www.stomatoloq.az
SANİTARİYA-EPİDEMİOLOJİ SALAMATLIQ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
I FƏSİL
ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Əhalinin sanitariya-epidemioloji salamatlığı və onun təmin edilməsinin əsaslan
1. Əhalinin sanitariya-epidemioloji salamatlığı ictimai sağlamlığın və insanların yaşayış mühitinin
elə bir halıdır ki, bu mühitin amilləri insan orqanizminə təhlükəli və zərərli təsir göstərmir və
insanın həyat fəaliyyəti üçün əlverişli şərait vardır.
2. Azərbaycan Respublikası əhalisinin sanitariya-epidemioloji salamatlığı aşağıdakıların vasitəsilə
təmin olunur:
əhalinin sağlamlığını möhkəmlətməyə, xəstəliklərin profilaktikasına, insanların yaşayış
mühitini və həyat fəaliyyəti şəraitini sağlamlaşdırmağa dair dövlət, regional və yerli
proqramların yerinə yetirilməsi;
dövlət orqanları və ictimai birliklər, tabeliyindən və mülkiyyət formasından asılı
olmayaraq müəssisələr, təşkilatlar və idarələr, vəzifəli şəxslər və vətəndaşlar tərəfindən
fəaliyyətlərinin tərkib hissəsi kimi sanitariya qaydalarına və normalarına, gigiyena
normativlərinə əməl edilməsini;
əhali arasında sağlam həyat tərzinin, yüksək sanitariya mədəniyyətinin yaranmasına
yönəldilmiş gigiyena təlim-tərbiyəsi işlərinin görülməsi;
əhalinin sağlamlıq vəziyyəti, gigiyena və epidemiologiya şəraiti, profilaktika, sanitariya-
gigiyena tədbirləri və epidemiya əleyhinə tədbirlər barəsində əhaliyə geniş məlumat
verilməsi; dövlət və idarə sanitariya nəzarəti, istehsalat nəzarəti və ictimai nəzarət
sistemi.
Maddə 2. Azərbaycan Respublikasının sanitariya qanun-vericiliyi və onun əsas vəzifələri
1. Azərbaycan Respublikasının sanitariya qanunvericiliyi «Əhalinin sağlamlığının qorunması
haqqında» Azərbaycan Respublikasının Qanunundan, bu Qanundan, əhalinin sanitariya-
epidemioloji salamatlığı məsələləri barəsində Azərbaycan Respublikasının digər qanunvericilik
aktlarından ibarətdir.
2. Azərbaycan Respublikasının sanitariya qanunvericiliyi Azərbaycan Respublikası ərazisində
adamların sağlamlığının qorunmasında və möhkəmləndirilməsində, cismən və ruhən inkişafında,
fəal uzunömürlüyündə vətəndaşların və cəmiyyətin hüquq və mənafelərini həyata keçirməyin
zəruri şərti kimi əhalinin sanitariya-epidemioloji salamatlığı sahəsində ictimai münasibətləri
tənzimləyir.
3. Azərbaycan Respublikası sanitariya qanunvericiliyinin əsas vəzifələri aşağıdakılardır:
dövlət orqanlarının, ictimai birliklərin, tabeliyindən və mülkiyyət formasından asılı
olmayaraq müəssisələrin, təşkilat-ların, idarələrin, vəzifəli şəxslərin və vətəndaşların bu
sahədə hüquq və vəzifələri sisteminin müəyyən edilməsi;
insanların sağlamlığım ətraf mühit amillərinin mənfi təsirindən qorumaq və
möhkəmləndirmək məqsədilə onların sanitariya-epidemioloji salamatlığının təmin
edilməsi;
sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməsinə, eləcədə
sanitariya-gigiyena və epidemiya əleyhinə tədbirlərin görülməsinə nəzarət sisteminin
yaradılması;
gigiyena tənzimlənməsi və epidemioloji tənzimləmə qayda-sının müəyyənləşdirilməsi,
sanitariya normalarının və qayda-larının hazırlanması;
əhalinin sanitariya-epidemioloji salamatlığını təmin edən iqtisadi mexanizmin
yaradılması;
sanitariya normalarını və qaydalarını, gigiyena normativlərini pozmağa görə məsuliyyət
dərəcələrinin müəyyən edilməsi;
vətəndaşların salamatlığının qorunması hüququnu təmin etməyə yönəldilən
qanunvericilik, hüquqi və təşkilati tədbirlər kompleksinin yaradılması.
Maddə 3. Sanitariya normaları və qaydaları, gigiyena normativləri
Sanitariya normalan və qaydaları, gigiyena normativləri ətraf mühit amillərinin insan üçün təhlükəsizliyi
və ya zərərsizliyi meyarlarını və insanın həyat və fəaliyyəti üçün əlverişli şərait yaradılması tələblərini
müəyyən edən normativ aktlardır. Azərbaycan Respublikası ərazisində respublikanın sanitariya normaları
və qaydaları, gigiyena normativləri qüvvədədir.
Lazım gəldikdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müəyyən etdiyi qayda əsasında Naxçıvan
Muxtar Respublikasının, şəhərlərin və rayonların ərazisində müvəqqəti yerli sanitariya qaydaları tətbiq
edilə bilər. Bütün dövlət orqanları, ictimai birliklər, tabeliyindən və mülkiyyət formasından asılı
olmayaraq müəssisələr, idarələr, təşkilatlar, vəzifəli şəxslər və vətəndaşlar sanitariya normalarına və
qaydalarına, gigiyena normativlərinə hökmən əməl etməlidirlər.
Respublika və yerli sanitariya qaydalarının və normalarının, gigiyena normativlərinin hazırlanması,
təsdiq, nəşr edilməsi, qüvvəyə minməsi və dəyişdirilməsi qaydasını, habelə beynəlxalq sanitariya
qaydalarının və normalarının, gigiyena normativlərinin Azərbaycan Respublikası ərazisində qüvvədə
olması qaydasını Azərbaycan Respublikasının baş dövlət sanitariya həkimi müəyyən edir, sanitariya
normalan və qaydaları, gigiyena normativləri sərbəst yayılmalıdır.
Maddə 4. Əhalinin sanitariya-epidemioloji salamatlığının təmin edilməsi sahəsində Azərbaycan
Respublikası ali dövlət hakimiyyəti və idarəetmə orqanlarının, Naxçıvan Muxtar Respublikası ali
və yerli dövlət hakimiyyəti və idarəetmə orqanlarının, Azərbaycan Respublikası şəhərlərinin və
rayonlarının yerli hakimiyyət orqanlarının səlahiyyəti
1. Azərbaycan Respublikası ali dövlət hakimiyyəti və idarəetmə orqanlarının səlahiyyətinə
aşağıdakılar aiddir:
Azərbaycan Respublikası əhalisinin sanitariya-epidemioloji salamatlığı məsələlərinə dair
respublika qanunlarının, digər normativ aktların hazırlanması və qəbul edilməsi;
əhalinin sanitariya-epidemioloji salamatlığının təmin edilməsi sahəsində məqsədyönlü
respublika kompleks proqramlarının hazırlanması və qəbul olunması, onların
maliyyələşdirilməsi və həyata keçirilməsinə nəzarət edilməsi;
dövlət orqanları tərəfindən sanitariya qanunvericiliyinə əməl olunmasına nəzarət
edilməsi;
Azərbaycan Respublikasının ərazisində əhalinin sanitariya-epidemioloji salamatlığının
təmin olunması sahəsində vahid dövlət siyasətinin müəyyənləşdirilməsi və həyata
keçirilməsi, dövlət sanitariya nəzarətini həyata keçirən orqanların və idarələrin sisteminin
və hüquqi statusunun müəyyən edilməsi;
Azərbaycan Respublikasının ərazisində əhali arasında yoluxucu və qeyri-yoluxucu
kütləvi xəstəliklərin, zəhərlənmələrin yayılmasının qarşısını almağa və ləğv edilməsinə
yönəldilmiş xüsusi təhsil, hərəkət, daşıma və əmək rejimi şərtlərinin qoyulması və ləğv
edilməsi;
insanların həyatı və sağlamlığı üçün təhlükəli olan ərazidə əhalinin yaşamasının, kənd
təsərrüfatı işlərinin, digər təsərrüfat işlərinin qadağan edilməsi;
sanitariya qanunvericiliyinə əməl olunmaması nəticəsində dəymiş zərərin hesablanması
və ödənilməsi qaydasının müəyyənləşdirilməsi;
əhalinin sanitariya-epidemioloji salamatlığının təmin edilməsi sahəsində elmi
tədqiqatların istiqamətləndirilməsi, əlaqələndiril-məsi və maliyyələşdirilməsi.
2. Öz ali və yerli dövlət hakimiyyəti və idarəetmə orqanlarının simasında Naxçıvan Muxtar
Respublikasının, Azərbaycan Respublikası şəhərlərinin və rayonlarının səlahiyyətinə aşağıdakılar
daxildir:
öz inzibati ərazisində əhalinin sanitariya-epidemioloji salamatlığının təmin olunması sahəsində
normativ hüquq aktlarının qəbul olunması və dövlət idarəetməsinin həyata keçirilməsi;
müəssisələrin, təşkilatların, idarələrin və vətəndaşların kompleks gigiyena tədbirlərini və
epidemiya əleyhinə tədbirləri həyata keçirməsi sahəsində fəaliyyətin əlaqələndirilməsi;
əhalinin sanitariya-epidemioloji salamatlığının təmin olunmasına dair regional və yerli
proqramların hazırlanması və təsdiqi, onların yerinə yetirilməsinə nəzarət, habelə bu məsələlərə
dair dövlət proqramlarının həyata keçirilməsinin təşkili;
əhali arasında yoluxucu xəstəlik epidemiyalarının, qeyri-yoluxucu kütləvi xəstəliklərin və
zəhərlənmələrin qarşısının alınmasında və ləğvində operativ tədbirlərin təşkili, habelə müvafiq
ərazidə karantinin və ya məhdudlaşdırıcı tədbirlərin tətbiqinə və ləğvinə dair qərarların qəbul
edilməsi.
II FƏSİL
AZƏRBAYCAN RESPUBLİKASI ƏhALİSİNİN SANİTARİYA-EPİDEMİOLOJİ SALAMATLIĞININ
TƏMİN EDİLMƏSİNDƏ VƏTƏNDAŞLARIN, DÖVLƏT ORQANLARININ, İCTİMAİ
BİRLİKLƏRİN, MÜƏSSİSƏLƏRİN, TƏŞKİLATLARIN VƏ İDARƏLƏRİN HÜQUQLARI
Maddə 5. Azərbaycan Respublikası vətəndaşlarının əlverişli ətraf mühitdə yaşamaq hüququ
Azərbaycan Respublikasının vətəndaşları indiki və gələcək nəsillərin səhhətinə mənfi təsir göstərməyən
və onların sanitariya-epidemioloji salamatlığını təmin edən əlverişli ətraf mühitdə yaşamaq hüququna
malikdirlər. Azərbaycan Respublikası vətəndaşlarının bu hüququ, habelə onunla bağlı olan və bu
Qanunun 6-cı və 8-ci maddələrində nəzərdə tutulan hüquqları Azərbaycan Respublikasının ərazisinə
gəlmiş xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə, bu Qanunun 6-cı maddəsində nəzərdə tutulan
hüquqları isə . Azərbaycan Respublikasının ərazisində daimi yaşayan xarici vətəndaşlara və vətəndaşlığı
olmayan şəxslərə də şamil edilir. Vətəndaşların 5-8-ci maddələrdə göstərilən hüquqlarının həyata
keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunur.
Maddə 6. Azərbaycan Respublikası vətəndaşlarının məlumat almaq hüququ
Azərbaycan Respublikası vətəndaşları xəstələnmə dərəcəsi, epidemioloji vəziyyət və radiasiya şəraiti,
ətraf mühitin vəziyyəti və bunların insan sağlamlığına təsiri, aparılmış gigiyena ekspertizalarının, digər
xüsusi ekspertizaların nəticələri, dövlət orqanlarının və vəzifəli şəxslərin qəbul etdiyi, həyata keçirilməsi
əhalinin sağlamlığına və ətraf mühitə təsirlə bağlı olan qərarlar haqqında tam, düzgün və pulsuz məlumat
almaq hüququna malikdirlər,
Maddə 7. Həyata keçirilməsi sağlamlığa və ətraf mühitə təsirlə bağlı olan qərarların
hazırlanmasında Azərbaycan Respublikası vətəndaşlarının iştirak etmək hüququ
Azərbaycan Respublikasının vətəndaşları təşkilatlar və vəzifəli şəxslər tərəfindən istər təkbaşına, istərsə
də kollegial qəbul olunan, həyata keçirilməsi əhalinin sağlamlığına və ətraf mühitə təsirlə bağlı olan
qərarların hazırlanmasına və icrasına nəzarətdə iştirak etmək hüququna malikdirlər.
Maddə 8. Azərbaycan Respublikası vətəndaşlarının sağlamlığına dəyən zərərin əvəzinin ödənilməsi
hüququ
Azərbaycan Respublikasının vətəndaşları ətraf mühitin kimyəvi, fiziki, bioloji və digər amillərinin, habelə
qida məhsullarının təsiri nəticəsində sağlamlığa dəyən zərərin əvəzinin qüvvədə olan qanunvericiliyə
müvafiq surətdə tamamilə ödənilməsi hüququna malikdirlər. Zərərin əvəzinin ödənilməsi barədə
mübahisələri qanunla müəyyən edilmiş qaydada baxılır.
Maddə 9. Azərbaycan Respublikası vətəndaşlarının hüquqlarının məhkəmə vasitəsilə müdafiəsi
Dövlət idarəetmə orqanlarının və vəzifəli şəxslərin, vətəndaşların bu Qanunun 5-8-ci maddələrində
nəzərdə tutulmuş hüquqlarına toxunan qərarlarından və hərəkətlərindən vətəndaşlar Azərbaycan
Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq bilavasitə ali dövlət idarəetmə orqanlarına və ya
məhkəməyə şikayət edə bilərlər.
Maddə 10. Dövlət orqanlarının, ictimai birliklərin, müəssisələrin, təşkilatların və idarələrin
hüquqları
Dövlət orqanlarının, ictimai birliklərin, müəssisələrin, təşkilatların və idarələrin aşağıdakı hüquqları
vardır:
sanitariya-epidemioloji vəziyyət və ətraf mühitin vəziyyəti, əhalinin xəstələnmə dərəcəsi,
qüvvədə olan sanitariya normaları və qaydaları, gigiyena normativləri haqqında məlumat almaq;
Azərbaycan Respublikası əhalisinin sanitariya-epidemioloji salamatlığının təmin edilməsinə dair
proqramların hazırlanmasın-da iştirak etmək.
III FƏSİL
SANİTARİYA-EPİDEMİOLOJİ SALAMATLIĞIN TƏMİN EDİLMƏSİ SAHƏSİNDƏ DÖVLƏT
ORQANLARININ, İCTİMAİ BİRLİKLƏRİN, MÜƏSSİSƏLƏRİN, TƏŞKİLATLARIN,
İDARƏLƏRİN, VƏZİFƏLİ ŞƏXSLƏRİN VƏ VƏTƏNDAŞLARIN VƏZİFƏLƏRİ
Maddə 11. Dövlət orqanlarının, ictimai birliklərin, müəssisələrin, təşkilatların, idarələrin, vəzifəli
şəxslərin və vətəndaşların vəzifələri
1. Dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr, vəzifəli şəxslər və vətəndaşlar
təsdiq edilmiş sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl etməli:
sanitariya-epidemioloji salamatlığın təmin edilməsinə, xəstələnmə hallarının qarşısının
alınmasına və azaldılmasına, ətraf mühitin sağlamlaşdırılmasına yönəldilən sanitariya-
gigiyena tədbirləri və epidemiya əleyhinə tədbirlər görməli;
dövlət sanitariya nəzarətini həyata keçirən vəzifəli şəxslərin tələblərinə əməl etməli;
dövlət sanitariya nəzarətini həyata keçirən orqanlara və idarələrə sanitariya-epidemioloji
vəziyyət. radiasiya şəraiti və qəzalar haqqında dəqiq və dolğun məlumat verməlidirlər.
Bu vəzifələr Azərbaycan Respublikasının ərazisində daimi yaxud müvəqqəti yaşayan xarici vətəndaşlara
və vətəndaşlığı olmayan şəxslərə də aiddir.
2. Yerli idarəetmə orqanları və nazirliklər öz ərazilərində və tabeliklərində olan müəssisələrin,
təşkilatların, idarələrin, kooperativlərin və vətəndaşların sanitariya qanunvericiliyinə əməl
etmələrinə cavabdehdirlər.
Maddə 12. Vətəndaşların sağlamlığının qorunması, əlverişli ətraf mühitdə yaşaması və məlumat
alması hüquqlarının təmin edilməsi sahəsində vəzifələr
Dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar və idarələr:
əhalinin sağlamlığını qorumaq və möhkəmləndirmək, ətraf mühitin insana mənfi təsirinin
qarşısının alınmasına kömək etmək üçün mümkün olan bütün tədbirləri görməli;
Azərbaycan Respublikasının qanunvericilik aktlarına əsasən dövlət, xidmət, yaxud kommersiya
sirri daşıyan hallar istisna olmaqla, bu Qanunun 6-cı maddəsinə müvafiq surətdə vətəndaş-ların
tələbi ilə onlara tam və dəqiq məlumat verməli;
həyata keçirilməsi əhalinin sağlamlığına və ya ətraf mühitə mənfi təsirlə bağlı olan qərarların
hazırlanmasında, qəbul olunmasında və icrasına nəzarətdə vətəndaşların iştirakı üçün şərait
yaratmalı;
sağlam həyat tərzini formalaşdırmaq üçün şəraiti təmin etməli, o cümlədən bədən tərbiyəsi-idman
müəssisələrinin, sağlamlaşdırma komplekslərinin, sağlamlıq mərkəzlərinin, turist və idman
bazalarının, sanatoriya-profilaktoriyaların və əhalinin istirahəti, sağlamlığının
möhkəmləndirilməsi ilə məşğul olan digər müəssisələrin səmərəli işləməsindən ötrü müasir
maddi-texniki baza yaratmalı;
sağlam həyat tərzini formalaşdırmaq məqsədilə əhali arasında gigiyena biliklərini təbliğ etməli,
gigiyena təlim-tərbiyəsi işlərini yerinə yetirməlidirlər.
Sağlam həyat tərzinin təbliği, o cümlədən kütləvi informasiya vasitələri ilə təbliği dövlət və digər
maliyyələşdirmə mənbələri hesabına həyata keçirməlidir.
Maddə 13. Normativ-texniki sənədləri hazırlanmasının vəzifələri
Normativ-texniki sənədləri hazırlayan dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar; idarələr
və vətəndaşlar:
immunoloji-bioloji və dərman preparatlarının bütün növləri haqqında normativ-texniki sənədləri
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təsdiqinə verməli;
yeni növ xammal, materiallar, maddələr, məmulat və digər xalq təsərrüfatı məhsulları tətbiq
edilənədək əhalinin sanitariya-epidemioloji salamatlığının təmin edilməsinə yönəldilən
normativlər üzrə əsaslandırılmış təklifləri hazırlayıb Azərbaycan Respublikası Səhiyyə
Nazirliyinin təsdiqinə verməli;
maddələrin, materialların xassələrini, texnologiyaların təhlükəsizliyini hərtərəfli qiymətləndirmək
üçün dövlət sanitariya nəzarəti orqanlarına və idarələrinə lazımi məlumat verməlidirlər.
Maddə 14. Layihələşdirmə və tikinti dövründə vəzifələr
Tikinti üçün torpaq sahəsi ayrılarkən, müəssisələr, onların buraxılış kompleksləri, binaları və qurğuları
layihələşdirilərkən, yerləşdirilərkən, tikilərkən, yenidən qurularkən, modernləş-dirilərkən, yeni texnika ilə
təchiz edilərkən, yaşayış məntəqələri, kurortlar, sənaye və kənd təsərrüfatı obyektləri, su təchizatı,
kanalizasiya, çirkab sulan təmizləmə sistemləri və hidrotexniki qurğular perspektiv üçün tikilərkən və
yerləşdirilərkən, nəqliyyat vasitələri, texnoloji proseslər, məmulat, avadanlıq, alətlər və s. hazırlanarkən
dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar əhalinin sanitariya-
epidemioloji salamatlığının təmin olunmasına yönəldilən sanitariya normalarına və qaydalarına, gigiyena
normativlərinə əməl etməlidirlər. Torpaq sahələrinin ayrılması, tikinti, yenidənqurma, modernləşdirmə,
yeni texnika ilə təchizetmə layihələrinin dövlət sanitariya-epidemioloji xidməti orqanları və idarələri ilə
razılaşdırılması qaydası Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müəyyənləşdirilər.
Maddə 15. Obyektlərin istismara qəbul edilməsi dövründə vəzifələr
Dövlət və işçi qəbul komissiyalarının sədrləri və üzvləri, o cümlədən dövlət sanitariya-epidemioloji
orqanlarının və idarələrinin nümayəndələri tikintisi başa çatdırılmış, yenidən qurulmuş, genişləndirilmiş
obyektləri yalnız sanitariya normalarının və qaydalarının, gigiyena normativlərinin tələblərinə əməl
olunduqda istismara qəbul etməlidirlər.
Maddə 16. Otaqların, binaların, qurğuların, avadanlığın, ərazinin, nəqliyyat vasitələrinin
saxlanılması və istismarı sahəsində vəzifələr
İctimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar istehsalat və sanitariya-məişət
otaqlarının, iş yerlərinin, ictimai binaların, komplekslərin və qurğuların, yaşayış evlərinin, texnoloji və
başqa avadanlığın, ərazinin, nəqliyyat vasitələrinin sanitariya normalarına və qaydalarına, gigiyena
normativlərinə, tikinti standartlarına, normalarına və qaydalarına, bu sahəyə aid digər sənədlərin
tələblərinə müvafiq surətdə saxlanılmasını və istismar olunmasını təmin etməlidirlər.
Maddə 17. Kimyəvi maddələrin, bioloji vasitələrin və materialların tətbiqi, istifadəsi,
zərərsizləşdirilməsi və basdırılması sahəsində vəzifələr
İctimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar:
kimyəvi maddələr, bioloji vasitələr və materiallar tətbiq, istifadə edilərkən, zərərsizləşdirilərkən
və basdırılarkən sanitariya-epidemioloji salamatlığı və təhlükəsizliyi təmin etmək tələblərini
nəzərdə tutan sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə, standartlara və
digər sənədlərə əməl etməli;
kimyəvi maddələri, bioloji vasitələri, materialları, mineral gübrələri, boy maddələrini və
bitkiqoruyucu bioloji vasitələri, polimer və plastik kütlələri, ətriyyat-kosmetika məhsullarını,
digər kimyəvi və bioloji vasitələri yalnız toksikoloji-gigiyena rəyi verildikdən, gigiyena
normativləri müəyyən olunduqdan sonra, immunoloji-bioloji preparatları və dərman vasitələrini
isə müəyyənləşdirilmiş qaydada və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin icazəsi ilə
tətbiq etməlidirlər.
Maddə 18. Radiasiya təhlükəsizliyini təmin etmək sahəsində vəzifələr
Dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr, və vətəndaşlar radioaktiv maddələrlə
və digər ionlaşdırıcı şüalanma mənbələri ilə işləyərkən radiasiya təhlükəsizliyi normalarına və sanitariya
qaydalarına, habelə radioaktiv maddələrin və digər ionlaşdırıcı şüalanma mənbələrinin çıxarılması,
alınması, hazırlanması, istifadə olunması, emalı, daşınması, saxlanılması, işlədilməsi və basdırılması
zamanı radiasiya təhlükəsizliyini təmin etmək barəsində digər normativ sənədlərdə göstərilmiş tələblərə
əməl etməlidirlər. Radiasiya təhlükəsizliyi normaları və radioaktiv maddələrlə, digər ionlaşdırıcı
şüalanma mənbələri ilə işin sanitariya qaydaları tələblərinin pozulduğu bütün hallar hökmən dövlət
sanitariya nəzarətini həyata keçirən vəzifəli şəxslərin iştirakı ilə xüsusi müzakirə edilməlidir.
Maddə 19. Mənzil sahəsinə sakinlərin köçürülməsi və yaşaması sahəsində vəzifələr
Yaşayış üçün mənzil sahəsi verən dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və
vətəndaşlar sakinləri mənzil sahəsinə köçürərkən qüvvədə olan sanitariya tələblərini yerinə
yetirməlidirlər.
Maddə 20. Ərzaq xammalının və qida məhsullarının istehsalı, daşınması, saxlanılması və satışı
zamanı vəzifələr
İctimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətən-daşlar:
ərzaq xammalının və qida məhsullarının istehsalı, daşınması, saxlanılması və satışı zamanı tibbi-
bioloji tələblərə, sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl etməli;
qida məhsullarına yeni əlavələri, xüsusi qatılan bioloji fəal maddələri, yeni istehsal
texnologiyalarmı, istehsal xammalmı və qida məhsullarmı, habelə ərzaq xammalı və qida
məhsulları ilə təmasda olan qabları, polimer və başqa materialları yalnız toksikoloji-gigiyena rəyi
verildikdən sonra və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin icazəsi ilə
müəyyənləşdirilmiş qaydada tətbiq etməlidirlər.
Maddə 21. Təsərrüfat-içməli su təchizatına və əhalinin mədəni-məişət məqsədilə sudan istifadə
etdiyi yerlərə olan sanitariya tələblərinə əməl etmək sahəsində vəzifələr
Dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar mərkəzləşdirilmiş
təsərrüfat-içməli su təchizatı sistemləri ilə verilən suyun keyfiyyətinin gigiyena tələblərinə və dövlət
standartlarına uyğun gəlməsini, mərkəzləşdirilməmiş su təchizatı zamanı, habelə sututarlarda və dənizin
sahilboyu zolağında, əhalinin mədəni-məişət məqsədləri üçün istifadə etdiyi yerlərdə isə müvafiq
sanitariya normalarının və qaydalarının tələblərinə uyğun gəlməsini təmin etməlidirlər. Mərkəzləşdirilmiş
təsərrüfat-içməli su kəmərləri və onların mənbələri üçün suyun lazımi keyfiyyətini təmin edən xüsusi
rejimli sanitariya mühafizə zonaları müəyyən edilməlidir. Su kəmərlərinin və onları təchiz edən
mənbələrin sanitariya mühafizə zonalarının təyin edilməsi qaydası, habelə bu zonaların sanitariya rejimi
Azərbaycan Respublikasının qanun-vericiliyi ilə müəyyən olunur.
Maddə 22. Xaricdən satın alınan məhsulun göndərilməsi, satışı və istifadəsi zamanı vəzifələr
Dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar xaricdən satın aldıqları
xammalı, materialları, maddələri, məmulatı və digər məhsulları, onların istehsalı texnologiyalarını
göndərərkən, saxlayarkən, satarkən və istifadə edərkən Azərbaycan Respublikasında qüvvədə olan
sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl etməlidirlər.
Maddə 23. Uşaqların və yeniyetmələrin tərbiyəsi, təhsili və istehsalat təcrübəsi şərtlərinə əməl
edilməsi sahəsində vəzifələr
Dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar məktəbəqədər uşaq
tərbiyə müəssisələrində, orta məktəblərdə və texniki peşə məktəblərində, digər idarə və müəssisələrdə
uşaqların və yeniyetmələrin təhsili və tərbiyəsi, istehsalat təcrübəsi şərtlərini, onların iaşəsi, sanitariya
məişət təminatı, əmək və istirahət şəraiti üzrə sanitariya qanunvericiliyinin tələblərini tənzimləyən
sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əmə! olunmasını təmin etməlidirlər.
Maddə 24. Tibbi müayinələrdən keçmək vəzifəsi
Əhalinin sağlamlığını qorumaq, yoluxucu və parazitar xəstəliklərin yayılmasına yol verməmək, peşə
xəstəliklərinin və zəhərlənmələrin, bədbəxt hadisələrin qarşısını almaq, əməyin təhlükəsizliyini təmin
etmək məqsədilə müəssisələrin, təşkilatların, idarələrin işçiləri və vətəndaşlar işə qəbul olunmazdan əvvəl
və vaxtaşırı tibbi müayinədən keçməlidirlər. Zərərli maddələrin, mənfi amillərin və müvafiq işlərin
siyahısını, tibbi müayinələrin keçirilməsi qaydasını Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi
müəyyən edir. Müəssisələrin, təşkilatların və idarələrin rəhbərləri və digər vəzifəli, şəxsləri tibbi
müayinədən keçməyən, yaxud sağlamlıq vəziyyətinə görə yararsız hesab edilən şəxslərin işə
buraxılmaması və işçilərin vaxtaşaşırı tibbi müayinədən vaxtında keçməsi üçün məsuliyyət daşıyalar.
Maddə 25. Xəstəliklərin əmələ gəlməsinin və yayılmasının qarşısını almaq sahəsində vəzifələr
Dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar yoluxucu, parazitar,
peşə xəstəliklərinin və kütləvi qeyri-yoluxucu xəstəliklərin, o cümlədən radiasiya amili ilə bağlı olan
xəstəliklərin əmələ gəlməsinin və yayılmasının qarşısını almaq, habelə belə xəstəliklər əmələ gəldikdə
onları ləğv etmək üçün vaxtında tədbirlər görülməsini təmin etməlidirlər. Yoluxucu və parazitar
xəstəliklərin əmələ gəlməsinin və yayılmasının qarşısını almağa yönəldilən profilaktik peyvəndlər
vurulmasının və digər tədbirlər görülməsinin qaydasını Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi
müəyyən edir. Yoluxucu, parazitar, kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması
təhlükəsi yarandıqda Azərbaycan Respublikasının hökuməti, baş dövlət sanitariya həkimləri özlərinin
səlahiyyətləri daxilində müvafiq ərazilərdə və ya obyektlərdə müəyyən olunmuş qaydada xüsusi əmək,
təhsil, hərəkət, daşıma şəraiti və rejimləri tətbiq edir, lazım gəldikdə isə belə xəstəliklərin əmələ
gəlməsinin, yayılmasının qarşısını almağa və onları ləğv etməyə yönəldilən zərərsizləşdirmə,
dezinfeksiya, dezinseksiya, deratizasiya və dezaktivasiya işləri görürlər. Yoluxucu və parazitar xəstəlik
mənbələrində karantin - təşkilat, profilaktika tədbirlərinin görülməsi, yoluxucu xəstəliklərə tutulmuş
şəxslərin xəstəxanalara yerləşdirilməsi qaydasını və müddətlərini Azərbaycan Respublikasının hökuməti,
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi müəyyən edir.
Maddə 26. Elmi tədqiqat idarələrinin və təşkilatlarının xüsusi ekspertizalar keçirmək sahəsində
vəzifələri
Elmi tədqiqat idarələri, ali məktəblər, digər təşkilatlar və idarələr elmi-texniki tərəqqinin müasir
səviyyəsini nəzərə almaqla özlərinin səlahiyyəti daxilində əhalinin və ayrı-ayrı vətəndaşların sağlamlıq və
xəstələnmə vəziyyətini, layihə sənədlərini, texniki və başqa sənədləri, xammalı, materialları, maddələri,
məmulatı və digər xalq təsərrüfatı məhsullarını, onların istehsalı texnologiyasını və tibbi immunoloji-
bioloji preparatları sanitariya-gigiyena, tibbi, bioloji, texniki, sosioloji, statistika ekspertizalarından və
digər növ xüsusi ekspertizalardan keçirməlidirlər. Bu ekspertizalar dövlət sanitariya-epidemioloji xidməti
orqanlarının və idarələrinin göndərişləri üzrə müqavilə əsasında və ya başqa əsasda keçirilir. Elmi
tədqiqat idarələri, ali məktəblər, digər təşkilatlar və idarələr ekspertizaların düzgün keçirilməsi üçün
məsuliyyət daşıyırlar.
IV FƏSİL
AZƏRBAYCAN RESPUBLİKASINDA DÖVLƏT SANİTARİYA NƏZARƏTİNİN TƏŞKİLİ
Maddə 27. Azərbaycan Respublikası dövlət sanitariya epidemioloji xidmətinin vəzifələri
Azərbaycan Respublikasının dövlət sanitariya-epidemioloji xidməti əhalinin sağlamlığını qorumaq və
möhkəmləndirmək, sağlam həyat tərzi formalaşdırmaq və xəstəliklərin profilaktikasını təmin etmək
məqsədilə ətraf mühitin zərərli amillərinin əhalinin sağlamlığına təsirinin qarşısının alınmasına, aşkara
çıxarılıb ləğv olunmasına yönəldilmiş aşağıdakı vəzifələri yerinə yetirir:
dövlət sanitariya nəzarəti və epidemioloji tədqiqatlar aparılması;
ətraf mühit amillərinin əhalinin sağlamlığına təsirinin uçotu, statistikası və sosial-gigiyena
monitorinqi;
əhalinin sanitariya-epidemioloji salamatlığını təmin edən proqramların hazırlanması, onların
həyata keçirilməsinə təşkilati-metodik rəhbərlik və nəzarət edilməsi;
əhalinin sağlamlığının qorunması və möhkəmləndirilməsi, yoluxucu, parazitar xəstəliklərin və
qida zəhərlənmələrinin profilaktikası və ləğvi sahəsində, habelə ekstremal vəziyyətlər yarandıqda
sanitariya-gigiyena tədbirlərinin, epidemiya əleyhinə tədbirlərin təşkili və həyata kecirilməsi;
ətraf mühitin zərərli amillərin gigiyena baxımından normalaşdırılması və tənzimlənməsi;
sağlam həyat tərzini formalaşdırmaq, əhalinin sanitariya mədəniyyətini yüksəltmək üçün gigiyena
biliklərinin təbliğ edil-məsi;
Azərbaycan Respublikası ərazisinin karantin infeksiyaları gətirilməsindən və yayılmasından,
sağlamlıq üçün təhlükəli ərzaq məhsulları və istehlak əşyaları idxalından sanitariya mühafizəsi;
dövriyyədə olan dərman vasitələri barəsində müəyyən olunmuş sanitariya-gigiyena tələblərinə
əməl olunmasına nəzarətin həyata keçirilməsi.
Maddə 28. Dövlət sanitariya nəzarəti
Dövlət sanitariya nəzarəti əhalinin sanitariya-epidemioloji salamatlığını, əlverişli ətraf mühiti təmin edən
və əhalinin sağlamlığını qoruyub möhkəmləndirmək, adamların fəal ömrünü uzatmaq məqsədi güdən
sanitariya-gigiyena tədbirləri və epidemiya əleyhinə tədbirlər kompleksinin dövlət orqanları, ictimai
birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar tərəfindən yerinə yetirilməsi prosesində dövlət
sanitariya-epidemioloji xidməti orqanlarının və idarələrinin elə bir fəaliyyətidir ki, bu fəaliyyət sanitariya
qanunvericiliyinin, insanın sağlamlığının qorunması sahəsində beynəlxalq və dövlət standartlarının
tələblərinin yerinə yetirilməsini təmin etməyə, sanitariya qaydaları və normaları, gigiyena normativləri
pozuntularının qarşısını almağa, bunları vaxtında aşkara çıxarıb ləğv etməyə, təqsirli şəxsləri məsuliyyətə
cəlb etməyə yönəldilmişdir.
Maddə 29. İdarə sanitariya nəzarəti
Azərbaycan Respublikası müdafiə, milli təhlükəsizlik və daxili işlər nazirliklərinin obyektlərində, habelə
dəmiryol nəqliyyatında sanitariya-epidemioloji salamatlığın təmin edilməsinə idarə sanitariya nəzarətini
bu nazirliklərin xüsusi sanitariya xidmətləri həyata keçirir. Bu xidmətlərin fəaliyyəti Azərbaycan
Respublikasının sanitariya qanunvericiliyinə zidd olmamalıdır.
Maddə 30. İstehsalat nəzarəti
İstehsal prosesində sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməsinə, ətraf
mühitin çirklənməsinin qarşısını almaq və sağlamlaşdırmaq məqsədi güdən tədbirlərin görülməsinə,
insanların əmək, məişət, istirahət, təhsil və tərbiyə şəraitinə, istehsal olunan məhsulun gigiyena
göstəricilərinə istehsalat nəzarətini təmin etmək vəzifəsi müəssisələrin, təşkilatların, idarələrin
rəhbərlərinə və fərdi əmək fəaliyyəti ilə məşğul olan vətəndaşlara həvalə edilir. İstehsalat nəzarətinin
həyata keçirilməsi üçün məsul orqanlar və şəxslər attestasiyadan keçməli, müəyyənləşdirilmiş mütərəqqi
tədqiq üsullarım işdə tətbiq etməlidirlər.
Maddə 31. İctimai sanitariya nəzarəti
İctimai birliklər, əmək kollektivləri və vətəndaşlar öz nizam-namələrinə və onların fəaliyyətini
tənzimləyən digər normativ aktlara uyğun olaraq sanitariya qanunvericiliyinə əməl edil-məsinə,
sanitariya-gigiyena tədbirlərinin və epidemiya əleyhinə tədbirlərin görülməsinə nəzarət edirlər. İctimai
nəzarətin həyata keçirilməsi qaydası və təminatları Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyən edilir.
Maddə 32. Dövlət və idarə sanitariya nəzarəti, istehsalat nəzarəti və ictimai nəzarət həyata
keçirilərkən qarşılıqlı əlaqə
Bu Qanunun 29-31-ci maddələrinə uyğun olaraq idarə sanitariya nəzarətini, istehsalat nəzarətini və
ictimai nəzarəti təmin edən nazirliklərin və baş idarələrin xüsusi xidmətləri, müəssisələr, təşkilatlar,
idarələr və vətəndaşlar Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji xidmətinin orqanları və
idarələri ilə qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərirlər.
V FƏSİL
AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT SANİTARİYA-EPİDEMİOLOJİ XİDMƏTİ
Maddə 33. Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji xidmətinin təşkili
1. Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji xidməti orqanlarının və idarələrinin
vahid sisteminə aşağıdakılar daxildir:
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sanitariya-Epidemioloji Nəzarəti Baş
İdarəsi;
Respublika Gigiyena və Epidemiologiya Mərkəzi; Naxçıvan Muxtar Respublikası, şəhər
və rayon, habelə hava və su nəqliyyatı gigiyena və epidemiologiya mərkəzləri;
gigiyena və epidemiologiya profilli elmi tədqiqat idarələri;
gigiyena və epidemiologiya profilli respublika, şəhər və rayon ixtisaslaşdırılmış
mərkəzləri;
taun əleyhinə idarələr;
digər sanitariya-profilaktika idarələri.
2. Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji xidməti orqanlarına və idarələrinə
rəhbərlik etmək müvafiq surətdə Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminə və
onun müavinlərinə, Naxçıvan Muxtar Respublikası, şəhər və rayon, habelə hava və su nəqliyyatı
baş dövlət sanitariya həkimlərinə və onların müavinlərinə həvalə olunur.
3. Dövlət sanitariya nəzarətini həyata keçirən şəxslər aşağıdakı qaydada vəzifəyə təyin edilir və
vəzifədən azad olunurlar:
Azərbaycan Respublikasının baş dövlət sanitariya həkimini Azərbaycan Respublikası səhiyyə
nazirinin müavinini Azərbaycan Respublikası səhiyyə nazirinin təqdimatı üzrə Azərbaycan
Respublikasının Prezidenti vəzifəyə təyin edir və vəzifədən azad edir;
Naxçıvan Muxtar Respublikasının baş dövlət sanitariya həkimini Azərbaycan Respublikasının
Səhiyyə Nazirliyi ilə razılaşdırıldıqdan sonra Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti
vəzifəyə təyin edir və vəzifədən azad edir;
şəhər, rayon baş dövlət sanitariya həkimlərini yerli icra hakimiyyəti orqanları ilə
razılaşdırıldıqdan sonra Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəyə təyin edir və
vəzifədən azad edir;
idarə sanitariya nəzarəti üzrə baş sanitariya həkimləri və onların müavinləri respublika baş dövlət
sanitariya həkimi ilə razılaşdırıldıqdan sonra vəzifəyə təyin edilir və vəzifədən azad olunurlar.
4. Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji xidmətinin müəyyənləşdirilməsi və
maddi-texniki təminatı respublika büdcəsi və müəyyənləşdirilmiş qaydada daxil olan
büdcədənkənar vəsait hesabına həyata keçirilir. Fövqəladə vəziyyətlərdə yoluxucu və digər
kütləvi xəstəlikləri və zəhərlənmələri ləğv etmək və onların yayılmasının qarşısını almaq üçün
sanitariya-gigiyena tədbirlərinə və epidemiya əleyhinə tədbirlərə çəkilən xərcləri
maliyyələşdirmək məqsədilə Respublika Gigiyena və Epidemiologiya Mərkəzi yanında xüsusi
fond yaradılır.
Maddə 34. Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji xidməti vəzifəli şəxslərinin
hüquqları
1. Azərbaycan Respublikasının baş dövlət sanitariya həkimi, Naxçıvan Muxtar Respublikası, şəhər
və rayon, hava və su nəqliyyatı baş dövlət sanitariya həkimləri və onların müavinləri aşağıdakı
hüquqlara malikdirlər:
1) Azərbaycan Respublikası sanitariya qanunvericiliyinin yerinə yetirilməsini, sanitariya-gigiyena
tədbirləri və epidemiya əleyhinə tədbirlər görülməsini, qüvvədə olan sanitariya normalarına və
qaydalarına, gigiyena normativlərinə əməl edilməsini yoxlamaq məqsədilə tabeliyindən və
mülkiyyət formasından asılı olmayaraq müəssisələrə, təşkilatlara və idarələrə maneəsiz
gedib(müəyyən edilmiş nümunəli xidmət vəsiqəsini göstərməklə) yoxlama aparmaq,
vətəndaşların yaşayış şəraitini, fərdi əmək fəaliyyəti ilə məşğul olan şəxslərin iş şəraitini
yoxlamaq və sanitariya normaları və qaydaları, gigiyena normativləri pozuntularını aradan
qaldırmağı onlardan tələb etmək;
2) zəruri hallarda elmi tədqiqat idarələrinə, laboratoriyalarına, ali məktəblərə, digər müəssisələrə
xüsusi ekspertizalar və məsləhətləşmələr keçirməyi tapşırmaq;
3) layihələşdirmə və tikinti işlərini, habelə tikintisi, yenidən qurulması başa çatdırılmış obyektlərin
və onların buraxılış komplekslərinin istismara verilməsini, işləyən müəssisələrin, təşkilatların,
ayrı-ayrı istehsal sexlərinin, sahələrinin, otaqlarının, binalarının, qurğularının, avadanlığının,
nəqliyyat vasitələrinin istismarını, eləcə də ayrı-ayn iş və istehsal fəaliyyəti növlərinin yerinə
yetirilməsinin, xalq təsərrüfatı məhsullarının istehsalına başlanmasını və tətbiqini, ərzaq
xammalının və qida məhsullarının istehsalını, saxlanmasını, daşınmasını və satılmasını, içməli su
mənbələrindən və təsərrüfat, mədəni-sağlamlaşdırma məqsədləri üçün su mənbələrindən istifadə
olunmasını zəruri tədbirlər görülənədək və sanitariya normalarının və qaydalarının, gigiyena
normativlərinin mövcud pozuntuları aradan qaldırılanadək dayandırmaq, bu normalara və
qaydalara, normativlərə əməl etmək mümkün olmadıqda isə həmin işlərə xitam vermək;
4) sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə uyğun gəlməyən torpaq sahəsinin
seçilməsinə, yaşayış, ictimai, istehsal obyektlərinin və digər xalq təsərrüfatı obyektlərinin
tikilməsinə, yenidən qurulmasına və genişləndirilməsinə dair ay ilə qabağı sənədləri və layihə
sənədlərini razılaşdırılmaq üçün qəbul etməmək;
5) yaşayış məntəqələrinin planlaşdırılması, tikintisi layihələri və xalq təsərrüfatı obyektlərinin
yerləşdirilməsinə dair perspektiv planların layihələri barəsində, tikinti üçün torpaq sahələri
verilməsi, əhalinin sudan istifadə yerlərinin və şərtlərinin müəyyənləşdirilməsi, çirkab suların
axıdılması, zəhərli kimyəvi, radioaktiv və başqa maddələrin işlədilməsi və basdırılması qaydası
barəsində, müəssisələrin, binaların və qurğuların tikintisi, yenidən qurulması layihələri barəsində
dövlət orqanlarına, ictimai birliklərə, müəssisələrə, təşkilatlara, idarələrə və vətəndaşlara qüvvədə
olan sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əsaslanmaqla hazırlanan,
hökmən yerinə yetirilməli olan rəyləri müəyyən edilmiş qaydada vermək;
6) yeni növ xammal, materiallar, maddələr, məmulat, digər xalq təsərrüfatı məhsulları, onların
istehsalı texnologiyaları, ərzaq xammalı və qida məhsulları standartlarının və texniki şərtlərinin
layihələrinə baxıb rəy vermək;
7) sənaye, ictimai və yaşayış binalarının, komplekslərinin, kənd təsərrüfatı müəssisələrinin və
qurğularının, digər müəssisələrin və qurğuların qüvvədə olan sanitariya normalarına və
qaydalarına, gigiyena normativlərinə uyğun olub-olmaması barədə rəy vermək;
8) çalışdıqları istehsalatın və ya gördükləri işin xüsusiyyətləri ilə əlaqədar olaraq yoluxucu və
parazitar xəstəlikləri yaymaq təhlükəsi yaradan şəxslərin, habelə sanitariya normalarını və
qaydalarım, gigiyena normativlərini müntəzəm yerinə yetirməyən şəxslərin işdən kənar
edilməsini, yoluxucu və parazitar xəstəliklərə tutulan, ətrafdakılar üçün təhlükə yaradan şəxslərin
xəstəxanaya yerləşdirilməsini, epidemiya əleyhinə və profilaktika tədbirləri görülməsini ictimai
birliklərin, müəssisələrin, təşkilatların, idarələrin rəhbərlərindən, vəzifəli şəxslərdən və
vətəndaşlardan tələb etmək;
9) obyektlərin sanitariya vəziyyətini aydınlaşdırmaq və sağlamlıq vəziyyətinin epidemioloji
analizini keçirmək üçün zəruri olan ayrı-ayrı sənədləri, məlumatı və izahatı vəzifəli şəxslərdən və
vətəndaşlardan tələb etmək;
10) laboratoriya analizinin və gigiyena ekspertizasının keçirilməsi üçün qida məhsullarını, məmulatı,
əşyaları və materialları götürmək, habelə bilavasitə nəzarət obyektlərində zəruri laboratoriya
tədqiqatları və alətlər vasitəsilə tədqiqatlar (ölçmələr) aparmaq;
11) epidemioloji göstəricilər əsasında əhaliyə və ya vətəndaşların ayrı-ayrı qruplarına profilaktik
peyvəndlər vurmaq haqqında, profilaktika məqsədilə və yoluxucu xəstəlik mənbələrində, habelə
bu xəstəliklərin əmələ gəlməsi üçün şərait olan binalarda və ərazidə dezinfeksiya, dezinseksiya,
deratizasiya və dezaktivasiya aparmaq haqqında qərar qəbul etmək;
12) Azərbaycan Respublikası sanitariya qanunvericiliyinin, sanitariya normalarının və qaydalarının,
gigiyena normativlərinin pozulması faktları barədə materiallara baxılması üçün vəzifəli şəxsləri
və vətəndaşlar dövlət sanitariya-epidemioloji xidməti idarələrinə çağırmaq;
13) vəzifəli şəxslərin və vətəndaşların sanitariya sahəsində hüquq pozuntuları barəsində işlərə
baxmaq, inzibati tənbeh etmək, cinayət işlərinin qaldırılması üçün materialları istintaq
orqanlarına vermək, inzibati təsir tədbirləri görülməsinə dair idarəetmə orqanlarına təkliflər
vermək və görülmüş iş barəsində onlardan məlumat tələb etmək;
14) əhalinin kütləvi xəstələnməsi və zəhərlənməsi zamanı sanitariya-gigiyena tədbirlərinin,
epidemiya əleyhinə və digər tibbi tədbirlərin görülməsi üçün müalicə-profilaktika və sanitariya-
profilaktika müəssisələrinin çəkdikləri xərclərin ödənilməsi barədə tələblər irəli sürmək.
2. Naxçıvan Muxtar Respublikasının, şəhərlərin və rayonların baş dövlət sanitariya həkimləri
müəyyənləşdirilmiş qaydada müvəqqəti yerli sanitariya qaydalarını təsdiq, nəşr və tətbiq etmək
hüququna da malikdirlər.
3. Bu maddənin 1, 9, 10, və 11-ci bəndlərində nəzərdə tutulmuş hüquqlar Azərbaycan Respublikası
dövlət sanitariya-epidemioloji xidməti orqanlarının və idarələrinin mütəxəssislərinə də şamil
edilir.
Maddə 35. Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji xidməti vəzifəli şəxslərinin və
mütəxəssislərinin vəzifələri və məsuliyyəti
1. Özlərinin səlahiyyəti daxilində dövlət sanitariya nəzarətini həyata keçirən Azərbaycan
Respublikası dövlət sanitariya-epidemioloji xidmətinin baş dövlət sanitariya həkimləri, digər
vəzifəli şəxsləri və mütəxəssisləri:
sanitariya sahəsində hüquq pozuntularının qarşısını almaq, onları aşkara çıxarmaq və ləğv
etmək üçün verilmiş səlahiyyətdən vaxtında və tam istifadə etməli;
əhalinin sağlamlığının qorunması və möhkəmləndirilməsi, onun sanitariya-epidemioloji
salamatlığının təmin edilməsi sahəsində özlərinin fəaliyyətini vətəndaşların və
cəmiyyətin hüquq və mənafelərinin müdafiəsi işində marağı olan dövlət hakimiyyəti və
idarəetmə orqanları, ictimai birliklər ilə əlaqələndirməli;
əhaliyə sanitariya qanunvericiliyinin yerinə yetirilməsi və sanitariya mədəniyyətinin
artırılması məsələlərində kömək etməli; onlara bəlli ola bilən məlumat barəsində dövlət,
xidmət və kommersiya sirrini qorumalıdırlar.
2. Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji xidmətinin vəzifəli şəxsləri və
mütəxəssisləri öz vəzifələrini lazımınca yerinə yetirməməyə, vəzifələrindən sui-istifadə etməyə
görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyət
daşıyırlar.
Maddə 36. Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji xidməti vəzifəli şəxslərinin və
mütəxəssislərinin hərəkətlərindən şikayət edilməsi
Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji xidməti baş dövlət sanitariya həkimlərinin, digər
vəzifəli şəxslərinin və mütəxəssislərinin hərəkətlərindən bir ay müddətində tabelik üzrə yuxarı vəzifəli
baş dövlət sanitariya həkiminə şikayət etmək olar. Şikayətlərə alındığı vaxtdan 30 gün keçənədək baxılır
və onların barəsində qərar qəbul edilir. Qəbul edilən qərardan nara-zılıq olduqda vəzifəli şəxslərin və
mütəxəssislərin hərəkətlərindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş
qaydada məhkəməyə şikayət edilə bilər. Şikayət edilməsi şikayət olunan hərəkəti dayandırmır.
Maddə 37. Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji xidməti vəzifəli şəxslərinin və
mütəxəssislərinin hüquqi vəziyyəti və sosial müdafiəsi
Dövlət sanitariya nəzarətini həyata keçirən baş dövlət sanitariya həkimləri, digər vəzifəli şəxslər dövlət
idarəetmə orqan-larının nümayəndələridir və dövlət tərəfindən müdafiə olunurlar. Onlar öz
fəaliyyətlərində müstəqildirlər və yalnız Azərbaycan Respublikasının qüvvədə olan sanitariya
qanunvericiliyini əsas tuturlar. Dövlət sanitariya nəzarətini həyata keçirən vəzifəli şəxslərin və
mütəxəssislərin öz peşə vəzifələrini yerinə yetirmələrinə mane olmaq üçün onlara hər hansı şəkildə təsir
göstərmək, yaxud onların fəaliyyətinə qarışmaq qadağandır. Belə hərəkətlərə yol verən vəzifəli şəxslər və
vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləş-dirilmiş qaydada məsuliyyət
daşıyırlar.
VI FƏSİL
AZƏRBAYCAN RESPUBLİKASININ SANİTARİYA QANUNVERİCİLİYİNİ POZMAĞA GÖRƏ
MƏSULİYYƏT
Maddə 38. Sanitariya sahəsində hüquq pozuntuları və onları törətməyə görə məsuliyyətin növləri
Azərbaycan Respublikasının sanitariya qanunvericiliyinə, o cümlədən qüvvədə olan sanitariya
normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməməsi, epidemiya əleyhinə tədbirlərin
görülməməsi, Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji xidməti orqanları və idarələri
vəzifəli şəxslərinin rəylərinin, qərarlarının və göstərişlərinin yerinə yetirilməməsi ilə əlaqədar
vətəndaşların hüquqlarına və cəmiyyətin mənafeyinə toxunan qeyri-hüquqi, təqsirli hərəkət sanitariya
sahəsində hüquq pozuntusu sayılır. Sanitariya sahəsində hüquq pozuntularına yol vermiş vəzifəli şəxslər
və vətəndaşlar inzibati, cinayət və mülki-hüquq məsuliyyətinə cəlb edilə bilərlər. Azərbaycan
Respublikası ərazisində olan xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər Azərbaycan
Respublikasının sanitariya qanunvericiliyini pozmağa görə Azərbaycan Respublikasının vətəndaşları ilə
eyni məsuliyyət daşıyırlar.
Maddə 39. Sanitariya qanunvericiliyini pozmağa görə məsuliyyət
Aşağıda göstərilənlərdə təqsiri olan vəzifəli şəxslər və vətən-daşlar Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq inzibati, cinayət və mülki-hüquq məsuliyyəti daşıyırlar:
qida məhsullarının, əhalinin mədəni-məişət məqsədləri üçün istifadə etdiyi açıq və yeraltı su
təchizatı mənbələrinin, sututarların və dənizin sahilboyu zolağının, torpağın, atmosfer hava-sının,
iş zonası havasının kimyəvi, fiziki, bioloji və başqa şəkildə çirkləndirilməsi;
əhalinin sağlamlığının qorunmasını, sanitariya-epidemioloji salamatlığını və radiasiya
təhlükəsizliyini təmin etməyə yönəldilmiş normalara və qaydalara, normativlərə əməl etmədən
normativ-texniki sənədlərin hazırlanması, habelə, bu normalara və qaydalara, normativlərə zidd
olan sənədlərdən istifadə edil-məsi;
gigiyena ekspertizası və dövlət nəzarəti olmadan yeni növ xammala, materiallara, maddələrə,
məmulata, digər xalq təsərrüfatı məhsullarına, onların istehsalı texnologiyasına, ərzaq xammalına,
qida məhsullarına dair normativ-texniki sənəd layihələrinin hazırlanması;
sanitariya-epidemioloji salamatlığı təmin etməyə yönəldilmiş normalara və qaydalara,
normativlərə əməl etmədən, dövlət sanitariya nəzarətini həyata keçirən orqanlar və idarələr ilə
razılaşdırmadan müəssisələrin, onların buraxılış komplekslərinin, binalarının, qurğularının
layihələşdirilməsi, tikilməsi, yenidən qurulması, təkmilləşdirilməsi, yeni texnika ilə təchiz
olunması, yaşayış məntəqələrinin, sənaye və kənd təsərrüfatı obyektlərinin, su təchizatı,
kanalizasiya, çirkab sulan təmizləmə sistemlərinin və hidrotexniki qurğuların perspektiv tikintisi
və yerləşdirilməsi, nəqliyyat vasitələrinin, texnoloji proseslərin və avadanlığın yerləşdirilməsi;
dövlət sanitariya nəzarətini həyata keçirən orqanlar və idarələr ilə razılaşdırılmadan torpaq
sahəsinin ayrılması və torpaq sahəsindən yeni tikinti, obyektlərin yenidən qurulması və ya
genişləndirilməsi üçün istifadə edilməsi;
dövlət sanitariya nəzarətini həyata keçirən orqanların və idarələrin icazəsi olmadan obyektlərin
qəbul edilməsi və istismara verilməsi;
sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl etmədən, toksikoloji-
gigiyena rəyi almadan yeni növ xammalın, materialların, maddələrin, digər xalq təsərrüfatı
məhsullarının, onların istehsalı texnologiyalarının, ərzaq xammalının, qida məhsullarının,
immunoloji-bioloji tibb preparatlarının istehsalı və tətbiqi;
ərzaq xammalının və qida məhsullarının keyfiyyətinə verilən tələblərə əməl edilməməsi, habelə
onların tərkibində müəyyən edilmiş gigiyena normativlərindən artıq radionuklidlər, zəhərli,
insanların həyatı və sağlamlığı üçün təhlükəli olan bioloji, kimyəvi maddələr, digər maddələr və
birləşmələr olması;
ərzaq xammalının və qida məhsullarının istehsalı, saxlanması, daşınması və satışı zamanı
sanitariya normalarının və qaydalarının, gigiyena normativlərinin pozulması, dövlət sanitariya
nəzarətini həyata keçirən orqanların və idarələrin icazəsi olmadan və Azərbaycan Respublikasının
Səhiyyə Nazirliyi ilə razılaşdırılmadan yeməli kənd təsərrüfatı bitkiləri və heyvanlar üçün boy
maddələrinin, bitkiqoruyucu kimyəvi və bioloji vasitələrin ərzaq xammalı, qida məhsulları və
dərman vasitələri ilə təmasda olan qabların, polimer və başqa materialların, heyvan yeminə
əlavələrin tətbiqi;
xarici texnologiyaların, materialların, xammalın və məhsulların göndərilməsi, satışı və istifadəsi
zamanı sanitariya norma-larının və qaydalarının, gigiyena normativlərinin pozulması;
mərkəzləşdirilmiş təsərrüfat-içməli su təchizatı sistemləri ilə verilən suyun keyfiyyətinin gigiyena
tələblərinə, beynəlxalq və dövlət standartlarına uyğunluğunun təmin edilməməsi;
mərkəzləşdirilməmiş su təchizatında, sututarlarda və dənizin sahilboyu zolağında əhalinin
mədəni-məişət məqsədləri ilə sudan istifadə etdiyi yerlərdə suyun keyfiyyətinin müvafiq
sanitariya normalarına və tələblərinə uyğunluğunun təmin edilməməsi;
yaşayış məntəqələrinin və ərazilərinin saxlanılmasına sənaye, o cümlədən radioaktiv və zəhərli
maddələrin, kənd təsərrüfatı və təsərrüfat-məişət tullantılarının yığılmasına, saxlanılmasına,
daşınmasına və istifadə olunmasına dair sanitariya qaydalarının pozulması;
atmosfer havasının qorunması sahəsində sanitariya normalarının və qaydalarının, gigiyena
normativlərinin pozulması;
uşaq tərbiyə və yeniyetmə müəssisələrində, texniki peşə məktəblərində, habelə müəssisələrdə
təlim-tərbiyə, istehsalat təcrübəsi şəraitini, sanitariya-gigiyena və epidemiya əleyhinə rejimləri,
radiasiya təhlükəsizliyi və müvafiq sanitariya qaydaları tələblərini, uşaqların və yeniyetmələrin
əmək, iaşə və istirahət, sanitariya-məişət təminatı şəraitini tənzimləyən normalara və qaydalara,
normativlərə əməl edilməməsi;
səhiyyə idarələrində və başqa idarələrdə sanitariya-gigiyena və epidemiya əleyhinə rejimlərə
əməl edilməməsi;
radioaktiv maddələrlə və digər ionlaşdırıcı şüalanma mənbələri ilə işləyərkən, habelə radioaktiv
tullantıları basdırarkən sanitariya normalarının və qaydalarının pozulması;
yoluxucu, parazitar xəstəliklərin yayılması qarşısını almaq və onları ləğv etmək üçün tədbirlərin
görülməməsi;
dövlət sanitariya-epidemioloji xidməti orqanlarının və idarələrinin göndərişləri üzrə sanitariya-
gigiyena, tibbi, bioloji, texniki, sosioloji, statistik və digər xüsusi ekspertizalar aparılmasından
əsassız imtina edilməsi;
tibbi müayinədən keçməyən, yaxud səhhətinə görə yararsız hesab edilən şəxslərin işə
buraxılması;
işçilərin ayrı-ayrı kateqoriyaların məcburi tibbi müayinələrdən keçməməsi, yaxud müayinədən
keçmə müddətlərini pozması; dövlət sanitariya nəzarətini həyata keçirən orqanların və idarələrin
məcburi rəylərinin, qərarlarının və göstərişlərinin yeri-nə yetirilməməsi;
obyektdə sanitariya-gigiyena şəraitinin və epidemioloji vəziyyəti müəyyənləşdirmək üçün lazımi
materialları və məlumatı verməkdən imtina olunması;
dövlət sanitariya nəzarətini həyata keçirən orqanların və idarələrin bağladıqları obyektlərdə,
istehsal xətlərində və sahələrində plombun qırılması, yaxud orada işin yenidən başlanması;
qəzalar, sanitariya-epidemioloji şərait və əhalinin sağlamlıq vəziyyəti haqqında məlumatın
qəsdən gizlədilməsi və ya təhrif edilməsi.
Maddə 40. Əhalinin əmək, məişət və istirahət şəraitinə mənfi təsirlərin ləğv edilməsi ilə əlaqədar
xərclərin ödənilməsi
Sanitariya qanunvericiliyinin pozulmasında təqsiri olan bütün müəssisələr, idarələr, təşkilatlar, ictimai
birliklər və vətəndaşlar zərərçəkənlərin sağlamlığının pozulması ilə əlaqədar maddi zərəri, onların
müalicəsinə və sağlamlığının bərpa edilməsinə, müalicə-profilaktika, sanitariya-gigiyena tədbirlərinin,
epidemiya əleyhinə tədbirlərin görülməsinə çəkilən xərcləri ödəməlidirlər. İctimai birliklərin,
müəssisələrin, təşkilatların və idarələrin zərəri ödəməklə əlaqədar xərc çəkməsində təqsiri olan vəzifəli
şəxslər və digər işçilər müəyyənləşdirilmiş qaydada maddi məsuliyyət daşıyırlar.
VII FƏSİL
BEYNƏLXALQ MÜQAVİLƏLƏR
Maddə 41. Beynəlxalq müqavilələr
Azərbaycan Respublikasının digər dövlətlərlə bağladığı beynəlxalq müqavilədə Azərbaycan
Respublikasının sanitariya qanunvericiliyində müəyyənləşdirilmiş qaydalardan fərqli qaydalar nəzərdə
tutulmuşdursa, həmin qaydalar əhalinin sağlamlığı və ətraf mühit üçün təhlükə yaratmayan həddə qədər
tətbiq edilir.
Əbülfəz ELÇİBƏY
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 10 noyabr 1992-ci il
Dostları ilə paylaş: |