“İnklüziv sinifdə təlimin təşkili” mövzusunda ixtisasartırma proqramının Oxu m aterialı


Əlilliyi olan uşaqların damğalanmasının mənfi təsirləri



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə8/64
tarix13.11.2022
ölçüsü1,15 Mb.
#68945
1   ...   4   5   6   7   8   9   10   11   ...   64
nkluziv-sinifda-talimin-taskili-oxu-materiali

 
Əlilliyi olan uşaqların damğalanmasının mənfi təsirləri: 

D
amğalama gözləntilərin aşağı düşməsinə səbəb olur.  


əllimlərin onları qorumağa çalışması uşağın darıxmasına və həvəsdən düşməsinə 
s
əbəb olur. 

D
amğalama müəyyən alt-qrupa daxil olan bütün uşaqların xüsusi resurslarla xüsusi 
qaydada öyr
ədilməsi fikrini möhkəmləndirir.  

Əlilliyi olan uşaqlara xüsusi tapşırıqlar verildiyi halda uşaqlar tapşırıqları yerinə yetirmək 
üçün sinifd
ən ayrılır, digər uşaqlar isə həmin vaxt fasiləyə çıxır, incəsənət və ya idman 
d
ərslərinə gedirlər. Bu hal əlilliyi olan uşaqları təcrid etməklə onları inkişaf üçün zəruri olan 
f
əaliyyətlərdən məhrum edir.  

B
əzən müəllimlər uşağın öyrənmə çətinliklərini aradan qaldırmağın mümkün olmadığını 
düşünürlər.  

B
əzən isə müəllimlər “əlilliyi olan uşaqlarla məşğul olmaq ekspertlərin işidir” qənaətinə 
g
əlirlər. 

Damğalanma müəllimlərin inamını azaldır. Əlilliyi olan uşaqları öyrətmək üçün onlara 
xüsusi resurslar
ın lazım olduğunu düşünə bilərlər.  

N
əticədə əlilliyi olan uşaqlar digər uşaqlardan ayrılaraq seqreqasiyaya məruz qalır. 
 


11 
2.3 Funks
ionallıq, Əlillik və Sağlamlığın Beynəlxalq Təsnifatı (FBT) 
Dünyada 
əlilliyi olan uşaqların inklüziv təhsilə cəlb olunmasının dəstəklənməsi üçün 
sisteml
ərdə bir neçə dəfə dəyişikliklər olmuşdur. Bunlardan biri qlobal şəkildə Funksionallıq, Əlillik 
v
ə Sağlamlığın Beynəlxalq Təsnifatından (FBT) istifadəyə keçiddir. Ümumdünya Səhiyyə 
Assambleyası bu təsnifatı 2001-ci ilin may ayında rəsmi şəkildə təsdiq etdi və üzv dövlətləri onu 
müvafiq hallarda öz t
ədqiqatlarında, müşahidələrində və hesabatlarında tətbiq etməyə çağırır. 
FBT psixo-sosial model
ə əsaslanır. O, insan sağlamlığı və rifahının bütün aspektlərini, o 
cüml
ədən faydalı münasibətləri və keyfiyyətli təhsili əhatə edir. O, özündə tibbi və sosial modeli 
birl
əşdirir və iki əsas hissədən ibarətdir:  
ı. Funksionallıq və əlillik: Orqanizmin funksiya və quruluşu komponenti, aktivlik və iştirak 
komponenti; 
II. Kontekstual amill
ər: Ətraf mühit faktoru və şəxsi faktor. Xüsusi vəziyyətlərdə 
funksiyalara t
əsir göstərən xarici (ətraf mühit) və daxili (şəxsi) amilləri əks etdirir. 
H
əm Konvensiyada, həm də FBT-də verilən təriflərdə əlilliyin konseptual amillərinin önəmi 
t
əsdiq olunur. Əlillik kompleks fenomen kimi şərh edilir və vurğulanır ki, əlillik yalnız şəxsin malik 
olduğu anatomik pozuntular səbəbindən yaranmır. Başqa sözlə, əlillik şəxsin müxtəlif ehtiyacları 
qarşılaya bilməyən ətraf mühit ilə qarşılıqlı əlaqəsi zamanı yaranır. 
FBT-nin inklüziv t
əhsil baxımından əhəmiyyəti ondan ibarətdir ki, bu sənəd əlilliyin əsasən 
sosial fenomen olduğunu anlamağa yardımçı olur. Bu isə öz növbəsində təlim nəticələrinin 
sad
əcə fərdlərdən deyil, həm də təhsil mühitindən asılı olduğunu ön plana çəkir və məktəbin 
universal dizayn 
əsasında təkmilləşdirilməsini tələb edir.

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin