4
Mövzu 1.
İNSAN HÜQUQLARINA ƏSASLANAN İNKLÜZİV TƏHSİL
1.1.
İnklüziv təhsil nədir?
“İnklüziv təhsil” termini çox zaman səhv başa düşülür. BMT-nin “Əlilliyi
olan şəxslərin
hüquqları haqqında” Konvensiyasının 24-cü maddəsi əlilliyə daha münasib tərif verir. Konvensiya
əlilliyi olan şəxslərin təhsil hüquqlarını tanıyır və dövlətlərin üzərinə inklüziv təhsili tətbiq etmək
öhd
əliyini qoyur. Bu öhdəliyə aşağıdakılar daxildir:
Əlilliyi olan uşaqların ümumtəhsil məktəblərindən kənarlaşdırılmamasını təmin etmək;
Yaşadıqları icmada digərləri ilə bərabər əsaslarla inklüziv, keyfiyyətli və pulsuz ibtidai və
orta t
əhsil almaq imkanlarını təmin etmək;
İnklüzivliyin tam şəkildə təmin olunması üçün akademik və sosial inkişafa şərait yaradan
mühitd
ə fərdi ehtiyaclara uyğunlaşdırılmış zəruri dəstək tədbirlərini təmin etmək.
H
ər hansı formada seqreqasiya və ya təhsildən kənarlaşdırılma, məsələn,
əlilliyi olan
uşaqların xüsusi məktəblərdə və ya adi məktəblərin daxilindəki xüsusi bölmələrdə təhsil alması,
yaxud natamam inteqrasiya inklüziv t
əhsilə daxil deyil.
“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyanı imzalayan tərəflərdən biri kimi,
Az
ərbaycan da inklüziv təhsili həyata keçirmək öhdəliyini üzərinə götürmüşdür. İnklüziv təhsilin
t
ətbiqində boşluqları aradan qaldırmaq üçün önəmli addımlar atılmışdır. 2017-ci ildə əlilliyi olan
şəxslərin bərabər təhsil imkanlarını təmin etmək məqsədi ilə “2018–2024-cü illərdə Azərbaycan
Respublikasında əlilliyi olan şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”
qəbul
edilmişdir.
Az
ərbaycanda əlilliyi olan uşaqlar üçün təhsil geniş şəkildə əlçatan deyil. 2015-2016-cı tədris
ilind
ə xüsusi məktəblərdə (3148 nəfər), internat məktəblərində (2468 nəfər)
və ümumtəhsil
m
əktəblərinin əlilliyi olan uşaqlar üçün xüsusi siniflərində (659 nəfər)
təhsil alan əlilliyi olan
uşaqların sayı cəmi 6275 nəfər olub. Azərbaycanda məktəbəqədər və icbari orta təhsildə (ibtidai
v
ə ümumi orta təhsil) iştirak edən uşaqların sayının 1279135 nəfər olduğu nəzərə alındıqda,
ölk
ədə icbari orta təhsil alan uşaqların cəmi 0.5% hissəsinin əlilliyi olan uşaqlar olduğu məlum
olur. Qeyd
ə alınan bu aşağı rəqəmlər əlilliyi olan bir çox uşağın ya məktəbdə təhsil almadığını,
ya da onların müəyyən edilmədiyini göstərir.