Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə14/15
tarix21.01.2017
ölçüsü1,2 Mb.
#6185
1   ...   7   8   9   10   11   12   13   14   15

Əmək  mədəniyyəti  –  işçi  yerini  və  iş  prosesini  təşkil  etməyəi  bacarmaq, 
əmək  prosesinə  düzəlişlər  vermək  və  əməyin  nəticələrini  qiymətləndirmək,  lazım 
gələrsə faydalı təkliflər irəli sürmək. 
Əmək  məhsulu  –  işçinin  əməyi  ilə  insanın  tələbatına  uyğunlaşdırılmış 
istehlak  dəyəri,  təbiət  cismidir,  insan  əməyinin  maddi  nəticəsidir.  Əmək 

 
 
116 
 
predmetləri  istehsal  prosesində  öz  formasını  dəyişir,  əmək  məhsuluna  çevrilir. 
Əmək məhsulu müxtəlif istifadə üsulları üçün hazırlanır. 
Əmək hazırlığı – ümumtəhsil məktəblərində və müvafiq ali təhsil ocaqlarında 
şagirdlərə  (tələbələrə)  texnika,  xidmət,  kənd  təsərrüatı  və  s.  əmək  sahələrinə  dair 
bilik,  bacarıq  və  vərdişlər  aşılamağı  nəzərdə  tutan  fəndir.  Ümumtəhsil 
məktəblərində əmək  hazırlığı peşə  vermək  məqsədi daşımır; o şagirdləri müxtəlif 
peşələrlə, bu peşələrin insana verdiyi tələblərlə və s. tanış edir; peşəqabağı ümumi 
hazırlıq verir. 
Əmək tərbiyəsi – gənc nəsildə əməksevərlik və cəmiyyət üçün faydalı əməyə 
hazırlıq  tərbiyə  edilməsidir.  Əmək  tərbiyəsi  əqli,  əxlaqi  və  fiziki  tərbiyə  ilə  sıx 
əlaqədardır.  O,  uşaqlara  elmi qanun  və  qanunauyğunluqların  tətbiqini  öyrətməklə 
yanaşı,  həm  də  onlara  insan  əməyinə,  əməyin  nəticələrinə,  əmək  adamlarına 
hörmət,  məhsula  qayğıkeş,  qənaətcil  olmaq  hissləri  aşılayır.  Ailədə  və 
məktəbəqədər  müəssisələrdə  başlayır,  məktəbdə  –  müxtəlif  formalarda  davam 
etdirilir. 
Əməliyyat – işçi yerində fəhlənin yerinə yetirdiyi texnoloji prosesin müəyyən 
hissəsidir. 
Əmtəə  –  satış  üçün  istehsal  olunmuş  əmək  məhsuludur.  Əmtəə  zahiri  bir 
predmetdir, müəyyən insan tələbatını ödəyir. Dəyəri pulla ölçülür. 
Ərintilər – iki və daha çox komponentin birgə əridilməsindən alınan bərk və 
ya  maye  sistemlərdir.  Metal  ərintilər  metallardan  (məsələn,  mis  və  sinkin  ərintisi 
olan  bürüncdən),  yaxud  metal  və  az  miqdarda  qeyri-metal  qarışığından  (məsələn, 
dəmirin karbonla ərintilərindən alınan çuqun  və poladdan)  ibarət ola bilər.  Qeyri-
metal  ərintilər  qeyri-metal  maddələrindən,  məsələn,  təbii  (qranit,  bazalt)  və  süni 
(şüşə, posa) silikatlardan, duzların və üzvi maddələrin ərintilərindən ibarətdir. 
Əriş  –  parçanın  uzununa,  bir-birinə  paralel  yerləşən  saplarıdır,  parçanın 
özülünü  təşkil  edir.  Toxucu  dəzgahında  əriş  və  arğac  saplarının  qarşılıqlı 
toxunması nəticəisndə parça alınır. Əriş üçün nisbətən yüksək keyfiyyətli liflərdən 
hazırlanmış, daha çox burulmuş möhkəm saplar seçilir. 
 
 

Fabrik  –  maşın  sisteminin  tətbiqinə  əsaslanan  sənaye  müəssisəsidir,  iri 
maşınlı  istehsal  formasıdır.  Siyasi-iqtsiadi  mənada  bu  anlayış  zavod  anlayışının 
eynidir. Adətən, yüngül və hasilat sənayesi sahələrinin müəssisələri fabrik adlanır 
(məs.,  toxuculuq  fabriki  və  s.).  Fabrikə  keçilməsinin  çıxış  (manufaktura 
emalatxanasından  fabrikə  keçid)  nöqtəsi  iş  maşınının  meydana  gəlməsi  və  maşın 
sisteminin inkişafı olmuşdur. 
Faner –  
1)  bir-birinə  yapışdırılmış  iki  və  ya  daha  çox  şpon  lövhəsindən  hazırlanmış 
taxta  materialıdır.  Bunun  üçün  ən  çox  ağcaqayın,  şam,  qızılağac  və  fıstıq  ağacı 
şponundan  istifadə  edilir.  Şponları  yapışdırmaq  üçün  sintetik  termoreaktiv 
yapışqan və ya təbii yapışqan işlədilir. Lövhələrin qalınlığı müxtəlif: 3–4 mm-dən 
10–12 mm-ə qədər olur. 

 
 
117 
 
2)  lövhə  şəkilli  oduncaq  materialıdır.  Lifləri  çarpaz  yerləşən  3  və  daha  çox 
yapışdırılmış qatlardan ibarətdir. 
Fasiləsiz 
istehsal 
– 
istehsal 
xətləri, 
sahələri, 
sexləri, 
yaxud 
bütövlükdəmüəssisə  şəklində  təşkil  edilmiş  fasiləsiz  texnoloji  proseslərin 
məcmusudur (tikiş sənayesi, enerji hasilatı, kimyəvi və yeyinti məhsulları istehsalı, 
avtomobilqayırma, traktorqayırma və s.). 
Fason  – biçimdir,  nümunədir.  Bunların əsasında  paltar, ayaqqabı, baş örtüyü 
və s. tikilir. 
Fasonlu tökmə – tökmə prosesi ilə alınan pəstah, yaxud məmulatdır (buraya, 
məs., külçə və s. kimi tökmə yarımfabrikatlar aid edilmir). Fasonlu tökmələr kəsmə 
yolu  ilə  emal  edilir  və  ehtiyac  olarsa  termik  emaldan  keçirilir.  Fasonlu  tökmələr 
almaq üçün boz, yüksək möhkəm və özlü çuqun, polad, mis, alüminium, sink, titan 
və digər tökmə ərintiləri işlədilir. 
Faydalı iş əmsalı –  müxtəlif  maşın,  qurğu və aparatlarda enerjisinin  istifadə 
dərəcəsini göstərən ölçüsüz ədədi kəmiyyətdir. FİƏ-nı tapmaq üçün faydalı istifadə 
olunan enerjini sərf edilən enerjiyə bölmək lazımdır. 
Ferma  –  xüsusi,  yaxud  icarə  torpaqlarında  kənd  təsərrüfatı  ilə  bağlı 
müəssisədir.  Həmçinin,  ixtisaslaşdırılmış  təsərrüfat  müəssisələridir  (südçülük 
ferması, qoyunçuluq ferması və s.) 
Fənər – 
1)  müstəqil  enerji  mənbəyi  olan  və  əldə  gəzdirilən  işıqlandırma,  yaxud  da 
siqnal cihazıdır.  
2)  təbii  işıqlandırma  və  ya  ventilyasiya  məqsədilə  sənaye  binalarının  dam 
örtüyündə qoyulan dam pəncərəsidir. 
Fırça – kətan, kağız və ya başqa bir əsasın üzərinə rəng vurmaq üçün alətdir. 
Fırçalar  müxtəlif  heyvanların  (sibir  siçovulu,  porsuq,  öküz,  sincab,  keçi  və  s.) 
piydən  təmizlənmiş  və  qızdırılmış  tükündən,  yaxud  yunundan  hazırlanır.  Ən  cod 
tükdən  (məs.,  donuz  tükündən)  düzəldilən  fırçalar  (dairəvi,  yaxud  yastı)  yağlı 
boyakarlıqda,  daha  uzun  tüklüləri  isə  yapışqanlı  boyakarlıqda  və  s.  tətbiq  olunur. 
İtiuclu dairəvi, yumşaq fırçalardan (sincab), porsuq, qum siçanı tüklərindən akvarel 
və qrafikada istifadə edilir. 
Folqa – 
1)  müxtəlif  metallardan  və  ya  metal  ərintilərindən  hazırlanmış  nazik  (2–100 
MKM)  vərəq  və  ya  lentdir.  Qənnadı,  tütün  məmulatları,  çay  və  s.-nin 
qablaşdırılmasında 
(alüminium 
folqa); 
elektrik 
kondensatorlarında, 
termoizolyasiya, hidroizolyasiya və s.-də (texniki alüminium folqa); elektrotexnika 
və cihazqayırma sahəsində (qalay, quruğuşun folqa) və s. istifadə olunur. 
2)  müxtəlif  metalların  və  ya  metal  yaymaların  nazik  təbəqələri  (0,1  mm-ə 
dək). 
Frez – materialların frezləmə ilə emalı üçün çoxtiyəli kəsici alətdir. Frezlərin 
aşağıdakı  tipləri  var:  dişləri  yerləşən  səthin  formasına  görə  silindrik,  yan  üzlü, 
diskli,  bucaqlı,  yivli  və  fasonlu;  dişin  formasına  görə  düz,  vintvarı  və  müxtəlif 
istiqamətlənmiş  dişləri  olan  frezlər  və  s.  Frezlər  legirlənmiş  və  tezkəsən  alət 
poladlarından hazırlanır. 

 
 
118 
 
Frez  dəzgahı  –  metal  və  digər  məmulatların  frezlə  emalı  üçün  metalkəsən 
dəzgahdır.  O,  universallığı  ilə  fərqlənir:  müstəvi,  əyrixətli  səthləri  yonmaq, 
detallarda  yiv,  çarxlarda  diş  açmaq  və  s.  üçün  işlədilir.  Konstruksiyasına  görə 
konsullu və konsulsuz frez dəzgahları var. 
Frezləmə  –  metal  və  qeyri-metal  materialların  frezlə  kəsərək  emalıdır. 
Frezləmədə  kəsici  alət  –  frez  fırlanır,  emal  ediləcək  pəstaha  isə  irərləmə  hərəkəti 
verilir. Frezləmədə kəsmə sürəti frezin tipindən, onun kəsici hissəsinin materialı və 
həndəsi parametrlərindən, kəsmə rejimi, pəstahın səth qatının vəziyyətindən və s.-
dən asılı olur.  
Friksion  mexanizm  –  elementləri  arasında  yaranan  sürtünmə  qüvvələrinin 
köməyi  ilə  hərəkəti  ötürmək  və  ya  dəyşidirmək  üçün  mexanizmdir.  Bu 
mexanizmlərə  friksion  ötürücü,  friksion  mufta  və  tormozlar,  friksion  sıxac  və  s. 
mexanizmlər aiddir. 
Friksion  ötürücü  –  hərəkəti  bir-birinə  sıxılmış  diyirlənmə  cisimləri  (silindr, 
konus və disklər) arasındakı sürtünmə qüvvələrinin köməyi ilə ötürən və ya çevirən 
mexaniki ötürücüdür. Mexanizmin ötürmə nisbətləri sabit və dəyişən olur. 
 

Gil  –  tərkibi,  əsasən,  gil  minerallarından  ibarət  çökmə  süxurdur.  Plastiklik 
xassəsinə  malikdir.  Odda  yandırıldıqda  daş  kimi  bərk  və  sərt  olur.  Gil  aşınma 
yerlərində  gilli  məhsulların  toplanması  və  aşınma  məhsullarının  aparılaraq 
dənizlərdə  və  kontinental  şəraitdə  çökdürülməsi  nəticəsində  (çökmə  gil)  əmələ 
gəlir. Gil faydalı qazıntıdır, keramika, odadavamlı məmulat hazırlanmasında və s.-
də istifadə olunur. 
Giləmeyvə  –  açılmayan  çoxtoxumlu  meyvədir.  Giləmeyvələrin  müxtəlif 
formaları  vardır.  Əksəriyyəti  üzvi  türşular,  vitamin,  şəkər  və  s.  maddələrlə 
zəngindir.  Qiymətli  yeyinti  məhsuludur.  Bəziləri  zəhərlidir.  Bir  qismindən  isə 
tibbdə istifadə olunur. 
Giləmeyə  bitkiləri  –  yeməli  meyvəsi  məişətdə  giləmeyvə  adlanan  çoxillik 
kol,  yarımkol  və  ot  bitkiləri  (yabanı  və  becərilən)  qrupudur.  Giləmeyvə 
bitkilərindən ən çox çiələy, moruq, qarağat, firəng üzümü, böyürtkən, bağ çiyələyi, 
çay tikanı və s. becərilir. Yabanı giləmeyvə bitkilərinin ən əhəmiyyətlisi mərcanı, 
mərcangilə  və  qaragilədir.  Giləmeyvə  bitkiləri  mülayim  iqlimi  zonalarda 
şəhərətrafı  sahələrdə  becərilir.  Giləmeyvəsində  şəkər,  mineral  maddələr,  üzvi 
turşular, vitaminlər, aormatik maddələr var. Yeyilir, mürəbbə, cem, şərab, kompot, 
marmelad və s. hazırlanır. Bəziləri isə dərman kimi işlədilir. 
Gövdə –  
1)  ali  bitkilərin  əsas  orqanlarından  biridir:  yarpaqlarla  birlikdə  zoğ  əmələ 
gətirir. 
2) texnikada – maşın və ya qurğunun, adətən, əsasını (dayaq mənasında) təşkil 
edən və digər mexanizmləri (elementləri və s.) içərisində, yaxud üzərində toplayan 
hissədir. 
 
 

 
 
119 
 
Güləbətin  
1)  qaymaqçiçəklilər  fəsiləsindən  çoxillik  bitki  cinsidir.  Kökətrafa  yarpaqları 
saplaqlı,  gövdə  üzərindəki  yarpaqları  isə  saplaqsız  otlardır.  Əsasən,  bənövşəyi 
rəngli  iri  çiçəkləri  tək-tək  yerləşir.  Azərbaycanda  2  növü:  alban  güləbətini  və 
bənövşəyi  güləbətin  yayılmışdır.  hər  iki  növü  zəhərlidir,  dekorativ  bitki  kimi 
becərilir. 
2) tel halına salınmış qızılı, gümüşü və bürüncü sapdır. 
3)  eyni adlı  sap  ilə  ağır  parçalar  (tirmə,  məxmər,  xara  və  s.)  üzərində  tikmə 
növüdür.  Güləbətin  tikmədən  bəzi  geyimlərin  (arxalıq,  araqçın  və  s.)  və  məişət 
şeylərinin  (daraq,  saat  qabı,  mütəkkə,  balınc,  taxça  və  rəf  pərdəlari  və  s.) 
bəzədilməsində  istifadə  olunurdu.  Azərbaycanda  bu  tikmə  növünə  yenə  də  rast 
gəlinir. 
 
 

Haşiyə – dekorativ-tətbiqi sənət əsərlərində (metal, keramika, xalça, parça və 
s.),  eləcə  də  miniatür  sənətində  mərkəzi  bəzək  kompozisiyasını  əhatə  edib 
tamamlayan  bədii  zolaqdır.  Haşiyə  bir  və  ya  bir  neçə  naxış  elementinin  lentvarı 
formada təkrarından yaranır. Müxtəlif motivli nəbati və həndəsi naxışlardan, insan, 
heyvan və quş təsvirlərindən, bəzən də bədii xətt ilə yazılan şer parçalarından təşkil 
edilən haşiyə zolaqları tək-tək elementlərin ritmik təkrarı ilə, mürəkkəb haşiyə isə 
bir neçə elementin (islimi «xətai» və s.) hələzunlar (piçək) boyunca təkrarı, yaxud 
birləşməsi  (hörük)  ilə  əmələ  gəlir.  Xalçaçılıqda  mürəkkəb  quruluşlu  haşiyə 
bəzəkləri enli ana haşiyədən, onun yanlarındakı bala haşiyədən, bala haşiyəni əhatə 
edən zəncirdən və «mədaxil», «su» adlanan ensiz zolaqlardan ibarət olur. Haşiyəyə 
yelən də deyilir. 
Heykəl  –  heykəltəraşlığın  əsas  növlərindən  biridir.  İnsan,  yaxud  heyvan 
fiqurunun  (bəzən  fantastik  varlığın)  heykəltəraşlıq  təsviridir.  Adətən,  postament 
üzərində  qoyulur.  İnteryer  bəzəyəndə  tətbiq  olunan  kiçik  heykəllər  heykəlcik 
adlanır. 
Heykəltəraşlıq  –  yapma,  plastika-obyektin  həcmli,  fiziki  cəhətdən  üçölçülü 
(eni,  uzunu,  hündürlüyü)  təsviri  prinsipinə  əsaslanan  incəsənət  növüdür. 
heykəltəraşlığın  təsvir  obyekti,  adətən,  insan,  bəzən  heyvan,  nadir  hallarda  isə 
təbiət (mənzərə) və əşyalar olur. Fiqurun ətraf mühitdə mövqeyi, hərəkəti, pozası, 
həmçinin, kütləsinin və çəkisinin zahiri effekti işıq-kölgə münasibətləri, ölçü, ritm, 
siluet  və  s.  heykəltəraşlığın  bədii  ifadə  vasitələridir.  İki  növü  var:  dairəvi 
heykəltəraşlıq  və  relyev  heykəltəraşlığı.  Azərbaycan  memarlıq  abidələrində, 
xüsusilə  qəbrüstü  daşlarda  həkk  olunmuş  oymalar,  naxışlar,  təsvirlər 
heykəltəraşlığın dekorativ sənətlə üzvi əlaqədə inkişaf etdiyini göstərir. Bakıda və 
rayonlarda bir sıra abidələr qoyulub və indi də qoyulur. 
Heyvan  cinsləri  –  bir  növdən  və  bir  mənşədən  olan  kənd  təsərrüfatı 
heyvanları qrupudur (iri buynuzlu mal-qara, atlar, qoyunlar, dovşanlar və s.) 
Heyvandarlıq  –  kənd  təsərrüfatı  heyvanlarını  yetişdirən  təsərrüfat  sahəsidir. 
Heyvandarlıq  əhalini  süd,  yağ,  ət,  yumurta,  yun,  dəri  və  s.  ilə  təmin  edir. 

 
 
120 
 
Heyvandarlıq  məhsullarının  tullantısından  yem  (sümük  unu,  üzsüz  süd  və  s.), 
dərman  preparatları  (müalicə  serumları,  hormon  preparatları  və  s.)  alınır. 
Heyvandarlığa maldardıq, qoyunçuluq, donuzçuluq, quşçuluq, atçılış və s. sahələr, 
həmçinin balıqçılıq, arıçılıq və baramaçılıq daxildir. 
Həkkaklıq  –  daş,  metal  və  ya  ağac  üzərində  nəqş,  rəsm  və  kitabə  (yazı) 
həkketmə sənətidir. 
Həmişəyaşıl bitkilər – bütün il boyu yaşıl yarpaqlarla örtülü olan bitkilərdir. 
Həmişəyaşıl  bitkilərdə  yarpaqlar  növbə  ilə  əmələ  gəlir  və  tökülür.  Bitkidə 
yarpaqlar  ayrılıqda  bir,  bəzən  də  bir  neçə  il  qala  bilir.  Tropik  və  subtropik 
ölkələrdə növ etibarilə həmişəyaşıl bitkilər (məs., dəfnə, maqnoliya, zeytun və s.) 
çoxdur.  Mülayim  və  soyuq  iqlimli zonada  isə  iynəyarpaqlı  bitkilər  (şam,  küknar, 
sərv  və  s.)  həmişəyaşıl  bitkilərdir.  Bir  çox  kol,  yarımkol  və  otlar  da  həmişəyaşıl 
bitkilər sayılır. Qışda həmişəyaşıl bitkilərdə tənəffüs prosesi də zəifləyir, yazda isə 
yarpaqların fəal həyat fəaliyyəti bərpa olunur. 
Hidravlik  mühərrik  –  mayenin  enerjisini  aparılan  bəndin  mexaniki 
enerjisinə  çevirən  mühərrikdir.  Pərli  (işçi  maye  sudur)  və  həcmli  (əsasən,  yağ) 
hidravlik  mühərrikə  ayrılır.  pərli  hidravlik  mühərrik  (məs.,  hidroturbin)  mayenin 
kinetik  enerjisini  (aktiv  hidroturbində)  və  ya  onun  kinetik  enerjisi  ilə  birlikdə 
təzyiq enerjisini  (reaktiv hidroturbində)  fırlanan  valın  mexaniki enerjisinə çevirir. 
Belə  hidravlik  mühərrikdən  SES-də,  hidravlik  ötürücülərdə  və  s.  istifadə  edilir. 
Həcmli hidravlik  mühərrik mayenin  potensial enerjisini (əsasən, təzyiq enerjisini) 
aparılan  bəndin  mexaniki  enerjisinə  çevirir,  nəticədə  bu  bənd  məhdud  irərləmə-
geriləmə (güc hidrosilindrində), yaxud geriləmə-dönmə (momentli hidrosilindrdə), 
habelə qeyri-məhdud fırlanma hərəkəti (porşenli, rotorlu və s. hidromotorlar) edir. 
Belə hidravlik mühərrikdən maşınların hidravlik intiqalında istifadə edilir. 
Hörmə – elastik materiallardan (çubuq, lığ, kövşən və s.) məmulat hazırlama 
üsuludur. Qədimdə ciyə, səbət, tor, cələ, həsir  və s. kimi hörmə  məmulatı  növləri 
məlum idi. Hörmə texnikasının köməyi ilə bir sıra xalqlar vaxtilə hətta yaşayış və 
təsərrüfat binaları tikmişlər. Məişət qabları, şlyapa, balıq toru  və s. əşyaları dəniz 
otunun  qıçasından  hörürdülər.  Hörmə  texnikasının  təkmilləşdirilməsi  nəticəsində 
toxuculuq  yaranmışdır.  Keçmişdə  Azərbaycanda  hörmə  məmulatının  müxtəlif 
növləri (səbət, zənbil, həsir süfrə, həsir tərəzi, çilovçüzən və s.) işlənməkdə idi. Bir 
sıra geyim növlərinin (əlcək, corab, baş şalı və s.) hazırlanması hörmə texnikasına 
əsaslanır. Hazırda hörmə toxuculuq məmulatı maşınlarla hazırlanır. Azərbaycanda 
qadınlar  arasında  bədii  əl  sənəti  kimi  daha  genişyayılmışdır.  Əsasən,  birrəngli 
(bəzən  də  müxtəlif  rəngli)  təkqat  saplarla  işlənən  hörmə  məmulatı  bədii  tikməni 
xatırladır.  İynə  və  milçə  vasitəsilə  hazırlanan  hörmələr  məişət  əşyalarının 
bəzədilməsində  geniş  tətbiq  edilmişdir  (köynək  yaxalığı,  qol  və  ətək  hissələri, 
pərdə  yanları,  sandıq,  çarpayı  örtükləri  və  s.  bəzədilirdi).  Naxışlarda  nəbati  və 
həndəsi ornamentlər, rəsmlər, bəzən də insan fiqurları əsas yer tuturdu. 
Hörük  –  iki,  bəzən  də  dörd  naxış  elementinin  mürəkkəb  şəkildə  bir-birinə 
birləşib dolaşmasından əmələ gələn ornamentdir. XVI–XIX əsrlərdə Azərbaycanda 
miniatürlərin,  xalçaların,  memarlıq  abidələrinin  bədii  tərtibatında,  dekorativ sənət 

 
 
121 
 
nümunələrinin,  o  cümlədən  metal,  keramika,  çini  məmulatların  bəzəyində 
hörükdən istifadə edilmişdir. 
 

Xam  torpaq  –  təbii  bitkilərlə  örtülmüş,  uzun  müddət  şumlanmamış  torpaq 
sahəsidir. qədimdən şumlanan torpaqdan fərqli olaraq xam torağın tərkibində çoxlu 
çürüntü,  azot  və  bitkinin  qidalanmasına  lazım  olan  digər  elementlər  olur. 
Azərbaycanın Mil, Suğan və şirvan düzlərinin bir hissəsi xam torpaqlardır. 
Xarratlıq-dülgərlik alətləri – ağac materiallarını emal etmək üçün mexaniki 
və  əl  alətləridir.  Xarratlıq  və  dülgərlik  işlərində  kəsici,  ölçmə-nişanlama  və 
köməkçi alətlərdən istifadə olunur. kəsici əl alətlərinə balta, mişar, rəndə, iskənə və 
s.;  mexaniki  kəsici  alətlərə  müxtəlif  mişarlar  (zəncirli,  diskli  və  lentli),  rəndə, 
iskənə  və  s.;  ölçmə-nişanlama  alətlərinə  metr,  xətkeş,  bucaqlıq  (günyə), 
kronpərgar,  içölçən,  reysmus,  şaqul  və  s.;  köməkçi  alətlərə  isə  çəkic,  vintaçan, 
qayka açarı, sıxac, yastıdodaq kəlbətin, məngənə və s. daxildir. 
Xarratlıq  işləri  –  ağac  materiallarının  (taxtanın),  dülgərlik  işlərinə  nisbətən 
daha  dəqiq  və  daha  zərif  emaldır.  Məmulat  iynəyarpaqlı  və  yumşaq  enliyarpaqlı 
ağac  cinslərindən  hazırlandıqda  ağ  ağac  məmulatı,  bərk  enliyarpaqlı  ağac 
növlərindən  hazırlandıqda  və  ya  üzünə  faner  çəkildikdə  qırmızı  ağac  məmulatı 
adlanır.  Əl  ilə  xarrat  verstakında  dülgərlik  və  xarratlıq  alətləri  ilə  yerinə  yetirilən 
xarratlıq işlərinə: detalların  nişanlanması,  mexaniki emalı (pəstahın  mişarlanması, 
rəndələnməsi,  onların  üzərində  pazlar  düzəldilməsi,  yuvalar  açılması, 
burğulanması,  hamarlanması,  cilalanması  və  s.),  yapışdırılması,  üzlənməsi, 
yığılması  və  bəzədilməsi  əməliyyatları  daxildir.  Mezaniki  xarratlıq  istehsalatında 
ağac  materiallarının  emalı  və  yığılması  avtomatlaşdırılmış  axın  xətlərində  yerinə 
yetirilir. 
Xarratlıq  məmulatları  –  tamamilə  və  ya  çox  hissəsi  ağac  materiallarından 
hazırlanmış inşaat detalları və ya quraşdırma vahidləridir. Xarratlıq məmulatlarına 
pəncərə  və  qapı  blokları,  arakəsmə,  panel,  yığma  taxta  evlər,  qayıq,  avtomobil 
banı, vaqon və gəmi detalları, kənd təsürrfatı maşınları, toxuma dəzgahları və digər 
maşın hissələri, mebel və s. aid edilir. xarratlıq məmulatlarını hazırladıqda, onların 
bir-birinə  bərkidilməsi  və  görünüşünün  yaxşılaşdırılması,  istiliyi  və  səsi 
keçirməməsi,  bioloji  təsirlərdən  və  oddan  mühafizəsi  üçün  metal,  polimer,  şüşə, 
rezin və s. materiallardan istifadə olunur. 
Xətkeş – həndəsi qurmada və xətti ölçmədə işlədilən, üzərində bölgüləri olan 
rizayi  alətdir.  hesablamada  loqarifm  xətkeşi  işlədilir.  Xətkeş  həm  də  ölçmə  və 
nişanlama alətidir. 
 
İ 
İxtisas – 
1) bu insanın hər hansı bir növ əmək fəaliyyətinə hazırlıq dərəcəsidir, əməyin 
verilmiş mürəkkəblikdə icrası üçün zəruri bilik və bacarıqlardır. 

 
 
122 
 
2)  insanın  əmək  fəaliyyətinin  növüdür.  Hər  hansı  istehsal  sahəsində  məşğul 
olmağa  imkan  yaradan  bilik,  bacarıq  və  fərdişlər  kompleksidir.  İxtisas  peşə 
daxilində formalaşır. Hər peşə bir və ya bir neçə ixtisası əhatə edir. 
İxtisaslı  əmək  –  müəyyən  işlərin  yerinə  yetirilməsi  üçün  işçidən  xüsusi 
hazırlıq,  səriştə,  bacarıq  və  bilik  tələb  edən  əməkdir.  İxtisassız  (sadə)  əməkdən 
fərqli olaraq ixtisaslı əmək  mürəkkəb əmək kimi çıxış edir. Mürəkkəb əməyin bir 
saatı  sadə  əməyin  bir  neçə  saatına  ekvivalentdir.  Buna  uyğun  olaraq  ixtisaslı 
əməyə, ixtisassız əməyə nisbətən daha yüksək haqq verilir. 
İkitaktlı  daxiliyanma  mühərriki  –  porşenin  iki  gedişi,  yaxud  dirsəkli  valın 
bir  dövrü  müddətində  tam  iş  sikli  yaradan  daxiliyanma  mühərrikidir.  Dördtaktlı 
daxiliyanma  mühərrikdən  fərqli olaraq,  ikitaktlı daxiliyanma  mühərrikdə silindrin 
yanar  qarışıq,  yaxud  hava  ilə  dolması  və  işlənmiş  qazların  kənar  edilməsi 
prosesləri iki müstəqil takt yox, işlək gediş və sıxılma taktlarının bir hissəsini təşkil 
edir. 
İqtisadiyyat – 
1)  istehsal  münasibətlərinin  məcmusudur,  cəmiyyətin  iqtisadi  bazisidir. 
İqtisadiyyat  bütün  digər  ictimai  münasibətlərin  əsasını  təşkil  edir  və  cəmiyyətin 
inkişafında həlledici rol oynayır. 
2)  müəyyən  ölkənin  xalq  təsərrüfatı,  yaxud  onun  bir  hissəsidir.  İqtisadiyyat 
ölkənin  fərqləndirici  xüsusiyyətlərini  əks  etdirir,  maddi  istehsal  sahələrini  – 
sənaye, kənd təsərrüfatı, ticarət və s. qeyri-istehsal sahəsini əhatə edir. 
3) 
elm 
sahəsi. 
Cəmiyyətin 
iqtsiadi 
quruluşunun 
obyektiv 
qanunauyğunluqlarını öyrənir, xalq təsərrüfatının müxtəlif sahələrindəki prosesləri, 
hadisələri  nəzəri  təhlil  edir,  həyat  nemətlərinin  istehsalı  və  bölgüsü  sahəsində 
təcrübi tövsiyələr işləyib hazırlayır. 
İlişmə  mexanizmi  –  nəqliyyat  maşınlarında  burucu  momenti  daxiliyanma 
mühərrikindən ötürmələr qutusuna ötürən mexanizmdir. Bu mexanizm mühərrikin 
valı  ilə  transmissiya  valının  qısamüddətli  ayrılmasını,  ötürmənin  zərbəsiz 
dəyişdirilməsini, maşının yerindən səlis tərpənməsini təmin edir. Aparılan disklərin 
sayına  görə  ilişmə  mexanizmi bir,  iki  və çoxdiskli olur. Məsələn, avtomobilin bu 
mexanizmi yaylarla sıxılmış bir və ya iki disklidir. ilişmə mexanizmi pedal, yaxud 
servointiqal  (idarəedici  mexanizm)  vasitəsilə  açılır.  İlişmə  mexanizmi  ayrı-ayrı 
nəqliyyat  vasitələri  (avtomobil,  traktor,  velosiped  və  s.)  üçün  müxtəlif  quruluşda 
hazırlanır. 
İllüstrasiya (lat. illuçtrastio – işıqlandırma, əyani təsvir) – 
1) mətni müşayiət edən və onu tamamlayan təsvirdir (rəsm, qravüra, foftşəkil, 
reproduksiya, xəritə, sxem və s.) 
2) bədii və elmi əsərləri obrazlı şərh edən təsviri sənət sahəsidir. Kitab, qəzet 
və  jurnallarda  verilən  illüstrasiyalar  mətnin obrazlı şərhinə  yardım edən tərtibatın 
digər  elementləri  ilə  tamamlanır,  tarixən  qədim  əlyazmaların  və  kitabların  bədii 
tərtibi ilə əlaqədar yaranıb inkişaf etmişdir. 
Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin