Əmək mədəniyyəti – işçi yerini və iş prosesini təşkil etməyəi bacarmaq,
əmək prosesinə düzəlişlər vermək və əməyin nəticələrini qiymətləndirmək, lazım
gələrsə faydalı təkliflər irəli sürmək.
Əmək məhsulu – işçinin əməyi ilə insanın tələbatına uyğunlaşdırılmış
istehlak dəyəri, təbiət cismidir, insan əməyinin maddi nəticəsidir. Əmək
116
predmetləri istehsal prosesində öz formasını dəyişir, əmək məhsuluna çevrilir.
Əmək məhsulu müxtəlif istifadə üsulları üçün hazırlanır.
Əmək hazırlığı – ümumtəhsil məktəblərində və müvafiq ali təhsil ocaqlarında
şagirdlərə (tələbələrə) texnika, xidmət, kənd təsərrüatı və s. əmək sahələrinə dair
bilik, bacarıq və vərdişlər aşılamağı nəzərdə tutan fəndir. Ümumtəhsil
məktəblərində əmək hazırlığı peşə vermək məqsədi daşımır; o şagirdləri müxtəlif
peşələrlə, bu peşələrin insana verdiyi tələblərlə və s. tanış edir; peşəqabağı ümumi
hazırlıq verir.
Əmək tərbiyəsi – gənc nəsildə əməksevərlik və cəmiyyət üçün faydalı əməyə
hazırlıq tərbiyə edilməsidir. Əmək tərbiyəsi əqli, əxlaqi və fiziki tərbiyə ilə sıx
əlaqədardır. O, uşaqlara elmi qanun və qanunauyğunluqların tətbiqini öyrətməklə
yanaşı, həm də onlara insan əməyinə, əməyin nəticələrinə, əmək adamlarına
hörmət, məhsula qayğıkeş, qənaətcil olmaq hissləri aşılayır. Ailədə və
məktəbəqədər müəssisələrdə başlayır, məktəbdə – müxtəlif formalarda davam
etdirilir.
Əməliyyat – işçi yerində fəhlənin yerinə yetirdiyi texnoloji prosesin müəyyən
hissəsidir.
Əmtəə – satış üçün istehsal olunmuş əmək məhsuludur. Əmtəə zahiri bir
predmetdir, müəyyən insan tələbatını ödəyir. Dəyəri pulla ölçülür.
Ərintilər – iki və daha çox komponentin birgə əridilməsindən alınan bərk və
ya maye sistemlərdir. Metal ərintilər metallardan (məsələn, mis və sinkin ərintisi
olan bürüncdən), yaxud metal və az miqdarda qeyri-metal qarışığından (məsələn,
dəmirin karbonla ərintilərindən alınan çuqun və poladdan) ibarət ola bilər. Qeyri-
metal ərintilər qeyri-metal maddələrindən, məsələn, təbii (qranit, bazalt) və süni
(şüşə, posa) silikatlardan, duzların və üzvi maddələrin ərintilərindən ibarətdir.
Əriş – parçanın uzununa, bir-birinə paralel yerləşən saplarıdır, parçanın
özülünü təşkil edir. Toxucu dəzgahında əriş və arğac saplarının qarşılıqlı
toxunması nəticəisndə parça alınır. Əriş üçün nisbətən yüksək keyfiyyətli liflərdən
hazırlanmış, daha çox burulmuş möhkəm saplar seçilir.
F
Fabrik – maşın sisteminin tətbiqinə əsaslanan sənaye müəssisəsidir, iri
maşınlı istehsal formasıdır. Siyasi-iqtsiadi mənada bu anlayış zavod anlayışının
eynidir. Adətən, yüngül və hasilat sənayesi sahələrinin müəssisələri fabrik adlanır
(məs., toxuculuq fabriki və s.). Fabrikə keçilməsinin çıxış (manufaktura
emalatxanasından fabrikə keçid) nöqtəsi iş maşınının meydana gəlməsi və maşın
sisteminin inkişafı olmuşdur.
Faner –
1) bir-birinə yapışdırılmış iki və ya daha çox şpon lövhəsindən hazırlanmış
taxta materialıdır. Bunun üçün ən çox ağcaqayın, şam, qızılağac və fıstıq ağacı
şponundan istifadə edilir. Şponları yapışdırmaq üçün sintetik termoreaktiv
yapışqan və ya təbii yapışqan işlədilir. Lövhələrin qalınlığı müxtəlif: 3–4 mm-dən
10–12 mm-ə qədər olur.
117
2) lövhə şəkilli oduncaq materialıdır. Lifləri çarpaz yerləşən 3 və daha çox
yapışdırılmış qatlardan ibarətdir.
Fasiləsiz
istehsal
–
istehsal
xətləri,
sahələri,
sexləri,
yaxud
bütövlükdəmüəssisə şəklində təşkil edilmiş fasiləsiz texnoloji proseslərin
məcmusudur (tikiş sənayesi, enerji hasilatı, kimyəvi və yeyinti məhsulları istehsalı,
avtomobilqayırma, traktorqayırma və s.).
Fason – biçimdir, nümunədir. Bunların əsasında paltar, ayaqqabı, baş örtüyü
və s. tikilir.
Fasonlu tökmə – tökmə prosesi ilə alınan pəstah, yaxud məmulatdır (buraya,
məs., külçə və s. kimi tökmə yarımfabrikatlar aid edilmir). Fasonlu tökmələr kəsmə
yolu ilə emal edilir və ehtiyac olarsa termik emaldan keçirilir. Fasonlu tökmələr
almaq üçün boz, yüksək möhkəm və özlü çuqun, polad, mis, alüminium, sink, titan
və digər tökmə ərintiləri işlədilir.
Faydalı iş əmsalı – müxtəlif maşın, qurğu və aparatlarda enerjisinin istifadə
dərəcəsini göstərən ölçüsüz ədədi kəmiyyətdir. FİƏ-nı tapmaq üçün faydalı istifadə
olunan enerjini sərf edilən enerjiyə bölmək lazımdır.
Ferma – xüsusi, yaxud icarə torpaqlarında kənd təsərrüfatı ilə bağlı
müəssisədir. Həmçinin, ixtisaslaşdırılmış təsərrüfat müəssisələridir (südçülük
ferması, qoyunçuluq ferması və s.)
Fənər –
1) müstəqil enerji mənbəyi olan və əldə gəzdirilən işıqlandırma, yaxud da
siqnal cihazıdır.
2) təbii işıqlandırma və ya ventilyasiya məqsədilə sənaye binalarının dam
örtüyündə qoyulan dam pəncərəsidir.
Fırça – kətan, kağız və ya başqa bir əsasın üzərinə rəng vurmaq üçün alətdir.
Fırçalar müxtəlif heyvanların (sibir siçovulu, porsuq, öküz, sincab, keçi və s.)
piydən təmizlənmiş və qızdırılmış tükündən, yaxud yunundan hazırlanır. Ən cod
tükdən (məs., donuz tükündən) düzəldilən fırçalar (dairəvi, yaxud yastı) yağlı
boyakarlıqda, daha uzun tüklüləri isə yapışqanlı boyakarlıqda və s. tətbiq olunur.
İtiuclu dairəvi, yumşaq fırçalardan (sincab), porsuq, qum siçanı tüklərindən akvarel
və qrafikada istifadə edilir.
Folqa –
1) müxtəlif metallardan və ya metal ərintilərindən hazırlanmış nazik (2–100
MKM) vərəq və ya lentdir. Qənnadı, tütün məmulatları, çay və s.-nin
qablaşdırılmasında
(alüminium
folqa);
elektrik
kondensatorlarında,
termoizolyasiya, hidroizolyasiya və s.-də (texniki alüminium folqa); elektrotexnika
və cihazqayırma sahəsində (qalay, quruğuşun folqa) və s. istifadə olunur.
2) müxtəlif metalların və ya metal yaymaların nazik təbəqələri (0,1 mm-ə
dək).
Frez – materialların frezləmə ilə emalı üçün çoxtiyəli kəsici alətdir. Frezlərin
aşağıdakı tipləri var: dişləri yerləşən səthin formasına görə silindrik, yan üzlü,
diskli, bucaqlı, yivli və fasonlu; dişin formasına görə düz, vintvarı və müxtəlif
istiqamətlənmiş dişləri olan frezlər və s. Frezlər legirlənmiş və tezkəsən alət
poladlarından hazırlanır.
118
Frez dəzgahı – metal və digər məmulatların frezlə emalı üçün metalkəsən
dəzgahdır. O, universallığı ilə fərqlənir: müstəvi, əyrixətli səthləri yonmaq,
detallarda yiv, çarxlarda diş açmaq və s. üçün işlədilir. Konstruksiyasına görə
konsullu və konsulsuz frez dəzgahları var.
Frezləmə – metal və qeyri-metal materialların frezlə kəsərək emalıdır.
Frezləmədə kəsici alət – frez fırlanır, emal ediləcək pəstaha isə irərləmə hərəkəti
verilir. Frezləmədə kəsmə sürəti frezin tipindən, onun kəsici hissəsinin materialı və
həndəsi parametrlərindən, kəsmə rejimi, pəstahın səth qatının vəziyyətindən və s.-
dən asılı olur.
Friksion mexanizm – elementləri arasında yaranan sürtünmə qüvvələrinin
köməyi ilə hərəkəti ötürmək və ya dəyşidirmək üçün mexanizmdir. Bu
mexanizmlərə friksion ötürücü, friksion mufta və tormozlar, friksion sıxac və s.
mexanizmlər aiddir.
Friksion ötürücü – hərəkəti bir-birinə sıxılmış diyirlənmə cisimləri (silindr,
konus və disklər) arasındakı sürtünmə qüvvələrinin köməyi ilə ötürən və ya çevirən
mexaniki ötürücüdür. Mexanizmin ötürmə nisbətləri sabit və dəyişən olur.
G
Gil – tərkibi, əsasən, gil minerallarından ibarət çökmə süxurdur. Plastiklik
xassəsinə malikdir. Odda yandırıldıqda daş kimi bərk və sərt olur. Gil aşınma
yerlərində gilli məhsulların toplanması və aşınma məhsullarının aparılaraq
dənizlərdə və kontinental şəraitdə çökdürülməsi nəticəsində (çökmə gil) əmələ
gəlir. Gil faydalı qazıntıdır, keramika, odadavamlı məmulat hazırlanmasında və s.-
də istifadə olunur.
Giləmeyvə – açılmayan çoxtoxumlu meyvədir. Giləmeyvələrin müxtəlif
formaları vardır. Əksəriyyəti üzvi türşular, vitamin, şəkər və s. maddələrlə
zəngindir. Qiymətli yeyinti məhsuludur. Bəziləri zəhərlidir. Bir qismindən isə
tibbdə istifadə olunur.
Giləmeyə bitkiləri – yeməli meyvəsi məişətdə giləmeyvə adlanan çoxillik
kol, yarımkol və ot bitkiləri (yabanı və becərilən) qrupudur. Giləmeyvə
bitkilərindən ən çox çiələy, moruq, qarağat, firəng üzümü, böyürtkən, bağ çiyələyi,
çay tikanı və s. becərilir. Yabanı giləmeyvə bitkilərinin ən əhəmiyyətlisi mərcanı,
mərcangilə və qaragilədir. Giləmeyvə bitkiləri mülayim iqlimi zonalarda
şəhərətrafı sahələrdə becərilir. Giləmeyvəsində şəkər, mineral maddələr, üzvi
turşular, vitaminlər, aormatik maddələr var. Yeyilir, mürəbbə, cem, şərab, kompot,
marmelad və s. hazırlanır. Bəziləri isə dərman kimi işlədilir.
Gövdə –
1) ali bitkilərin əsas orqanlarından biridir: yarpaqlarla birlikdə zoğ əmələ
gətirir.
2) texnikada – maşın və ya qurğunun, adətən, əsasını (dayaq mənasında) təşkil
edən və digər mexanizmləri (elementləri və s.) içərisində, yaxud üzərində toplayan
hissədir.
119
Güləbətin
1) qaymaqçiçəklilər fəsiləsindən çoxillik bitki cinsidir. Kökətrafa yarpaqları
saplaqlı, gövdə üzərindəki yarpaqları isə saplaqsız otlardır. Əsasən, bənövşəyi
rəngli iri çiçəkləri tək-tək yerləşir. Azərbaycanda 2 növü: alban güləbətini və
bənövşəyi güləbətin yayılmışdır. hər iki növü zəhərlidir, dekorativ bitki kimi
becərilir.
2) tel halına salınmış qızılı, gümüşü və bürüncü sapdır.
3) eyni adlı sap ilə ağır parçalar (tirmə, məxmər, xara və s.) üzərində tikmə
növüdür. Güləbətin tikmədən bəzi geyimlərin (arxalıq, araqçın və s.) və məişət
şeylərinin (daraq, saat qabı, mütəkkə, balınc, taxça və rəf pərdəlari və s.)
bəzədilməsində istifadə olunurdu. Azərbaycanda bu tikmə növünə yenə də rast
gəlinir.
H
Haşiyə – dekorativ-tətbiqi sənət əsərlərində (metal, keramika, xalça, parça və
s.), eləcə də miniatür sənətində mərkəzi bəzək kompozisiyasını əhatə edib
tamamlayan bədii zolaqdır. Haşiyə bir və ya bir neçə naxış elementinin lentvarı
formada təkrarından yaranır. Müxtəlif motivli nəbati və həndəsi naxışlardan, insan,
heyvan və quş təsvirlərindən, bəzən də bədii xətt ilə yazılan şer parçalarından təşkil
edilən haşiyə zolaqları tək-tək elementlərin ritmik təkrarı ilə, mürəkkəb haşiyə isə
bir neçə elementin (islimi «xətai» və s.) hələzunlar (piçək) boyunca təkrarı, yaxud
birləşməsi (hörük) ilə əmələ gəlir. Xalçaçılıqda mürəkkəb quruluşlu haşiyə
bəzəkləri enli ana haşiyədən, onun yanlarındakı bala haşiyədən, bala haşiyəni əhatə
edən zəncirdən və «mədaxil», «su» adlanan ensiz zolaqlardan ibarət olur. Haşiyəyə
yelən də deyilir.
Heykəl – heykəltəraşlığın əsas növlərindən biridir. İnsan, yaxud heyvan
fiqurunun (bəzən fantastik varlığın) heykəltəraşlıq təsviridir. Adətən, postament
üzərində qoyulur. İnteryer bəzəyəndə tətbiq olunan kiçik heykəllər heykəlcik
adlanır.
Heykəltəraşlıq – yapma, plastika-obyektin həcmli, fiziki cəhətdən üçölçülü
(eni, uzunu, hündürlüyü) təsviri prinsipinə əsaslanan incəsənət növüdür.
heykəltəraşlığın təsvir obyekti, adətən, insan, bəzən heyvan, nadir hallarda isə
təbiət (mənzərə) və əşyalar olur. Fiqurun ətraf mühitdə mövqeyi, hərəkəti, pozası,
həmçinin, kütləsinin və çəkisinin zahiri effekti işıq-kölgə münasibətləri, ölçü, ritm,
siluet və s. heykəltəraşlığın bədii ifadə vasitələridir. İki növü var: dairəvi
heykəltəraşlıq və relyev heykəltəraşlığı. Azərbaycan memarlıq abidələrində,
xüsusilə qəbrüstü daşlarda həkk olunmuş oymalar, naxışlar, təsvirlər
heykəltəraşlığın dekorativ sənətlə üzvi əlaqədə inkişaf etdiyini göstərir. Bakıda və
rayonlarda bir sıra abidələr qoyulub və indi də qoyulur.
Heyvan cinsləri – bir növdən və bir mənşədən olan kənd təsərrüfatı
heyvanları qrupudur (iri buynuzlu mal-qara, atlar, qoyunlar, dovşanlar və s.)
Heyvandarlıq – kənd təsərrüfatı heyvanlarını yetişdirən təsərrüfat sahəsidir.
Heyvandarlıq əhalini süd, yağ, ət, yumurta, yun, dəri və s. ilə təmin edir.
120
Heyvandarlıq məhsullarının tullantısından yem (sümük unu, üzsüz süd və s.),
dərman preparatları (müalicə serumları, hormon preparatları və s.) alınır.
Heyvandarlığa maldardıq, qoyunçuluq, donuzçuluq, quşçuluq, atçılış və s. sahələr,
həmçinin balıqçılıq, arıçılıq və baramaçılıq daxildir.
Həkkaklıq – daş, metal və ya ağac üzərində nəqş, rəsm və kitabə (yazı)
həkketmə sənətidir.
Həmişəyaşıl bitkilər – bütün il boyu yaşıl yarpaqlarla örtülü olan bitkilərdir.
Həmişəyaşıl bitkilərdə yarpaqlar növbə ilə əmələ gəlir və tökülür. Bitkidə
yarpaqlar ayrılıqda bir, bəzən də bir neçə il qala bilir. Tropik və subtropik
ölkələrdə növ etibarilə həmişəyaşıl bitkilər (məs., dəfnə, maqnoliya, zeytun və s.)
çoxdur. Mülayim və soyuq iqlimli zonada isə iynəyarpaqlı bitkilər (şam, küknar,
sərv və s.) həmişəyaşıl bitkilərdir. Bir çox kol, yarımkol və otlar da həmişəyaşıl
bitkilər sayılır. Qışda həmişəyaşıl bitkilərdə tənəffüs prosesi də zəifləyir, yazda isə
yarpaqların fəal həyat fəaliyyəti bərpa olunur.
Hidravlik mühərrik – mayenin enerjisini aparılan bəndin mexaniki
enerjisinə çevirən mühərrikdir. Pərli (işçi maye sudur) və həcmli (əsasən, yağ)
hidravlik mühərrikə ayrılır. pərli hidravlik mühərrik (məs., hidroturbin) mayenin
kinetik enerjisini (aktiv hidroturbində) və ya onun kinetik enerjisi ilə birlikdə
təzyiq enerjisini (reaktiv hidroturbində) fırlanan valın mexaniki enerjisinə çevirir.
Belə hidravlik mühərrikdən SES-də, hidravlik ötürücülərdə və s. istifadə edilir.
Həcmli hidravlik mühərrik mayenin potensial enerjisini (əsasən, təzyiq enerjisini)
aparılan bəndin mexaniki enerjisinə çevirir, nəticədə bu bənd məhdud irərləmə-
geriləmə (güc hidrosilindrində), yaxud geriləmə-dönmə (momentli hidrosilindrdə),
habelə qeyri-məhdud fırlanma hərəkəti (porşenli, rotorlu və s. hidromotorlar) edir.
Belə hidravlik mühərrikdən maşınların hidravlik intiqalında istifadə edilir.
Hörmə – elastik materiallardan (çubuq, lığ, kövşən və s.) məmulat hazırlama
üsuludur. Qədimdə ciyə, səbət, tor, cələ, həsir və s. kimi hörmə məmulatı növləri
məlum idi. Hörmə texnikasının köməyi ilə bir sıra xalqlar vaxtilə hətta yaşayış və
təsərrüfat binaları tikmişlər. Məişət qabları, şlyapa, balıq toru və s. əşyaları dəniz
otunun qıçasından hörürdülər. Hörmə texnikasının təkmilləşdirilməsi nəticəsində
toxuculuq yaranmışdır. Keçmişdə Azərbaycanda hörmə məmulatının müxtəlif
növləri (səbət, zənbil, həsir süfrə, həsir tərəzi, çilovçüzən və s.) işlənməkdə idi. Bir
sıra geyim növlərinin (əlcək, corab, baş şalı və s.) hazırlanması hörmə texnikasına
əsaslanır. Hazırda hörmə toxuculuq məmulatı maşınlarla hazırlanır. Azərbaycanda
qadınlar arasında bədii əl sənəti kimi daha genişyayılmışdır. Əsasən, birrəngli
(bəzən də müxtəlif rəngli) təkqat saplarla işlənən hörmə məmulatı bədii tikməni
xatırladır. İynə və milçə vasitəsilə hazırlanan hörmələr məişət əşyalarının
bəzədilməsində geniş tətbiq edilmişdir (köynək yaxalığı, qol və ətək hissələri,
pərdə yanları, sandıq, çarpayı örtükləri və s. bəzədilirdi). Naxışlarda nəbati və
həndəsi ornamentlər, rəsmlər, bəzən də insan fiqurları əsas yer tuturdu.
Hörük – iki, bəzən də dörd naxış elementinin mürəkkəb şəkildə bir-birinə
birləşib dolaşmasından əmələ gələn ornamentdir. XVI–XIX əsrlərdə Azərbaycanda
miniatürlərin, xalçaların, memarlıq abidələrinin bədii tərtibatında, dekorativ sənət
121
nümunələrinin, o cümlədən metal, keramika, çini məmulatların bəzəyində
hörükdən istifadə edilmişdir.
X
Xam torpaq – təbii bitkilərlə örtülmüş, uzun müddət şumlanmamış torpaq
sahəsidir. qədimdən şumlanan torpaqdan fərqli olaraq xam torağın tərkibində çoxlu
çürüntü, azot və bitkinin qidalanmasına lazım olan digər elementlər olur.
Azərbaycanın Mil, Suğan və şirvan düzlərinin bir hissəsi xam torpaqlardır.
Xarratlıq-dülgərlik alətləri – ağac materiallarını emal etmək üçün mexaniki
və əl alətləridir. Xarratlıq və dülgərlik işlərində kəsici, ölçmə-nişanlama və
köməkçi alətlərdən istifadə olunur. kəsici əl alətlərinə balta, mişar, rəndə, iskənə və
s.; mexaniki kəsici alətlərə müxtəlif mişarlar (zəncirli, diskli və lentli), rəndə,
iskənə və s.; ölçmə-nişanlama alətlərinə metr, xətkeş, bucaqlıq (günyə),
kronpərgar, içölçən, reysmus, şaqul və s.; köməkçi alətlərə isə çəkic, vintaçan,
qayka açarı, sıxac, yastıdodaq kəlbətin, məngənə və s. daxildir.
Xarratlıq işləri – ağac materiallarının (taxtanın), dülgərlik işlərinə nisbətən
daha dəqiq və daha zərif emaldır. Məmulat iynəyarpaqlı və yumşaq enliyarpaqlı
ağac cinslərindən hazırlandıqda ağ ağac məmulatı, bərk enliyarpaqlı ağac
növlərindən hazırlandıqda və ya üzünə faner çəkildikdə qırmızı ağac məmulatı
adlanır. Əl ilə xarrat verstakında dülgərlik və xarratlıq alətləri ilə yerinə yetirilən
xarratlıq işlərinə: detalların nişanlanması, mexaniki emalı (pəstahın mişarlanması,
rəndələnməsi, onların üzərində pazlar düzəldilməsi, yuvalar açılması,
burğulanması, hamarlanması, cilalanması və s.), yapışdırılması, üzlənməsi,
yığılması və bəzədilməsi əməliyyatları daxildir. Mezaniki xarratlıq istehsalatında
ağac materiallarının emalı və yığılması avtomatlaşdırılmış axın xətlərində yerinə
yetirilir.
Xarratlıq məmulatları – tamamilə və ya çox hissəsi ağac materiallarından
hazırlanmış inşaat detalları və ya quraşdırma vahidləridir. Xarratlıq məmulatlarına
pəncərə və qapı blokları, arakəsmə, panel, yığma taxta evlər, qayıq, avtomobil
banı, vaqon və gəmi detalları, kənd təsürrfatı maşınları, toxuma dəzgahları və digər
maşın hissələri, mebel və s. aid edilir. xarratlıq məmulatlarını hazırladıqda, onların
bir-birinə bərkidilməsi və görünüşünün yaxşılaşdırılması, istiliyi və səsi
keçirməməsi, bioloji təsirlərdən və oddan mühafizəsi üçün metal, polimer, şüşə,
rezin və s. materiallardan istifadə olunur.
Xətkeş – həndəsi qurmada və xətti ölçmədə işlədilən, üzərində bölgüləri olan
rizayi alətdir. hesablamada loqarifm xətkeşi işlədilir. Xətkeş həm də ölçmə və
nişanlama alətidir.
İ
İxtisas –
1) bu insanın hər hansı bir növ əmək fəaliyyətinə hazırlıq dərəcəsidir, əməyin
verilmiş mürəkkəblikdə icrası üçün zəruri bilik və bacarıqlardır.
122
2) insanın əmək fəaliyyətinin növüdür. Hər hansı istehsal sahəsində məşğul
olmağa imkan yaradan bilik, bacarıq və fərdişlər kompleksidir. İxtisas peşə
daxilində formalaşır. Hər peşə bir və ya bir neçə ixtisası əhatə edir.
İxtisaslı əmək – müəyyən işlərin yerinə yetirilməsi üçün işçidən xüsusi
hazırlıq, səriştə, bacarıq və bilik tələb edən əməkdir. İxtisassız (sadə) əməkdən
fərqli olaraq ixtisaslı əmək mürəkkəb əmək kimi çıxış edir. Mürəkkəb əməyin bir
saatı sadə əməyin bir neçə saatına ekvivalentdir. Buna uyğun olaraq ixtisaslı
əməyə, ixtisassız əməyə nisbətən daha yüksək haqq verilir.
İkitaktlı daxiliyanma mühərriki – porşenin iki gedişi, yaxud dirsəkli valın
bir dövrü müddətində tam iş sikli yaradan daxiliyanma mühərrikidir. Dördtaktlı
daxiliyanma mühərrikdən fərqli olaraq, ikitaktlı daxiliyanma mühərrikdə silindrin
yanar qarışıq, yaxud hava ilə dolması və işlənmiş qazların kənar edilməsi
prosesləri iki müstəqil takt yox, işlək gediş və sıxılma taktlarının bir hissəsini təşkil
edir.
İqtisadiyyat –
1) istehsal münasibətlərinin məcmusudur, cəmiyyətin iqtisadi bazisidir.
İqtisadiyyat bütün digər ictimai münasibətlərin əsasını təşkil edir və cəmiyyətin
inkişafında həlledici rol oynayır.
2) müəyyən ölkənin xalq təsərrüfatı, yaxud onun bir hissəsidir. İqtisadiyyat
ölkənin fərqləndirici xüsusiyyətlərini əks etdirir, maddi istehsal sahələrini –
sənaye, kənd təsərrüfatı, ticarət və s. qeyri-istehsal sahəsini əhatə edir.
3)
elm
sahəsi.
Cəmiyyətin
iqtsiadi
quruluşunun
obyektiv
qanunauyğunluqlarını öyrənir, xalq təsərrüfatının müxtəlif sahələrindəki prosesləri,
hadisələri nəzəri təhlil edir, həyat nemətlərinin istehsalı və bölgüsü sahəsində
təcrübi tövsiyələr işləyib hazırlayır.
İlişmə mexanizmi – nəqliyyat maşınlarında burucu momenti daxiliyanma
mühərrikindən ötürmələr qutusuna ötürən mexanizmdir. Bu mexanizm mühərrikin
valı ilə transmissiya valının qısamüddətli ayrılmasını, ötürmənin zərbəsiz
dəyişdirilməsini, maşının yerindən səlis tərpənməsini təmin edir. Aparılan disklərin
sayına görə ilişmə mexanizmi bir, iki və çoxdiskli olur. Məsələn, avtomobilin bu
mexanizmi yaylarla sıxılmış bir və ya iki disklidir. ilişmə mexanizmi pedal, yaxud
servointiqal (idarəedici mexanizm) vasitəsilə açılır. İlişmə mexanizmi ayrı-ayrı
nəqliyyat vasitələri (avtomobil, traktor, velosiped və s.) üçün müxtəlif quruluşda
hazırlanır.
İllüstrasiya (lat. illuçtrastio – işıqlandırma, əyani təsvir) –
1) mətni müşayiət edən və onu tamamlayan təsvirdir (rəsm, qravüra, foftşəkil,
reproduksiya, xəritə, sxem və s.)
2) bədii və elmi əsərləri obrazlı şərh edən təsviri sənət sahəsidir. Kitab, qəzet
və jurnallarda verilən illüstrasiyalar mətnin obrazlı şərhinə yardım edən tərtibatın
digər elementləri ilə tamamlanır, tarixən qədim əlyazmaların və kitabların bədii
tərtibi ilə əlaqədar yaranıb inkişaf etmişdir.
Dostları ilə paylaş: |