7
Görkəmli şəxsiyyətlərin Fərman Kərimzadə
haqqında söylədikləri fikirlər:
Fərman Kərimzadə son dərəcə sadə, təmiz, geniş ürəkli, böyük
naturalı bir adam idi. O, azərbaycanlı xarakterinin mahir
yaradıcısı, əsl vətəndaş kimi
Azərbaycan namusunun bir
parçası idi
Sabir Rüstəmxanlı,
Xalq şairi.
Fərman Kərimzadə hadisələrin məntiqini tutmağı, obrazların
mənəvi-psixoloji aləmini aydın cizgilərlə əks etdirməyi bacaran
sənətkardır. O, sənətkar kimi də, şəxsiyyət kimi də vaxtdan
ucada dayanmağı bacardı.
Qəzənfər Paşayev,
Professor
Fərman Kərimzadənin tarixi romanları
çağdaş Azərbaycan
nəsrində janrın potensial imkanlarının genişliyini sübut edirdi.
Onu bir yazıçı kimi şöhrətləndirən də onun tarixi romanları
olmuşdur.
Yavuz Axundlu,
Filologiya elmləri doktoru
Fərman Kərimzadənin “Qarlı aşırım”ı ölüm, qorxaqlıq və
onların hər ikisindən ucada duran insan və onun ləyaqəti
barədə ibrətli hekayədir. Konkret inqilabi-tarixi
motiv burada
məhz ümumbəşəri əxlaq və mənəviyyat problemi səviyyəsinə
qalxa bilir.
Yaşar Qarayev,
Professor
8
Bütün ağlı, insanlığı, mənəvi gözəlliyi ilə Allah Fərmanı
xoşbəxt yaratmışdı. Fərman Kərimzadə həyatı
ədəbiyyata
gətirdiyindən yaradıcılığında obrazlar qalereyası da olduqca
real və zəngindir. Fərman Kərimzadənin ictimai-siyasi və
pedoqoji
fəaliyyəti
ilə
ədəbi
yaradıcılığı
bir-birini
tamamlayırdı
.
İlyas Tapdıq,
Şair
Fərman rəssam təfəkkürü, şair zərifliyi ilə nəsrimizə bir şirinlik
gətirdi. 1967-ci ildə çap olunmuş “Qarlı aşırım” onun yazıçı is-
tedadını, ümidverici və gələcəkli bir nasir kimi yetişdiyini üzə
çıxardı.
Musa Yaqub,
Şair
Fərman Kərimzadənin hər əsəri bir insan dünyasıdır. Onun
əsərləri kino sənəti üçün zəngin material verir.
Fərman
Kərimzadə ölümsüzlüyün zirvəsinə ucalan və milyonların
qəlbində əbədi yaşayan sənətkardır.
Dostları ilə paylaş: