Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Respublikası Təhsil Problemləri
İnstitutu
AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL MƏKTƏBLƏRİ
ÜÇÜN TEXNOLOGİYA FƏNNİ ÜZRƏ TƏHSİL PROQRAMI
(KURRİKULUMU)
(I-IX SİNİFLƏR)
Bakı –2013
2
Texnologiya fənni üzrə təhsil proqramı (kurikulumu) aşağıdakı tərkibdə
yaradılmış işçi qrupu tərəfindən hazırlanmışdır.
Sədr: Natiq Axundov – ARTPİ-nin bölmə müdiri, pedaqogika üzrə fəlsəfə
doktoru, Xuraman Səlimova – layihənin koordinatoru, ARTPİ-nin böyük elmi
işçisi,
Həşim Həşimov
- ADPU-nun professoru, fizika-riyaziyyat elmləri üzrə
fəlsəfə doktoru, professor, Niyazi Qasımov - ADPU-nun kafedra müdiri texniki
elmlər üzrə fəlsəfə doktoru, dosent, Rüxsarə Ələkbərova - BPKİA və YHİ-nin
kabinet müdiri, Əminə Əliyeva - BPKİA və YHİ-nin kabinet müdiri, Fikrət
Süleymanov - Bakı şəhəri üzrə Təhsil İdarəsinin mütəxəssisi, Sabir Novruzov -
Bakı şəhəri 54 nömrəli məktəbin müəllimi, Məcid Məşədiyev - Bakı şəhəri 19
nömrəli məktəbin müəllimi, Sərkər Hacıyev - Bakı şəhəri 229 nömrəli məktəbin
müəllimi, Svetlana Yəhyayeva - Bakı şəhəri 263 nömrəli məktəbin müəllimi,
Xuraman Adıgözəlova - Bakı şəhəri 159 nömrəli məktəbin müəllimi, Xuraman
Ağayeva - Bakı şəhəri 244 nömrəli məktəbin müəllimi, Roza Məmmədova - Bakı
şəhəri 3 nömrəli məktəbin müəllimi, Hafizə Seyidova - Bakı şəhəri 136 nömrəli
məktəbin müəllimi, Arzu Suvarova - Bakı şəhəri 42 nömrəli məktəbin müəllimi,
Mələksə Bağmanova - Bakı şəhəri 31 nömrəli məktəbin müəllimi, Aysel Qədirova
- Bakı şəhəri 153 nömrəli məktəbin müəllimi.
3
Təhsil proqramının (kurikulumun) internet üçün hazırlanmasına məsul
olanlar:
Bibixanım İbadova, ARTPİ-nin ibtidai
təhsilin kurikulumu şöbəsinin müdiri,
pedaqogika üzrə fəlsəfə doktoru, dosent
Akif Əliyev, ARTPİ-nin Ümumi orta və tam
orta təhsilin kurikulumu şöbəsinin müdiri,
pedaqoji elmlər üzrə fəlsəfə doktoru
Natiq Axundov, ARTPİ-nin Ümumi orta və
tam orta təhsilin kurikulumu şöbəsinin
müdiri, pedaqoji elmlər üzrə fəlsəfə doktoru
Xuraman Səlimova, ARTPİ-nin Ümumi
orta və tam orta təhsilin kurikulumu
şöbəsinin böyük elmi işçisi
4
Mündəricat
Giriş
I. Texnologiya təliminin məzmunu
1.1.
Ümumi təlim nəticələri
1.2.
Məzmun xətləri
1.3.
Məzmun xətləri üzrə təlim nəticələri
1.4.
Fəaliyyət xətləri
1.5.
Məzmun standartları
I sinif
II sinif
III sinif
IV sinif
V sinif
VI sinif
VII sinif
VIII sinif
IX sinif
1.6. Fəndaxili və fənlərarası inteqrasiya
II. Təlim strategiyaları
2.1 Texnologiya təliminin təşkilinə verilən əsas tələblər
2.2 Texnologiya təliminin təşkilində istifadə olunan forma və üsullar
barədə
2.3. Müəllimin təlim fəaliyətinin planlaşdırılmasına dair nümunələr
2.4. Texnologiya fənninin məzmun standartlarının şərhi
III. Şagird nailiyyətlərinin qiymətləndirilməsi
Resurslar
Tezaurus
İstifadə olunmuş ədəbiyyat
5
Giriş
Texnologiya fənni üzrə təhsil proqramı (kurikulumu) və onun xarakterik
cəhətləri. Konseptual sənəd olan Texnologiya fənni üzrə təhsil proqramı
(kurikulumu) bu fənnin məqsəd və vəzifələrini, ümumi təlim nəticələrini, məzmun
xətlərini, təlim standartlarını, müəllim, şagird fəaliyyətlərini, qiymətləndirmə
prinsiplərini əhatə edir. Texniki tərəqqinin böyük vüsət aldığı, elektron və
informasiya texnologiyalarının rolunun artdığı və bazar iqtisadiyyatı şəraitində
rəqabətin gündən-günə gücləndiyi müasir dövrdə bu sənəd ümumtəhsil məktəbləri
şagirdlərinin texnoloji təfəkkürünün inkişafına, onlarda texnoloji bacarıqların
formalaşmasına, sonrakı mərhələlərdə təhsillərini davam etdirmək üçün zəruri
biliklərə yiyələnmələrinə xidmət edir.
Təqdim olunan kurikulum inteqrativ, nəticəyönümlü və şagirdyönümlü
xarakterə malikdir. Bu kurikulumun inteqrativ xarakteri ondan ibarətdir ki, burada
riyaziyyat, fizika, biologiya, informatika, həyat bilgisi fənləri üzrə biliklərin daha
dərindən mənimsənilməsinə yönələn, onları məzmunca tamamlayan konkret
bacarıqlar öz əksini tapmışdır. Kurikulumda müəyyən olunan müvafiq bacarıqlar
bilavasitə şagirdlərin həyati tələblərinin ödənilməsinə, onların rəqabətə davamlı
şəxsiyyət kimi formalaşmasına istiqamətləndirilmişdir.
Texnologiya fənni üzrə təhsil proqramı (kurikulumu) müəllimlər, məktəb
rəhbərləri, dərslik və dərs vəsaiti müəllifləri, qiymətləndirmə mütəxəssisləri,
valideynlər və geniş ictimaiyyət üçün nəzərdə tutulmuşdur. Bu kurikulum tədris
materiallarının
səmərəli
planlaşdırılmasına,
müasir
təlim
üsullarının
müəyyənləşdirilməsinə, hazırkı şəraitdə bu fənn üzrə müəllim, şagird
fəaliyyətlərinin inkişafını izləməyə və onu obyektiv qiymətləndirməyə lazımi
imkanlar yaradır.
Texnologiya fənni üzrə məzmun standartları hazırlanarkən şagirdlərin idraki,
informativ-kommunikativ, psixomotor fəaliyyətlərinin inkişafı, habelə zəruri
vərdişlərə yiyələnmələri diqqət mərkəzində saxlanılmışdır.
Fənnin əhəmiyyəti, məqsəd və vəzifələri. Müasir dövrdə şagirdlərə texnoloji
mədəniyyətin aşılanması böyük əhəmiyyət kəsb edir. Resursların və
informasiyaların insanların maraq və mənafelərinə xidmət etməyə yönəldilməsinin
zəruri tələb kimi irəli sürüldüyü bir vaxtda şagirdlərin texnoloji bilik və bacarıqlara
yiyələnmələri, öz fəaliyyətlərində onlardan məqsədyönlü istifadə edə bilmələri
mühüm vəzifə kimi meydana çıxır. «Texnologiya»nın bir fənn kimi ümumtəhsil
məktəblərində tədris olunması, ilk növbədə, bu zərurətdən irəli gəlir və şagirdlərə
həyati bacarıqların aşılanması baxımından böyük əhəmiyyət daşıyır.
Həmçinin elm və texnikanın sürətlə inkişafı, texnologiyaların durmadan
yeniləşməsi də peşə və ixtisaslara tələblərin artmasını zəruri edir.
Müasir dövrdə elə bir vəziyyət yaranmışdır ki, dar bir ixtisasla kifayətlənmək
mümkün deyildir. İnsan öz texnoloji bacarıqları sayəsində universal istehsal
sahələrində fəaliyyət göstərə bilməlidir. Ona görə də məktəblərdə gələcəyin geniş
profilli mütəxəssisinin formalaşdırılmasının ilkin təməlinin qoyulması aktual
problem kimi vacib hesab olunur.
6
Ümumtəhsil məktəblərində «Texnologiya» fənninin tədrisi şagirdlərin emal
texnologiyalarından müstəqil həyatda istifadə etmələrinə, onlarda yaradıcılıq
qabiliyyətinin formalaşdırılmasına, texniki sahələr üzrə təhsillərini davam
etdirmələrinə hərtərəfli şərait yaradır. Təlim prosesində şagirdlər texniki fəaliyyət
imkanlarını müəyyənləşdirir, problemlərin həlli üçün ideyalar irəli sürür, sadə
texnoloji işləri yerinə yetirir və nəticələri qiymətləndirmək imkanı əldə edirlər.
Eyni zamanda bu fənnin tədrisi şagirdlərin xarakterinin formalaşdırılmasına,
onların mənəvi, intellektual və estetik inkişafına, dövrə uyğun texnoloji bacarıqlar
əldə etməklə sosial-iqtisadi şəraitə uyğunlaşmalarına zəmin yaradır.
Bunlarla yanaşı, həmin fənn vasitəsilə şagirdlər ayrı-ayrı xidmət sahələri üzrə
məhsuldar əməyə hazırlanır, onların politexnik dünyagörüşü genişlənir və şüurlu
peşə seçmələri təmin olunur.
Bu fənni öyrənməklə şagirdlər kompüter texnikasına və müasir
texnologiyalarla ətraflı tanış olur, istehsalatdakı emal texnologiyalarına aid bilik və
bacarıqlara yiyələnir, qarşıya çıxan problemləri həll etmək qabiliyyətləri əldə
edirlər.
Texnologiya fənninin məqsədi yeni sosial-iqtisadi şəraitdə şagirdlərin
müstəqil həyata, kütləvi və perspektivli peşələrə hazırlanmalarını, ümuməmək
bacarıq və vərdişlərinə yiyələndirmələrini, yaradıcı düşüncə və aktiv fəaliyyət
əsasında müxtəlif şəraitlərə asanlıqla uyğunlaşmalarını təmin etməkdən ibarətdir.
Azərbaycan Respublikasında ümumi təhsilin Milli Kurikulumu çərçivə
sənədinə uyğun olaraq ümumtəhsil məktəblərində «Texnologiya» fənninin
vəzifələri aşağıdakı kimi müəyyənləşdirilmişdir:
İbtidai təhsil səviyyəsində şagirdlərdə müqayisə və çeşidləmə, ilkin emal,
özünəxidmət və birgəfəaliyyət vərdişləri, sadə layihələndirmə, tərtibat,
modelləşdirmə, dizayn, canlı təbiətə xidmət bacarıqları, ölçü, mütənasiblik,
simmetriya və digər həndəsi anlayışlar formalaşdırılır, sadə konstruksiyalar və
yaradıcı işlərin yerinə yetirilməsi üzrə qabiliyyətlərin aşılanması təmin olunur.
Ümumi orta təhsil səviyyəsində ibtidai təhsil səviyyəsində təyin olunmuş
funksional vəzifələrin yerinə yetirilməsi istiqamətində nəzərdə tutulan fəaliyyətləri
inkişaf etdirməklə texnoloji və tətbiqi bacarıqların təkmilləşdirilməsi, sadə
olmayan texnoloji proseslərin həyata keçirilməsi, yaradıcı texniki təfəkkürün
formalaşdırılması, şagirdlərin müasir informasiya texnologiyalarından istifadə
imkanlarının genişləndirilməsi, onların peşəseçməyə istiqamətləndirilməsi,
zəhmətsevərlik və yaradıcılıq ruhunda tərbiyə edilməsi təmin olunur.
I.
Texnologiya təliminin məzmunu
1.1. Ümumi təlim nəticələri
İbtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə şagird:
7
materialları müqayisə edir və çeşidləyir, müvafiq texnologiyalardan
(ölçmə, kəsmə,biçmə,tikmə,toxuma,qatlama,yapma, birləşdirmə və s.) və
texnoloji vasitələrdən istifadə edir, sadə məmulatlar hazırlayır;
sadə məişət xidmətlərini yerinə yetirir;
birgəfəaliyyət bacarıqları nümayiş etdirir, özünün və başqalarının
hazırladığı məmulatlara münasibət bildirir;
təhlükəsizlik texnikası və sanitariya-gigiyena qaydalarını şərh edir və
praktik fəaliyyətdə onlara riayət etdiyini nümayiş etdirir;
yaradıcılıq tələb edən sadə model və layihələr qurur.
Ümumi orta təhsil səviyyəsi (V-IX siniflər) üzrə şagird:
müstəqil həyatda zəruri sayılan ilkin texniki və texnoloji bilikləri tətbiq
edir, təhlükəsizlik texnikası qaydalarına riayət etməklə gündəlik məişətdə
vacib olan texnoloji işləri yerinə yetirir, sadə məmulatlar hazırlayır;
sadə layihələr tərtib edib onları həyata keçirir, məmulatların
hazırlanmasında dizayn tələblərinə əməl edir, mürəkkəb olmayan təmir-
tikinti işlərini yerinə yetirir;
texnoloji proseslərə aid informasiyaları toplayıb sistemləşdirir,
məmulatların hazırlanmasında onlardan istifadə edir;
şəraitə və təbii imkanlara uyğun olaraq becərmə,bəsləmə, tədarük və
emaletmə bacarıqlarını nümayiş etdirir;
əmək fəaliyyətini planlaşdırır və idarə edir;
iş prosesində birgəfəaliyyət bacarıqlarını nümayiş etdirir;
1.2. Məzmun xətləri
Milli və dünya təcrübəsinin öyrənilməsi, onların müqayisəsi, təhlil edilməsi
nəticəsində «Texnologiya» fənninin aşağıda qeyd olunan məzmun xətləri
müəyyənləşdirilmişdir ki, bu da şagirdlərin əldə edəcəyi bilik və bacarıqları daha
aydın təsvir etmək, onu sistemləşdirmək məqsədinə xidmət edir:
Emal texnologiyaları
Texnika elementləri
Məişət mədəniyyəti
Qrafika
Bütün fənlərdə olduğu kimi, texnologiya fənninin məzmunu sinifdən-sinfə,
konsentrik əsasda sadədən mürəkkəbə, asandan çətinə prinsipi üzrə getdikcə
zənginləşsə də, məzmun xətləri dəyişməz qalır.
Emal texnologiyaları
Emal texnologiyaları “Texnologiya” fənninin əsas məzmun xətlərindən biri
olub şagirdlərin peşələrlə tanış edilməsini, onların ilkin ümuməmək bacarıqları və
elementar əmək vərdişlərinə yiyənmələrini təmin edir.
8
Şagirdlər gündəlik həyatda, məişətdə, bu və digər hallarda materialların,
enerjinin, informasiyaların dəyişdirilməsi və istifadəsi prosesində iştirak
etdiklərindən onlarda müvafiq emal texnologiyalarına aid bacarıq və vərdişlərin
aşılanması zəruri hesab olunur. Göstərilən obyektlərin dəyişidirilməsi və istifadəsi
müxtəlif metod və vasitələrlə (alətlər, texnika) əldə olunduğu və bunların əsasını
emal texnologiyaları təşkil etdiyi üçün göstərilən məzmun xətti «Texnologiya»
fənninə daxil edilmişdir.
Bu məzmun xətti üzrə qazanılmış bilik və bacarıqlar vasitəsilə şagirdlər
məmulatın texniki və bədii konstruksiya edilməsinin əsas prinsipləri ilə yaxından
tanış olur, estetik və dizayn tələblərinə uyğun müxtəlif məmulatlar hazırlayırlar.
Gələcəkdə əldə edəcəkləri peşənin xarakterindən asılı olmayaraq şagirdlər
özlərinin
həyat
şəraitini
yaxşılaşdırmaq
üçün
materialların
emalı
texnologiyalarından istifadə edirlər.
Ümumi nəticələr
Şagird:
emal texnologiyalarını bir – birindən fərqləndirir, onların özünəməxsus
xarakterik cəhətlərini şərh edir;
emal prosesi üçün lazım olan materialları seçərək çeşidləyir və istifadə
üçün hazırlayır;
emal prosesinə hazırlıq mərhələsində nişanlama, kəsmə, biçmə, tikmə,
birləşdirmə və s. bacarıqları nümayiş etdirir;
emal texnologiyalarından istifadə edərək fərdi qaydada, habelə qrup
tərkibində müxtəlif məmulatlar hazırlayır;
emal prosesində təhlükəsizlik və sanitariya – gigiyena qaydalarına əməl
edir;
emal etdiyi hazır məmulatları təqdim edir;
bitkilərin becərməsi və ev heyvanlarına qulluq texnologiyaları üzrə ibtidai
bacarıqlar nümayiş etdirir (xüsusi olaraq kənd məktəbləri üçün).
Texnika elementləri
Bu məzmun xətti üzrə şagirdlərə gündəlik həyatda qarşılaşdıqları texnikanın
ümumi xarakteristikasının öyrədilməsi, elmi-texniki tərəqqinin nailiyyətləri,
istehsal texnologiyalarının təkmilləşdirilməsi, müasir texniki qurğular və
konstruksiyalar haqqında ilkin məlumatların verilməsi, bu sahədə müvafiq bacarıq
və vərdişlərin mənimsənilməsi nəzərdə tutulur.
Şagirdlərdə texnika aləmi, maşınların növləri və təyinatı, hissələrinin
birləşdirilməsi, maket və onlara verilən tələblər (iqtisadi, ekoloji və estetik),
texnika üzrə kütləvi peşələr haqqında ilkin bilik və bacarıqlar formalaşdırılır.
Bu məzmun xətti vasitəsilə şagirdlər gündəlik həyatda qarşılaşdıqları əsas
texnoloji maşınlar, aparatlar, aqreqatlar, alətlər, onların növləri, quruluşu və iş
prinsipi ilə tanış olurlar. Şagirdlər detallar, mexanizmlər, məişətdə istifadə olunan
maşınlar, texnikada maşınların tətbiqi haqqında biliklərə yiyələnməklə müasir
texnoloji avadanlıqların quruluşunu və iş prinsiplərini öyrənir və onları idarə etmək
9
bacarıqları əldə edirlər. Bütün bunlar şagirdlərdə məişətdə, işləyəcəkləri sahədə
texnika ilə davranmaq mədəniyyəti formalaşdırır.
Ümumi nəticələr
Şagird:
texnoloji maşınları, cihazları və alətləri təsnif edir;
texnoloji maşınların növlərini, quruluşunu və iş prinsipini şərh edir, onların
kinematik sxemini çəkir;
məişətdə istifadə edilən texnoloji maşınları, cihazları, qurğuları, alətləri işə
hazırlayır və onlara texniki qulluq edir;
elektrik enerjisinin mahiyyətini, onun alınması, ötürülməsi və istifadəsi
yollarını, elektrotexniki, radioelektron və avtomatik cihazların, qurğuların
iş prinsiplərini şərh edir;
elektron, radioelektron, elektrik məişət cihazlarından istifadə edir və onlara
xidmət göstərmək bacarıqlarını nümayiş etdirir.
Məişət mədəniyyəti
Bu məzmun xətti üzrə qazanılmış bilik və bacarıqlar vasitəsilə şagirdlər
həyatda insana lazım olan davranış qaydalarına riayət etmək, ailənin və onun
büdcəsinin idarə olunmasında iştirak etmək, təhlükəsizlik və sanitariya-gigiyena
qaydalarına riayət etmək, sadə təmir-tikinti işlərini yerinə yetirmək və bitkilərə
qulluq etmək vərdişləri qazanırlar. Eyni zamanda şagirdlərdə ailə-məişət
mədəniyyəti və ənənələri, interyer tərtibatı və dizayn, habelə, ictimai yerlərdə
(evdə, nəqliyyatda, məktəbdə, qonaq getdikdə və s.) davranış və ünsiyyət
qaydalarına əməl etmək, öz iş və yaşayış yerlərini təşkil etmək bacarıqları
formalaşır.
Ümumi nəticələr
Şagird:
ictimai yerlərdə mədəni davranış və ünsiyyət qaydalarını şərh edir;
təlim – tədris və yaşayış yerinin, interyerin tərtibatı ilə bağlı təqdimatlar
edir, tərtibat prosesində dizayn bacarıqları nümayiş etdirir;
ailə və onun büdcəsinin idarə olunması haqqında fikirlərini şərh edir;
xəstəlik və zədələnmələr zamanı ilkin tibbi yardım göstərmək qaydalarını
mənimsədiyini nümayiş etdirir;
sadə təmir-tikinti və dekorativ-bəzək işlərini yerinə yetirir.
Qrafika
Hər bir məmulatı hazırlayarkən, ilk növbədə, onun eskizini, sxemini, texniki
rəsmini, çertyojunu, təlimat xəritəsini çəkmək və oxumaq lazım gəlir. Elektron
qurğularından istifadə etdikdə onlardakı xırda nasazlıqları axtarıb tapmaq və
aradan qaldırmaq üçün onların sxemini oxumaq bacarığı tələb olunur.
10
Qrafika məhz bu məqsədlə «Texnologiya» fənninin məzmununa daxil
edilmişdir. Bu məzmun xətti üzrə fəaliyyətlər şagirdlərdə məmulatın təsvirini,
sxemini, çertyojunu, forma və ölçülərini müəyyənləşdirmək, hazırlanacaq
məmulatlara dizayn vermək bacarıqlarının formalaşdırılmasına yönəldilmişdir.
Ümumi nəticələr
Şagird:
əşyanın qrafik təsvirini, detalların çertyojunu, əşya və detalların texnoloji
xəritələrini çəkir, məmulatın texniki spesifikasiyasını şərh edir;
detalların birləşdirilməsi çertyojlarını və yığma çertyojları yerinə yetirir.
1.3. Məzmun xətləri üzrə təlim nəticələri
İbtidai təhsil səviyyəsində məzmun xətləri üzrə təlim nəticələri
Emal texnologiyaları
Şagird:
istifadə edilən materiallara əsasən məmulatların emalı texnologiyalarını
fərqləndirir;
məmulat hazırlamaq üçün emal prosesinə hazırlıq mərhələsini həyata
keçirir;
emal texnologiyalarından istifadə edərək fərdi qaydada sadə məmulatlar
hazırlayır;
müvafiq emal prosesində qrup daxilində işləmək bacarıqları, təhlükəsizlik
və sanitariya-gigiyena qaydalarını gözlədiyini nümayiş etdirir;
hazırladığı sadə məmulatları təqdim edir, yoldaşlarının hazırladığı
məmulatlara münasibət bildirir;
Texnika elementləri
Şagird:
texnoloji maşınları və texnoloji vasitələri təsnif edir, onları ayrılıqda bir –
birindən fərqləndirir;
nümunə, sxem, şəkil və çertyojdan istifadə edərək müvafiq konstruktor
detallarından texniki qurğuların, maşınların maket və modellərini qurur;
maket və madellərin quraşdırılması prosesində kollektivdə birgə fəaliyyət
və dizayn bacarıqları nümayiş etdirir;
Məişət mədəniyyəti
11
Şagird:
təlim-tədris yerini təşkil edir;
ailə, məktəb və digər ictimai yerlərlə bağlı mədəni davranış və ünsiyyət
qaydalarını sadə formada şərh edir;
məişət texnikasından istifadə bacarıqlarını nümayiş etdirir;
sadə təmir və bəzək işlərini yerinə yetirir;
kulinariya və masa bəzəmək bacarıqları nümayiş etdirir;
özünəxidmət qaydalarını və ekoloji mədəniyyət haqqında fikirlərini şərh
edir;
şəraitə və təbii imkanlara uyğun olaraq bitkilərin yetişdirilməsi və onlara
qulluq qaydalarını izah edir;
Dostları ilə paylaş: |