Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu


Məzmun xətləri üzrə əsas və alt standartlar



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə3/15
tarix21.01.2017
ölçüsü1,2 Mb.
#6185
1   2   3   4   5   6   7   8   9   ...   15

 
Məzmun xətləri üzrə əsas və alt standartlar 
 
1. Emal texnologiyaları  
Şagird: 
1.1  Emal texnologiyalarının  özünəməxsus  cəhətlərini anladığını  nümayiş 
etdirir. 
1.1.1.  Mexanikləşdirilmiş  əl  alətlərindən  istifadə  etməklə  emal 
texnologiyalarını izah edir. 
 
1.2. Emal prosesinə hazırlıq işlərini yerinə yetirir. 
1.2.1.  Mexanikləşdirilmiş  əl  alətlərindən  istifadə  etməklə  hazırlanacaq 
məmulata görə iş yerini təşkil edir. 
1.2.2.  Mexanikləşdirilmiş  əl  alətlərindən  istifadə  etməklə  məmulatın 
hazırlanması ardıcıllığını müəyyənləşdirir. 
                                                

 Kənd məktəbləri üçün nəzərdə tutulur 
 

 
 
22 
 
1.2.3.  Mexanikləşdirilmiş  əl  alətlərindən  istifadə  etməklə  məmulatın 
hazırlanması üçün uyğun emal texnologiyası seçir. 
 
1.3. Verilmiş materiallardan (oduncaq, metal, plastik kütlə, parça, ərzaq) 
müxtəlif məmulatlar hazırlayır. 
1.3.1. Verilmiş materialdan 2-3 detaldan ibarət məmulat hazırlayır. 
1.3.2.  2-3  detaldan  ibarət  məmulat  hazırlayarkən  tərtibat  bacarıqları  nümayiş 
etdirir. 
1.3.3.  Qrup  tərkibində  müxtəlif  məmulatlar  hazırlayarkən  birgə  fəaliyyət 
bacarıqları nümayiş etdirir. 
1.3.4.  Məmulatların  hazırlanması  prosesində  işin  xarakterinə  uyğun 
təhlükəsizlik və sanitariya-gigiyena qaydalarına əməl edir. 
 
1.4.  Şəraitə  və  təbii  imkanlara  uyğun  əmək  bacarıqları  (becərmə, 
bəsləmə, tədarük, emal) nümayiş etdirir
*

1.4.1. Meyvələrin yetişdirilməsi və tədarükü üzrə bilik və bacarıqlar nümayiş 
etdirir. 
 
2. Texnika elementləri 
Şagird: 
2.1.  Texnoloji  maşın,  cihaz  və  vasitələr  haqqında  biliklərə  malik 
olduğunu nümayiş etdirir. 
2.1.1. Mexanikləşdirilmiş əl alətlərinin iş prinsiplərini şərh edir. 
2.1.2. Elektrik enerjisinin ötürülməsi və istifadəsi yollarını izah edir. 
 
2.2.  Texnoloji  maşın,  cihaz  və  vasitələrdən  istifadə  bacarıqları  nümayiş 
etdirir
2.2.1. Mexanikləşdirilmiş əl alətlərindən istifadə edir. 
2.2.2. Cərəyan mənbəyindən istifadə etməklə elektrik dövrəsi qurur. 
 
3. Məişət mədəniyyəti 
Şagird: 
3.1.  Məişətdə  zəruri  hesab  edilən  bilik  və  bacarıqlara  yiyələndiyini 
nümayiş etdirir. 
3.1.1. Məktəbdə mədəni davranış və ünsiyyət qaydalarını şərh edir.  
3.1.2. Məktəbdə sadə təmir işlərini yerinə yetirir. 
 
3.2. Ailə və onun büdcəsinin idarə olunması haqqında bilik və bacarıqlar 
nümayiş etdirir. 
3.2.1. Ailə büdcəsinin müəyyənlədirilməsi haqqında fikirlərini şərh edir. 
 
4. Qrafika 
Şagird: 
                                                
*
 Kənd məktəbləri üçün nəzərdə tutulur. 

 
 
23 
 
4.1. Məmulatların texniki spesifikasiyasını şərh edir. 
4.1.1. Düzbucaqlı detalları olan məmulatların spesifikasiyasını şərh edir. 
 
4.2.  Məmulat  və  onun  detallarının  texniki  sənədləşdirilməsi  bacarıqları 
nümayiş etdirir. 
4.2.1. Müxtəlif formalı detalları olan məmulatların qrafik təsvirini, çertyojunu, 
texnoloji xəritəsini çəkir və oxuyur. 
 
 
 
VII sinif 
 
VII sinfin sonunda şagird: 
 

 
maşın, qurğu və dəzgahlardan istifadə etməklə emal texnologiyalarını izah 
edir; 

 
məmulatı hazırlamaq üçün iş yerini təşkil edir, ardıcıllığı müəyyənləşdirir, 
emal texnologiyaları seçir və məmulat hazırlayır; 

 
ev  quşlarının  bəslənməsi  texnologiyasına  aid  bilik  və  bacarıqlar  nümayiş 
etdirir; 

 
maşınları,  qurğuları,  dəzgahları  təsnif  edir,  iş  prinsiplərini  şərh  edir  və 
onları idarə edir; 

 
elektrotexniki avadanlıqları dövrəyə qoşur, onlara xidmət göstərir; 

 
küçədə və nəqliyyatda mədəni davranış və ünsiyyət qaydalarını şərh edir; 

 
ailənin  büdcəyə  uyğun  tələbatlarının  müəyyənləşdirilməsi  haqqında 
fikirlərini şərh edir; 

 
yaşayış yerində və məktəbdə sadə təmir işlərini yerinə yetirir; 

 
quraşdırma elementləri olan məmulatların spesifikasiyasını şərh edir, qrafik 
təsvirini, çertyojlarını, texnoloji xəritəsini çəkir və oxuyur. 
 
Məzmun xətləri üzrə əsas və alt standartlar 
1. Emal texnologiyaları 
Şagird: 
1.1  Emal texnologiyalarının  özünəməxsus  cəhətlərini anladığını  nümayiş 
etdirir. 
1.1.1.  Maşın,  qurğu  və  dəzgahlardan  istifadə  etməklə  emal  texnologiyalarını 
izah edir. 
 
1.2. Emal prosesinə hazırlıq işlərini yerinə yetirir. 
1.2.1.  Maşın,  qurğu  və  dəzgahlardan  istifadə  etməklə  məmulat  hazırlamaq 
üçün iş yerini təşkil edir. 
1.2.2. Maşın, qurğu və dəzgahlardan istifadə etməklə məmulatın hazırlanması 
ardıcıllığını müəyyənləşdirir. 

 
 
24 
 
1.2.3. Maşın, qurğu və dəzgahlardan istifadə etməklə məmulatın hazırlanması 
üçün uyğun emal texnologiyası seçir. 
 
1.3. Verilmiş materiallardan (oduncaq, metal, plastik kütlə, parça, ərzaq) 
müxtəlif məmulatlar hazırlayır. 
1.3.1. Verilmiş materialdan bir mürəkkəb detalı olan məmulat hazırlayır. 
1.3.2. Bir mürəkkəb detaldan ibarət məmulat hazırlayarkən tərtibat bacarıqları 
nümayiş etdirir. 
1.3.3.  Qrup  tərkibində  müxtəlif  məmulatlar  hazırlayarkən  birgə  fəaliyyət 
bacarıqları nümayiş etdirir. 
1.3.4.  Məmulatların  hazırlanması  prosesində  işin  xarakterinə  uyğun 
təhlükəsizlik və sanitariya-gigiyena qaydalarına əməl edir. 
 
1.4.  Şəraitə  və  təbii  imkanlara  uyğun  əmək  bacarıqları  (becərmə, 
bəsləmə, tədarük, emal) nümayiş etdirir. 
1.4.1.  Ev  quşlarının  bəslənməsi  texnologiyasına  aid  bilik  və  bacarıqlar 
nümayiş etdirir. 
 
2. Texnika elementləri 
Şagird: 
2.1.  Texnoloji  maşın,  cihaz  və  vasitələr  haqqında  biliklərə  malik 
olduğunu nümayiş etdirir. 
2.1.1. Maşın, qurğu və dəzgahları təsnif edir, iş prinsipini şərh edir. 
2.1.2. Elektrotexniki avadanlıqların iş prinsipini izah edir. 
 
2.2.  Texnoloji  maşın,  cihaz  və  vasitələrdən  istifadə  bacarıqları  nümayiş 
etdirir. 
2.2.1. Maşın, qurğu və cihazları idarə edir. 
2.2.2. Elektrotexniki avadanlıqları dövrəyə qoşur, onlara xidmət göstərir. 
 
3. Məişət mədəniyyəti 
Şagird: 
3.1.  Məişətdə  zəruri  hesab  edilən  bilik  və  bacarıqlara  yiyələndiyini 
nümayiş etdirir. 
3.1.1.  Küçədə  və  nəqliyyatda  mədəni  davranış  və  ünsiyyət  qaydalarını  şərh 
edir. 
3.1.2. Yaşayış yerində və məktəbdə sadə təmir işlərini yerinə yetirir. 
 
3.2. Ailə və onun büdcəsinin idarə olunması haqqında bilik və bacarıqlar 
nümayiş etdirir. 
3.2.1.  Büdcəyə  uyğun  ailənin  tələbatlarının  müəyyənləşdirilməsi  haqqında 
fikirlərini şərh edir. 
 
4. Qrafika 

 
 
25 
 
Şagird: 
4.1. Məmulatların texniki spesifikasiyasını şərh edir. 
4.1.1. Quraşdırma elementləri olan məmulatların spesifikasiyasını şərh edir. 
 
4.2.  Məmulat  və  onun  detallarının  texniki  sənədləşdirilməsi  bacarıqları 
nümayiş etdirir. 
4.2.1.  Quraşdırma  elementləri  olan  məmulatların  qrafik  təsvirini,  çertyojunu, 
texnoloji xəritəsini çəkir və oxuyur. 
 
 
VIII sinif 
 
VIII sinfin sonunda şagird: 
 

 
avtomat  və  yarımavtomat  qurğulardan  istifadə  etməklə  emal 
texnologiyalarını şərh edir; 

 
avtomat  və  yarımavtomat  qurğulardan  istifadə  etməklə  hazırlanacaq 
məmulata  görə  iş  yerini təşkil edir,  iş ardıcıllığını  müəyyənləşdirir,  uyğun 
texnologiya seçir və məmulat hazırlayır; 

 
ev  heyvanlarının  bəslənməsi  texnologiyalarına  aid  bilik  və  bacarıqlar 
nümayiş etdirir;
2
 

 
avtomat və yarımavtomat qurğuların iş prinsipini şərh edir, onları dövrəyə 
qoşur, idarə edir; 

 
xidmət sahələrində mədəni davranış və ünsiyyət qaydalarını şərh edir; 

 
büdcəyə qənaət və şəxsi büdcə haqqında fikirlərini şərh edir; 

 
yaşayış  yerində  və  məktəbdə  sadə  təmir-tikinti  işlərini  aparır,  dekorativ 
bəzək işlərini yerinə yetirir; 

 
aksonometrik 
proyeksiyalarda 
verilmiş 
yuvarlaq 
detalları 
olan 
məmulatların  spesifikasiyasını  şərh  edir,  qrafik  təsvirini,  çertyojunu, 
texnoloji xəritəsini çəkir və oxuyur.   
 
 
 
 
 
 
 
Məzmun xətləri üzrə əsas və alt standartlar 
1. Emal texnologiyaları 
Şagird: 
1.1  Emal texnologiyalarının  özünəməxsus  cəhətlərini anladığını  nümayiş 
etdirir. 
1.1.1.  Avtomat  və  yarımavtomat  qurğulardan  istifadə  etməklə  emal 
texnologiyalarını şərh edir. 
 
1.2. Emal prosesinə hazırlıq işlərini yerinə yetirir. 
1.2.1.  Avtomat  və  yarımavtomat  qurğulardan  istifadə  etməklə  hazırlanacaq 
məmulata görə iş yerini təşkil edir. 
                                                
*
 Kənd məktəbləri üçün nəzərdə tutulur 

 
 
26 
 
1.2.2.  Avtomat  və  yarımavtomat  qurğulardan  istifadə  etməklə  məmulatın 
hazırlanması ardıcıllığını müəyyənləşdirir. 
1.2.3.  Avtomat  və  yarımavtomat  qurğulardan  istifadə  etməklə  məmulatın 
hazırlanması üçün uyğun emal texnologiyası seçir. 
 
1.3. Verilmiş materiallardan (oduncaq, metal, plastik kütlə, parça, ərzaq) 
müxtəlif məmulatlar hazırlayır. 
1.3.1.  Verilmiş  materiallardan  2-3  mürəkkəb  detaldan  ibarət  olan  məmulat 
hazırlayır. 
1.3.2. 2-3 mürəkkəb detaldan ibarət məmulat hazırlayarkən tərtibat bacarıqları 
nümayiş etdirir. 
1.3.3.  Qrup  tərkibində  müxtəlif  məmulatlar  hazırlayarkən  birgə  fəaliyyət 
bacarıqları nümayiş etdirir. 
1.3.4.  Məmulatların  hazırlanması  prosesində  işin  xarakterinə  uyğun 
təhlükəsizlik və sanitariya-gigiyena qaydalarına əməl edir. 
 
1.4.  Şəraitə  və  təbii  imkanlara  uyğun  əmək  bacarıqları  (becərmə, 
bəsləmə, tədarük, emal) nümayiş etdirir*. 
1.4.1.  Ev  heyvanlarının  bəslənməsi  texnologiyasına  aid  bilik  və  bacarıqlar 
nümayiş etdirir. 
2. Texnika elementləri 
Şagird: 
2.1.  Texnoloji  maşın,  cihaz  və  vasitələr  haqqında  biliklərə  malik 
olduğunu nümayiş etdirir. 
2.1.1. Avtomat və yarımavtomat qurğuların iş prinsipini şərh edir. 
2.1.2. Avtomatik cihaz və qurğuların iş prinsipini izah edir. 
 
2.2.  Texnoloji  maşın  cihaz  və  vasitələrdən  istifadə  bacarıqları  nümayiş 
etdirir. 
2.2.1. Avtomat və yarımavtomat qurğuları idarə edir. 
2.2.2. Avtomatik cihaz və qurğuları dövrəyə qoşur, onlara xidmət edir. 
 
3. Məişət mədəniyyəti 
Şagird: 
3.1.  Məişətdə  zəruri  hesab  edilən  bilik  və  bacarıqlara  yiyələndiyini 
nümayiş etdirir. 
3.1.1. Xidmət sahələrində mədəni davranış və ünsiyyət qaydalarını şərh edir. 
3.1.2. Yaşayış yerində və məktəbdə sadə təmir işlərini aparır, dekorativ bəzək 
işlərini  yerinə yetirir. 
 
3.2. Ailə və onun büdcəsinin idarə olunması haqqında bilik və bacarıqlar 
nümayiş etdirir. 
3.2.1. Büdcəyə qənaət və şəxsi büdcə haqqında fikirlərini şərh edir. 
 

 
 
27 
 
4. Qrafika 
Şagird: 
4.1. Məmulatların texniki spesifikasiyasını şərh edir. 
4.1.1.  Aksonometrik  proyeksiyalarda  yuvarlaq  detalları  olan  məmulatların 
spesifikasiyasını şərh edir. 
 
4.2.  Məmulat  və  onun  detallarının  texniki  sənədləşdirilməsi  bacarıqları 
nümayiş etdirir. 
4.2.1.  Aksonometrik  proyeksiyalarda  verilmiş  yuvarlaq  detalları  olan 
məmulatların qrafik təsvirini, çertyojunu çəkir və oxuyur. 
 
IX sinif 
 
IX sinfin sonunda şagird: 
    

 
elektron  texnologiyalarından  istifadəyə  dair  emal  texnalogiyalarını  şərh 
edir; 

 
elektron texnologiyalarından istifadə etməklə hazırlanacaq məmulata görə 
iş  yerini  təşkil  edir,  iş  ardıcıllığını  müəyyənləşdirir,  uyğun  texnologiya 
seçir, məmulat hazırlayır; 

 
ev quşları və heyvanları üçün yem tədarükü və emalı texnologiyasına dair 
biliklər, bacarıqlar nümayiş etdirir;
*
 

 
elektron  texnologiyalarla  işləyən  qurğu  və  cihazların  iş  prinsiplərini  şərh 
edir, layihələr hazırlayır və təqdim edir; 

 
elektron  texnologiyalarla  işləyən  qurğuları  və  cihazları dövrəyə  qoşur  və 
idarə edir; 

 
mədəniyyət  ocaqlarında  mədəni  davranış  və  ünsiyyət  qaydalarını  şərh 
edir; 

 
ailə və onun büdcəsinin formalaşmasında sahibkarlıq fəaliyyətinin rolunu 
izah edir; 

 
yaşayış yeri və məktəbdə sadə təmir, dekorativ bəzək və interyer tərtibatı 
ilə bağlı təqdimatlar edir; 

 
müxtəlif birləşmələri olan məmulatların spesifikasiyasını şərh edir, qrafik 
təsvirini, çertyojlarını, texnoloji xəritəsini çəkir və oxuyur. 
 
Məzmun xətləri üzrə əsas və alt standartlar 
 
1. Emal texnologiyaları 
Şagird: 
1.1  Emal texnologiyalarının  özünəməxsus  cəhətlərini anladığını  nümayiş 
etdirir. 
                                                
*
 Kənd məktəbləri üçün nəzərdə tutulur 
 

 
 
28 
 
1.1.1. Elektron texnologiyalarından istifadəyə dair emal texnologiyalarını şərh 
edir, təqdimatlar hazırlayır. 
 
1.2. Emal prosesinə hazırlıq işlərini yerinə yetirir. 
1.2.1.  Elektron  texnologiyalarından  istifadə  etməklə  hazırlanacaq  məmulata 
görə iş yerini təşkil edir. 
1.2.2.  Elektron  texnologiyalarından  istifadə  etməklə  məmulatın  hazırlanması 
ardıcıllığını müəyyənləşdirir. 
1.2.3.  Elektron  texnologiyalarından  istifadə  etməklə  məmulatın  hazırlanması 
üçün uyğun emal texnologiyası seçir. 
 
1.3. Verilmiş materiallardan (oduncaq, metal, plastik kütlə, parça, ərzaq) 
müxtəlif məmulatlar hazırlayır. 
1.3.1.  Verilmiş  materiallardan  müxtəlif  sayda  detallardan  ibarət  məmulat 
hazırlayır. 
1.3.2.  Materialları  müxtəlif  olan  detallardan  məmulat  hazırlayarkən  tərtibat 
bacarıqları nümayiş etdirir. 
1.3.3.  Qrup  tərkibində  müxtəlif  məmulatlar  hazırlayarkən  birgə  fəaliyyət 
bacarıqları nümayiş etdirir. 
1.3.4.  Məmulatların  hazırlanması  prosesində  işin  xarakterinə  uyğun 
təhlükəsizlik və sanitariya-gigiyena qaydalarına əməl edir. 
 
 
1.4.  Şəraitə  və  təbii  imkanlara  uyğun  əmək  bacarıqları  (becərmə, 
bəsləmə, tədarük, emal) nümayiş etdirir*
3

1.4.1.  Ev  quşları  və  heyvanlar  üçün  yem  tədarükü  və  emalı  texnologiyasına 
aid bilik və bacarıqlar nümayiş etdirir. 
 
2. Texnika elementləri 
Şagird: 
2.1.  Texnoloji  maşın,  cihaz  və  vasitələr  haqqında  biliklərə  malik 
olduğunu nümayiş etdirir. 
2.1.1. Elektron texnologiyalarla işləyən qurğuların iş prinsipini şərh edir. 
2.1.2. Elektron cihazların iş prinsipini izah edir, layihələr hazırlayır və təqdim 
edir. 
 
2.2.  Texnoloji  maşın,    cihaz  və  vasitələrdən  istifadə  bacarıqları  nümayiş 
etdirir. 
2.2.1. Elektron texnologiyalarla işləyən qurğuları idarə edir. 
2.2.2. Elektron cihazları dövrəyə qoşur, onlara xidmət edir. 
 
3. Məişət mədəniyyəti 
Şagird: 
                                                
3
 Kənd məktəbləri üçün nəzərdə tutulur. 

 
 
29 
 
3.1.  Məişətdə  zəruri  hesab  edilən  bilik  və  bacarıqlara  yiyələndiyini 
nümayiş etdirir. 
3.1.1.  Mədəniyyət  ocaqlarında  mədəni  davranış  və  ünsiyyət  qaydalarını  şərh 
edir. 
3.1.2.  Yaşayış  yerində  və  məktəbdə  sadə  təmir,  dekorativ,  bəzək  və  interyer 
tərtibatı ilə bağlı təqdimatlar edir. 
 
3.2. Ailə və onun büdcəsinin idarə olunması haqqında bilik və bacarıqlar 
nümayiş etdirir. 
3.2.1.  Ailə  və  onun  büdcəsinin  formalaşmasında  sahibkarlıq  fəaliyyətinin 
rolunu izah edir. 
 
4. Qrafika 
Şagird: 
4.1. Məmulatların texniki spesifikasiyasını şərh edir. 
4.1 .1. Müxtəlif birləşmələri olan məmulatların spesifikasiyasını şərh edir. 
 
4.2.  Məmulat  və  onun  detallarının  texniki  sənədləşdirilməsi  bacarıqları 
nümayiş etdirir. 
4.2.1.  Müxtəlif  birləşmələri  olan  məmulatların  qrafik  təsvirini,  çertyojunu, 
texnoloji xəritəsini çəkir və oxuyur. 
 
 
1.6. Fəndaxili və fənlərarası  inteqrasiya 
 
Mühüm  həyati  bacarıqların  formalaşdırılmasında  geniş  imkanlara  malik 
«Texnologiya»  fənninin  tədrisində  uğurlu  nəticələr  əldə  etmək  üçün  təlim 
prosesində müxtəlif inteqrasiya növlərindən istifadə olunması zəruri hesab edilir. 
Fənn  kurikulumlarının  səmərəli  tətbiqində  fəndaxili  və  fənlərarası  əlaqələrin 
düzgün müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Konkret bir fənnin digər 
fənlərlə  inteqrasiyasının  yaradılması  şagirdlərin    kompleks  biliklər  almasına, 
onların 
dünyagörüşünün 
genişləndirilməsinə, 
təfəkkürlərinin 
inkişafına, 
tədqiqatçılıq meyillərinin yaranmasına gətirib çıxarır. 
İnteqrasiya  vaxtdan  səmərəli  istifadə  etməyə,    şagirdlərin  təlim  yükünün 
azalmasına,  təlimə  marağın  artmasına    şərait  yaradır,  eyni  zamanda  bilik  və 
bacarıqların qazanılmasında intensivlik və səmərəliliyi təmin edir. 
Fəndaxili  inteqrasiya  fənn  üzrə  nəticələrin  sinifdaxili  və  siniflərarası 
əlaqələrini  nəzərdə tutur.  Fəndaxili inteqrasiya  posesində əlaqələndirilən  məzmun 
informativ  cəhətdən  daha  tutumlu  olub  şagirdlərdə  geniş  miqyaslı  düşünmə 
bacarıqlarının formalaşdırılmasına köməklik göstərir.  
Fəndaxili inteqrasiya üfüqi və şaquli istiqamətlərdə qurulur. 
Fəndaxili üfüqi inteqrasiyada hər hansı bir sinif daxilində məzmun xətləri üzrə 
təlim nəticələri arasında əlaqə yaradılır.  

 
 
30 
 
Fəndaxili  şaquli  inteqrasiyada  siniflər  arasında  məzmun  xətləri  üzrə  təlim 
nəticələrinin əlaqələri nəzərdə tutulur.  
Fənlərarası inteqrasiya bir fənn üzrə təlim nəticələrinin digər fənlər üzrə təlim 
nəticələri ilə əlaqəsini nəzərdə tutur.  
İbtidai təhsil pilləsində bütün fənlərin, adətən, eyni müəllim tərəfindən tədris 
edilməsi  fənlərarası  inteqrasiyanın  yaradılması  üzrə  işi  xeyli  yüngülləşdirir.  Belə 
ki,  ibtidai  sinif  müəllimləri  təlim  prosesində  fənlər  və  mövzular  arasındakı 
əlaqələri  çox  asanlıqla  izləyir,  əlaqə  imkanlarını    dəqiq  müəyyənləşdirir,  bilik  və 
bacarıqların formalaşdırılmasında bu əlaqələrdən yaradıcılıqla istifadə edirlər. 
Fənlərarası inteqrasiyanın həyata keçirilməsi imkanlarını əks etdirən cədvəllər 
təqdim olunur (cədvəl 1 və 2-yə bax). 

 
 
31 
 
FƏNDAXİLİ   ÜFÜQİ   İNTEQRASİYA 
 
I SİNİF 
a) Sadalama, adlandırma və tanıma bacarıqları 
Emal texnologiyaları 
Texnika 
elementləri 
Məişət mədəniyyəti 
Qrafika 
1.1.1. Müvafiq emal texnologiyalarını 
(ölçmə, kəsmə, yapma, birləşdirmə, 
qatlama, tikmə) sadalayır. 
1.1.3. Emal vasitələrini sadalayır. 
2.1.2. Texnoloji 
maşınları və 
texnoloji vasitələri 
sadalayır.  
 
3.1.4.Müxtəlif təyinatlı (səhər, nahar, 
şam, qonaq,bayram) yemək süfrələrini 
və onlarının atributlarını  sadalayır. 
 
 
 
b) Seçmə, müəyyənləşdirmə, fərqləndirmə, izahetmə, şərhetmə, təşkil- etmə və münasibət bildirmə bacarıqları. 
Emal texnologiyaları 
Texnika 
elementləri  
Məişət mədəniyyəti  
Qrafika  
1.1.2. Sadə emal texnologiyalarını 
fərqləndirir. 
1.2.1. Hazırlanacaq məmulata görə iş 
yerini təşkil edir. 
1.2.2. Məmulatın  hazırlanması üçün 
uyğun emal vasitələri seçir. 
1.2.3. Məmulatin hazırlanması 
ardıcıllığını müəyyənləşdirir. 
1.2.4. Hazırlanacaq məmulatın 
materialına uyğun emal texnologiyası 
seçir. 
 
3.1.1.Özünəxidmət və sanitariya-
gigiyena qaydalari haqqında fikirlərini 
sadə formada şərh edir.  
3.1.2. Otaq bitkilərinə qulluq 
qaydalarını şərh edir. 
3.1.3. Yemək masası arxasında davranış 
qaydaları ilə bağlı fikirlərini bildirir.   
 
 
 
 
 
 

 
 
32 
 
c) Hazırlama, əməletmə, tərtibetmə, təqdimetmə, nümayiş etdirmə, təsvirçəkmə bacarıqları. 
Emal texnologiyaları  
Texnika elementləri  
Məişət mədəniyyəti  
Qrafika  
1.3.1. Məmulatların detallarını 
hazırlayır. 
1.3.2. Detalları birləşdirməklə sadə 
məmulat (məmulatlar) hazırlayır. 
1.3.3. Məmulatın hazırlanmasında 
müvafiq təhlükəsizlik və gigiyena 
qaydalarına əməl edir.   
 
3.1.5. Səhər süfrəsini tərtib edir. 
 
4.1.1. Sadə əşyaların 
ayrı-ayrı hissələrinin 
qarfik təsvirini 
çəkir. 
4.1.2. Çəkilmiş ayrı-
ayrı hissələri 
birləşdirməklə 
əşyanın tam 
təsvirini çəkir. 
Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin