Deşmə, burğulama – bütöv materialda burğu ilə deşikaçma əməliyyatı; burğu
öz oxu boyu fırlanmaqla irəliləmə hərəkəti edir. dəqiqlik dərəcəsi yüksək olmadığı
üçün deşmədən çox vaxt sonrakı içyonma, rayberləmə, dartma prosesləri üçün
hazırlıq əməliyyatı kimi istifadə olunur. Deşmə daxili yivlərin açılması üçün də ilk
prosesdir. Deşmə, burğu, torna, içyonma, revolver və s. dəzgahlarda, habelə əl
burğu alətləri ilə yerinə yetirilir.
Detal – bir növ materialdan hazırlanmış məmulatın ayrılmaz hissəsidir.
Yaxud da heç bir quraşdırma əməliyyatı aparılmamış məmulat hissəsidir.
Dəmirağac – dəmirağac fəsiləsindən yarpağı tökülən ağacdır. Hündürlüyü
14–25 m, yarpaqları yumurtavarı və ya ellipsşəkillidir. Ləçəksiz çiçəkləri (2–5
ədəd) qısa zoğların ucunda yaşayır. Azərbaycanda ikidivarlı qutucuqdur.
Yarpaqlarmadan əvvəl çiçək açır, 200 ilə qədər yaşayır. Azərbaycanda enliyarpaqlı
meşələrdə (Talış) və Xəzərin cənub sahillərində yayılmışdır. Oduncağı çox
möhkəm, ağır və davamlı, azacıq elastik olduğu üçün ondan bəzi maşın hissələri,
bədii məmulat və dekorativ faner hazırlanır.
Dəmir-beton – konstruksiyada birgə istifadə olunan betonlar armatur
poladının monolit birləşməsidir. Xassələrinə görə bir-birindən xeyli fərqlənən iki
materialın dəmir-betonda birləşmə ideyası betonun dartılmada möhkəmliyinin
sıxılmada möhkəmliyinə nisbətən az (10–20 dəfə), poladın isə, əksinə, dartılmada
möhkəmliyinin xeyli çox olmasına əsaslanır. Dəmir-beton konstruksiyada beton
sıxıcı qüvvələri, polad isə, əsasən, dartıcı qüvvələri qəbul edir. Bu iki materialın
birgə işlədilməsi böyük effekt verir. Bərkimə nəticəsində beton polad armatura
möhkəm yapışır və onu korroziyadan qoruyur. Yığma dəmir-betonun tətbiqi
inşaatın sənayeləşmə səviyyəsini xeyli yüksəltməklə, bina və qurğuların tikilişini
sürətləndirməyə, əmək və vəsait sərfinə qənaət etməyə imkan verir.
Dəmir işləri – nişanlama, kəsmə, qatlama, nazik təbəqə metalı (0,6–0,8 mm)
qatlama tikişi ilə birləşdirmə.
Dərman bitkiləri – müxtəlif xəstəliklərin müalicəsi və profilaktikasında
istifadə olunan geniş bitki qrupudur. Eramızdan 3000 il əvvəl Qədim Assuriyada,
Misirdə, Hindistanda, Çində, Tibetdə və s. ölkələrdə, o cümlədən Cənubi Qafqazda
işlənmişdir. Müalicəvi xassəsi bu bitkilərin tərkibindəki fizioloji təsiredici fəal
maddələrin (alkaoidlər, qlikozidlər, vitaminlər, aşı maddələri, efir yağları, bir sıra
turşular, mikroelementlər, fermentlər və s.) olması ilə əlaqədardır. Qurudulmuş və
standarta uyğunlaşdırılmış dərman bitkilərindən aptek təcrübəsində, kimya-
əczaçılıq sənayesində (təmiz kimyəvi maddələr almaq üçün) istifadə olunur.
Tədarük edərkən bitkinin növünü, hansı hissələrini yığmağı, toplanma vaxtını və s.
bilmək vacibdir. Azərbaycanda farmokopeyaya daxil edilən 100-ədək növdən
əlavə, xalq təbabətində işlənən 800-ə qədər dərman bitkisi aşkar edilmişdir.
110
Çoxişlənən dərman bitkilərindən, məsələn, dazı, itburnu, bağayarpağı, gicitkan,
yemişan, çay tikanı, qatırquyruğu və s. göstərmək olar.
Dəyişən cərəyan – qiyməti və istiqaməti periodik dəyişən elektrik
cərəyanıdır. praktikada çoxfazalı dəyişən cərəyanlar geniş tətbiq edilir. Üçfazalı
dəyişən cərəyanların bir sıra texniki üstünlükləri var. Bunlardan ən əhəmiyyətlisi
asinxron elektrik maşınlarının tətbiqidir. Dəyişən cərəyanın aktiv gücü cərəyan və
gərginliyin (yaxud e.h.q.-nin) effektiv qiymətləri və onların arasındakı fəzalar
fərqinin kosinusunun hasili ilə müəyyən edilir. Praktikada ümumi hesabda dəyişən
cərəyan və gərginlik periodik olmaya da bilər. Müasir aparatlarda cərəyan və
gərginlik impulsları geniş tətbiq olunur. Bu halda xətti dövrələrin hesablanması
üçün dövrənin differensial tənliklərin inteqralannması həm adi metodlarla, həm də
Furye inteqralını tətbiq etməklə aparılır.
Dəzgah (texnikada) – müxtəlif materialları emal edən maşındır; bəzən bu və
ya başqa istehsalatda tətbiq edilən tutucu (saxlayıcı) qurğu. Metalkəsən, daş emalı
və s. dəzgahları var, toxuculuqda toxuma dəzgahları tətbiq edilir. İdarə olunmasına
görə dəzgahları tətbiq edilir. İdarə olunmasına görə dəzgahlar 4 qrupa ayrılır: adi,
yarımavtomat, avtomat və proqramla işlədilən. Yarımavtomat və proqramla idarə
olunan dəzgahlarda fəhlə ancaq prosesin əvvəlində və axırında iştirak edir, avtomat
dəzgahlara isə o yalnız nəzarət edir.
Dırmıq –
1) əmək alətidir – bu alət ləklərdə torpağın hamarlanmasında, bağ-bostanların
ot, alaq və kəsəkdən təmizlənməsində, biçilmiş ot və taxılın dırmıqlanıb
yığılmasında tətbiq edilir. Dırmıq ağac sapdan, dişağacı və dişlərdən ibarətdir.
2) traktorda – təzə biçilmiş, yaxud qurudulmuş otu cərgələr (tirələr) şəklində
yığan, yağışdan nəmləşdikdə qarışdıran və çevirən kənd təsərrüfatı maşınıdır. Taxıl
yığıldıqdan sonra küləşi və sünbülləri dırmıqlamaq üçün də istifadə olunur. Dırmıq
hər cür traktora birləşdirilə bilər.
Diametr (yun. diametros – eninə kəsən) – oblastın və ya cismən ən uzaq iki
nöqtəsi arasındakı məsafə. Çevrənin diametri onun mərkəzindən keçən vətərdir.
İkitərtibli əyrinin diametri bir-birinə paralel vətərlərin ortalarının həndəsi yeridir.
Ellips və hiperbolanın diametri onların mərkəzindən keçən, parabolanınkı isə onun
oxlarına paralel düz xətlərdir.
Dirsəkli val – bir və ya bir neçə dirsəkdən və bir neçə eynioxlu əsas
boyundan ibarət olan və yataqlara söykənən valdır. Çarxqolu mexanizminin
fırlanan hissəsidir. Düzxətli hərəkəti fırlanma hərəkətinə və əksinə çevirmək üçün
işlədilir. Sürgüqolu boynu oxları dirsəkli valın fırlanma oxuna nəzərən aralı
yerləşdirilir. Porşenli mühərriklərdə, kompressor, nasos, dəmirçi-presləmə
maşınlarında və s. də istifadə edilir. Çarxqolunu sadə dirsəkli val hesab etmək olar.
Dişli çarx – dişli ötürmə mexanizminin əsas detalı. Üzərində dişlər açılmış
silindrik və ya konusvarı disk şəklində olur. Ötürücü mexanizmində bir dişli çarxın
dişləri o biri dişli çarxın dişlərinə ilişməklə işləyir. Dişlər çarxın pəstahı üzərində,
əsasən, frez dəzgahında frezlə və ya iskənə dəzgahında isəkən ilə düzəldilir. Dişlər
formasına görə düz, çəp, vintvarı, qoşa, yaxud əyrixətli olur. Dişli çarxların
111
hazırlanmasında polad, çuqun, əlvan metalların ərintiləri və plastik kütlədən istifaə
edilir.
Dişli çarx ötürməsi – bir-birinə ilişən dişli çarxlar vasitəsilə, adətən, bucaq
sürəti və burucu momenti dəyişməklə, fırlanma hərəkətini ötürən mexanizmdir.
Dişli çarxlar, əsasən, termiki, yaxud kimyəvi-termiki emaldan keçmiş legirlənmiş
poladdan hazırlanır. Bu ötürmə ən çox reduktorlarda bucaq sürətini azaltmaq və
burucu momenti artırmaq üçün işlədilir.
Dizayn (ing. design – layihələndirmək, çəkmək; plan, layihə, rəsm,
kompozisiya) – əşyaların layihələşdirilməsində insanın əmək, məişət və istirahət
şəraitinin əlverişliliyini nəzərə almaqla onların estetik cəhətdən harmonikliyini
təmin edən fəaliyyət sahəsidir.
Dizayner – sənaye dizaynı, məhsulun görünüşü və formasını müəyyən etmək
üzrə mütəxəssisdir. Dizayn son zamanlar daha sürətlə inkişaf edir. Dizaynerlər
məhsulun təkcə görünüşü və forması üzrə cavabdehlik daşımırlar. Onlar keyfiyyətə
görə də məsuliyyət daşıyırlar. Sənaye dizaynerləri yeni məhsulun
konstruksiyasının işlənib hazırlanmasında, qablaşdırılmasında, satış qiymətinin
müəyyən olunmasında və s. kimi marketinq xüsusiyyətlərinə də təsir edirlər.
Döymə – metalların təzyiqlə emalı üsullarından biridir. Döymədə pəstaha alət
vasitəsilə lazımi formalar və ölçülər verilir. Döymə qədimdir. Hələ Tunc dövründə
insanlar misdən alət hazırlamaq üçün döymədən istifadə edirdilər. Döymədə
metalın plastikliyini artırmaq və deformasiya müqavimətini azaltmaq məqsədilə
pəstahlar əvvəlcə sobalarda döymə temperaturuna qədər (polad üçün 700–1300°C,
mis üçün 600–900°C) qızdırılır, sonra isə metaldöyən alətlə istənilən formaya
salınır. Əsas döymə əməliyyatları: oturtma, uzatma, genəltmə, çapma, əymə,
dəlmədir. Döymə maşınlarla da aparılır (üfüqi, şaquli, ratasion və s. döymə
maşınları vardır).
Drel (alm. drell) – metal, ağac və s. materiallarda deşik açmaq üçün əl ilə
işlədilən maşındır, elektriklə işləyən və pnevmatik olur.
Dulusçuluq – gil məmulatlarının hazırlanması və bişirilməsi ilə məşğul olan
sənət sahəsidir. Dulus çarxı və kürəsinin ixtirası (çox qədimidir) dulusçuluq
məmulatlarının hazırlanması prosesinin sürətləndirilməsinə və təkmilləşdirilməsinə
səbəb oldu. Dulusçuluq sənət sahəsi kimi formalaşdı; tikinti materialları və yüksək
keyfiyyətli şirli məişət qabları istehsalı başlandı.
Dülgərlik işləri – ağac məmulatların hazırlanması və onların
quraşdırılmasından ibarət inşaat işləridir. Tikintidə görülən dülgərlik işləri ağac
bünövrələrin, divar, arakəsmə, döşəmə və pilləkənlərin qurulmasından,
betonlanacaq yerlərdə qəliblərin, mühəndis qurğularında (körpü, bənd, estakada və
s.) ağac konstruksiyaların hazırlanmasından ibarətdir. Xarratlıq işlərindən fərqli
olaraq, dülgərlik işlərində yüksək dərəcədə dəqiq emal tələb edilmir. Əsas
konstruksiya və məmulatların tədarükü ağac emalı zavodlarında mexaniki üsulla,
kiçik həcmli işlər isə elektrik və ya əl alətləri ilə (mişar, balta, rəngə və s. ilə)
yerinə yetirilir. Dülgərlik məmulatları, əsasən, suyadavamlı yapışqanla, çiv ilə və
yarıb keçirmə (çalaq) üsulu ilə birləşdirilir.
112
E
Elektrik (lat. electrum – elektrik, kəhrabayaoxşar; yun. electron – kəhrəba) –
elektrik yükləri, onların hərəkəti və qarşılıqlı təsili ilə əlaqədar olan müxtəlif
hadisələr toplusu. «Elektrik» sözü fizika və texnikanın inkişafı prsoseində bir çox
dəyişikliyə uğramışdır. Sadə elektrik və maqnit hadisələri, bəzi cisimlərin (məs.,
kəhrəbanın) sürtünmə nəticəisndə yüngül cisimləri özünə çəkməsi, yəni
elektriklənmə xassəsi və s. hələ qədimdən insanlara məlum olub.
Elektrik açarı – elektrik avadanlığı və qurğuların (elektrik çilçıraqları,
elektrik mühərrikləri, qızdırıcı sobalar, transformatorlar və s.) dövrəyə qoşmaq və
açmaq üçün aparatdır. Alçaq (1000 vatta qədər) və yüksək (1000 vatdan yuxarı)
gərginlik açarları olur. Açarın əsas konstruktiv elementləri: tərpənən v
ətərpənməyən kontaktlardan ibarət kontakt sistemi, intiqal (əl ilə işlədilən, yaylı,
elektromaqnit, pnevmatik) və birləşdirici sıxaclardır.
Elektrik akkumulyatoru – istifadə məqsədilə elektrik enerjisinin yığılması
üçün cihaz.
Elektrik alətləri – elektrik mühərriki ilə hərəkətə gəirilən əl maşınlarıdır.
Əsas növləri: drel, cilalama aləti, mişar, qayçı, qaykabağlayan, naxış açmaq üçün
nazik mişar, iskənə, metal və ağac emalında istifadə edilir. Elektrik alətləri
quraşdırma, bəzək və başqa tikinti işlərində də tətbiq edilir.
Elektrik batareyası – bir dövrəyə qoşulmuş bir neçə halvanik elementlərdən
və ya akkumulyatorlardan ibarətdir.
Elektrik cərəyanı – elektrik yüklərinin nizamlı hərəkətidir. Elektrik
cərəyanının istiqaməti kimi müsbət yüklü hissəciklərin hərəkət istiqaməti qəbul
edilir. Elektrik cərəyanı qiymətcə iki kəmiyyətlə xarakterizə olunur: cərəyan
şiddəti və cərəyan sıxlığı. Hər hansı naqilin en kəsiyindən vahid zamanda keçən
yükün miqdarı ilə ölçülən kəmiyyətə cərəyan şiddəti deyilir. Cərəyanın sıxlığı, ona
perpendikulyar kəsiyin vahid sahəisndən vahid zamanda keçən yükün miqdarı ilə
təyin edilir.
Elektrik dövrəsi – naqillər vasitəsilə bir-birinə birləşdirilmiş mənbə və
işlədicidən ibarət qapalı kontur. Elektrik dövrəsi bir və çoxkonturlu olur. Elektrik
dövrəsi aktiv (qalvanik element, akkumulyator) və passiv (xətlərin Omik
müqavimətləri, elektrik qəbulediciləri) elementlərdən ibarətdir. Elektrik dövrəsi
xətti və qeyri-xətti olur. Xətti elektrik dövrəsində çıxış və giriş kəmiyyətləri
arasındakı əlaqə xətti qanunlara tabe olur. Bu, Om qanunu şəklində ifadə olunur.
Qeyri-xətti dövrələrdə isə giriş və çıxış kəmiyyətləri arasındakı əlaqə müəyyən
qeyri-xətti qanun üzrə olur. Elektrik dövrəsinin giriş və çıxış kəmiyyətləri təsir
edən EHQ (gərginlik) və dövrədən keçən cərəyandan ibarətdir.
Elektrik enerjisinin ötürülməsi – elektrik enerjisinin elektrik
stansiyalarından işlədicilərə verilməsidir. Ötürmə üçün dəyişən cərəyan
havaötürmə xətləri, habelə kabel xətləri və sabit cərəyan xətləri tətbiq edilir.
Elektrik enerjisi güclü aqreqatları olan elektrik stansiyalarında hasil olunur.
113
Enerjinin isə geniş ərazilərdə paylanmış, nisbətən az güclü elektrik qəbulediciləri
işlədir. Bu səbəbdən elektrik enerjisinin uzaq məsafələrə ötürülməsi zəruridir.
Elektrik generatoru – mexaniki enerjini elektrik enerjisinə çevirməyə xidmət
edən maşındır.
Elektrik intiqalı – mexanizm və maşınları hərəkətə gətirən, elektrik enerjisini
mexaniki enerjiyə çevirən elektromexaniki qurğudur. Elektrik intiqalı bir və ya bir
neçə elektrik mühərrikindən, ötürücü qurğudan və idarəetmə aparatlarından
ibarətdir. Bu qurğu avtomatik idarəetmə və tənzimləmə sistemi ilə birlikdə
avtomatlaşdırılmış elektrik intiqalı sistemini təşkil edir. Elektrik intiqalı müasir
avtomatikanın mühüm bir vasitəsidir. Hazırda xalq təsərrüfatında işləyən
avtomatik elektrik intiqalının idarə olunması üçün çoxlu idarəetmə sistemləri var.
Elektrik izolyasiyası – elektrotexniki qurğunun müxtəlif elektrik potensialları
təsiri altında olan hissələri arasında elektrik kontaktının (qısaqapanmanın) qarşısını
almaq üçündür. Elektrik izolyasiyası elektrik möhkəmliyi həcmi və səthi elektrik
müqavimətləri, dielektrik itkiləri, tac boşalmasına dözümlülük, qızmaya və şaxtaya
davamlılıq, mexaniki möhkəmlik və s. ilə xarakterizə olunur.
Elektrik kontaktı – elektrik ötürücülərində metal lövhələrin bir-birinə
toxunduğu yerdir. Aparatların, cihaz və maşınların detalları da, həmçinin, elektrik
kontaktı adlandırılır. Onların köməyi ilə bu qurğular elektrik şəbəkəsinə qoşulur.
Elektrik qaynağı – qaynaq olunan hissələri elektrik cərəyanı ilə qızdırılan
qaynaq növüdür. Elektrik qövs qaynağı və elektrik-kontakt qaynaı növlərinə
ayrılır. Bu qaynaq digər qaynaq növlərinə nisbətən maşınqayırmada geniş tətbiq
edilir. Elektrik qaynağı ilə hazırlanmış məmulatlar çox möhkəm olur. Elektrik
qaynağı ilə, polad və başqa dəmir əsaslı ərintilərlə yanaşı, yüngül ərintilər, əlvan
metallar, ağır və nadir metallar, plastik kütlələr də yaxşı qaynaq olunur.
Elektrik mühərriki – elektrik enerjisini mexaniki enerjiyə çevirən maşındır.
Bu maşın qaldırıcı nəqliyyat maşınlarını, gəmilərin, təyyarələrin müxtəlif
mexanizmlərini və s. hərəkətə gətirmək üçün və məişətdə işlədilən əsas mühərrik
növüdür. Dəyişən və sabit cərəyanla işləyir.
Elektrik naqili – metal ötürücüdür. Elektrik enerjisini ötürməyə və
paylaşdırmağa xidmət edir.
Elektrik sayğacı – dəyişən və ya sabit cərəyanın elektrik enerjisi sərfini
hesablayan elektrik ölçü cihazıdır. Elektrik sayğacının mütəhərrik hissəsinin
dövrlər sayına mütənasib olan elektrik enerjisinin miqdarı hesablama mexanizmi
ilə qeydə alınır. Birfazalı indeksion yardımçı stansiyalar, sənaye müəssisələri və
başqa yerlərdə elektrik enerjisinin hesablanması üçün istifadə edilir.
Elektrik stansiyası – təbii enerjini elektrik enerjisinə çevirən energetika
qurğusudur. Elektrik stansiyasının tipi birinci qövbədə enerji ilə təyin olunur;
istilik elektrik stansiyasına, su-elektrik stansiyasına və maqnitohidrodinamik
generatora ayrılır.
Elektromaqnit – dolağından keçən elektrik cərəyanı ilə maqnitlənən dəmir
içkili sarğacdır. Elektromaqnit elektrik maşınlarında maqnit seli yaratmaq, dartı
qüvvəsi əmələ gətirmək, avtomatikada, telefonda və elektrik ölçü cihazlarında
istifadə edilən müxtəlif elektrik qurğularında elektrik enerjisinin mexaniki enerjiyə
114
çevirmək, güclü maqnit sahəsi yaratmaq və s. üçündür. Üç növü var: sabit
cərəyanla işləyən neytral elektromaqnit, polyarlaşmış elektromaqnit, dəyişən
cərəyanla işləyən elektromaqnit.
Elektromontaj işləri –
1) yardımçı elektrik stansiyalarında, elektrik stansiyalarının maşın
salonlarında və başqa sənaye binalarında elektrik avadanlığı və konstruksiyalarının
quraşdırılması, yerləşdirilməsi, həmçinin kabel və hava elektrikötürmə xətlərinin
çəkilməsi üçün görülən işlərdir.
2) tikinti obyektlərində görülən elektromontaj işləri, əsasən, qovşaqların,
blokların elektrik avadanlığının bərkidilməsi və elektrikötürmə xətlərinə
qoşulmasından ibarətdir. Digər sahələrindəki montaj işləri də buraya aid edilə
bilər.
Elektron-hesablama texnikası – bu texnikanın əsas işi hesablama aparmaq,
informasiyaları saxlamaq və emal etmək, istehsalı avtomatlaşdırmaqdan ibarətdir.
Hesablama işlərinin həcmindən, mürəkkəbliyindən asılı olaraq istehsalatda
müxtəlif hesablama maşınları: fəaliyyət sürəti bir neçə milyard əməliyyatdan ibarət
olan super elektron texnikası, fərdi kompüterlər, mikro hesablama maşınları tətbiq
edilir. Elektron texnikasının eyni zamanda hesablama və informasiya
funksiyalarını yerinə yetirməsi böyük texniki nailiyyətdir.
Elektrotexnika –
1) elektrik enerjisinin alınması, paylaşdırılması və istifadə edilməsi haqqında
elmdir.
2) elektrik hadisələrinin praktik tətbiqi ilə bağlı olan proseslər haqqında
elmdir; elektrik və maqnit hadisələrinin qanunauyğunluqlarını öyrənən, elektrik
enerjisinin hasilatı, ötürülməsi və tətbiqini tədqiq edən elm bölməsidir; elektrik
enerjisinin xalq təsərrüfatının bütün sahələrində, hərbi işdə, məişətdə bilavasitə
tətbiqi ilə əlaqədar texnika sahəsidir. Azərbaycanda elektrotexnikanın bir çox
sahələrini təmsil edən müasir sənaye müəssisələri və elmi-tədqiqat elektrotexnika
institutu vardır.
Elektrotexniki armatura – elektrik ötürmələri üçün letallar dəsti
(paylaşdırıcı lövhələr, qoruyucular, istehsal birləşdiriciləri, lapma patronları,
çevirgəclər və s.)
Enerji (yun. enerdeia – iş, fəaliyyət) – təbiətdəki müxtəlif proseslərin və
qarşılıqlı təsirlərin ümumi ölçüsü. Enerji materiyanın bütün hərəkət növlərinə
xasdır və müxtəlif hərəkət növlərini vahid ölçüyə götürməyə imkan verir. Hərəkət
növlərini kəmiyyətcə xarakterizə etmək üçün müxtəlif enerji növləri var. Məsələn,
mexaniki, istilik, kimyəvi, elektromaqnit, nüvə və s.
Eskiz –
1) əl ilə çəkilmiş gözəyarı, təxmini rəsmdir (şəkildir). Orada təsvir edilən
əşyanın əsas ölçüləri və digər məlumatlar göstərilir.
2) miqyassız çəkilən təsvir eskizdir. Bu zaman hissələr arasında nisbət təxmini
də olsa göstərilir, çertyoju, eskizi, texniki rəsmi oxumaq, məmulatın adını,
miqyasını, görünüş təsvirinə əsasən ölçülərini, detalların adını və sayını,
yerləşməsini, materialın birləşmə növünü təyin etmək deməkdir.
115
Ə
Əlvan metallar – dəmirdən başqa bütün metalların texniki adıdır. Bunlara
qeyri-dəmir metallar da deyirlər. Aşağıdakı qruplara ayrılır: yüngül metallar
(alüminium, maqnezium, titan və s.); ağır metallar (mis, nikel, kobalt, qurğuşun,
qalay, sink və s.); çətinəriyən metallar (volfram, molibiden, xrom və s.); qiymətli
metallar (qızıl, gümüş və platin); nadir metallar, radiaktik metall və s.
Əmək – insanın məqsədəuyğun fəaliyyətidir. Bu prosesdə insan əmək alətinin
köməyi ilə təbiətə təsir göstərir və ondan öz tələbatını ödəmək üçün zəruri olan
istehlak dəyərləri yaratmaq məqsədilə istifadə edir. Əmək insan həyatının əbədi
təbii şərtidir. Əmək insanın özünün formalaşmasında həlledici rol oynamışdır.
Məhz əmək sayəsində insan yüksək şüur səviyyəsinə yüksələ bilmişdir. Əməyin ən
sadə və vacib cəhətləri bunlardır: məqsədəuyğun fəaliyyət, yaxud özü üçün əmək;
əmək predmeti və əmək vasitələri. Əmək predmeti ilə əmək vasitələri birlikdə
istehsal vasitələrini təşkil edir. Əmək prosesi insanların təbiətə təsiri ilə
məhdudlaşmır. İnsanlar maddi nemətlər yaratmaqdan ötrü öz aralarında əlaqə və
münasibətlərə – istehsal münasibətlərinə başlayırlar.
Əmək alətləri – istehsal vasitələrinin başlıca hissəsidir. Buraya maşın, cihaz,
mühərrik və s. daxildir. Bunların köməyi ilə istehsal prosesində əmək əşyaları emal
olunur, məhsul hazırlanır. Əmək alətləri məhsuldar qüvvələrin mühüm tərkib
hissəsidir.
Əmək bölgüsü – cəmiyyətin inkişafı prosesində əmək fəaliyyətinin
keyfiyyətcə differensiasiyasıdır. Əmək bölgüsü məhsuldar qüvvələrin inkişaf
səviyyəsinə və istehsal münasibətlərinin xarakterinə uyğun olaraq müxtəlif
formalarda mövcuddur. Əmək bölgüsünün təzahürü fəaliyyət mübadiləsidir. Əmək
bölgüsü həm cəmiyyət, həm də müəssisə daxilində mövcud olub, bir-birilə
əlaqədardır və bir-birindən asılıdır.
Əmək gigiyenası – gigiyena elminin bir bölməsidir. Əmək proseslərini, insanı
əhatə edən istehsalat mühitini və onun təsirini öyrənir, istehsalatda sağlam iş şəraiti
yaradır, peşə xəstəliklərinin qarşısını almaq üçün əməli tədbirlər hazırlayır. Əmək
gigiyenası əməyin elmi təşkili ilə sıx bağladır. İş şəraiti temperatur, rütubət,
müxtəlif şüa növləri, vibrasiya, səs, sənaye zəhərləri, toz və s.-nin insan və heyvan
orqanizminə təsiri öyrənildikdə eksperimental fiziologiya və patologiya
üsullarından, o cümlədən mərkəzi sinir sisteminin funksional vəziyyəti və ali sinir
fəaliyyətinin öyrənilmə üsullarından geniş istifadə olunur. Azərbaycanda əmək
gigiyenası məsələlərini Əmək Gigiyenası və Peşə Xəstəlikləri İnstitutu öyrənir.
Dostları ilə paylaş: |