Avtomatika – insanın bilavasitə iştirakı olmadan idarəetmə sisteminin
nəzəriyyə və qurulma prinsiplərini əhatə edən elm və texnika sahəsidir. Dar
mənada – insanın iştirakı olmadan konkret prosesin əməliyyatlarının yerinə
yetirilməsi üçün metod və texniki vasitələr məcmusudur. Elm kimi avtomatika
avtomatik tənzimləmə nəzəriyyəsi əsasında yaranmışdır. Texnika sahəsi kimi
avtomatika avtomatların, avtomat qurğuların və avtomatlaşdırılmış komplekslərin
inkişafı ilə sıx əlaqədardır.
Avtomatik idarəetmə – insanın iştirakı olmadan avtomatik qurğular və
vasitələrin köməyi ilə idarəedilən proseslərin lazımi səviyyədə saxlanılması və
yaxud tələb olunan şəkildə dəyişdirilməsi üçün zəruri tədbirlər sisteminin həyata
keçirilməsidir. Avtomatik idarəetmə sistemi bir-birilə qarşılıqlı və üzvi surətdə
bağlı iki əsas hissədən: idarəetmə qurğusundan və idarəolunan obyektdən ibarətdir.
Avtomobil – mühərriklə hərəkətə gətirilən, sərnişin, yük və xüsusi avadanlıq
daşıyan nəqliyyat vasitəsidir.
B
Bafta – güləbətin və ya ipək saplardan toxunmuş qatran at, çəhrayı, qırmızı,
gümüşü, qızılı və s. rənglərdə olur. Poqon hazırlamaq, geyimlərə (xüsusilə hərbi
geyimlərə) fərqləndirici əlamət vermək və bəzək vurmaq üçün istifadə edilir.
Qadın arxalıqlarına da bafta ilə bəzək vurulur.
Balta –
1) odun doğramaq, ağac kəsmək, daş yonmaq və s. üçün kəskisi metaldan,
dəstəsi (sapı) taxtadan ibarətdir.
2) neft və qaz quyularının qazılmasında tətbiq olunan qazıma alətinin əsas
elementidir.
103
Batareya – birgə işləmək üçün vahid sistemdə və ya qurğuda birləşdirilmiş
bir neçə eyni tipli cihaz, apparat və ya quruluş; daş kömürdən koks almaq üçün bir
neçə sobadan ibarət qurğu; cərəyan, gərginlik və tumumu artırmaq məqsədilə
ümumi dövrəyə birləşdirilmiş bir neçə elektrik akkumulyatoru; elektrik
kondensator qurğusunu təşkil edən bir-birinə birləşdirilmiş bir neçə eyni tipli
kondensator – müxtəlif tipli batareyalardır.
Baza səthi – pəstah üzərində qabaqcadan emal edilmiş təxmini hamar səth.
Bu səthə əsasən ölçülər götürülə bilər.
Bel –
1) əmək aləti – torpağın şumlanmasında (bellənməsində), əkinlərin, bağ və
bostanların suvarılmasında, arx və kanalların çəkilməsində, bəndlərin tikilməisndə
işlədilir. Bel ağac sapdan, dəmir tiyədən və təpəcik (qulaq) adlı hissədən ibarətdir.
2) xarq arasında işlədilmiş su ölçü vahidi (məs., bir bel su).
Beton – (fr. beton; lat. bitumen – mədən qatranı sözündən) – yapışdırıcı
maddə (su ilə, nadir hallarda susuz), doldurucu və xüsusi əlavələrin səmərəli
nisbətdə qarışığının qəliblərdə bərkidilməsindən alınan süni daş metiral. qəliblərə
tökülənə qədər beton qarışığı adlanır. Əsas tikinti materiallarındandır; yığma
dəmir-beton və beton məmulatlarının hazırlanmasında, monolit beton və dəmir-
beton qurğuların inşasında işlədilir. Yapışdırıcı materialdan asılı olaraq beton
sementli, asfaltlı, əhəngli, gipsli və s. növlü olur.
Bədii konstruksiyaetmə – sənaye məmulatlarının texniki estetika tələblərinə
müvafiq layihələşdirmə üsulu. Konstruktiv və iqtisadi məsələləri həll edən texniki
konstruksiyaetmə ilə yanaşı aparılır; əşyanın funksiyası, onun məqsədəuyğun emal
üsulları və bədii keyfiyyətləri arasında harmonik əlaqə yaradır, insanı əhatə edən
əşya mühitində rahatlıq, qənaətçilik və gözəllik prinsiplərini rəhbər tutur.
Bədii oyma – bədii sənətin (dekorativ sənətin) ən qədim və geniş yayılmış
növlərindən biri; daş, ağac, metal, sümük və s. materiallar üzərində oyma üsulu ilə
bədii işləmə. Bədii oymanın müstəqil sahəsi qliptikadır. Bədii oyma üçün çoxplanlı
kompozisiya təsvir formalarının qabarıqlığı, işıq təzadlarının kəskinliyi və s.
xarakterikdir. Yastı relyefli bədii oyma, adətən, siluet xarakterli dayaz relyef əmələ
gətirir. Dərinləşdirilmiş bədii oymada həndəsi naxışlar açılır, dırnaqşəkilli və
aypara ornament elementləri nəqş edilir. Kontur xətlərlə işlənmiş bədii oymada
hamar fon ü3zərində dərinləşdirilmiş cizgilərin dekorativ ahəngdarlığı izdənir.
Şəbəkəli (açıq) bədii oymada fon olmur, bir tərəfdən o biri tərəfə keçən işıq
zolaqları, dekorativ kompozisiya effekti əmələ gətirir. Yapışdırma bədii oymada
kəsilmiş süjetli rəsm və ya ornament hamar lövhəyə yapışdırılır. Bədii oyma işləri
bıçaq, balta, iskənə, müxtəlif kəsici və yonucu alətlər, mişarlar, elektrik dəzgahları
və bormaşın vasitəsilə görülür.
Bədii parça – üzəri bədii və dekorativ naxışlarla bəzədilmiş toxuma parça
məmulatı. parçanın naxışlarında əfsanəvi, dini süjetlərdən, nəbati, həndəsi və
yaxud qarışıq rəsm motivlərindən istifadə olunur. İpək, yun, pambıq və s.
materiallardan toxunan bədii parçalardan müxtəlif geyimlər, süfrə, pərdə, mebel
örtüyü və s. hazırlanır. Şamaxı, Gəncə, Bərdə, Təbriz və Bakıda toxunan parçalar
104
xarici bazarlarda satılırdı. Bədii parça, əsasən, Şəki ipək kombinatında (ipəkdən)
və Bakı toxuculuq kombinatında (pambıqdan) hazırlanır.
Bəzək işləri (inşaatda) – bina və qurğuların istifadə müddətinin artırılması,
istismar, sanitariya-gigiyena və dekorativ kefiyyətlərinin yaxşılaşdırılması
məqsədilə görülən tikinti işləri kompleksidir. Buraya suvaq, rəngsazlıq, divar
kağızı, şüşəsalma, yapma işləri, döşəmələrin örtülməsi və s. daxildir. Bəzək işləri
tikinti işlərinin tamamlama mərhələsidir.
Bəzək materialları (inşaatda) – bina və tikililərin istismar və dekorativ
keyfiyyətlərini yüksəldən materiallar və məmulatlar. Müasir bəzək materiallarına,
əsasən, aşağıdakılar daxildir: məhlullar və betonlar, təbii daş, keramika, ağac,
kağız, şüşə, plastik kütlə, asbestsement, lak və boya materialları. Bu materiallardan
daxili və xarici bəzək işləri üçün istifadə olunur.
Bitkiçilik –
1) kənd təsərrüfatının əsas sahələrindən biri; insanları qida məhsulları,
heyvanları yem, sənayenin bir çox sahələrini (yeyinti, qarışıq yem, toxuculuq,
əszaçılıq, ətriyyat və s.) bitki mənşəli xammalla təmin etmək üçün mədəni bitkilər
və onların becərilmə üsullarını hərtərəfli öyrənməklə məşğul olur. Bitkiçiliyin
arlaçılıq (taxıl, texniki bitkilər, yem bitkiləri və s. bura aiddir), tərəvəzçilik,
meyvəçilik, üzümçülük, çəmənçilik, meşəçilik, gülçülük və s. kimi sahələri də
vardır.
2) Bitkilçilik az məsrəflə yüksək keyfiyyətli bol məhsul almaq üçün mədəni
bitkilər və onların becərilmə üsulları haqqında elmdir. Kənd təsərrüfatı bitkilərinin
biologiyasını və xarici mühitlə qarşılıqlı əlaqəsini öyrənir.
Bitkilər – günəş enerjisindən istifadə etməklə avtotrof qidalanan və
hüceyrələri bir qayda olaraq sellülozadan ibarət sıx qlaflı canlı orqanizmlər.
Fotosintez və bununla əlaqədar fizioloji-biokimyvəi proseslər bitkiləri başqa
canlılardan fərqləndirməyə imkan verir. Heyvanlara nisbətən bitkilər biosferin
müxtəlif təbəqələrində daha geniş sahələrdə yayılmışdır. Bitkilər buz, daş, şüşə,
qaynar bulaqların suyunda məskən salıb oranın ilk canlıları olurlar. Yer kürəsində
500 min növ bitki yayılmışdır ki, bunun 200–250 mini çiçəkli bitkilərdir.
Bitkinin böyüməsi – hüceyrələrin sayca çoxalması, yeni struktur
elementlərinin əmələ gəlməsi, orqanizmin kütlə və ölçüsünün artması. Orqanizmdə
gedən maddələr mübadiləsi ilə müəyyən olunur. Bitkilərin böyüməsinə xarici
amillər güclü təsir edir.
Bolt – maşın və qurğuların sökülə bilən hissələrini birləşdirmək üçün
bərkidici detal; bir ucunda başlıq (altı və ya dördöucaqlı şəklində), o birində isə
qayka bağlamaq üçün yiv olan silindrik mildir. Bolt müxtəlif konstruksiyalı olur.
Bolt karbonlu, az legirlənmiş, yaxud xüsusi poladlardan, bürünc və s.-dən
hazırlanır.
Boyaqlar – örtük əmələ gətirən maddələrlə qeyri-üzvi və ya üzvi narın
piqmentin qarışığından ibarət lak-boya materialları. Əsasən, cisimlərin xarici
mühitin zərərli təsirindən (günəş işığı, rütubət, yüksək temperatur və s.) qorumaq
və yaraşıqlı göstərmək məqsədilə işlədilir. Örtük əmələ gətirən maddə olaraq bitki
105
yağı, əlif yağı, lak və s. götürülə bilər. Boyaqlar rənglənəcək səthlərə val və ya
fırça ilə çəkilir, boyaçiləyən cihazla, yaxud boyaqvuran pultla çilənir.
Boyama üsulları – toxuculuq mallarını, heyvan dərilərini, xəzi, kağızı, plastik
kütlələri və s. boyamaq üçün tətbiq edilən fiziki, kimyəvi və mexaniki proseslər.
Materiallar təbii, yaxud sintetik üzvi boya maddələri, müxtəlif piqmentlər və s. ilə
boyanır. Boyama üçün irəli sürülən əsas tələb – boyanmış materialın rənginin tez
solmaması, suyun və işığın təsirinə, habelə sabunla yuyalmağa qarşı kifayət qədər
davamlı olmasıdır. Boyamada müxtəlif üsullar tətbiq olunur: kağızı boyamaq üçün
mineral piqmentlər (ultramarin, oxra) və ya müxtəlif boya növləri (əsaslı boyalar,
turşulu boyalar, kükürdlü boyalar və s.) işlədilir.
Buxar turbini – buxarın potensial enerjisini əvvəlcə kinetik enerjiyə, sonra
isə mexaniki işə (alın fırlanması) çevirən rotorlu istilik mühərriki. Mühərrikdə iş
prosesi fasiləsiz davam edir. İki növ buxar turbini olur: aktiv və reaktiv. Aktiv
buxar turbinində buxarın potensial enerjisi tərpənməz ucluqlarda kinetik enerjiyə
çevrilir və sonra turbinin rotorunu hərəkətə gətirir. Reaktiv buxar turbinində isə
buxarın potensial enerjisinin çox hissəsi çarxın işlək kürəklərində kinetik enerjiyə
çevrilir. İstehlakçılara buxar verir.
Burğu – materialda deşik açan və ya onda olan deşiyin diametrini böyüdən
kəsici alət. İşlək hissəsi kəsici elementlər olur, quyruq hissəsi isə patrona, yaxud
dəzgahın şpindelinə bərkidilir və ona dayanıqlıq verir. Burğunun əsas hərəkəti
fırlanmaqla irəliləmədir. Müxtəlif növləri var. Burğular legirlənmiş və tezkəsən
poladlardan hazırlanır. Ən çox spiralvarı qurğular tətbiq edilir.
Burğu dəzgahı – metaldan və başqa materiallardan ibarət pəstahlarda deşik
açan dəzgah. Bu dəzgahda deşikləri genişləndirmə, içyonuş, zengerləmə,
rayberləmə, yivaçma və s. əməliyyatlar da aparılır. Şpindellərinin sayına görə
burğu dəzgahları bir və çoxşpindelli olur. Bundan başqa üfiqi burğu (dərin deşmə
üçün), stolüstü burğu, mərkəzləmə və digər xüsusi növ burğu dəzgahları tətbiq
edilir. Ağac emalında bu dəzgahın müxtəlif növündən istifadə olunur.
C
Cihaz – ölçü və nəzarət işləri aparmaq, avadanlığı qorumaq, maşın və
qurğuları idarə etmək, texnoloji prosesləri təmizləmək, hesablamaq, uçot aparmaq
və s. üçün geniş tətbiq olunan qurğu və mexanizmlərin ümumi adıdır.
Cilalama (maşınqayırma və cihazqayırmada) – məlumat səthinin təmizlik
sinfini (12–14-cü sinfədək) artırmaq, məlumatı lazımi ölçülərə çatdırmaq,
müəyyən xassəli səth qatı almaq, habelə onların üzərinə dekorativ parlaqlıq vermək
üçün tamamlama emalı əməliyyatıdır. Əməliyyat cilalama dəzgahında aparılır.
Bəzi hallarda elektrolitik cilalamadan (elektroliz) da istifadə edilir. Mebel və
xarratlıq istehsalatında cilalama taxta məmulat üzərində güzgü parlaqlıqlı səth
alınması prosesdir. iki üsulla aparılır: xarrat cilalanmasında taxta üzərində
məsamələr, əsasən, politura ilə tədricən doldurulub hamarlanır. Bu üsulla çox çətin
və az məhsuldar prosesdir. Daha çox yayılmış ikinci üsulla – lak-boya örtük üzəri
ilə cilalamada məmulatın üzərinə çəkilən örtük, əsasən, mexaniki metodlarla
hamarlanır. Daşları cilalama üçün (pardaqlama əməliyyatından sonra) onların
106
üzərinə çox narın ovuntu (məs., qalay-oksid) səpib yaş keçə ilə dairə formasında
sürtürlər.
Cütləşdirmə, kənd təsərrüfatı heyvanlarının cütləşməsi – dişi heyvanların
törədicilərlə təbii mayalanma üsuludur. Dişi heyvanda cinsi həvəs dövrü aparılır.
Heyvanlar ilk dəfə cütləşdirməyə orqanizmin yetkin dövründən sonra (ayğır və
madyanlar 3 yaşında, qoç və qoyunlar 15–18 aylığında, erkək və dişi donuzlar 9–
10 aylığında) buraxılır. tezyetişən cinslər gecyetişənlərə nisbətən tez cütləşdirilir.
Cütləşmənin iki əsas üsulu var: sərbəst cütləşdirmə (otlaqlarda və ya brüşlərdə
erkəklər dişilərlə birgə saxlandıqda), ayrılıqda cütləşdirmə (ayrılıqda saxlanan
erkək təhkim olunmuş dişilərlə cütləşdirilir). Lakin heyvandarlıqda daha mütərəqqi
olan süni mayalama üsulundan daha çox istifadə edilir.
Ç
Çertyoj –
1) əşyaların hər hansı informasiya daşıyıcısı (kağız, kalka, plyonka, faner və
s.) üzərində müəyyən miqyasa uyğun olaraq, qrafik obrazlar, yəni nöqtə, düz və
əyri xətt parçaları, simvollar, şərti işaralər və s. vasitəsilə təsviridir (və ya
proyeksiyasının alınmasıdır). Çertyojdan mətn illüstrasiyası kimi (məs., tədris
materialını aydınlaşdırmaq üçün), yaxud məmulatı hazırlamaqdan örtü tərtib
olunan sənədlərin hazırlanmasında istifadə olunur. Çox vaxt izahlı yazılarla,
texniki tələblərlə, məmulatın hazırlanmasında istifadə olunur. Çox vaxt izahlı
yazılarla, texniki tələblərlə, məmulatın hazırlanmasına dair göstərişlərlə (ehtiyac
olduqda) təchiz olunur. Texniki rəsm və ya sxem də çertyoj növləridir.
2) əşyanın kağız vərəq üzərində ölçülərlə təsviridir (əşyanın həqiqi ölçüləri,
onun hazırlanması üçün lazım oln digər zəruri məlumatlar gbstərilməklə).
3) məmulatın (detalın) şərti qrafik təsviridir. Çertyojda detalın forması və
ölçüləri, hazırlanacağı material haqqında məlumat verilir. Çertyojda məmulatın
(detalın) bir neçə görünüşü (ön tərəfdən, üstdən, yandan və s.) proyeksiya edilir.
Məmulatın adı və detalları, onların sayı, materialı xüsusi cədvəldə verilir
(spesifikasiya).
Çertyoj alətləri – nişan vurmaq və ölçü götürmək üçün çertyoj pərgarı,
həmçinin müxtəlif tip və ölçülü kronpərgar, reysfeder və digər köməkçi alətlərdir.
Müxtəlif pərgarlarla çəkilən radiusların diapazonu 0,5–300 mm və daha artıq ola
bilər. Çox dəqiq çertyoj alətləri bürüncdən, nisbətən az dəqiqlik tələb edən alətlər
isə poladdan hazırlanır.
Çertyoj lövhəsi – ölçülərin çertyojun tərəflərinin ölçülərindən 100–200 mm
artıq olan müstəvi səthi lövhədir. Adətən, taxta, şüşə, plastik kütlə və s. hazırlanır.
Onun üzərində çertyoju çox rahat yerinə yetirmək mümkündür.
Çevirgəc –
1) elektrik çevirgəci (EÇ) – elektrik dövrəsinin kommutasiyası üçün elektrik
aparatıdır, elektrotexnikada geniş yayılmışdır. Sadə kontaktlı EÇ – kəsən açar,
daha universalı isə paket açarıdır. Elektrik güc qurğularında, məsafədən idarəetmə
və avtomatik idarəetmə sistemlərində rele, kontroller, kontaktor və s., zəif
107
cərəyanla işləyən rabitə qurğuları dövrələrində telefon və teleqraf kommutatorları,
addımlı axtarıcılar və s. EÇ-ndən istifadə edilir. Kontaksız EÇ-də geniş yayılmışdır
(diodlu və s.). Energetikada, avtomatikada və s. geniş istifadə edilir.
2) televiziya kanalı çevirgəci – televiziya cihazında tamaşaçını maraqlandıran
proqramın verildiyi rabitə kanalının seçilməsi, radiosiqnallarının ayrılması,
gücləndirilməsi və s. təmin edən giriş qovşağıdır.
Çəkic –
1) əl alətidir, başlıqdan və dəstədən ibarətdir. Adətən, çəkic karbonlu (0,4–0,6
% C) poladdan düzəldilir. Çəkic başlığının hər iki tərəfi (döyəc hissəsi) tablanır.
Bir çox xüsusi çəkic konstruksiyaları məlumdur.
2) metal pəstahları təzyiqlə döymə yolu ilə emal etmək üçün maşındır.
Pəstahları döymə (döymə çəkici) və həcmi, yaxud təbəqə stamplama çəkicləri var.
İntiqalının növünə görə buxar-hava (su buxarı və ya sıxılmış hava ilə hərəkətə
gətirilir), pnevmatik (havanın sıxılması və genişlənməsi hesabına işləyir), mexaniki
(mühərrik hissələri mühərriklə mexaniki bağlanır), hidravlik (yüksək təzyiqli maye
ilə hərəkətə gətirilir) və s. çəkiclər mövcuddur. İş üsuluna görə sadə çəkic (düşən
çəkic) və ikibaşa təsirli (çox yayılmışdır) çəkic var. Zərbəendirən hissələrdən
(porşen, pistonqolu və toxmaqdan), ağır əsasdan – şabotdan, çatı, intiqal və
idarəetmə mexanizmindən ibarətdir. Çəkic kontsruksiyalarında elektrik
intiqalından istifadə edilmişdir. Əl ilə işlədilən lingli çəkic hələ 13–14-cü əsrdə
məlum idi.
Çərçivə (inşaat mexanikasında) – mil sistemidir; elementləri (rikel və dirək)
bütün düyünlərdə, yaxud düyünlərin çoxunda sərt (oynaqsız) birləşir. Çərçivə
tikintidə geniş işlədilən yüksaxlayan konstruksiyadır. Sənaye və ictimai binaların,
yaşayış evlərinin, körpülərin dəniz neft qurğularının, nəqliyyat maşınlarının və
başqa tikintilərin yüksaxlayan konstruksiyası kimi həm müstəvi, həm də fəza
qurğularında işlədilir. Çərçivə, əsasən, metal və dəmir betondan, bəzən isə ağacdan
(yapışqanla bərkidilmiş) quraşdırılır. Bakıda və respublikanın başqa şəhərlərində
tikilən binaların çoxunun karkası çoxmərtəbəli, çoxaşırımlı çərçivə konstruksiyası
şəklində layihələşdirilir. Monolitliyi, çevikliyi və fəzada yaxşı işləməsi, zəlzələyə
davamlı olması – üstün cəhətləridir.
Çilçıraq – binanın daxilini işıqlandırmaq üçün istifadə edilən dekorativ və
yaraşıqlı işıq saçan məmulatdır. Formasına görə əsasən medalyona bənzəyir (çox
müxtəlif formalarda hazırlanır). Çilçıraqın mərkəzində böyük, kənarlarında isə
kiçik və yüngül plafonlar olur. Çilçıraqın əsasını təşkil edən mərkəzi medalyon və
qollar adətən, metaldan (qızıl, gümüş, bürünc, dəmir və s.), plafonlar isə şüşə, çini,
büllur, keramika və s.-dən düzəldilir.
Çiləyici – zəhərli maddələri (məhlul, suspenziya, müxtəlif qatıqlı emulsiya
şəklində) tozlandırmaq və bitkilərə çiləmək üçün maşındır. Çiləyici bitki
zərərvericiləri, xəstəlikləri ilə mübarizə etmək, yığımdan əvvəl pambıq kolu
yarpaqlarını tökdürmək, alaqları məhv etmkə və s. üçün tətbiq edilir. Çiləyicidən
binaların dezinfeksiyasında da istifadə olunur. Tətbiq yerinə görə tarla bitkilərini,
bağ, üzümlük, pambıq və s. becərmək üçün çiləyicilər vardır.
108
Çiləyici-tozlayıcı – bitkilərə məhlul, suspenziya və emulsiya halında zəhərli
maddə çiləmək, habelə quru zəhərli maddə tozu səpmək üçün kombinəedilmiş
maşındır. Əsasən, traktora asılan OBX–14 markalı çiləyici-tozlayıcı tətbiq edilir.
Bunlardan pambıq kolu və digər kənd təsərrüfatı bitkilərinin zərəvericiləri və
xəstəlikləri ilə mübarizə üçün, ağacların profilaktik, bitkilərin isə cərgələrarası
becərilməsi və s. üçün istifadə olunur. Məhsuldarlığı saatda məhlulçiləmədə 7,5
ha-dəkdir, tozlandırmada isə 7 ha-dəkdir.
Çilingər bucaqlığı – nişanlama və düz bucaqları yoxlamaq üçün nəzarət aləti.
Çilingər işləri – adətən, dəzgahda mexaniki emal edilmiş metalların əlaıə
emalı, yaxud metal məmulat hazırlanmasında detalları birləşdirmə, maşın və
mexanizmləri yığma, onları tənzimləmə yolu ilə tamamlayıcı emalıdır. Çilingər
işləri, adətən, əl ilə və ya mexanikləşdirilmiş alətlərlə aparılır. Çilingər işlərinə
nişanlama, çapma, pəstahı düzəltmə və əymə, kəsmə, yeyələmə, burğulama,
zengerləmə, yivaçma, sürtmə, pərçimləmə, lehimləmə və s. əməliyyatlar daxildir.
Çilingər-yığma aləti – çilingər və yığma işləri üçün mexanikləşdirilmiş,
yaxud da əl alətləri və tərtibatlarıdır. Məmulatı iş vəziyyətində saxalamq üçün tava,
dmokrat, məngənə, əl məngənəsi və s. həmçinin xüsusi yığma tərtibatları işlədilir.
Detalları bir-birinə uyğunlaşdırma işlərində yeyə, nadfil, abraziv, blöv, şater və s.
sökülən birləşmələr yığılmasında, əsasən, vintli alətlər – qayka açarı, vintaçan və
s.-dən istifadə edilir. Bundan əlavə çilingər – yığma aləti kimi müxtəlif nəzarət-
ölçü və nişanlama alətləri də işlədilir.
D
Dairəvi mişarlı dəzgah – ağac materiallarını eninə və uzununa mişarlayan
dəzgahdır. Kəsici orqanı dairəvi polad mişardır. Bir, iki və çox mişarlı olur.
Dəzgaha material avtomatik və ya əl ilə verilir. Mişarların dövrlər sayı dəqidədə
500–30000-dir.
Daş işləri – daş konstruksiyaların tikintisi zamanı görülən işlərdir. Daş işləri
əsas (materialı iş yerinə daşımaqla daşın məhlulla hörülməsi) və köməkçi
(müvəqqəti taxtabənd, ayaqaltıların qurulması və s.) proseslərdən ibarətdir.
Hörükdə işlədilən materialın növündən asılı olaraq müasir inşaatda aşağıdakı əsas
daş işləri görülür: kərpic hörgüsü, daş hörgüsü, içiboş keramika; bütöv və içiboş
posa-beton daşlardan divar hörgüsü; mişar daşı, balıqqulaqlı əhəngdaşı hörgüsü və
s. Bunlar çoxdur. Bina və digər tikililərin yeraltı hissəsi (bünövrə, zirzəmi
divarları, dayaq divarları) üçün təbii kələ-kötür daşlardan, büt daşından istifadə
olunur. Müasir kütləvi inşaatda çox zəhmət tələb edən belə hörüklər tədricən
yığma dəmir-beton, iribloklu konstruksiyalarla əvəz olunur. Mişar daşı hörgüsü
Azərbaycanda, xüsusilə Bakıda çox işlədilən divar hörgüsüdür.
Dekorativ bitkilər – (lat. decorare – bəzəmək) – müxtəlif fəsillərin
nümayəndələri daxil olan mədəni və yabanı bitkilərin böyük qrupudur. Yaşayış
məntəqələrinin yaşıllaşdırılmasında, park və bağların salınmasında, mənzil və
ictimai binaların bəzədilməsində istifadə olunur. Çiçək, yarpaq və meyvələrinin
müxtəlif rəngi və gözəl forması ilə fərqlənirlər. Çoxillik, ikiillik, birillik, soğanaqlı
109
və s. Olurlar. Ağac, kol və ot bitkiləridir. Bu bitkilər enliçətirli (çinar, palıd,
göyrüş), çallaqçətirli (sallaqsöyüd, tozağacı və s.), piramida formalı (sərv, qonaq),
sarmaşan (üzüm, daş sarmısağı və s.) ola bilər. Soğanaqlılara: qızıllalə, nərgiz,
sünbülçiçək və sö daxildir. Bunların bir çoxu gülçülükdə, yaşıllıqlar və çiçəkliklər
salınmasında istifadə edilən gözəl və qiymətli bitkilərdir.
Dostları ilə paylaş: |