Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə6/15
tarix21.01.2017
ölçüsü1,2 Mb.
#6185
1   2   3   4   5   6   7   8   9   ...   15

 I mərhələ: Motivasiya, problemin qoyuluşu 
II mərhələ: Tədqiqatın aparılması 
III mərhələ: Məlumatın mübadiləsi 
IV mərhələ: Məlumatın müzakirəsi və təşkili 
V mərhələ: Nəticə və ümumiləşdirmə 
Qiymətləndirmə.  
Fəal  təlim  metodlarının  tətbiqi  şagirdlərdə  yaradıcı  və  məntiqi  təfəkkürü 
inkişaf etdirir, onlarda əməkdaşlıq etmək, başqalarının fikrinə hörmətlə yanaşmaq, öz 
fikirlərini sərbəst bildirmək bacarıqlarının formalaşmasına  şərait yaradır.  
Fəal  təlimə  əsasən  dərs  motivasiya  ilə  başlanır.  Bu  mərhələdə  axtarış  və 
tədqiqat işinə başlamaq üçün tədqiq olunacaq problemin qoyulması vacib olduğundan 
ilk növbədə sual formalaşdırılır və mülahizələr irəli sürülür. Motivasiya müasir dərsin 
ən mürəkkəb və mühüm mərhələsidir. Çünki dərsin sonrakı gedişi motivasiyanın necə 
yaradılmasından  və  keçirilməsindən  asılıdır.  Motivasiyanın  əsas  xüsusiyyəti 
mülahizələrin yürüdülməsi üçün problemli vəziyyətin yaradılmasıdır.  
Tədqiqatın  aparılması  mərhələsində  şagirdlər  tərəfindən  praktik  işin  yerinə 
yetirilməsi həyata keçirilir. Bu o zaman səmərəli ola bilər ki, görüləcək iş və yerinə 
yetirəcək  texnoloji  əməliyyatlar  şagirdə  tam  surətdə  aydın  olsun,  texnoloji  bilik  və 
bacarıqlar məmulatın hazırlanması prosesində iştirak üçün kifayət etsin. 
Məlumatın mübadiləsi mərhələsində  qruplar və ya cütlər işlərini təqdim edir. 
Məlumatın  müzakirəsi  və  təşkili  mərhələsində  isə  şagirdlərin  təqdimatları 
müzakirə edilir və dəyərləndirilir. 
Nəticə  və  ümumiləşdirmə  mərhələsində  müəllim  aparılan  tədqiqatın 
nəticələrinin ümumiləşdirilməsi və sistemləşdirilməsi məqsədi ilə suallar qoyur və bu 
suallar  əsasında  bilik  və  informasiyaları  sistemləşdirilir.  Şagirdlərin  əldə  etdikləri 
nəticələr  irəli  sürülmüş  mülahizələrlə  ,  tədqiqat  sualı  ilə    tutuşdurulur.  Konkret 
nəticəyə gəlmək və ümumiləşdirmə aparmaqla başa çatan mərhələdən sonra şagirdlər 
tədqiqatı  sona  çatdırmağa  nail  olurlar.  Bu  zaman  yeni  bilik  şagird  tərəfindən  dərk 
olunur, şəxsiyyətin əldə etdiyi yeni keyfiyyətlər bir daha müəyyənləşdirilir. 
Qiymətləndirmə dərsin müxtəlif mərhələlərində aparıla bilər. 
 
 
 
2.3. Müəllimin təlim fəaliyyətinin planlaşdırılmasına dair nümunələr 
 
Planlaşdırma  hər  bir  fənn  müəlliminin,  o  cümlədən  texnologiya  müəlliminin 
qarşısında  duran  vacib  vəzifələrdən  biridir.  Planlaşdırma  dərsin  məqsədlərini 
müəyyənləşdirir  və  müəllimin  mövzu  ilə  əlaqədar  fəaliyyətini  düzgün 
istiqamətləndirir.  İllik planlaşdırmada  tədris  vahidlərinə  uyğun  olaraq  hər  bir  dərsin 
mövzusu  və  ona  ayrılan  saatın  miqdarı  qeyd  olunur.  Tədris  vahidləri  məzmun 
standartlarına  uyğun  olaraq  müəyyən  edilir  və  onların  ardıcıllıq  prinsipləri 
müəyyənləşdirilir.  Bu  zaman  sadədən  mürəkkəbə  olan  məzmun  ardıcıllığı,  zamanla 
əlaqədar xronoloji ardıcıllıq, eyni zamanda məntiqi ardıcıllıq gözlənilməlidir. Tədris 

 
 
51 
 
vahidinə  uyğun  saatlar  müəyyənləşdirilərkən  mövzuların  əhəmiyyətliliyi,  həcmi  və 
mürəkkəbliyi, eyni zamanda şagirdin maraqları da nəzərə alınmalıdır.  
Texnologiya  müəllimi  illik,  yarımillik,  həm  də  gündəlik  dərs  planlaşdırması 
apararkən  Təhsil  Nazirliyi  tərəfindən  qəbul  edilmiş  məzmun  standartlarına, 
qiymətləndirmə  standartlarına,  tədris  planına,  dərsliyə  və  müəllim  üçün  vəsaitə 
əsaslanmalıdır.  
Müəllim tədris edəcək mövzuları aşağıdakı sxemə uyğun planlaşdıra bilər: 
 
I sinif illik planlaşdırma nümunəsi 
 
S
tan
d
ar

T
əd
ris
 
vah
id

Mövzu 
İnteqrasiya 
Resurslar 
S
aat
 
1.1.1.; 1.1.2.; 
1.1.3. 
M
əiş
ət
 m
əd
ən
iyyət
i 
Materiallar, emal 
texnologiyaları və 
emal vasitələri 
H-b. 1.1.1.;  
A-d. 1.2.1.; 1.2.3. 
Məmulat hazırlamaq 
üçün materialları və emal 
vasitələrini əks etdirən 
şəkillər (şagirdlərin sayı 
qədər). 

1.1.1.; 1.1.2.; 
1.1.3. 
Dərs-ekskursiya. 
Təbiət materialları 
ilə tanışlıq 
H-b. 1.1.1.;      
A-d. 1.2.1.; 1.2.3. 
Təbiət materialları 
nümunələri, texnoloji 
xəritə, təbiət 
materiallarım yığmaq 
üçün qutu. 

3.1.1. 
Özünəxidmət və 
sanitariya-gigiyena 
qaydaları 
A-d. 1.2.1.; 1.2.3.  Özünəxidmət və 
sanitariya-gigiyena 
qaydalarına aid şəkillər. 

1.1.2.; 1.1.3.; 
1.2.2.; 1.2.3.; 
1.2.4.; 3.1.2. 
Otaq bitkilərinə 
qulluq qaydaları 
H-b. 1.1.1.;     
A-d. 1.2.1.; 1.2.3. 
Otaq bitkilərinə qulluq 
qaydalarını əks etdirən 
şəkillər. 

3.1.3. 
Yemək masası 
arxasmda davranış 
qaydaları 
A-d. 1.2.1.; 1.2.3.  Masa arxasmda çəngəl 
və qaşıqla davranış 
qaydalarını əks etdirən 
şəkillər, A4 formatında 
vərəqlər. 

1.2.1.; 1.2.3.; 
1.3.3.; 3.1.4.; 
3.1.5. 
Yemək süfrəsinin 
atributları. Masamn 
səhər yeməyinə 
hazırlanması 
A-d. 1.2.1.; 1.2.3.  Süfrənin (səhər, nahar, 
şam, qonaq, bayram) 
zəruri atributları (qaşıq, 
boşqab, çəngəl, bıçaq, 
fincan, sal-fet kağızı, 
ədviyyat dəsti) və ya 
onları əks etdirən 
şəkillər. Səhər yeməyi 
növlərinin şəkilləri. 

 
Kiçik summativ qiymətləndirmə 

1.1.1.; 1.2.1.; 
1.2.2.; 4.1.1.; 
P
la
st
il
i
n
lə 
yap
m


lə ri 
Plastilindən 
məmulatlann 
H-b. 1.1.1.;     
T-i. 2.2.4. 
Plastilin dəsti, 
heykəltəraş bıçağı, 


 
 
52 
 
1.2.3.; 1.2.4.; 
1.3.1.; 1.3.2.; 
1.3.3. 
hazırlanması. Ayı 
balası. 
karton, nəlbəkidə su . 
1.1.2.; 1.2.1.; 
1.2.2.; 1.2.3.; 
1.2.4.; 1.3.1.; 
1.3.2.; 1.3.3. 
Plastilin bağlardan 
«Şəkillər». Göy 
qurşağı. 
H-b. 1.1.1.;  
T-i. 2.2.4. 
Böyük olmayan konfet 
qutusu, plastik banka 
qapaqları, plastilin dəsti, 
göy qurşağı şəkli, sap, 
heykəltəraş bıçağı. 

1.2.1.; 1.2.2.; 
1.2.3.; 1.2.4.; 
1.3.1.; 1.3.2.; 
1.3.3. 
Ayrı-ayrı hissələrdən 
yapma. Dovşan 
oyuncağı. 
H-b. 1.1.1.;  
T-i. 2.2.4. 
Həcmli həndəsi fiqurlarm 
(kürə, silindr, konus) və 
müxtəlif heyvanlann 
(dovşan, tülkü, canavar) 
şəkilləri, salfet kağızı, 
içində su olan qab, 
plastilin dəsti, sap, 
heykəltəraş bıçağı. 
Plastilindən hazır-lanmış 
«dovşan» oyuncağı 
nümunəsi. 

1.1.2.; 1.2.1.; 
1.2.2.; 1.2.3.; 
1.2.4.; 1.3.1.; 
1.3.2.; 1.3.3.; 
4.1.1.; 4.1.2. 
Plastilindən şəkillər. 
«Balıq» 
H-b. 1.1.1.;  
T-i. 2.2.4. 
«Balıq» təsviri olan 
şəkillər, şəklin ülgüsü, 
balıqqulağı, kiçik 
keramzitlər (tikınti 
materialıdır) və 
çaydaşlan, plastilin dəsti, 
sap, heykəltəraş bıçağı, 
mavi rəngli karton, 
plastilindən hazırlanmış 
«Skalyariya» balığmm 
nümunəsi, müxtəlif balıq 
şəkilləri. 

 
Kiçik summativ qiymətləndirmə 

1.1.1.; 1.1.2.; 
1.1.3.; 1.2.1.; 
1.2.2.; 1.3.3. 
Apl
ik
as
iya 

lər
i 
Kağızm növləri və 
xassələri. Aplikasiya. 
H-b. 1.1.1.;  
A.d. 1.2.1.; 1.2.3. 
Rəngli kağız dəsti, kağız 
növü nümunələri, qələm, 
xətkeş, sığallayıcı, PVA 
yapışqanı, təcrü-bə üçün 
kağız vərəqləri, kağız 
məmulatları sərgisi 
(qutular, kitablar, albom, 
dəftər, salfet kağızı), 
aplikasiya nümunələri. 

1.2.1.; 1.2.2.; 
1.2.3.; 1.2.4.; 
1.3.1.; 1.3.2.; 
1.3.3.; 4.1.1.; 
4.1.2. 
Kağızdan aplikasiya. 
Palma ağacı. 
H-b. 1.1.1.;      
A-d.1.2.1.; 1.2.3. 
Rəngli kağrzlar dəsti, 
əwəlcədən 3 sm x 5 sm 
ölçüdə yaşıl rəngli 
düzbucaqlı kağızlar, 
qayçı, PVA yapışqanı, 
fırça, qələm, palma 
ağacınm şəkli (nümunə). 

1.2.1.; 1.2.2.; 
1.2.3.; 1.2.4.; 
1.3.1.; 1.3.2.; 
1.3.3.; 4.1.1.; 
4.1.2. 
Yarpaqlardan 
«siçan» 
aplikasiyasımn 
hazırlanması. 
H-b. 1.1.1.;  
T-i. 2.2.4;  
A-d. 1.2.1.; 1.2.3. 
Qurudulmuş yarpaqlar, 
PVA yapışqanı, göy 
rəngli karton, fırça, salfet 
kağızı, flomaster dəsti, 
«Turp», «Tıq-tıq xanım» 
nağılları və «Tom və 
Cerri» cizgi filmi 
haqqmda illüstrasiyalar. 

 
Böyük summativ qiymətləndirmə 


 
 
53 
 
1.2.1.; 1.2.2.; 
1.2.3.; 1.2.4.; 
1.3.1.; 1.3.2.; 
1.3.3.; 4.1.1.; 
4.1.2. 
M
oz
ak


 k
ağızqat
la
m
a 
Kağızdan kontur 
mozaika. Dəniz 
ulduzu. 
H-b.1.1.1.;  
T-i. 2.2.4. 
Rəngli kağız dəsti, göy 
rəngli karton, PVA 
yapış-qanı, fırça, salfet 
kağızı, qayçı, dəniz 
ulduzunun rəsmi, 
köçürtmə kağızı, dəniz 
ulduzunun mozaika 
nümunəsi, dəniz 
ulduzunun konturu 
(şagirdlərin sayı qədər). 

1.2.1.; 1.2.2.; 
1.2.3.; 1.2.4.; 
1.3.1.; 1.3.2.; 
1.3.3.; 4.1.1.; 
4.1.2. 
Təbiət 
materiallarından 
plastilin təməldə 
mozaika. Zürafə. 
H-b. 1.1.1.;   
T-i. 2.2.4. 
Kiçik keramzit və 
çaydaşlan, plastilin dəsti, 
karton, heykəltəraş 
bıçağı, iti ucu olan əşya 
(qələm, mismar), salfet 
kağrzı, plastilin təməldə 
«zürafə» mozaikası 
nümunəsi (keramzitdən 
və çaydaşlanndan). 

1.1.1.; 1.1.2.; 
1.2.1.; 1.2.2.; 
1.2.3.; 1.3.3. 
Qatlama. Kağızı 
qatlama üsulları 
H-b. 1.1.1.;  
T-i. 2.2.4. 
Rəngli kağız komplekti, 
qayçı, xətkeş, qələm, 
sığallayıcı, qatlama 
üsulları ilə hazırlanmış 
məmulat nümunələri 
(tülkü, balıq, pişik, it), 
qatlama üsullanm əks 
etdirən sxemlər. 

1.1.1.; 1.1.2.; 
1.2.1.; 1.2.2.; 
1.2.3.; 1.3.3. 
Kvadratm bərabər 
hissələrə bölünməsi 
H-b. 1.1.1.; 
 T-i. 2.2.4. 
Rəngli kağız dəsti, 
xətkeş, qələm, 
sığallayıcı, kağızı 
qatlama üsulları ilə 
hazırlanmış məmulat 
nümunələri (it, pişik, 
tülkü, balıq və s.), 
kvadratın bölünmə 
sxemləri. 

1.1.1.; 1.1.2.; 
1.2.1.; 1.2.2.; 
1.2.3. 
 
Düzbucaqlımn 
qatlanması. Büzmə 
H-b. 1.1.1.;  
T-i. 2.2.4. 
Rəngli kağız, qayçı, 
xətkeş, sığallayıcı, kağızı 
qatlama üsulları ilə 
hazırlanmış məmulat 
nümunələri 
(kəpənəkqurdu, pişik, 
hasar). 

1.2.1.; 1.2.2.; 
1.2.3.; 1.24.; 
1.3.1.; 1.3.2; 
4.1.1.; 4.1.2. 
Kağızm qatlanması. 
Balıq 
H-b. 1.1.1. 
10 sm x 10 sm ölçüdə 
nanncı rəngdə kağız 
kvadrat, flomaster, 
xətkeş, sığallayıcı. 

 
Kiçik summativ qiymətləndirmə 


 
 
54 
 
1.1.2.; 1.2.1.; 
1.2.2.; 1.2.3.; 
1.3.1.; 1.3.2. 
Hörm
ə 

 t
ik
m
ə 
Üçsıralı hörmə. 
Hörükcük 
H-b. 1.1.1.;  
T-i. 2.2.4. 
Üç rəngdə (qırmızı, mavi, 
yaşıl) ip və ya sap, skotç 
(yapışqanlı lent), qayçı, 
karton, hörükcükdən 
istifadə edilərək 
hazırlanmış məmulat 
növləri (hədiyyə, əlfəcin, 
meymun oyuncağı). 

1.1.2.; 1.2.1.; 
1.2.2.; 1.2.3.; 
1.2.4.; 1.3.1.; 
1.3.2.; 1.3.3. 
Hörükcükdən 
məmulatlar. Əlfəcin 
H-b. 1.1.1.; 
 T-i. 2.2.4. 
Hörükcük (üç rəngdə), 
qayçı, yapışqan, 
rəngli kağız dəsti, əlfəcin 
üçün müxtəlif şəkillər 
(şagirdlərə paylamaq 
üçün), əlfəcin 
nümunələri. 

1.1.1.; 1.1.2.; 
1.1.3.; 1.2.4. 
Tikmə materialları 
və vasitələri. 
Parçamn emalı 
texnologiyaları 
H-b. 1.1.1.;  
A.d.1.2.1.; 
1.2.3. 
Tikmə materiallanm və 
vasitələrini, parçanın 
email texnologiyalanm 
əks etdirən şəkillər. 

 
Kiçik summativ qiymətləndirmə 

2.1.1.; 2.1.2.; 
2.1.3. 
M
od
ell
əş
d
irm
ə 
Texnoloji maşmlar, 
texnoloji vasitələr və 
məişət texnikası 
A-d.1.2.1.; 1.2.3.  Texnoloji maşmlarm 
(nəqliyyat, yük, məişət), 
texnoloji vasitələrin (əl 
alətləri, mexaniki alət-
lər) və məişət texnikası-
nın təsviri olan şəkillər 
(şagirdlərin sayı qədər). 

1.2.1.; 1.2.2.; 
1.2.3.; 1.2.4.; 
1.3.1.; 1.3.2. 
«Təyyarə» modeli. 
Planer 
A-d. 1.2.1.; 1.2.3. 
H-b. 1.1.1. 
Planerin hazırlanmış 
nümunəsi və ülgüsü, 
dama-dama dəftər vərəqi, 
qayçı, qələm, sığallayıcı, 
sancaq. 

1.2.1.; 1.2.2.; 
1.2.3.; 1.2.4.; 
1.3.1.; 1.3.2.; 
2.1.1.; 2.1.2. 
Kibrit qutularmdan 
«Yük maşım» 
modelinin 
hazırlanması 
A-d. 1.2.1.; 1.2.3.  Boş kibrit qutuları, 
düymə (4 ədəd), plastilin 
dəsti, flomaster, 
yapışqan, fırça, qayçı, 
kibrit qutularından 
hazırlanmış yük maşını 
nümunəsi. 

 
Kiçik summativ qiymətləndirmə 

 
Böyük summativ qiymətləndirmə 

 
 
Dərs planı nümunələri 
I sinif 
Mövzü: Plastilin bağlardan “Şəkilllər”. Göy qurşağı 
Standart: 1.1.2.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.2.; 1.3.5.; 
1.3.6. 
Məqsəd:  

 
 
55 
 
1.
 
Plastilindən göy qurşağı hazırlamaq üçün iş yerini təşkil edir. 
2.
 
Plastilindən göy qurşağı hazırlamaq üçün emal vasitələri seçir. 
3.
 
Göy qurşağının hazırlanması ardıcıllığını müəyyənləşdirir. 
4.
 
Uyğun emal texnologiyalarını seçir. 
5.
 
Göy  qurşağının detallarını hazırlayır. 
6.
 
Detalları yapmaqla göy qurşağını hazırlayır. 
7.
 
Təhlükəsizlik və gigiyena qaydalarına əməl edir. 
8.
 
Sadə emal texnologiyalarını fərqləndirir. 
9.
 
Göy qurşağını təqdim edir. 
İnteqrasiya: H-b.1.1.1.; T-i. 2.2.4. 
Dərsin tipi: İnduktiv. 
İş forması: Kiçik qruplarda iş, böyük qruplarda iş 
İş üsulu: Müzakirə, əqli hücüm 
Resurslar: Böyük olmayan konfet qutusu, plastik banka qapaqları, plastilin dəsti, 
göy qurşağı şəkli, sap, hekəltəraş bıçağı 
Dərsin gedişi 
I mərhələ: Motivasiya, problemin qoyuluşu 
Müəllim şagirdlərə müraciət edir: “Tapmaca tapın”. 
 
                   Uzanıb göydə dincəldi. 
                             Zolağının rəngi yeddi, 
                             Göy üzündən nə tez getdi. 
Şagirdlərin “göy qurşağı” cavabı alındıqdan sonra göy qurşağını əks etdirən şəkil yazı 
taxtasından asılır. 
Tətqiqat sualı: Göy qurşağı plastilindən necə hazırlanır? 
Müəllim  göy qurşağının hazırlanması planı və ya texnoloji xəritəsi barədə şagirdlərə 
məlumat verir. 
Plastilindən  müəyyən  ardıcıllıqla  göy  qurşağı  hazırlamaq  üçün  onun  planı  və 
texnoloji xəritəsi tərtib edilir. 
1)
 
Sapla plastilindən 7 hissə kəsmək ( göy qurşağı rənglərində). 
2)
 
Plastilinin  hissələrindən  uzunluğu  və  qalınlığı  eyni  olan  bağlar  yaymaq 
(müəllim yayma üsulunu göstərir). 
3)
 
Bağları yapma üsulu ilə təməli (kartona) banka qapağı boyunca bərkitmək 
 
Rənglərin  ardıcıllığını  ifadə  etdikdə  çaşmamaq  üçün  müəllim  şagirdlərə  aşağıdakı 
ifadəni söyləyir: 
 “Qara nənə səksən yaşında məxməri gülə bənzər” 
Bu ifadədə hər sözün baş hərfi göy qurşağının rənginin adını göstərir. Q-qırmızı, N- 
narıncı, S- sarı, Y- yaşıl, M- mavi, G- göy, B- bənövşəyi. 
II mərhələ:Tətqiqatın aparılması 
 
Müəllim şagirdləri 4 qrupa bölür. 
   
Tapşırıq 1. I qrup rəngli kağızlardan, II qrupa təbiət mənzərəsi təsvirlərindən, 
III  qrupa  rəngli  qələmlərdən,  IV  qrupa  rəngli  çiçək  şəkillərindən  göy  qurşağının 
rənglərini seçib ağ kağızda göstərmək tapşırılır. 

 
 
56 
 
 
Tapşırıq  2.  Alınmış  rənglər  vasitəsilə  plastilindən  göy  qurşağı  hazırlamaq. 
Qruplar tapşırığı yerinə yetirir. 
III mərhələ: Məlumatın mübadiləsi 
Müəllim iş vərərqlərini lövhədən asır. Qrupların təqdimatını dinləyir. (Hər bir qrup öz 
işinin nəticəsini təqdim edir). 
 
IV mərhələ: Məlumatın müzakirəsi və təşkili 
Qrupların təqdimatından sonra müəllim cavabları sistemləşdirir və sinfə suallar verir. 
Müzakirə sualları: 
1.
 
Göy  qurşağı  neçə  rəng  vardır?  Bu  rəngləri  sadalayın.  (  Göy  qurşağı  7  rəng 
vardır: . qırmızı, narıncı,  sarı, yaşıl, mavi, göy,  bənövşəyi.)  
2.
 
Siz təməl olaraq hansı materialı şeçdiniz? (Təməl olaraq katonu seçdik). 
3.
 
Təməl  nə  üçün  qalın  olmalıdır?  (Çünki  nazik  kağız  üzərində  plastilini 
yapışdırdıqda o əyilir, karton isə əyilmir.) 
 
V mərhələ: Nəticələr və ümumiləşdirmə 
 
Müəllim  şagirglərin  işini  yekunlaşdırmaq  üçünonlara  aşağıdakı  suallarla 
müraciət edir: 
1.
 
 Plastilinlə  işin  başlağıcında    nə  etdiniz?  (Sapla  plastilindən  göy  qurşağı 
rənglərindən 7 hissə kəsdik). 
2.
 
Göy  qurşağınının  hissələri  hansı  rəngdə  olur?  (Göy  qurşağının  hissələri  
qırmızı, narıncı,  sarı, yaşıl, mavi, göy və   bənövşəyi rəngdə olur).  
3.
 
Bağlar necə olmalıdır? ( Hər bir bağın uzunluğu və qalınlığı eyni olmalıdır). 
4.
 
Eyni  plastilin  bağları  yayandan  sonra  nə  etnmək  lazımdır?  (Plastilin    bağları 
banka qapağı boyunca təmələ ( kartona) bərkitmək lazımdır). 
Müəllim  bu  suallara  verilən  cavabları  nəzərə  alaraq,  şagirdlərin  plastilindən  göy 
qurşağının yaradılması xüsusiyyətləri haqqında fikrini ümumiləşdirir. 
 
V mərhələ: Qiymətləndirmə 
 
Qiymətləndirmə pedaqoji  mətbuatda  dərc olunan qiymətləndirmə qaydalarına 
müvafiq aparılır. 
                                  Qruplar 
Meyarlar 
I qrup 
II qrup 
IIIqrup 
IVqrup 
Emal vasitələrini  seçmə 
 
 
 
 
Emal texnologiyalrını fərqlən-
dirmə 
 
 
 
 
Detalları hazırlanma 
 
 
 
 
Göy qurşağını düzgün hazırlanma   
 
 
 
Gigeyena qaydalarına əməl etmə 
 
 
 
 
 
Ev tapşırığı: Plastilindən  yeddi rəngli ləçəkləri olan çiçək hazırlayın. 
 
 
Mövzü: Ayrı- ayrı hissələrədn yapma. Dovşan oyuncağı. 

 
 
57 
 
Standart: 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.;1.3.3. 
Məqsəd:   
1.
 
Plastilindən dovşan oyuncağı hazırlamaq üçün iş yerini təşkil edir. 
2.
 
Plastilindən dovşan oyuncağı hazırlamaq üçün emal vasitələrini seçir. 
3.
 
Dovşanın hazırlanması ardıcıllığını müəyyənləşdirir. 
4.
 
Uyğun emal texnologiyaları seçir. 
5.
 
Dovşanın detallarını hazırlayır. 
6.
 
Detalları yaymaqla dovşanı hazırlayır. 
7.
 
Plastilinlə iş zamanı gigiyena qaydalarına əməl edir. 
İnteqrasiya: H-b.1.1.1.; T-i. 2.2.4. 
Dərsin tipi: İnduktiv. 
İş forması: Kiçik qruplarda iş, böyük qruplarda iş 
İş üsulu: Müzakirə, əqli hücüm 
Resurslar: Həcmli həndəsi fiqurların (kürə, silindir, konus) və müxtəlif heyvanları 
(dovşan, tülkü, canavar) şəkilləri, salfet kağızı, içində su olan qab, plastilin dəsti, sap, 
hekəttəraş bıçağı, plastilindən hazırlanmış dovşan oyuncağı nümunəsi. 
Dərsin gedişi 
I mərhələ: Motivasiya, problemin qoyuluşu 
 
Şagirdlərə  belə  bir  sualla  müraciət  olur:  “Uşaqlarda  siz  ən  çox  nə  ilə 
oynayırdınız?”. Şagirdlərdən  “Oyuncaqlarla” cavabı aldıqda sonra müəllim müraciət 
edir: “Tapmacanı tapın”. 
Kolları gəzir pusa- pusa, 
Qıçları uzun, qolları qısa. 
 
Şagirdlərdən  “dovşan”  cavbı  aldıqdan  sonra  plastilindən  hazırlanmış  dovşan 
oyuncağını şagirdlərə nümayiş etdirir. 
Tətqiqat sualı: “Dovşan oyuncağını plastilindən necə  hazırlamaq olar? 
 
Müəllim  “dovşan”  oyuncağının  hazırlanması  planı  və  ya  texnoloji  xəritəsi 
barədə şagirdlərə məlumat verir. 
 
Plastilindən  dovşan  oyuncağının  hazırlanmasını  müəyyən  ardıcıllıqla  yerinə 
yetirmək  üçün  onun  planı  və  ya  texnoloji  xəritəsi  tərtib  edilir.    Qeyd  edilir  ki, 
“dovşan”  fiqurunda  baş    və  bədəni  nisbətinə  diqət  yetirmək  lazımdır.  Əgər  plastilin 
lövhəsini  4  yerə bölsək, onda 2 hissədən bədən, 2 hissədən baş yapılmalıdır. 
 
Texnoloji xəritə və işin yerinə yetirilmə ardıcıllığı aydınlaşdırılır: 
1.
 
İki  hissə  bədən,  bir  hissə  baş  yerdə  qalan  hissələrdən  qulaqlar,  ayaqlar  və 
quyruq hazırlanır; 
2.
 
Bundan  sonra  dovşan  fiqurunun  detalları  sığallama  üsulu  ilə  birləşdirməklə 
hazırlanır ( müəllim nümayiş etdirir). 
Müəllim plastilinlə iş zamanı gigiyena qaydaları haqqında məlumat verir. 
 
 
II mərhələ:Tətqiqatın aparılması 
 
Müəllim şagirdləri 4 qrupa bölür. 
          1. I və III qrupa əşyaları hansı həndəsi fiqurlara  oxşarlığını müəyyənləşdirmək 
tapşırılır. 

 
 
58 
 
 
II  və  IV  qrupa  isə  oyuncaqların  detalllarının  həndəsi  fiqurlara  oxşarlığını 
müəyyənləşdirmək tapşırılır. 
1.
 
Plastilindən dovşan oyuncağı hazırlayın. 
Qruplar tapşırıqları icra edirlər. 
Müəllim  hər  bir  şagirdə  fərdi  olaraq  kömək  edir,  lazım  gələrsə,  yapma  üsullarını 
göstərir. 
Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin