III mərhələ: Məlumatın mübadiləsi
Müəllim iş vərəqlərini lövhədən asır. Qrupların təqdimatını dinləyir (Qruplar
təqdimat edirlər).
IV mərhələ: Məlumatın müzakirəsi və təşkili
Qrupların təqdimatından sonra müəllim cavabları sistemləşdirir və sinfə suallar verir.
Müzakirə sualları:
1.Dovşan oyuncağı hansı həndəsi fiqurlardan ibarətdir? (Dovşan kürə və prizmadan
ibarətdir).
2.Tülkü oyuncağı hansı həndəsi fiqurlardan ibarətdir? (Tülkü prizmadan və silindrdən
ibarətdir).
3. Canavar oyuncağı hansı həndəsi fiqurlardan ibarətdir? (Canavar kürə və prizmadan
ibarətdir).
V mərhələ: Nəticələr və ümumiləşdirmə
Müəllim şagirdlərin işini yekunlaşdırmaq üçün onlara aşağıdakı suallarla
müraciət edir:
1.
İşə başlamaq üçün əvvəlcə nə etdiniz? (Plastilini 4 hissəyə böldük).
2.
Sonrakı mərhələdə nə etdiniz? (Dovşanın baş və bədən hissələrini hazırladıq).
3.
Daha bir hissə plastilin nə üçün lazımdır? (Daha bir hissə plastilin qulaqları,
ayaqları və quyruğu hazırlamaq üçün lazımdır).
4.
Detalları birləşdirdikdə hansı üsuldan istifadə etdiniz? (Sığallama üsulundan
istifadə etdik).
5.
Dovşan fiqurunu hazırladıqda nəyə fikir vermək lazımdır? (Bədən və başın
nisbətinə fikir vermək lazımdır). Müəllim bu suallara verilən cavabları
nəzəzərə alaraq, şagirdlərə plastilindən dovşan oyuncağının hazırlanması
xüsusiyyətləri haqqında məlumat verir.
V mərhələ: Qiymətləndirmə
Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan qiymətləndirmə qaydalarına
müvafiq aparılır.
Qruplar
Meyarlar
I qrup
II qrup
IIIqrup
IVqrup
Emal vasitələrini seçmə
Emal ardıcıllığını müəyyənləş-
59
dirmə
Emal texnologiyalrını fərqlən-
dirmə
Detalları hazırlanma
Detalları birləşdirərək dovşan
fiqurunu hazırlama
Ev tapşırığı: Plastilindən tülkü fiqurunu hazırlayın.
II sinif
Mövzu: Materiallar, emal texnologiyaları və emal vasitələri.
Standart: 1.1.1.;1.12.; 1.1.3.
Məqsəd: 1. Şagird şəkillərdə təsvir olunan emal texnologiyalarını tanıyır;
2. Müvafiq emal texnologiyalarını ( ölçmə, kəsmə, yapma, birləşdirmə,
qatlama, tikmə) təyinatına görə sadə formada izah edir;
3. Emal vasitələrinin funksiyalarını şərh edir;
İnteqrasiya: H.b. 1.1.1.; A.d. 1.2.1.; 1.2.3.
İş forması: Kiçik qruplarla iş, böyük qrupla iş.
İş üsulu: Müzakirə, beyin həmləsi.
Resurslar: Dərslik materialları, emal vasitələri və emal texnologiyalarını əks
etdirən tablo 1. (Əlavələrə bax) Dərslikdən səh.6, iş dəftəri səh.3.
Dərsin gedişi
I mərhələ: Motivasiya, problemin qoyuluşu
Müəllim şagirdlərə müraciət edir:
1.
Ətrafımızda gördüyünüz məmulatlar nədən hazırlanmışdır, (Müxtəlif
materiallardan hazırlamışdır.)
2.
Məmulatı hazırlamaq üçün nə etmək lazımdır? (Materialları emal etmək
lazımdır.)
3.
Materialları emal etmək üçün nədən istifadə etmək lazımdır? (Emal
vasitələrindən istifadə etmək lazımdır.)
Şagirdlər suallar cavab verirlər.Yazı taxtasından böyüdülmüş formada
materialları və emal vasitələrini əks etdirən tablo asılır (Tablo 1)
Tətqiqat sualı: Tabloda çəkilmiş materillar, emal vasitələri və emal
texnologiyaları hansılardır?
Tətqiqat sualı əsasında şagirdlərin mülahizələri dinlənilir.
II mərhələ: Tətqiqatın aparılması
Müəllim şagirdləri 3 qrupa bölür. Məmulat hazırlamaq üçün materialları və
emal vasitələrini əks etdirən tabloları şagirdlərə paylayır.
60
Tapşırıq 1. I qrup emal ediləcək materialları seçməyə tapşırır.
Tapşırıq 2. II qrup emal vasitələrini seçməyə tapşırır.
Tapşırıq 3. III qrup emal vasitələri ilə yerinə yetiriləcək emal texnologiyalarını
(əməliyyatları) seçməyə tapşırır.
III mərhələ: İnformasiya mübadiləsi
Qruplar tapşırığı icra edirlər. Müəllim qrupların təqdimatını dinləyir. Hər qrupun
nümayəndəsi işləri təqdim edir.
IV mərhələ: İnformasiyanın müzakirəsi və təhlili
Müəllim tablo üzrə aşağıdakı sualları verərək müzakirəni təşkil edir.
Müzakirə sualları:
1.
Məmulat hazırlamaq üçün hansı materialları seçdiniz? (Yarpaqları və ağac
budaqlarını, tumları, balıqqulağını, qozanı, kibrit çöplərini, quş lələklərini,
plastilini, sapları, parça və kağızları, düymələri, plastik qabı, ipi və lenti seçdik.)
2.
Materialı emal etmək üçün hansı vasitələri seçdiniz? (Qələmi, firçanı,
heykəltəraş qələmini, yapışqanı, qayçını, xətkəşi, santimetr lentini və iynəni
seçdik.)
3.
Emal vasitələri ilə hansı əməliyyatlar yerinə yetirilir? (Ölçmə, kəsmə,
yapma, birləşdirmə, qatlama, tikmə kimi əməliyyatlar yerinə yetirilir.)
V mərhələ: Nəticələr və ümumiləşdirmə
Müəllim şagirdlərin fikirlərini ümumiləşdirərək bir daha texnologiya
dərslərində onların istifadə edəcəkləri materiallar, emal vasitələr və emal
texnologiyaları üzərində dayanır. Qeyd edir ki, iş zamanı məmulata uyğun
materiallardan, emal vasitələr və emal texnologiyalarından istifadə edəcəklər.
VI mərhələ: Qiymətləndirmə V mərhələ: Qiymətləndirmə
Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan qiymətləndirmə qaydalarına
müvafiq aparılır.
Qruplar
Meyarlar
I qrup
II qrup
IIIqrup
IVqrup
Emal vasitələrini tanima
Emal vasitələrini fərqləndirmə
Emal texnologiyalrıni sadalama
Emal texnologiyalrıni izah etmə
Emal vasitələrinin funksiyalarını
şərh etmə
Ev tapşırığı: Məişətdə ən çox rast gəldiyiniz materialları, emal vasitələr və
emal texnologiyalarını müəyyənləşdirin.
61
III sinif
Mövzu: Texnologiya bizim əhatəmizdə. Əmək alətləri (2 saat).
Standart: 2.1.2.
Məqsəd:
1. Şagird texnoloji vasitələri (əl alətləri, mexaniki alətlər, elektrik alətləri) tanıyır
və bir- birindən fərqləndirir.
2. Şagird texnoloji vasitələrin funksiyalrını şərh edir.
İnteqrasiya: X.d. 1.1.2
İş forması: Kiçik qruplarla iş, böyük qrupla iş.
İş üsulu: Beyin həmləsi, müzakirə.
Resurslar: Peşələri əks etdirən şəkillər, insanın əmək fəaliyyətinin məqsədlərini
əks etdirən diaqram, texnoloji vasitələrin (əmək alətləri, mexaniki alətlərin, elektrik
alətlərinin) şəkilləri, dərslik, iş dəftəri, iş vərəqləri.
Dərsin gedişi
I mərhələ: Motivasiya, problemin qoyuluşu
Müəllim şagirdlərə müraciət edir:
1.
Siz ətrafinızda nəyi görürsünüz?
2.
Əmək nədir?
3.
İnsanın əmək faəliyyətinin məqsədi nədir?
4.
Hansı peşələri tanıyırsınız? ( dərslikdəki şəkillər üzrə)
Şagirqlər suallara cavab verirlər.
Tətqiqat sualı: Hər bir peşə üzrə işi yerinə yetirmək üçün nə lazımdır?
Tətqiqat sualı əsasında şagirdlərin mülahizələri dinlənilir.
II mərhələ: Tətqiqatın aparılması
Müəllim şagirdləri 4 qrupa bölür. Dərslikdəki mövzuya uyğun səhifələri açmağı
şagirdlərə tapşırır.
Tapşırıq 1. I qrup səh. 6-dakı peşələrin adını və oanları aid alətlərin adını
yazmaq tapşırılır.
Tapşırıq 2. II qrupa “İnsan nə üçün əmək faəliyyətində iştirak edir?” sualını
cavablandırmaq tapşırılır.
Tapşırıq 3. III qrupa dərslikdəki 8-ci şəkilə istinad etmək və qeyd olunan sualı
cavablandırmaq tapşırılır: “Göstərilən alətlərlə hansı texnoloji əməliyyatları yerinə
yetirmək olar?”
Tapşırıq 4. IV qrupa “Şəkildə göstərilən alətlərlə hansı texnoloji əməliyyatı
yerinə yetirmək mümkündür?” sualını cavablandırmaq tapşırılır.
III mərhələ: İnformasiya mübadiləsi
Qruplar tapşırığı icra edirlər. Müəllim qrupların təqdimatını dinləyir. Hər qrupun
nümayəndəsi işləri təqdim edir.
62
IV mərhələ: İnformasiyanın müzakirəsi və təhlili
Müəllim suallar verərək müzakirəni təşkil edir.
Müzakirə sualları:
1.Siz hansı peşələri tanıyırsınız? (Şagirdlərin bir neçəsi peşələrin adlarını
sadalayır.)
2.Əmək nədir? (Əmək insanın məqsədyönlü fəaliyyətidir)
3. Texnologiya nədir? (İnsanların öz həyatlarını yaxşılaşdırmaq və dəyişmək
üçün istifadə etdikləri üsul və qaydalar texnologiya adlanır.)
4. Alət nədir? (Materialın formasını, ölçüsünü və şəklini dəyişən əmək
vasitəsidir.)
5. Alətləri neçə qrupa bölmək olar? (3 qrupa: əl alətləri, mexaniki əl alətləri və
elektrik alətlər)
6. Səh. 9–dakı alətlərin adını söyləyin.( 1-ci elektrik dreli; 2-ci çəkic; 3-cü
elektrik mişarı; 4-cü mişar; 5-ci vintaçan; 6-cı stepler; 7-ci elektrik ətçəkən maşını; 8-
ci mexaniki əl dreli; 9-cu yastıdodaq kəlbətin; 10-cu mexaniki şirəçəkən; 11-ci qayka
açarı; 12-ci mexaniki ətçəkən maşın; 13-cü dodaqları tənzimləyən qayka açarı.)
V mərhələ: Nəticələr və ümumiləşdirmə
Müəllim şagirdlərin fikirlərini ümumiləşdirərək və bir daha peşələr, əmək,
texnologiya, alət və onların qrupları üzərində dayanır. Bəzi əmək alətləri ilə yerinə
yetirilən texnoloji əməliyyatları sadalayır.
VI mərhələ: Qiymətləndirmə
Qiymətləndirmə mövcud qaydalara müvafiq olaraq aparılır.
Qruplar
Meyarlar
I qrup
II qrup
IIIqrup
IVqrup
Texnoloji vasitələri tanima
Texnoloji vasitələri fərqləndirmə
Emal texnologiyalrıni sadalama
Emal texnologiyalrıni tanıma
Texnoloji vasitələrin funksiya-
larını şərh etmə
Ev tapşırığı: İş dəftərində ( səh. 3-6 ) verilən tapşırıqları yerinə yetirin .
IV sinif
Mövzu: Texnologiyaların inkişafı.
Standart: 1.1.1.;2.1.2.; 2.1.3.
63
Məqsəd:
1.
Müxtəlif emal texnlogiyaları və vasitələri ilə bağlı kiçik təqdimatlar edir.
2.
Texnoloji maşınlar haqqında kiçik təqdimatlar edir.
3.
Texnoloji maşınları və texnoloji vasitələri fərqləndirir.
İnteqrasiya: A.d.:1.1.1.; İnf.:3.2.6.; H.b.:4.2.1.
İş forması: Kiçik qruplarla iş, böyük qrupla iş
İş üsulu: Beyin həmləsi, müzakirə
Resurslar: Peşələri əks etdirən şəkillər, insanın əmək fəaliyyətinin məqsədlərini əks
etdirən diaqram, texnoloji vasitələrin (əmək alətləri, mexaniki alətlərin, elektrik
alətlərinin) şəkilləri, dərslik, iş dəftəri, iş vərəqi.
Dərsin gedişi
I mərhələ: Motivasiya, problemin qoyuluşu
Müəllim şagirdlərə müraciət edir:
1.
İnsan əməyi haqqında nə deyə bilərsiz?
2.
İnsanın əmək fəaliyəti ilə məşğul olmada məqsədi nədir?
3.
Peşələr haqqında nə deyə bilərsiz?
Şagirdlər suallara cavab verirlər.
Tətqiqat sualı: Texnologiyanın inkişaf etməsinin səbəbi nədir?
Tətqiqat sualı əsasında şagirdlərin mülahizələri dinlənilir.
II mərhələ: Tətqiqatın aparılması
Müəllim şagirdləri 4 qrupa bölür. Onlara dərslikdəki mövzuya uyğun səhifələri
açmağı tapşırır.
I qrup: səh. 6-9-da gördüyünüz şəkillərlə əlaqədar peşələri insanların tələbatına
uyğun olaraq sadədən mürəkkəbə doğru sıralayın.
II qrup: İnsan əmək fəaliyyətindəki rolunu açıqlayın.
III qrup: Məişət cihazlarının və çuqun pillətələrin yaranma səbəblərini deyin.
IV qrup: Məişət avadanlığının və cihazların insanın inkişafında hansı mühüm
əhəmiyyəti olduğunu izah edin.
Müəllim çətinlik çəkən şagirdlərə fərdi tapşırıq verir.
Qruplar tapşırığı yerinə yetirir.
III mərhələ: Məlumat mübadiləsi
Qruplar işləri təqdim edirlər.Müəllim şagirdlərin işlərini təhlil edərək
münasibətini bildirir.
IV mərhələ: Məlumatın müzakirəsi və təşkili
Müzakirə sualları:
1.İnsanlar öz tələbatını ödəmək üçün əvvəllər nələrdən istifadə ediblər? (Heyvan
əməyindən və sadə əmək alətlərindən.)
2. Sadə mexanizm nə deməkdir? (Sadə əmək alətləri və qurğular.)
3.Texnologiya nədir? (İnsanların öz həyatlarını yaxşılaşdırmaq və dəyişmək
üçün istifadə etdikləri üsul və qaydalar texnologiya adlanır.)
64
4.Hansı xüsusi texniki vasitələri tanıyırsız? (Televizor, mobil telefon,
kompüter.)
5. Köhnə texnologiyalar əsasına yaradılmış hansı yeni cihaz və qurğuların adını
sadalaya bilərsiniz? (Əl ilə sıxılan xəzlər vasitəsilə işləyən təmizlik qurğusunu müasir
tozsoran, dəstəyin fırladılması ilə hərəkətə gətirilən taxta ləyəni paltaryuyan maşın
əvəz etdi.)
V mərhələ: Nəticələr və ümumiləşdirmə
Müəllim şagirdlərin fikirlərini ümumiləşdirərək və bir daha insan əməyi,
peşələr, mexanizmlər və yeni texnologiyalar üzərində dayanır. Bəzi yeni məişət
texnikasını və texnoloji avadanlıqları sadalayır.
VI mərhələ: Qiymətləndirmə
Qiymətləndirmə mövcud qaydalara müvafiq olaraq aparılır.
Qruplar
Meyarlar
I qrup
II qrup
III qrup
IV qrup
Texnologiyaların inkişafını
müəyyənləşdirmə
Texnologiyaların inkişafını
misallarla izah etmə
Məişətdə texnologiyaların inkişafını
misallarla izah etmə
Texnoloji maşınları və texnoloji
vasitələri fərqləndirmə
V sinif
Dərs 1
Mövzu 1. İnsan həyatında texnologiya. Məmulatların hazırlanması mərhələləri
Dərsin məqsədi:
1.
Müxtəlif formalı detalları olan məmulatların spesifikasiyasını şərh edir,
texnoloji və marşrut xəritələrini fərqləndirir. (4.1.1.).
2.
Beyin həmləsi, müzakirə kimi iş üsullarından istifadə etmək tövsiyə olunur.
3.
Müasir texnologiyalara aid şəkillər, detalların texnoloji və marşrut xəritələri,
dərslik, iş vərəqləri kimi resurslardan istifadə etmək olar.
Müəllim beyin həmləsi üsulundan istifadə edərək, aşağıdakı suallarla müraciət
edə bilər.
1.Pəncərədən baxarkən nə görürsünüz?
2.Gördüklərinizin hansı insan tərəfindən yaradılmışdır?
3.İnsan tərəfindən yaradılmış əşyaların əhəmiyyəti nədədir?
4. Məmulatın hazırlanma prosesi haqqında nə bilirsiniz?
Şagirdlərin suallara cavabları lövhədə qeyd edilir.
Tədqiqat sualı
65
“Məmulatın hazırlanma mərhələləri nədən ibarətdir?”- kimi verilə bilər.
Müəllim tərəfindən mətnin dərslik üzrə oxunuşu tapşırılır. Qruplar yaradılaraq,
onalara iş vərəqləri paylanılır. İş vərəqlərində: Venn diaqramında təbiət və
texnologiya dünyalarının oxşar və fərqli cəhətlərinin qeyd olunması, müasir
texnologiyalar haqqında danışılması, məmulat hazırlanma mərhələlərinin
sadalanması, texnoloji və marşrut xəritələrinin tərtib olunması qaydaları haqqında
məsələlər qoyula bilər.
Təlimdə çətinlikləri olan şagirdlər istər qrup tərkibində, istərsə də fərdi çalışan
zaman müəllimin diqqət mərkəzində olur. Müəllim belə şagirdlərə tez- tez nəzarət
edərək, onların işinin icrası ilə maraqlanmalı, lazım gələrsə, kömək etməlidir.
Müəllim şagirdlərin təqdimatlarını dinləyir.
Müəllim şagirdlərin diqqəti tədqiqat sualllarına yönəldir və cavabları
ümumiləşdirir. Bir daha texnologiya və onun insan həyatındakı rolu haqda danışır.
Məmulatın hazırlanması ardıcıllığını sadalayrı, texnoloji və marşrut xəritələrinin
fərqini izah edir.
Qiymətləndirmə pedaqoji mətbuat dərc olunan qiymətləndirmə qaydalarına
müvafiq aparılır. Şagirdlərin cavabları qiymətləndirilərkən təbiət və texnologiya
dünyalarını fərqləndirmə, müasir texnologiyanın əhəmiyyətini izahetmə, məmulatın
hazırlanma mərhələlərini şəhretmə, sadə texnoloji və marşrut xəritələrini
fərqləndirmə, əməkdaşlıq kimi qiymətləndirmə meyarlarında istifadə edilə bilər.
Müəllim dərslikdə olan praktik işin yerinə yetirilməsi haqqında tövsiyyələrini
verir.
VI sinif
Mövzu: Məmulatın tamamlanması və bəzədilməsi. (iş obyekti, paltar
asmaq üçün asılqan).
Standart: 1.1.1; 1.2.1; 1.2.2; 1.2.3; 1.3.2; 1.3.3; 1.3.4.
Məqsəd:
1.
Mexanikləşdirilmiş əl alətlərindən istifadə etməklə tamamlama və
bəzədilmə texnologiyalarını izah edir.
2.
Tamamlama və bəzək işləri aparmaq üçün iş yerini təşkil edir.
3.
Tamamlama və bəzədilmə işləri aparmaq üçün iş ardıcıllığını
müəyyənləşdirir.
4.
Məmulatların hazırlanması üçün uyğun emal texnologiyası seçir.
5.
Məmulatı hazırlayarkən tərtibat bacarıqları nümayiş etdirir.
6.
Qrup tərkibində birgə fəaliyyət bacarıqları nümayiş etdirir.
7.
Təhlükəsizlik və sanitariya-gigiyena qaydalına riayət edir.
İş forması: Kiçik qruplarla iş, böyük qruplarla iş
Resurslar: Cilalama və pardaxlama işlərində istifadə edilən müxtəlif
sumbata kağızları, məxməri yiyələr, fırçalar, doldurucular, lak və boyalar, çiləyicilər.
Dərsin gedişi
I mərhələ: Motivasiya, problemin qoyuluşu.
66
Müəllim yazı lövhəsində asılmış texnologi xəritəni stolun üzərində olan alət,
material və ləvazimatları göstərərək suallar verilir:
1.
Siz yazı lövhəsində və stolun üzərində nə görürsüz? (texnoloji xəritəni və
bəzədilmə işləri aparmaq üçün alət, materialları göstərir)
2. Bəzədilmə işləri nə məqsədlə aparılır? (Məmulatın ömrünü uzatmaq, estetik
cəhətdən gözəl görsənməsi üçün).
2.
Tamamlama işlərində hansı materiallardan istifadə olunur?
3.
Tamamlama işlərində hansı alətlərdən istifadə olunur?
4.
Bəzədilmə işlərində hansı materiallardan istifadə olunur?
5.
Bəzədilmə işlərində hansı alətlərdən istifadə olunur?
Müxtəlif cavablara şagirdlərin diqqətini dərslikdə tamamlama və bəzədilmə
haqqında məlumata, onun tətbiq sahələrinə yönəldir.Bəzədilmə və tamamlama
üsulları, yolları haqqında məlumat verir.
Tətqiqat sualı:
Metaldan hazırlanmış asılqanı necə və hansı üsullarla tamamlamaq və
bəzəmək olar?
Müəllim metaldan hazırlanmış asılqanın tamamlanması və bəzədilməsi
yollarını texnoloji xəritəsini izah edir.
1.
Tamamlama və bəzədilmə işlərində iş ardıcıllığını izah edir.
2.
Sumbata kağızların növləri haqqında məlumat verir.
3.
Məxməri yiyələrin quruluşu haqqında məlumat verir.
4.
Doldurucuların növləri haqqında məlumat verir.
5.
Həlledicilərin növləri haqqında məlumat verir.
6.
Boyaların növləri haqqında məlumat verir.
7.
Fırçalar və çiləyəci alətlər haqqında məlumat verir.
8.
Sumbata kağızı ilə işləyərkən sanitariya və gigiyena qaydalarını yada
salır.
9.
Boya və laklarla işləyərkən təhlükəsizlik texnikası qaydalarını yada salır.
II Mərhələ: Tətqiqat aparılması.
Müəllim şagirdləri 4 qrupa bölür.
Tapşırıq: Metaldan hazırlanmış asılqan üzərində tamamlama və bəzədilmə
işlərini aparın.
Qruplar tapşırığı yerinə yetirirlər. Müəllim hər bir şagirdə fərdi olaraq kömək
edir.
III Mərhələ: İnformasiya mübadiləsi.
Müəllim qrupların təqdimatını dinləyir(qruplar işlərini təqdim edir).
IV Mərhələ: İnformasiyanın müzakirəsi və təşkili.
Qrupların təqdimatından sonra müəllim cavabları sistemləşdirir və sinfə
suallar verir.
Müzakirə sualları:
1.
Doldurucuların hansı növlərini(suda həll olunan, spirtdə həll olunan)
tanıyırsız?
67
2.
Sumbata kağızının hansı növləri(suya davamlı, suya davamsız, iridanəli,
xırda danəli) var?
3.
Hansı tərkibli boyaları(sulu boyalar, yağlı boyalar, emal boyaları, lak
boyaları) tanıyırsız?
4.
Həlledicilər nə üçün(qatılaşmış boyaları həll etmək üçün, istifadə edilmiş
alətləri yumaq üçün) istifadə olunur?
V Mərhələ: Nəticə və ümumiləşdirmə.
Müəllim şagirlərin cavablarını yekunlaşdıraraq məmulatın tamamlanması və
bəzədilməsi mərhələləri üzərində dayanır.
VI Mərhələ: Qiymətləndirmə.
Qiymətləndirmə müəyyən olunmuş qiymətləndirmə meyarları(iş yerini təşkil
etmə,iş ardıcıllığını müəyyən etmə, emal texnologiyası seçmə, tərtib etmə,
təhlükəsizlik və sanitariya qaydalarına riayət etmə) əsasında aparılır.
Dostları ilə paylaş: |