Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə1/15
tarix21.01.2017
ölçüsü1,2 Mb.
#6185
  1   2   3   4   5   6   7   8   9   ...   15

 
    
Azərbaycan Respublikası Təhsil Nazirliyi 
 Azərbaycan Respublikası Təhsil Problemləri 
İnstitutu 
 
 
 
 
 
 
 
 
 
 
 
AZƏRBAYCAN  RESPUBLİKASININ ÜMUMTƏHSİL MƏKTƏBLƏRİ  
ÜÇÜN  TEXNOLOGİYA  FƏNNİ ÜZRƏ TƏHSİL PROQRAMI 
(KURRİKULUMU) 
(I-IX SİNİFLƏR) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bakı –2013 

 
 

 
 
Texnologiya  fənni  üzrə  təhsil  proqramı  (kurikulumu)  aşağıdakı  tərkibdə 
yaradılmış işçi qrupu tərəfindən hazırlanmışdır.  
Sədr:  Natiq  Axundov  –  ARTPİ-nin  bölmə  müdiri,  pedaqogika  üzrə  fəlsəfə 
doktoru,  Xuraman  Səlimova  –  layihənin  koordinatoru,  ARTPİ-nin  böyük  elmi 
işçisi, 
Həşim  Həşimov
  -  ADPU-nun  professoru,  fizika-riyaziyyat  elmləri  üzrə 
fəlsəfə  doktoru,  professor,  Niyazi  Qasımov  -  ADPU-nun  kafedra  müdiri  texniki 
elmlər  üzrə  fəlsəfə  doktoru,  dosent,  Rüxsarə  Ələkbərova  -  BPKİA  və  YHİ-nin 
kabinet  müdiri,  Əminə  Əliyeva  -  BPKİA  və  YHİ-nin  kabinet  müdiri,  Fikrət 
Süleymanov  -  Bakı  şəhəri  üzrə  Təhsil  İdarəsinin  mütəxəssisi,  Sabir  Novruzov  - 
Bakı  şəhəri  54  nömrəli  məktəbin  müəllimi,  Məcid  Məşədiyev  -  Bakı  şəhəri  19 
nömrəli  məktəbin  müəllimi,  Sərkər  Hacıyev  -  Bakı  şəhəri  229  nömrəli  məktəbin 
müəllimi,  Svetlana  Yəhyayeva  -  Bakı  şəhəri  263  nömrəli  məktəbin  müəllimi, 
Xuraman  Adıgözəlova  -  Bakı  şəhəri  159  nömrəli  məktəbin  müəllimi,  Xuraman 
Ağayeva - Bakı şəhəri 244 nömrəli  məktəbin müəllimi, Roza Məmmədova - Bakı 
şəhəri  3  nömrəli  məktəbin  müəllimi,  Hafizə  Seyidova  -  Bakı  şəhəri  136  nömrəli 
məktəbin  müəllimi,  Arzu  Suvarova  -  Bakı  şəhəri  42  nömrəli  məktəbin  müəllimi, 
Mələksə Bağmanova - Bakı şəhəri 31 nömrəli məktəbin müəllimi, Aysel Qədirova 
- Bakı şəhəri 153 nömrəli məktəbin müəllimi.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 

 
Təhsil  proqramının  (kurikulumun)  internet  üçün  hazırlanmasına  məsul 
olanlar:  
 
 
 
Bibixanım  İbadova,  ARTPİ-nin  ibtidai 
təhsilin  kurikulumu  şöbəsinin  müdiri, 
pedaqogika üzrə fəlsəfə doktoru, dosent 
 
Akif Əliyev, ARTPİ-nin Ümumi orta və tam 
orta  təhsilin  kurikulumu  şöbəsinin  müdiri, 
pedaqoji elmlər üzrə fəlsəfə doktoru 
 
Natiq  Axundov,  ARTPİ-nin  Ümumi orta və 
tam  orta  təhsilin  kurikulumu  şöbəsinin 
müdiri, pedaqoji elmlər üzrə fəlsəfə doktoru 
 
 
Xuraman  Səlimova,  ARTPİ-nin  Ümumi 
orta  və  tam  orta  təhsilin  kurikulumu 
şöbəsinin böyük elmi işçisi  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 

 
Mündəricat 
Giriş 
I. Texnologiya təliminin məzmunu 
1.1.
 
Ümumi təlim nəticələri 
1.2.
 
Məzmun xətləri 
1.3.
 
Məzmun xətləri üzrə təlim nəticələri  
1.4.
 
 Fəaliyyət xətləri 
1.5.
 
Məzmun standartları 
I sinif 
II sinif 
III sinif 
IV sinif 
V sinif 
VI sinif 
VII sinif 
VIII sinif 
IX sinif 
1.6. Fəndaxili və fənlərarası inteqrasiya 
II. Təlim strategiyaları 
2.1 Texnologiya təliminin təşkilinə verilən  əsas tələblər 
2.2  Texnologiya  təliminin  təşkilində  istifadə  olunan  forma  və  üsullar 
barədə  
2.3. Müəllimin təlim fəaliyətinin planlaşdırılmasına dair nümunələr 
2.4. Texnologiya fənninin məzmun standartlarının şərhi  
III. Şagird nailiyyətlərinin qiymətləndirilməsi 
Resurslar 
Tezaurus  
İstifadə olunmuş ədəbiyyat 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 

 
Giriş 
 
Texnologiya fənni üzrə təhsil proqramı (kurikulumu) və onun xarakterik 
cəhətləri.  Konseptual  sənəd  olan  Texnologiya  fənni  üzrə  təhsil  proqramı 
(kurikulumu)  bu fənnin məqsəd və vəzifələrini, ümumi təlim nəticələrini, məzmun 
xətlərini,  təlim  standartlarını,  müəllim,  şagird  fəaliyyətlərini,  qiymətləndirmə 
prinsiplərini  əhatə  edir.  Texniki  tərəqqinin  böyük  vüsət  aldığı,  elektron  və 
informasiya  texnologiyalarının  rolunun  artdığı  və  bazar  iqtisadiyyatı  şəraitində 
rəqabətin gündən-günə gücləndiyi müasir dövrdə bu sənəd ümumtəhsil məktəbləri 
şagirdlərinin  texnoloji  təfəkkürünün  inkişafına,  onlarda  texnoloji  bacarıqların 
formalaşmasına,  sonrakı  mərhələlərdə  təhsillərini  davam  etdirmək  üçün  zəruri 
biliklərə yiyələnmələrinə xidmət edir. 
Təqdim  olunan  kurikulum  inteqrativ,  nəticəyönümlü  və  şagirdyönümlü 
xarakterə malikdir. Bu kurikulumun inteqrativ xarakteri ondan ibarətdir ki, burada 
riyaziyyat,  fizika, biologiya,  informatika,  həyat bilgisi fənləri  üzrə biliklərin daha 
dərindən  mənimsənilməsinə  yönələn,  onları  məzmunca  tamamlayan  konkret 
bacarıqlar  öz  əksini  tapmışdır.  Kurikulumda  müəyyən  olunan  müvafiq  bacarıqlar 
bilavasitə  şagirdlərin  həyati  tələblərinin  ödənilməsinə,  onların  rəqabətə  davamlı 
şəxsiyyət kimi formalaşmasına istiqamətləndirilmişdir.  
Texnologiya  fənni  üzrə  təhsil  proqramı  (kurikulumu)    müəllimlər,  məktəb 
rəhbərləri,  dərslik  və  dərs  vəsaiti  müəllifləri,  qiymətləndirmə  mütəxəssisləri, 
valideynlər  və  geniş  ictimaiyyət  üçün  nəzərdə  tutulmuşdur.  Bu  kurikulum  tədris 
materiallarının 
səmərəli 
planlaşdırılmasına, 
müasir 
təlim 
üsullarının 
müəyyənləşdirilməsinə,  hazırkı  şəraitdə  bu  fənn  üzrə  müəllim,  şagird 
fəaliyyətlərinin  inkişafını  izləməyə  və  onu  obyektiv  qiymətləndirməyə  lazımi 
imkanlar yaradır. 
Texnologiya  fənni üzrə  məzmun standartları  hazırlanarkən şagirdlərin idraki, 
informativ-kommunikativ,  psixomotor  fəaliyyətlərinin  inkişafı,  habelə  zəruri 
vərdişlərə yiyələnmələri diqqət mərkəzində saxlanılmışdır.  
Fənnin əhəmiyyəti, məqsəd və vəzifələri. Müasir dövrdə şagirdlərə texnoloji 
mədəniyyətin  aşılanması  böyük  əhəmiyyət  kəsb  edir.  Resursların  və 
informasiyaların insanların maraq və mənafelərinə xidmət etməyə yönəldilməsinin 
zəruri tələb kimi irəli sürüldüyü bir vaxtda şagirdlərin texnoloji bilik və bacarıqlara 
yiyələnmələri,  öz  fəaliyyətlərində    onlardan  məqsədyönlü  istifadə  edə  bilmələri 
mühüm  vəzifə  kimi  meydana  çıxır.  «Texnologiya»nın  bir  fənn  kimi  ümumtəhsil 
məktəblərində tədris olunması, ilk növbədə, bu zərurətdən irəli gəlir və şagirdlərə 
həyati bacarıqların aşılanması baxımından böyük əhəmiyyət daşıyır.  
Həmçinin  elm  və  texnikanın  sürətlə  inkişafı,  texnologiyaların  durmadan 
yeniləşməsi də peşə və ixtisaslara tələblərin artmasını zəruri edir.  
Müasir dövrdə elə bir vəziyyət yaranmışdır ki, dar bir ixtisasla kifayətlənmək 
mümkün  deyildir.  İnsan  öz  texnoloji  bacarıqları  sayəsində  universal  istehsal 
sahələrində fəaliyyət göstərə bilməlidir. Ona görə də məktəblərdə gələcəyin geniş 
profilli  mütəxəssisinin  formalaşdırılmasının  ilkin  təməlinin  qoyulması  aktual 
problem kimi vacib hesab olunur.  

 
 

 
Ümumtəhsil  məktəblərində  «Texnologiya»  fənninin  tədrisi  şagirdlərin  emal 
texnologiyalarından  müstəqil  həyatda  istifadə  etmələrinə,  onlarda  yaradıcılıq 
qabiliyyətinin  formalaşdırılmasına,  texniki  sahələr  üzrə  təhsillərini  davam 
etdirmələrinə  hərtərəfli şərait  yaradır. Təlim prosesində şagirdlər texniki  fəaliyyət 
imkanlarını  müəyyənləşdirir,  problemlərin  həlli  üçün  ideyalar  irəli  sürür,  sadə 
texnoloji  işləri  yerinə  yetirir  və  nəticələri  qiymətləndirmək  imkanı  əldə  edirlər. 
Eyni  zamanda  bu  fənnin  tədrisi  şagirdlərin  xarakterinin  formalaşdırılmasına, 
onların mənəvi, intellektual və estetik inkişafına, dövrə uyğun texnoloji bacarıqlar 
əldə etməklə sosial-iqtisadi şəraitə uyğunlaşmalarına zəmin yaradır. 
Bunlarla yanaşı, həmin fənn vasitəsilə şagirdlər ayrı-ayrı xidmət sahələri üzrə 
məhsuldar  əməyə  hazırlanır,  onların  politexnik  dünyagörüşü  genişlənir  və  şüurlu 
peşə seçmələri təmin olunur.  
Bu  fənni  öyrənməklə  şagirdlər  kompüter  texnikasına  və  müasir 
texnologiyalarla ətraflı tanış olur, istehsalatdakı emal texnologiyalarına aid bilik və 
bacarıqlara  yiyələnir,  qarşıya  çıxan  problemləri  həll  etmək  qabiliyyətləri  əldə 
edirlər.  
Texnologiya  fənninin  məqsədi  yeni  sosial-iqtisadi  şəraitdə  şagirdlərin 
müstəqil  həyata,  kütləvi  və  perspektivli  peşələrə  hazırlanmalarını,  ümuməmək 
bacarıq  və  vərdişlərinə  yiyələndirmələrini,  yaradıcı  düşüncə  və  aktiv  fəaliyyət 
əsasında müxtəlif şəraitlərə asanlıqla uyğunlaşmalarını təmin etməkdən ibarətdir. 
 Azərbaycan  Respublikasında  ümumi  təhsilin  Milli  Kurikulumu  çərçivə 
sənədinə  uyğun  olaraq  ümumtəhsil  məktəblərində  «Texnologiya»  fənninin 
vəzifələri aşağıdakı kimi müəyyənləşdirilmişdir:  
İbtidai  təhsil  səviyyəsində  şagirdlərdə  müqayisə  və  çeşidləmə,  ilkin  emal, 
özünəxidmət  və  birgəfəaliyyət  vərdişləri,  sadə  layihələndirmə,  tərtibat, 
modelləşdirmə,  dizayn,  canlı  təbiətə  xidmət  bacarıqları,  ölçü,  mütənasiblik, 
simmetriya  və  digər  həndəsi  anlayışlar  formalaşdırılır,  sadə  konstruksiyalar  və 
yaradıcı işlərin yerinə yetirilməsi üzrə qabiliyyətlərin aşılanması təmin olunur. 
Ümumi  orta  təhsil  səviyyəsində  ibtidai  təhsil  səviyyəsində  təyin  olunmuş 
funksional vəzifələrin yerinə yetirilməsi istiqamətində nəzərdə tutulan fəaliyyətləri 
inkişaf  etdirməklə  texnoloji  və  tətbiqi  bacarıqların  təkmilləşdirilməsi,  sadə 
olmayan  texnoloji  proseslərin  həyata  keçirilməsi,  yaradıcı  texniki  təfəkkürün 
formalaşdırılması,  şagirdlərin  müasir  informasiya  texnologiyalarından  istifadə 
imkanlarının  genişləndirilməsi,  onların  peşəseçməyə  istiqamətləndirilməsi, 
zəhmətsevərlik və yaradıcılıq ruhunda tərbiyə edilməsi təmin olunur. 
 
 
I.
 
Texnologiya təliminin məzmunu 
 
1.1. Ümumi təlim nəticələri 
 
İbtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə şagird: 

 
 

 

 
materialları  müqayisə  edir  və  çeşidləyir,  müvafiq  texnologiyalardan 
(ölçmə,  kəsmə,biçmə,tikmə,toxuma,qatlama,yapma,  birləşdirmə  və  s.)  və 
texnoloji vasitələrdən istifadə edir, sadə məmulatlar hazırlayır; 

 
sadə məişət xidmətlərini yerinə yetirir; 

 
birgəfəaliyyət  bacarıqları  nümayiş  etdirir,  özünün  və  başqalarının 
hazırladığı məmulatlara münasibət bildirir; 

 
təhlükəsizlik  texnikası  və  sanitariya-gigiyena  qaydalarını  şərh  edir  və 
praktik fəaliyyətdə onlara riayət etdiyini nümayiş etdirir; 

 
yaradıcılıq tələb edən sadə model və layihələr qurur. 
 
Ümumi orta təhsil səviyyəsi (V-IX siniflər) üzrə şagird:  

 
müstəqil  həyatda  zəruri  sayılan  ilkin  texniki  və  texnoloji  bilikləri  tətbiq 
edir,  təhlükəsizlik  texnikası  qaydalarına  riayət etməklə  gündəlik  məişətdə 
vacib olan texnoloji işləri yerinə yetirir, sadə məmulatlar hazırlayır; 

 
sadə  layihələr  tərtib  edib  onları  həyata  keçirir,  məmulatların 
hazırlanmasında    dizayn  tələblərinə  əməl  edir,  mürəkkəb  olmayan  təmir-
tikinti işlərini yerinə yetirir; 

 
texnoloji  proseslərə  aid  informasiyaları  toplayıb  sistemləşdirir, 
məmulatların hazırlanmasında onlardan istifadə edir; 

 
şəraitə  və  təbii  imkanlara  uyğun  olaraq  becərmə,bəsləmə,  tədarük  və 
emaletmə bacarıqlarını nümayiş etdirir; 

 
əmək fəaliyyətini planlaşdırır və idarə edir; 

 
iş prosesində birgəfəaliyyət bacarıqlarını nümayiş etdirir; 
 
1.2. Məzmun xətləri 
 
Milli  və  dünya  təcrübəsinin  öyrənilməsi,  onların  müqayisəsi,  təhlil  edilməsi 
nəticəsində  «Texnologiya»  fənninin  aşağıda  qeyd  olunan  məzmun  xətləri 
müəyyənləşdirilmişdir ki, bu  da şagirdlərin əldə edəcəyi bilik və  bacarıqları daha 
aydın təsvir etmək, onu sistemləşdirmək məqsədinə xidmət edir:  

 
Emal texnologiyaları 

 
Texnika elementləri 

 
Məişət mədəniyyəti 

 
Qrafika 
Bütün  fənlərdə  olduğu  kimi,  texnologiya  fənninin  məzmunu  sinifdən-sinfə, 
konsentrik  əsasda  sadədən  mürəkkəbə,  asandan  çətinə  prinsipi  üzrə  getdikcə 
zənginləşsə də, məzmun xətləri dəyişməz qalır.  
 
Emal texnologiyaları  
Emal  texnologiyaları  “Texnologiya”  fənninin  əsas  məzmun  xətlərindən  biri 
olub şagirdlərin peşələrlə tanış edilməsini, onların ilkin ümuməmək bacarıqları və 
elementar əmək vərdişlərinə yiyənmələrini təmin edir.  

 
 

 
Şagirdlər  gündəlik  həyatda,  məişətdə,  bu  və  digər  hallarda  materialların, 
enerjinin,  informasiyaların  dəyişdirilməsi  və  istifadəsi  prosesində  iştirak 
etdiklərindən  onlarda  müvafiq  emal  texnologiyalarına  aid  bacarıq  və  vərdişlərin 
aşılanması zəruri hesab olunur. Göstərilən obyektlərin dəyişidirilməsi və istifadəsi 
müxtəlif  metod  və  vasitələrlə  (alətlər,  texnika)  əldə  olunduğu  və  bunların əsasını 
emal  texnologiyaları  təşkil  etdiyi  üçün  göstərilən  məzmun  xətti  «Texnologiya» 
fənninə daxil edilmişdir.  
Bu  məzmun  xətti  üzrə  qazanılmış  bilik  və  bacarıqlar  vasitəsilə  şagirdlər 
məmulatın  texniki  və  bədii  konstruksiya  edilməsinin  əsas  prinsipləri  ilə  yaxından 
tanış olur, estetik və dizayn tələblərinə uyğun müxtəlif məmulatlar hazırlayırlar.  
Gələcəkdə  əldə  edəcəkləri  peşənin  xarakterindən  asılı  olmayaraq  şagirdlər 
özlərinin 
həyat 
şəraitini 
yaxşılaşdırmaq 
üçün 
materialların 
emalı 
texnologiyalarından istifadə edirlər. 
 
Ümumi nəticələr 
Şagird:  

 
emal  texnologiyalarını  bir  –  birindən  fərqləndirir,  onların  özünəməxsus 
xarakterik cəhətlərini şərh edir; 

 
emal  prosesi  üçün  lazım  olan  materialları  seçərək  çeşidləyir  və  istifadə 
üçün hazırlayır; 

 
emal  prosesinə  hazırlıq  mərhələsində  nişanlama,  kəsmə,  biçmə,  tikmə, 
birləşdirmə və s. bacarıqları nümayiş etdirir; 

 
emal  texnologiyalarından  istifadə  edərək  fərdi  qaydada,  habelə  qrup  
tərkibində müxtəlif məmulatlar hazırlayır; 

 
emal  prosesində  təhlükəsizlik  və  sanitariya  –  gigiyena  qaydalarına  əməl 
edir; 

 
emal etdiyi hazır məmulatları təqdim edir; 

 
bitkilərin becərməsi və ev heyvanlarına qulluq texnologiyaları üzrə ibtidai 
bacarıqlar nümayiş etdirir (xüsusi olaraq kənd məktəbləri üçün). 
 
Texnika elementləri 
Bu  məzmun  xətti  üzrə  şagirdlərə  gündəlik  həyatda  qarşılaşdıqları texnikanın 
ümumi  xarakteristikasının  öyrədilməsi,  elmi-texniki  tərəqqinin  nailiyyətləri, 
istehsal  texnologiyalarının  təkmilləşdirilməsi,  müasir  texniki  qurğular  və 
konstruksiyalar haqqında ilkin məlumatların verilməsi, bu sahədə müvafiq bacarıq 
və vərdişlərin mənimsənilməsi nəzərdə tutulur.  
Şagirdlərdə  texnika  aləmi,  maşınların  növləri  və  təyinatı,  hissələrinin 
birləşdirilməsi,  maket  və  onlara  verilən  tələblər  (iqtisadi,  ekoloji  və  estetik), 
texnika üzrə kütləvi peşələr haqqında ilkin bilik və bacarıqlar formalaşdırılır.  
Bu  məzmun  xətti  vasitəsilə  şagirdlər  gündəlik  həyatda  qarşılaşdıqları  əsas 
texnoloji  maşınlar,  aparatlar,  aqreqatlar,  alətlər,  onların  növləri,  quruluşu  və  iş 
prinsipi ilə tanış olurlar. Şagirdlər detallar, mexanizmlər, məişətdə istifadə olunan 
maşınlar,  texnikada  maşınların  tətbiqi  haqqında  biliklərə  yiyələnməklə  müasir 
texnoloji avadanlıqların quruluşunu və iş prinsiplərini öyrənir və onları idarə etmək 

 
 

 
bacarıqları  əldə  edirlər.  Bütün  bunlar  şagirdlərdə  məişətdə,  işləyəcəkləri  sahədə 
texnika ilə davranmaq mədəniyyəti formalaşdırır.  
 
 
 
Ümumi  nəticələr 
Şagird: 

 
texnoloji maşınları, cihazları və alətləri təsnif edir; 

 
texnoloji maşınların növlərini, quruluşunu və iş prinsipini şərh edir, onların 
kinematik sxemini çəkir; 

 
məişətdə istifadə edilən texnoloji maşınları, cihazları, qurğuları, alətləri işə  
hazırlayır və onlara texniki qulluq edir; 

 
elektrik  enerjisinin  mahiyyətini,  onun  alınması,  ötürülməsi  və  istifadəsi 
yollarını, elektrotexniki,  radioelektron və avtomatik cihazların, qurğuların 
iş prinsiplərini şərh edir; 

 
elektron, radioelektron, elektrik məişət cihazlarından istifadə edir və onlara 
xidmət göstərmək bacarıqlarını nümayiş etdirir. 
 
Məişət mədəniyyəti 
Bu  məzmun  xətti  üzrə    qazanılmış  bilik  və  bacarıqlar  vasitəsilə  şagirdlər 
həyatda  insana  lazım  olan  davranış  qaydalarına  riayət  etmək,  ailənin  və  onun 
büdcəsinin  idarə  olunmasında  iştirak  etmək,    təhlükəsizlik  və  sanitariya-gigiyena 
qaydalarına  riayət  etmək,  sadə  təmir-tikinti  işlərini  yerinə  yetirmək  və  bitkilərə 
qulluq  etmək  vərdişləri  qazanırlar.  Eyni  zamanda    şagirdlərdə  ailə-məişət 
mədəniyyəti  və  ənənələri,  interyer  tərtibatı  və  dizayn,  habelə,    ictimai  yerlərdə 
(evdə,  nəqliyyatda,  məktəbdə,  qonaq  getdikdə  və  s.)  davranış  və  ünsiyyət 
qaydalarına  əməl  etmək,    öz  iş  və  yaşayış  yerlərini  təşkil  etmək  bacarıqları 
formalaşır.  
 
Ümumi nəticələr 
Şagird: 

 
ictimai yerlərdə mədəni davranış və ünsiyyət qaydalarını şərh edir; 

 
təlim  –  tədris  və  yaşayış  yerinin,  interyerin  tərtibatı  ilə  bağlı  təqdimatlar  
edir, tərtibat prosesində dizayn bacarıqları nümayiş etdirir; 

 
ailə və onun büdcəsinin idarə olunması haqqında fikirlərini şərh edir; 

 
xəstəlik  və zədələnmələr zamanı  ilkin tibbi  yardım  göstərmək qaydalarını 
mənimsədiyini nümayiş etdirir; 

 
sadə təmir-tikinti və dekorativ-bəzək işlərini yerinə yetirir. 
 
Qrafika 
Hər bir  məmulatı hazırlayarkən,  ilk  növbədə, onun eskizini, sxemini, texniki 
rəsmini,  çertyojunu,  təlimat  xəritəsini  çəkmək  və  oxumaq  lazım  gəlir.  Elektron 
qurğularından  istifadə  etdikdə  onlardakı  xırda  nasazlıqları  axtarıb  tapmaq  və 
aradan qaldırmaq üçün onların sxemini oxumaq bacarığı tələb olunur.  

 
 
10 
 
Qrafika  məhz  bu  məqsədlə  «Texnologiya»  fənninin  məzmununa  daxil 
edilmişdir.  Bu  məzmun  xətti  üzrə  fəaliyyətlər  şagirdlərdə  məmulatın  təsvirini, 
sxemini,  çertyojunu,  forma  və  ölçülərini  müəyyənləşdirmək,  hazırlanacaq 
məmulatlara dizayn vermək bacarıqlarının formalaşdırılmasına yönəldilmişdir. 
 
 
Ümumi nəticələr  
Şagird: 

 
əşyanın  qrafik  təsvirini,  detalların  çertyojunu,  əşya  və  detalların  texnoloji 
xəritələrini çəkir, məmulatın texniki spesifikasiyasını şərh edir; 

 
detalların birləşdirilməsi çertyojlarını və yığma çertyojları yerinə yetirir. 
 
 
 
1.3. Məzmun xətləri üzrə təlim nəticələri 
 
İbtidai təhsil səviyyəsində məzmun xətləri üzrə təlim nəticələri 
 
Emal texnologiyaları 
Şagird: 

 
istifadə  edilən  materiallara  əsasən  məmulatların  emalı  texnologiyalarını 
fərqləndirir; 

 
məmulat  hazırlamaq  üçün  emal  prosesinə  hazırlıq  mərhələsini  həyata 
keçirir; 

 
emal  texnologiyalarından  istifadə  edərək  fərdi  qaydada  sadə  məmulatlar 
hazırlayır; 

 
müvafiq  emal  prosesində  qrup  daxilində  işləmək  bacarıqları,  təhlükəsizlik 
və sanitariya-gigiyena qaydalarını gözlədiyini nümayiş etdirir; 

 
hazırladığı  sadə  məmulatları  təqdim  edir,  yoldaşlarının  hazırladığı    
məmulatlara münasibət bildirir; 
 
 
 
 
Texnika  elementləri 
Şagird: 

 
texnoloji maşınları və texnoloji vasitələri təsnif edir,  onları ayrılıqda bir – 
birindən fərqləndirir; 

 
nümunə,  sxem,  şəkil  və  çertyojdan  istifadə  edərək  müvafiq  konstruktor 
detallarından texniki qurğuların, maşınların maket və modellərini qurur; 

 
maket  və  madellərin  quraşdırılması  prosesində  kollektivdə  birgə  fəaliyyət 
və dizayn bacarıqları nümayiş etdirir; 
 
Məişət mədəniyyəti 

 
 
11 
 
Şagird: 

 
təlim-tədris yerini təşkil edir; 

 
ailə,  məktəb  və  digər  ictimai  yerlərlə  bağlı  mədəni  davranış  və  ünsiyyət 
qaydalarını sadə formada şərh edir;  

 
məişət texnikasından istifadə bacarıqlarını nümayiş etdirir; 

 
sadə təmir və bəzək işlərini yerinə yetirir; 

 
kulinariya və masa bəzəmək bacarıqları nümayiş etdirir; 

 
özünəxidmət  qaydalarını  və  ekoloji  mədəniyyət  haqqında  fikirlərini  şərh 
edir; 

 
şəraitə  və  təbii  imkanlara  uyğun  olaraq  bitkilərin  yetişdirilməsi  və  onlara 
qulluq qaydalarını izah edir; 
 

Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin