl qışqırır:
İsmayıl: - Burax qardaşımı, cəllad! 
Hüseyn Lələ: - İsmayıl, gözümün işığı, maşallah, necə də 
böyümüsən. 
İsmayıl: - Sən bizi öldürməyə aparırsan? 
Hüseyn Lələnin gözləri yaşarır. Sultanəli qardaşını başa 
salmağa çalışır. 
Sultanəli: - İsmayıl Hüseyn Lələ atamızın dostu, bizim 
lələmizdir. O, bizi xilas etməyə gəlib. 
Aləmşahbəyim: - Hüseyn Lələ bizi bir halı elə, görək, işimiz 
necə oldu? 
Hüseyn Lələ: - Hər şey yaxşıdır. Baysunqur Şamaxıdadı. 
Qızılbaşlar Rüstəm Mirzəni taxta çıxartdılar. O, da fərman 
verib sizi azad elədi. İndi gəlmişik. Təbrizə gedirik.
Aləmşahbəyim: - Təbrizə niyə? Ərdəbilə getsək salamatlıq 
olar. 


17 
Hüseyn Lələ: - Rüstəm Mirzə uşaqları orda təntənə ilə 
qarşılamaq istəyir. Oradan da Ərdəbilə qayıdacağıq.
Tamaşanın sonunda iştirakçılar baş əyib səhnədən ayrılırlar. 
Kitabxanaçı “Çaldıran döyüşü” kitabını götürüb icmalı davam 
etdirir.
Kitabxanaçı: -

Xudafərin körpüsü” dilogiyasının ikinci 
kitabı “Çaldıran döyüşü” adlanır. Yazıçının “Çaldıran 
döyüşü” romanı görkəmli dövlət xadimi, sərkərdə və şair, 
ulu tariximizdə xüsusi yeri olan Şah İsmayıl Xətainin 
həyatından, çoxcəhətli ictimai fəaliyyətindən bəhs edən 
“Xudafərin körpüsü” dilogiyasının ikinci hissəsidir. Siyasət 
meydanına yenicə qədəm qoyan Şah İsmayılın vahid və 
qüdrətli Azərbaycan uğrunda apardığı gərgin mübarizələr, 
ağıllı dövlət xadiminin mədəniyyətin və sənətin yüksəlməsinə 
göstərdiyi qayğı, xalqımızın orta əsr məişət tərzi romanın əsas 
mövzusudur. Bu romanda Şah İsmayıl Xətai müdrik dövlət 
xadimi, qayğıkeş sərkərdə, istedadlı şair kimi göstərilir. 
Romanda hadisələrin reallığı, qəhrəmanların mübarizliyi, 
vətənpərvərliyi, insana hörmət və məhəbbət çox təsirli qələmə 
alınmışdır. Şah İsmayılın məqsədi Azərbaycanı birləşdirmək, 
onun ərazi bütövlüyünü, dilini müdafiə etməkdən ibarət 
olmuşdur.
 Sonra kitabxanaçı oxuculara “Təbriz namusu” və “Qoca 
qartalın ölümü” kitabları haqqında məlumat verir.
Ömrünün son illərində F.Kərimzadə daha iki tarixi roman 
yazıb - ”Təbriz namusu”“Qoca qartalın ölümü”. 
Kərbəlayı İsmayıl - Abbasqulu bəy, Qəmlo, Talıbov dövrünün 
təsviri canlı yaddaş və xatirələrdən gəlirdi. Şah İsmayıl 
dövrünün təsviri isə oxuduğu mənbələrdən və böyük 
hökmdarın poeziyasından əxz olunmuşdu. ”Təbriz namusu”nda 
isə F.Kərimzadə XIII-XIV əsrlərə gedib çıxır. Başlıca mənbə 
orta əsr tarixçisi Fəzlullah Rəşidəddinin əsəridir. Bu əsərdə 
Elxani hökmdarlarının dövrü təsvir olunur və F.Kərimzadə də 


18 
bu nöqtədə tarixçi ilə birgə hərəkət edir. Lakin yzıçı tarixi 
hadisələri və şəxsiyyətləri bədiilik meyarı ilə təsvir etmişdir.
F.Kərimzadənin sonuncu tarixi romanı “Qoca qartalın 
ölümü” idi. Bu romanda XVIII əsrdə baş verən hadisələr öz 
əksini tapır. Bu romanda da tarixi mənbələrin təsiri hiss olunur 
(xüsusilə “Qarabağnamə”lər), ancaq burada da tarixi həqiqətlə 
bədii həqiqət bir-birini tamamlayır. Qoca qartal simvolik 
obrazdır- yazıçı rus imperiyasına işarə edir. O ölürsə də, yeni, 
cavan qartallar səmaya uçur və beləliklə, rus imperiyasının 
işğalçılıq siyasəti davam edir. İkiyə bölünmüş Azərbaycandan 
sonra yeni ölkələr, məmləkətlər fəth edilir, çarı Qırmızı 
imperiya əvəz edir. Fərman Kərimzadənin Qarabağ xanlığının 
tarixinə həsr etdiyi “Qoca qartalın ölümü” romanı uzun illər 
apardığı səmərəli axtarışların məhsuludur. Müəllif romanı 
1988-ci ildə Yaltada yazmış, əsər 1991-ci ildə çap olunmuşdur. 
Romandakı hadisələr Qarabağda cərəyan edir, əsərdə Qarabağ 
xanlığı haqqında tarixi mənbələr əsasında maraqlı məlumatlar 
verilir.
Kitabxananın oxu zalında yuxarı sinif uşaqları ilə Fərman 
Kərimzadənin M.Ə.Sabir haqqında yazdığı “Tutdum orucu 
irəmazanda”, “Hop-hop” adlı hekayələrini müzakirə etmək, bu 
hekayələrdən bəhs edən sual-cavab gecəsi hazırlamaq olar.
Həmçinin oxucularımızın Fərman Kərimzadə haqqında olan 
fikirlərini öyrənmək məqsədilə anket sorğularının keçirilməsi 
məqsədə uyğundur. Bunu nəzərə alaraq hazırladığımız sorğunu 
sizə təqdim edirik. 
1. Yazıçı Fərman Kərimzadəni tanıyırsınızmı? 
 Bəli 
 Xeyir


19 

Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin