Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə8/15
tarix21.01.2017
ölçüsü1,2 Mb.
#6185
1   ...   4   5   6   7   8   9   10   11   ...   15

 
 
VII sinif 
 
Mövzu: Pəstahın xarici səthində yivlərin açılması. 
Standart: 1.1.1; 1.2.1; 1.2.2; 1.2.3; 1.3.3; 1.3.4; 4.2.1. 
Məqsəd:  
1.Yiv birləşmələrini  izah edir. 
           2. Yiv birləşmələrini yerinə yetirmək üçün iş yerini təşkil edir. 
3. Yivin açılması ardıcıllığını müəyyənləşdirir. 
 
4. Yiv açmaq üçün emal trxnologiyası seçir.  
 
5. Yiv birləşmələri olan detalların çertyojunu çəkir və oxuyur. 
 
6. Qrup tərkibində birgə fəaliyyət bacarıqları nümayiş etdirir.  
 
7. Uyğun təhlükəsizlik və sanitariya-gigiyena qaydalarına əməl edir.   
İş forması: Kiçik qruplarla iş, böyük qruplarla iş. 
Resurslar: Daxili və xarici yivləri açmaq üçün yiv açan alətlər, yivli deatlların 
çertyojları,  müxtəlif  ölçüyə  və  parametrə  malik  olan  yivli  deatllar,  yiv  açmaq  üçün 
pəstahlar,  müxtəlif  kərkikli  yeyelər,  ştangenpərgar,  xətkeş,  maşın  yağı,  çilingər 
məngənəsi. 
 
Dərsin gedişi 
 
I mərhələ: Motivasiya, problemin qoyuluşu.  
Müəllimin  yazı  lövhəsində  asılmış  yiv  birləşmələrinə  dair  plakatları,  stolun 
üzərindəki yiv birləşməsi olan detalları, yivaçan alətləri göstərərək suallar verir: 
1.  Siz  yazı  lövhəsində  və  stolun  üzərində  nə  görürsünüz?  (yiv  birləşmələrinə 
dair plakatları,stolun üzərindəki yiv birləşməsi olan detalları, yivaçan alətləri). 
2. Yiv birləşmələri başqa birləşmə növlərindən nə ilə fərqlənir? (yiv birləşməsi 
sökülə  bilən  birləşmə  növüdür.Asanlıqla  hissələri  quraşdırmaq  və  sıradan  çixmış 
hissələri başqası ilə əvəz etmək çox asandır.) 
3.  Yiv  nəyə  deyilir?  (Pəstahın  xarici  və  daxili  səthində  spiralvari  növlərin 
açılmasına yiv deyilir). 

 
 
68 
 
4.  Başlıqlara  görə  boltlar  neçə  cür  olur?  (kvadrat,  üçüzlü,  altüzlü,  səkkizüzlü, 
göbələkvarı ola bilər). 
5.  Vintlər  başlıqlarına  görə  neçə  cür  olur?  (göbələkvarı,  yarımgizli,  gizli  ola 
bilər). 
6. Yiv harada açılır? (Milin xarici səthinin hər iki başında yiv açılır.) 
 
Tətqiqat sualı: Metalın xarici  səthində yivləri necə açmaq olar? 
Müəllim  milin  xarici  səthində  yivlərin  açılmasında  istifadə  olunan  alət  və 
tərtibatlar haqqında məlumat verir. 
1.
 
Xarici yivlərin açılmasında iş ardıcıllığını izah edir. 
2.
 
Paftaların növləri haqqında məlumat verir. 
3.
 
Pafta saxlayanlar haqqında məlumat verir. 
4.
 
Cədvələ əsasən  milin diametrinin seçilməsi haqqında məlumat verir. 
5.
 
Milin yiv açmaq üçün hazırlanması haqqında məlumat verir. 
6.
 
Ştangenpərgar vasitəsilə  milin ölçulməsi qaydası haqqında məlumat verir. 
7.
 
Paftanın paftasaxlayanda bərkidilməsi haqqında məlumat verir. 
8.
 
Pafta vasitəsilə yiv açmaq qaydalarına haqqında məlumat verir. 
9.
 
Yiv açıldıqdan sonra yivin açılma keyfiyyətinin yoxlama üsulları haqqında 
məlumat verir. 
 
II Mərhələ: Tədqiqatın aparılması. 
Müəllim şagirdləri 4 qrupa bölür.  
Tapşırıq: Verilmiş millərin üzərində xarici yivlər açın. 
 
Qruplar  tapşırığı  yerinə  yetirirlər.Müəllim  hər  bir  şagirdə  fərdi  olaraq  komək 
edir. 
III Mərhələ: İnformasiya mübadiləsi. 
 
Müəllim qrupların təqdimatını dinləyir (qruplar işlərini təqdim edir). 
IV Mərhələ: İnformasiyanın müzakirəsi və təşkili. 
Qrupların təqdimatından sonra müəllim cavabları sistemləşdirir və sinfə suallar 
verir. 
 
Müzakirə sualları: 
1.  Milin  səthində  xarici  yiv  açarkən  yiv  xəttinin  kələkötür    və  ya  qırıq-qırıq 
alınması, yiv profilinin tam alınması səbəbləri hansılardır? (Milin diamertinin düzgün 
seçilməməsi,paftanın  mil  üzərində  sürətlə  hərəkət  etdirilməsi,  yiv  açılan  səthin 
yağlanmaması). 
2.
 
 Pəstah  üzərində  yiv  açmaq  üçün  faskanın  (haşiyənin)  çıxarılması  nə  üçün 
lazımdır? (Paftanın milə asan  daxil olması üçün). 
3.
 
Yivin  parametrləri  dedikdə  nə  başa  düşürsünüz?  (yivin  addımı,  yivin  profil 
bucağı, profil hündürlüyü, xarici və daxili diametr). 
4.
 
Ştangenpərgar vasutəsilə pəstahı ölçərkən hansı qaydalara əməl edilməlidir? 
(Ştangenpərgar  dodaqları  milə  nəzərən  perpendikulyar  olmalıdır,  olçmə  zamanı 
çərçivənin bərkidici vinti sıxılmalıdır). 
 
V Mərhələ: Nəticə və ümumiləşdirmə.  

 
 
69 
 
Müəllim  şagirdlərin  cavablarını  yekunlaşdıraraq  yivlər  haqqında  ümumi 
məlumat,  pə  ardıcıllığı  müəyyən  etmə,  emal  texnologiyası  seçmə  stahın  xarici 
səthində yivlərin açılması mərhələləri üzərində dayanır. 
 
VI Mərhələ: Qiymətləndirmə.
 
Qiymətləndirmə  qiymətləndirmə  meyarları  əsasında  aparılır  (İş  yerini  təşkil 
etmə,  iş  ardıcıllığını  müəyyən  etmə  ,  emal  texnologiyası  seçmə,  birgə  fəaliyyət, 
təhlükəsizlik və sanitariya qaydalarına riayət etmə).  
 
 
IX sinif 
 
Mövzu:  Qapı kilidinin quraşdırılması texnologiyası.  
Standart: 3.1.2.  
Məqsəd: Yaşayış yerində və məktəbdə qapı kilidinin qapıya quraşdırılması ilə 
bağlı təqdimat edir.  
İnteqrasiya: H.B. 4.2.1. 
 
İş forması: Kiçik qruplarda iş, böyük qruplarda iş. 
 
Resurslar:  Xarrat  alətləri  (iskənə,  çəkic,  xətkeş,  qələm,  vintaçan,  burğular, 
elektrik dreli və s.), kilid nümunəsi, kilidin şəkli və quraşdırılmasını əks etdirən şəkil 
(sxem). 
 
Dərsin gedişi 
I mərhələ: Motivasiya, problemin qoyuluşu.  
Müəllim bütün sinifdə frontal sorğu keçirərək aşağıdakı sualları verir: 
1.
 
Kilid nə üçündür? 
2.
 
Kilidin hansı növlərini tanıyırsız? 
3.
 
Yaşadığınız mənzildə kilidlərə harada rast gəlmisiniz? 
Şagirdlərin  suallara  verdikləri  cavablar  dinlənilir  və  müəllim  tərəfindən 
tədqiqat sualı qoyulur: 
Tədqiqat sualı: Qapıya kilidi necə quraşdırmaq olar? 
Müəllim şagirdlərin diqqətini dərslikdəki  materiala  yönəldərək, kilidin qapıya 
quraşdırılması texnologiyası üzərində dayanır.  
II mərhələ: Tədqiqatın aparılması.  
Müəllim şagirdləri 4 qrupa bölür. 
Tapşırıq: Kilidin qapıya quraşdırılması texnologiyasını müəyyənləşdirin.  
Qruplar tapşırığı icra edirlər. Müəllim hər bir qrupa fərdi olaraq nəzarət edir.  
III mərhələ: İnformasiya mübadiləsi.  
Müəllim qrupların təqdimatını dinləyir. Qruplar işlərini təqdim edirlər.  
IV mərhələ: İnformasiyanın müzakirəsi və təşkili.  
Qrupların təqdimatından sonra müəllim sinfə suallar verir.  
Müzakirə sualları:  
1.
 
Kilidi qapıya quraşdırarkən hansı alətlərdən istifadə etmək lazımdır? 
2.
 
Drel vasitəsilə hansı əməliyyat yerinə yetirilir? 

 
 
70 
 
3.
 
İskənədən hansı məqsədlə istifadə edilir? 
4.
 
Açarın mexaniki qurğusunu quraşdırmaq üçün nə etmək lazımdır? 
5.
 
Kilidi bərkitmək üçün nədən istifadə edilir? 
V mərhələ: Nəticə və ümumiləşdirmə. 
Müəllim  şagirdlərin  cavablarını  yekunlaşdıraraq  bir  daha  kilidin  qapıya 
quraşdırılması texnologiyası üzərində dayanır. 
VI mərhələ: Qiymətləndirmə. 
Qiymətləndirmə  qiymətləndirmə  meyarları  əsasında  aparılır  (iş  yerini 
təşkiletmə,iş  ardıcıllığı  müəyyənləşdirmə,  emal  texnologiyası  seçmə,  quraşdırma, 
tətbiqetmə, birgə fəaliyyət). 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
71 
 
2.4. Texnologiya fənninin məzmun standartlarının şərhi
1
 
 
Texnologiya fənni üzrə məzmun standartlarının şərhi (I-IV) 
 
 
Standart 
Məzmun 
Açar sözlər 
I sinif 
1. 
Emal texnologiyaları 
1.1. 
Emal texnologiyalarını və vasitələrini tanıyıb anladığını nümayiş etdirir 
1.1.1. 
Müvafiq emal texnologiyalarını 
(ölçmə, kəsmə, yapma, 
birləşdirmə, qatlama, tikmə) 
sadalayır; 
Ölçmə, kəsmə, yapma, birləşdirmə, qatlama, tikmə emal 
texnologiyalarının adları,onların sadalanması. 
 
 
Emal texnologiyası, emal vasitəsi, 
məmulat, material ,təbiət materialları, 
plastilin, parça, kağız, ip, lent, plastik 
qab. 
1.1.2. 
Sadə emal texnologiyalarını 
fərqləndirir; 
Ölçmə, kəsmə, yapma, birləşdirmə, qatlama, tikmə emal 
texnologiyaları
 
,onların bir-birindən fərqləndirilməsi 
Emal texnologiyaları, ölçmə, kəsmə, 
yapma, birləşdirmə, qatlama, tikmə. 
1.1.3. 
Emal vasitələrini sadalayır; 
Emal vasitələrinin (qayçı, iynə, fırça, heykəltəraş bıçağı, 
sığallayıcı və s.) adları, onların  sadalanması.  
Emal vasitələri, emal texnologiyaları, 
əməliyyat,  materialların emalı,bitki 
mənşəli, heyvan mənşəli və mineral 
mənşəli. 
 
1.2. 
Emal prosesinə hazırlıq işlərini yerinə yetirir. 
1.2.1. 
Hazırlanacaq məmulata görə iş 
yerini təşkil edir; 
Plastilin, kağız, karton, parça, təbiət materiallarının 
əlamət və keyfiyyətləri,onlara uyğun iş yerinin 
materiallardan məmulat hazırlanması iş yerinin təşkil 
olunması. 
Plastilin, kağız, karton, parça, təbiət 
materialları, materialın emalı, iş yeri, 
emal vasitələri, emal texnologiyaları. 
1.2.2. 
Məmulatın  hazırlanması üçün 
uyğun emal vasitələri seçir; 
Müxtəlif materiallardan məmulat hazırladıqda onları 
emal etmək üçün uyğun emal vasitələrinin seçilməsi. 
Müxtəlif materiallar (plastilin, kağız, 
karton, təbiət materialları, parça, ip, kibrit 
qutusu), məmulat, emal texnologiyası, 
emal vasitəsi. 
 
                                                
1
 Məzmun standartalrının şərhinə aid verilmiş izahlar və aşar sözlər ancaq tövsiyə xarakteri daşıyır. Siniflər üzrə şagirdlərin inkişaf səviyyəsinə və marağına uyğun 
olaraq müvafiq dəyişikliklər və əlavələr etməklə onlara yaradıcı yanaşmaq məqsədəuyğun hesab edilir. 

 
 
72 
 
1.2.3. 
Məmulatın hazırlanması 
ardıcıllığını müəyyənləşdirir; 
Təbiət materialları, plastilin, kağız, parça və plastik 
kütlədən məmulatların hazırlanması ardıcıllığının 
müəyyənləşdirilməsi 
Məmulatlar, emal texnologiyaları, emal 
vasitələri, məmulatın hazırlanma 
ardıcıllığı. 
 
1.2.4. 
Hazırlanacaq məmulatın 
materialına uyğun emal 
texnologiyası seçir. 
Müxtəlif məmulatlar hazırladıqda materiala uyğun 
(plastilin, kağız, karton, təbiət materialları, parça, sap) 
emal texnologiyalarının seçilməsi. 
Materiallar (plastilin, kağız, karton, təbiət 
materialları, parça, sap), emal 
texnologiyası (ölçmə, kəsmə, yapma, 
birləşdirmə, qatlama, tikmə). 
1.3 
Verilmiş materiallardan (kağız, karton, parça, plastilin) müxtəlif məmulatlar hazırlayır. 
1.3.1 
Məmulatların detallarını hazırlayır.  Müxtəlif materiallardan məmulat hazırladıqda onların 
ayrı-ayrı detallarının hazırlanması. 
Materiallar (plastilin, kağız, karton, təbiət 
materialları, parça, ip, sap), emal 
texnologiyaları, detallar. 
 
1.3.2. 
Detalları birləşdirməklə sadə 
məmulat (məmulatlar) hazırlayır. 
Müxtəlif materiallardan hazırlanmış detalları müxtəlif 
vasitələrlə birləşdirərək məmulatın (məmulatlar) 
hazırlanması. 
Plastilin, kağız, karton, təbiət 
materialları, ip, sap, heykəltəraş bıçağı, 
yapışqan, fırça, iynə, oymaq. 
1.3.3. 
Məmulatların hazırlanmasında sadə 
tərtibat bacarıqları nümayiş etdirir. 
Müxtəlif materiallardan məmulat hazırladıqda tərtibat 
bacarıqlarının  nümayiş etdirilməsi. 
Tərtibat bacarıqları, dizayn, xarici görünüş, 
səliqəlilik. 
1.3.4. 
Məmulatların qrup tərəfindən 
hazırlanması prosesində birgə 
fəaliyyət və əməkdaşlıq bacarıqları 
nümayiş etdirir.  
Qrup tərəfindən məmulatlar hazırlandıqda birgə 
fəaliyyət və əməkdaşlıq bacarıqlarının nümayiş 
etdirilməsi. 
Birgə fəaliyyət, əməkdaşlıq, qrupda 
işləmək bacarıqları. 
1.3.5. 
Məmulatın hazırlanmasında 
müvafiq təhlükəsizlik və gigiyena 
qaydalarına əməl edir.  
Müxtəlif materiallardan məmulat hazırladıqda, emal 
vasitələrindən istifadə etdikdə müvafiq təhlükəsizlik və 
gigiyena qaydalarına əməl edilməsi. 
Təhlükəsizlik qaydaları, gigiyena 
qaydaları. 
1.3.6. 
Hazırladığı məmulatı təqdim edir. 
Müxtəlif materiallardan hazırlanmış məmulatların 
təqdim edilməsi. 
Hazır məmulatı təqdim etmə, izah etmə, 
şərh etmə. 
 
2. 
Texnika elementləri 
2.1. 
Texnoloji maşınlar və texnoloji vasitələr haqqında təsəvvürə malik olduğunu nümayiş etdirir. 
2.1.1. 
Verilmiş təsvirlərdə texnoloji 
maşınları (nəqliyyat, yük, məişət) 
və texnoloji vasitələri (əl alətləri, 
mexaniki alətlər) adlandırır.  
Təsvirlərdə texnoloji maşınların (nəqliyyat, yük, məişət) 
və texnoloji vasitələrin (əl alətləri, mexaniki alətlər) 
adlarının  düzgün təyin edilməsi. 
Texnoloji maşınlar, yük maşınları, 
nəqliyyat və məişət maşınları, texnoloji 
vasitələr (əl alətləri, mexaniki alətlər). 

 
 
73 
 
2.1.2. 
Texnoloji maşınları və vasitələri 
sadalayır.  
Texnoloji maşınların (nəqliyyat, yük, məişət) və 
texnoloji vasitələrin (əl alətlərini, mexaniki alətləri) 
sadalanması. 
Nəqliyyat maşınları (təyyarə, metro, 
qatar, avtobus, teploxod, minik 
avtomobili, troleybus, tramvay), yük 
maşınları (tanker, tir, yük maşını, kran), 
əl alətləri (bıçqı, fırça, çəkic, rəndə, 
qayçı, kəlbətin, mexaniki ət maşını, əl 
dreli). 
2.1.3. 
Məişət texnikalarını sadalayır. 
Məişətdə istifadə edilən texnikaların adlarının 
sadalanması. 
Məişət texnikası (soyuducu, televizor, 
toster, radio, maqnitofon, sərinləşdirici, 
kondinsioner, kompüter, ütü, tozsoran, 
paltaryuyan). 
3. 
Məişət mədəniyyəti 
3.1. 
Məişətdə zəruri hesab edilən ilkin bacarıqlara yiyələndiyini nümayiş etdirir. 
3.1.1. 
Özünəxidmət və sanitariya-
gigiyena qaydaları haqqında 
fikirlərini sadə formada şərh edir. 
Özünəxidmət və sanitariya-gigiyena qaydaları haqqında 
fikirlərin şərh edilməsı. 
Özünəxidmət qaydaları, sanitariya-
gigiyena qaydaları. 
3.1.2. 
Otaq bitkilərinə qulluq qaydalarını 
şərh edir. 
Otaq bitkilərinə qulluq qaydaları haqqında biliklərin 
şərh edilməsi. 
Otaq bitkiləri (bənövşə, ətirşah, aloe, 
durnabalığı quyruğu), bitkilərə qulluq, 
emal texnologiyaları, emal vasitələri 
(susəpələyən, toxa, qubka, fırça), bitkiyə 
qulluq ardıcıllığı, qulluq qaydaları. 
 
3.1.3. 
Yemək masası arxasında davranış 
qaydaları ilə bağlı fikirlərini 
bildirir. 
Yemək masası arxasında davranış qaydaları haqqında 
fikirlərin  izah edilməsi. 
Yemək masası, masa arxasında oturuş 
qaydaları, qidanı yemək qaydaları, 
mayeni içmək qaydaları, çəngəl, qaşıq və 
bıçaqdan istifadə qaydaları, əl ilə istifadə 
olunan qidalar. 
3.1.4. 
Müxtəlif təyinatlı (səhər, nahar, 
şam, qonaq, bayram) yemək 
süfrələri və onların atributlarını 
sadalayır. 
Səhər, nahar, şam, qonaq, bayram süfrələri haqqında 
fikirlərin  bildirilməsı  və onların atributlarının 
sadalanması. 
Səhər, nahar, şam və bayram süfrəsi, 
süfrənin atributları (boşqab, çəngəl, 
qaşıq, bıçaq, içki qabları, salfet kağızı, 
ədviyyat). 

 
 
74 
 
3.1.5. 
Səhər süfrəsini tərtib edir. 
Səhər süfrəsinin tərtibi ilə bağlı fikirlərin şərh edilməsi 
və süfrənin tərtib edilməsi. 
Səhər süfrəsi, səhər süfrəsinin atributları    
(boşqab, çəngəl, qaşıq, bıçaq, çay qaşığı, 
salfet kağızı, ədviyyat), səhər yeməyinin 
menyusu variantları. 
4. 
Qrafika 
4.1. 
Əşyaları qrafik təsfir edir. 
4.1.1. 
Əşyaların ayrı-ayrı hissələrinin 
qrafik təsvirini çəkir. 
Hazırlanan  məmulatın detallarının qrafik təsvirinin 
çəkilməsi. 
Məmulatların detallarının qrafik təsviri, 
köçürmə kağızı, karandaş, xətkeş, pərgar. 
4.1.2. 
Çəkilmiş ayrı-ayrı hissələri 
birləşdirməklə əşyanın tam 
təsvirini çəkir. 
Detalları birləşdirdikdən sonra əşyanın tam təsvirinin 
çəkilməsi. 
Detalları birləşdirmək, məmulatın tam 
təsviri. 
II sinif 
1. 
Emal texnologiyaları 
1.1. 
Emal texnologiyalarını və vasitələrini tanıdığını nümayiş etdirir. 
1.1.1. 
Emal texnologiyalarını nümayiş 
etdirilən təsvirlərdə tanıyır.  
Emal texnologiyalarının (ölçmə, kəsmə, yapma, 
birləşdirmə, tikmə, qatlama) nümayiş etdirilən 
təsvirlərdə tanınması. 
Təsvirlərdə nümayiş etdirilən emal 
texnologiyaları, ölçmə, kəsmə, yapma, 
birləşdirmə, tikmə, qatlama. 
 
1.1.2. 
Müvafiq emal texnologiyalarını 
(ölçmə, kəsmə, yapma, birləşdirmə, 
qatlama, tikmə) təyinatına görə 
sadə formada izah edir. 
Hər bir emal texnologiyasının (ölçmə, kəsmə, yapma, 
birləşdirmə, qatlama, tikmə) təyinatına görə izah 
edilməsi. 
Ölçmə, kəsmə, yapma, birləşdirmə, 
qatlama, tikmə, məmulatların 
hazırlanmasında onlardan istifadə. 
1.1.3. 
Emal vasitələrinin funksiyalarını 
şərh edir. 
Məmulat hazırladıqda emal vasitələrinin (qayçı, iynə, 
fırça, heykəltəraş bıçağı, sığallayıcı) funksiyalarının 
şərh edilməsi. 
Emal vasitələri, emal vasitələrinin 
funksiyası. 
1.2. 
Emal prosesinə hazırlıq işlərini yerinə yetirir. 
1.2.1. 
Hazırlanacaq məmulata görə iş 
yerini təşkil edir. 
Müxtəlif materiallardan məmulat hazırladıqda iş yerinin 
təşkil edilməsi. 
 
 
Plastilin, kağız, karton, parça, təbiət 
materialları, materialların emalına uyğun 
iş yeri emal vasitələri, emal 
texnologiyaları. 
 
 

 
 
75 
 
1.2.2. 
Məmulatın hazırlanması üçün 
uyğun emal vasitələri seçir. 
Müxtəlif materiallardan məmulat hazırladıqda onları 
emal etmək üçün uyğun emal vasitələrinın  seçilməsi. 
 
 
 
Müxtəlif materiallar (plastilin, kağız, 
karton, təbiət materialları, parça, ip, quş 
lələyi, karton qutuları), məmulat, emal 
texnologiyaları, emal vasitələri. 
 
 
1.2.3. 
Məmulatın hazırlanması 
ardıcıllığını müəyyənləşdirir. 
Müxtəlif materiallardan (plastilin, təbiət materialları, 
kağız, karton, quş lələyi, parça, ip, karton qutuları) 
məmulatların hazırlanması ardıcıllığının 
müəyyənləşdirilməsi. 
Müxtəlif məmulatlar, emal 
texnologiyaları, emal vasitələri, 
məmulatların hazırlanma ardıcıllığı. 
1.2.4. 
Hazırlanacaq məmulatın 
materialına uyğun emal 
texnologiyası seçir. 
Hazırlanacaq məmulatın materialına uyğun (plastilin, 
təbiət materialları, kağız, karton, quş lələyi, parça, ip, 
karton qutuları) emal texnologiyalarının seçilməsi. 
 
Materiallar (plastilin, təbiət materialları, 
kağız, karton, quş lələyi, parça, ip, karton 
qutuları), emal texnologiyaları (ölçmə, 
kəsmə, yapma, birləşdirmə, qatlama, 
tikmə). 
1.3. 
Verilmiş materiallardan (kağız, karton, parça, plastilin)  müxtəlif məmulatlar hazırlayır. 
1.3.1. 
Məmulatların detallarını hazırlayır.  Müxtəlif materiallardan məmulat hazırladıqda onların 
ayrı-ayrı detallarının hazırlanması. 
 
 
Materiallar (plastilin, təbiət materialları, 
kağız, karton, quş lələyi, parça, ip, karton 
qutuları), emal texnologiyaları, detallar, 
emal vasitələri. 
 
1.3.2. 
Detalları birləşdirməklə məmulat 
(məmulatlar) hazırlayır. 
Müxtəlif materiallardan hazırlanmış detalları müxtəlif 
vasitələrlə birləşdirərək məmulatın (məmulatlar) 
hazırlanması. 
Plastilin, təbiət materialları, kağız, 
karton, quş lələyi, parça, ip, karton 
qutuları, müxtəlif məmulatlar, 
heykəltəraş bıçağı, yapışqan, fırça, iynə, 
oymaq, sap. 
1.3.3. 
Məmulatların hazırlanmasında sadə 
tərtibat bacarıqları nümayiş etdirir.  
Müxtəlif materiallardan məmulat hazırladıqda tərtibat 
bacarıqlarının nümayiş  etdirilməsi. 
Tərtibat bacarıqları, dizayn, xarici 
görünüş, səliqəlilik. 
1.3.4. 
Məmulatların qrup tərəfindən 
hazırlanması prosesində birgə 
fəaliyyət və əməkdaşlıq   
bacarıqları nümayiş etdirir.  
Qrup tərəfindən məmulatlar hazırlandıqda birgə 
fəaliyyət və əməkdaşlıq bacarıqlarının  nümayiş 
etdirilməsi. 
Birgə fəaliyyət, əməkdaşlıq, qrupda 
işləmək bacarıqları. 
1.3.5. 
Məmulatın hazırlanmasında 
müvafiq təhlükəsizlik və gigiyena 
Müxtəlif materiallardan məmulat hazırladıqda, emal 
vasitələrindən istifadə etdikdə müvafiq təhlükəsizlik  və 
Təhlükəsizlik qaydaları, gigiyena 
qaydaları. 

 
 
76 
 
qaydalarına əməl edir.  
gigiyena qaydalarına əməl edilməsi. 
1.3.6. 
Hazırladığı məmulatı təqdim edir. 
Müxtəlif materiallardan hazırlanmış məmulatların 
təqdim edilməsi. 
Hazır məmulatı təqdim etmə, izah etmə, 
şərh etmə. 
 
2. 
Texnika elementləri 
2.1. 
Texnoloji maşınlar və texnoloji vasitələr haqqında təsəvvürə malik olduğunu nümayiş etdirir. 
2.1.1. 
Texnoloji maşınları (nəqliyyat, 
yük, məişət) bir birindən 
fərqləndirir. 
Tanıdığı texnoloji maşınları (nəqliyyat, yük, məişət) bir-
birindən fərqləndirilməsi. 
Texnoloji maşınlar (yük, nəqliyyat və 
məişət). 
2.1.2. 
Texnoloji vasitələri (əl alətləri, 
mexaniki alətər) bir birindən 
fərqləndirir. 
Texnoloji vasitələrin (əl alətləri, mexaniki alətlər) bir-
birindən fərqləndirilməsi. 
Texnoloji vasitələr, əl alətləri, mexaniki 
alətlər, onlar vasitəsi ilə yerinə yetirilən 
texnoloji əməliyyatlar. 
2.1.3. 
Məişət texnikalarını bir-birindən 
fərqləndirir. 
Məişətdə istifadə olunan texnikaların  bir-birindən 
fərqləndirilməsi. 
 
Məişət texnikaları, təyinatına görə 
onların fərqləndirilməsi, emal 
texnologiyaları. 
 
Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin