Qafqaz Universiteti Materiallar


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə121/124
tarix31.01.2017
ölçüsü9,57 Mb.
#6979
1   ...   116   117   118   119   120   121   122   123   124

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1490



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

 


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

1491


 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

 

 

 

17-18, April 2015, Baku, Azerbaijan 

 

PROCEEDINGS 

SECTION V 

HISTORY AND LAW 

 

 

Law 

 

 

 

 

 

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

1492


 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

DÜNYA TƏCRÜBƏSİNDƏ AZƏRBAYCAN KONSTİTUSİYA 

NƏZARƏTİ İNSTİTUTU MODELİ 

 

Vüsal  MƏMMƏDOV  

Naxçıvan Dövlət Universiteti  



azerbaycan_namin@mail.ru 

AZƏRBAYCAN 



 

Dünya təcrübəsində model rolunu oynaya biləcək Azərbaycan Respublikasının qanun-

vericilik sistemində özünə yer tutan konstitusiya nəzarətinin həyata keçirilməsi institutu 

nəzəri-təcrübi aspektlərindəki aktual məsələlər ilə daim hüquqşünasların diqqət mərkəzində 

olmuşdur. Bu məsələlərin real həllini tapması həm qanunu tətbiq edənlərin, həm də qanunun 

tətbiq olunduğu ictimai münasibətlərdə öz problemlərinin həllini gözləyən vətəndaşların 

qanuna hörmət ruhunda yaşamasına və aktual məsələlərin həllini tapmasına öz töhfəsini 

verəcəkdir.  

SSRİ-nin dağılmasından sonra müstəqil siyasət yeridən Azərbaycan, məhkəmə-hüquq 

sistemində apardığı islahatlarla dünya dövlətləri arasında nümunə olan hüquq sistemini yarada 

bildi. Belə ki, yeni yaradılan sahələrdən biri də konstitusiya nəzarətinin həyata keçirilməsi 

üçün Konstitusiya Məhkəməsinin təsisi idi. Düzdür, SSRi dövründə qanunların şərh olunması 

məsələsi var idi. Belə ki, qanunverici orqan və Ali Məhkəmə tərəfindən qəbul edilən qərarlar-

la qanunlar şərh edilirdi. Lakin müstəqilliyini qazanan Azərbaycan bununla kifayətlənmə-

yərək dünya təcrübəsindən götürdüyü konstitusiya nəzarəti institunu mükəmməlləşdirərək 

özü-özlüyündə dünya ölkələri üçün nümunə olmağa başladı. Konstitusiya nəzarəti institutu-

nun Azərbaycan modelinin ən yaxşı ifadəsi Respublikamızda Konstitusiya Nəzarəti institutu-

nun tam şəkildə formalaşması və özlüyündə bu institutun Azərbaycanın qoşulduğu beynəlxalq 

insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində yaradılmış kovensiya və digər 

aktlarda təsbit olunmuş əsas insan hüquq və azadlıqlarını təmin etməsidir. Konstitusiya nəza-

rətini həyata keçirən Konstitusiya Məhkəməsi insan hüquq və azadlıqlarının müdafiəsinə həsr 

etdiyi əsas fəaliyyətini müxtəlif sahələr üzrə həyata keçirir. Belə ki, bu məhkəmə normativ-

hüquqi aktların Konstitusiyaya uyğunluğu məsələsinə baxır, Azərbaycan Respublikasının 

Konstitusiyasını və qanunlarını şərh edir, referendum və seçki nəticələrini yoxlayır və insan 

hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə vətəndaşlar, eləcə də ombudsman tərəfin-

dən Konstitusiya Məhkəməsinəedilən müraciətlərə baxır. Sadalanan fəaliyyətləri həyata keçi-

rərkən Konstitusiya Məhkəməsi ona verilmiş səlahiyyətləri geniş şəkildə işlədərək yaradıldığı 

dövrdən bugünədək keçən müddətdə respublika ərazisində insan hüquq və azadlıqlarını təmin 

etmiş və dövlətçiliyin möhkəmlənməsinə öz töhvəsini vermişdir. 

Əvvəldə də qeyd etdiyim kimi Konstitusiya Məhkəməsinin əsas və əhəmiyyətli səlahiy-

yətlərindən biri Azərbaycan Respublikası Konstitusiyası ilə müəyyən edilmiş subyektlərin 

sorğusu ilə Azərbaycan Respublikası Konstitusiya və qanunlarını şərh etməkdir. Belə ki, ali 

qanunvericilik aktının 130.4-cü maddəsinə  əsasən Azərbaycan Respublikasının Konstitusiya 

Məhkəməsi Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisi-

nin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Ali Məhkəmə-

sinin, Azərbaycan Respublikasının Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali 

Məclisinin sorğusu  əsasında Azərbaycan Respublikası Konstitusiyasını  və qanunlarını  şərh 

edir. Bununla yanaşı Konstitusiyada mütərəqqi addım kimi ədalət mühakiməsini həyata 

keçirən məhkəmələrə  də bu səlahiyyət verilmişdir. Belə ki, 130-cu maddəyə  əsasən, məh-

kəmələr insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı Azərbaycan 

Respublikası Konstitusiyası  və qanunlarının  şərh edilməsi ilə bağlı Konstitusiya Məhkəmə-

sinə müraciət edə bilərlər.  



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

1493


 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

İnsan hüquq və azadlıqlarının təminatçısı olan Azərbaycan Respublikasının ali qanunve-

ricilik aktında insan hüquq və azadlıqlarının qorunmasını tam şəkildə  həyata keçirmək və 

qanunun aliliyini təmin etmək üçün nəzərdə tutduğu Konstitusiya Məhkəməsinə müraciət 

edərək Konstitusiyanın və digər qanunların şərh edilməsi məsələsi əslində ölkəmizdə hüquq 

quruculuğu siyasətinin banisi olan ümummilli liderimiz Heydər  Əliyevin ideyalarının məh-

kəmə sistemi sahəsində reallaşdırılmasıdır. Çünki bu sistemin mövcudluğu ilə bir çox prob-

lemli məsələlər öz real həllini tapa bilir. Bununla da qanunların yalnış təfsir edilərək düzgün 

olmayan şəkildə ictimai münasibətlərə tətbiq edilməsinin qarşısı alınmış olur. Məsələyə digər 

tərəfdən yanaşdıqda, demək olar ki, müxtəlif orqanlarının sorğusu və ya müraciəti  əsasında 

çıxarılmış Konstitusiya Məhkəməsinin qərarlarının dərc edilməsi və onların bütün ölkə ərazi-

sində məcburi əməl edilməli akt kimi qəbul olunması ölkədə qanuntətbiq edən subyektlər tə-

rəfindən hər hansı illeqal hərəkətlərin törədilməsinin qarşısı almaq üçün nəzərdə tutulmuşdur. 

Bununla da sözün əsl mənasında deyə bilərik ki, heç təsadüfi deyildir ki, dünya təcrübəsində 

model rolunu oynaya biləcək Azərbaycan Respublikası konstitusiya nəzarəti institutu yara-

dıldığı dövrdən bugünədək ölkə ərazisində qanunların düzgün başa düşülərək tətbiq edilməsi 

istiqamətində öz töhvəsini vermişdir.  

Konstitusiya nəzarəti institutunda bütün dünya ölkələrində olduğu kimi Azərbaycanda 

da bir nizamlanmayan məsələ mövcuddur. Bu məsələ müxtəlif subyektlərin sorğu və 

müraciəti əsasında Konstitusiyanı və qanunları şərh edən Konstitusiya Məhkəməsinin məsu-

liyyət məsələsidir. Əvvəldə də qeyd etdiyim ki, sorğu və müraciət əsasında şərh edilmiş nor-

ma ilə bağlı çıxarılmış qərar ölkə ərazisində icrası məcburi aktdır və onu dəyişdirməyə, şərh 

etməyə yol verilmir. Buna görə də, dünya təcrübəsində konstitusiya və eləcə də qanunları yal-

nış şərh etməyə görə bu məhkəmələrə konkret məsuliyyət tədbirlərinin nəzərdə tutulması bu 

məhkəmələrin fəaliyyətini daha da mükəmməlləşdirəcək bir addımdır. 

 

 



AZƏRBAYCANDA İNFORMASİYA CƏMİYYƏTİ:  

ELMİ-NƏZƏRİ VƏ HÜQUQİ PROBLEMLƏRİ 

 

Natiq  MÜRSƏLOV  

AMEA Mərkəzi Elmi Kitabxanası 



magistrant_bsu@mail.ru 

AZƏRBAYCAN 

 

İnformasiya cəmiyyəti sivilizasiyanın inkişafının növbəti mərhələsi kimi xarakterizə  



olunur. Belə ki, informasiya cəmiyyəti - sivilizasiyanin inkişafının hazırkı mərhələsi olub, in-

formasiya biliklərin  əsas maddi sərvətə çevrildiyi cəmiyyətdir. O, eyni zamanda -  informa-

siya-kommunikasiya texnologiyalarının təsiri nəticəsində bilik və informasiyanın insan fəaliy-

yətinin bütün sferalarında əsas rol oynadığı cəmiyyətdir. 

İnformasiya cəmiyyətinin əsas xüsusiyyətləri aşağıdakılardan ibarətdir: 

  Cəmiyyətdə informasiyanın, biliklərin, informasiya texnologiyalarının rolu artır; 



  Telefon, radio, televiziya, İnternet, ənənəvi və elektron mətbuatdan istifadə etməklə cə-

miyyət sürətlə informasiyalaşır; 

  İnsanların effekli informasiya əlaqəsini, onların ümumdünya informasiya resurslarına 



çıxışını, informasiya məhsullarına və xidmətlərinə tələbatını təmin edən qlobal informa-

siya məkanı formalaşır. 

 “İnformasiya cəmiyyəti” terminiilk dəfə leksikona 1969-cu ildə Tokio Texnologiya  

İnstitutunun professoru Y.Xayaşı tərəfindən daxil edilmişdir. Qərb ölkələrində 1992-ci ildən 

etibarən bu termin müntəzəm olaraq istifadə edilməyə başlanır. 


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

1494


 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

BMT Baş Assambleyasının 27 mart 2006-cı il tarixli qərarı ilə hər il 17 may – Ümum-

dünya Telekommunikasya və İnformasiya Cəmiyyəti Günü kimi qeyd edilir. 

Ölkəmizdə informasiya cəmiyyəti quruculuğunun həyata keçirilməsində  Azərbaycan 



Respublikasının  İnkişafı naminə  İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Milli 

Strategiya (2003-2012) mühüm rol oynamışdır. Milli Strategiyanın əsas məqsədi informasiya 

və kommunikasiya texnologiyalarından geniş istifadə etməklə ölkənin demokratik inkişafına 

kömək etmək və informasiya cəmiyyətinə keçidi təmin etməkdən ibarət idi.  

Milli Strategiyanın həyata keçirilməsini təmin etmək məqsədi ilə iki mərhələli dövlət 

proqramı həyata keçirilmişdir: 

1.  "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı 

üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı” (“Elektron Azərbaycan”)  

2.  "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı 



üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı” (“Elektron Azərbaycan”)  

Azərbaycan Respublikasının İnkişafı naminə İnformasiya və Kommunikasiya Texnolo-

giyaları üzrə Milli Strategiyanın müddəti bitməsi ilə ölkəmizdə informasiya cəmiyyəti quru-

culuğunun birinci mərhələsi başa çatmışdır. 2013-cü ildən etibarən ölkəmizdə informasiya cə-

miyyəti quruculuğunun ikinci mərhələsi başlanmışdır. Bu mərhələ “Azərbaycan 2020: Gələ-

cəyə baxış” İnkişaf Konsepsiyasında öz əksini tapmıpşdır. 2013-2020-ci illəri əhatə edən bu 

Konsepsiyada Azərbaycanda informasiya cəmiyyəti quruculuğu prosesinin növbəti 8 il üçün 

məqsədləri, istiqamətləri, vəzifələri müəyyən edilir. Bunlar aşağıdakılardır:  

  İnformasiya cəmiyyətinə keçidin təmin edilməsi 



  İnnovasiya yönümlü və biliyə əsaslanan iqtisadiyyatın qurulması 

  Dövlət və yerli özünüidarəetmə orqanlarında İKT-nin tətbiqinin və elektron xidmətlərin 



genişləndirilməsi 

  İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin genişləndirilməsi 



  Cəmiyyətin informasiya məhsul və xidmətlərinə tələbatının dolğun ödənilməsi 

  Rəqabətqabiliyyətli və ixrac yönümlü İKT potensialının gücləndirilməsi 



  Yüksəkixtisaslı mütəxəssislərin və elmi kadrların hazırlanması 

Bu Konsepsiyada informasiya cəmiyyəti quruculuğu ilə bağlı  nəzərdə tutulan müddə-

aların həyata keçirilməsi üçün Azərbaycan Respublikasında informasiya cəmiyyətinin in-



kişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya qəbul edilmişdir. Milli Strategiyanın 

əsas məqsədi aşağıdakılardan ibarətdir: 

  ölkədə informasiya cəmiyyətinin bərqərar olması 



  onun yaratdığı imkanlardan vətəndaş-ların, cəmiyyətin, dövlətin inkişafı üçün səmə-rəli 

 istifadə edilməsi 

  ölkənin davamlı və dayanıqlı inkişafı 



  İKT-nin dövlət idarəçiliyində hərtərəfli tətbiqi 

  İKT-nin sosial-iqtisadi və mədəni sahələrin inkişafına təkan verən iqtisadi sektor kimi 



 inkişaf etdirilməsi 

Milli Strategiyanın əsas fəaliyyət istiqamətləri isə bunlardır: 

  İKT infrastrukturu və xidmətləri (yerləşdiyi ərazidən asılı olmayaraq, bütün əhalini və 



təşkilatları birləşdirən yüksəksürətli dayanıqlı, təhlükəsiz genişzolaqlı  şəbəkənin qurulması; 

kənd yaşayış məntəqələri də daxil olmaqla, ölkə ərazisində genişzolaqlı, ucuz və keyfiyyətli 

İnternet xidmətlərinin göstərilməsi;əhalinin rəqəmli TV yayımı ilə tam əhatə olunması) 

  yüksək texnologiyalar sektorunun inkişafı (rəqabətqabiliyyətli İKT məhsul və xidmətlə-



rinin, elmtutumlu texnologiyaların və yüksək texnoloji məhsulların istehsalının stimullaşdırıl-

ması; kosmik sənaye, biotexnologiya, elektronika, yeni informasiya texnologiyaları, nano və 

nüvə texnologiyalarının inkişaf etdirilməsi; xüsusi vergi və gömrük rejimlərinin tətbiq olun-

ması;  İnternet iqtisadiyyatının, o cümlədən elektron ticarətin inkişaf etdirilməsi; informasiya 



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

1495


 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

cəmiyyətinin inkişafına yönəldilmiş fundamental və  tətbiqi elmi tədqiqatların aparılmasının 

genişləndirilməsi) 

  yüksək texnologiyaların inkişafı üzrə elmi-texniki potensialın gücləndirilməsi (kos-



mik, bio, nano texnologiyalar, kibertəhlükəsizlik, elektronika və yüksək texnologiyaların digər 

istiqamətləri üzrə elmi tədqiqatların genişləndirilməsi; özəl sektorda yüksək texnologiyalar 

üzrə elmi tədqiqatların aparılmasına şəraitin yaradılması və stimullaşdırılması) 

  elektron dövlətin inkişafı (dövlət orqanları arasında səmərəli və təhlükəsiz informasiya 



mübadiləsinin təmin olunması; “Elektron hökumət” portalı vasitəsilə “bir pəncərə” prinsipi ilə 

elektron xidmətlərin göstərilməsi; dövlət orqanlarında elektron sənəd dövriyyəsinin genişlən-

dirilməsi; “şəxsi kabinet”in və dövlət orqanlarına vahid müraciət imkanının yaradılması, “mo-

bil hökumət” texnologiyalarının tətbiqi; elektron xidmətlərin  əlçatarlığının artırılması üçün 

ictimai çıxış məntəqələri şəbəkəsinin genişləndirilməsi; elektron və mobil imzanın, həmçinin 

elektron ödənişin tətbiqinin genişləndirilməsi) 

  elektron təhsilin inkişafı (bütün ümumi təhsil müəssisələrinin etibarlı, təhlükəsiz geniş-



zolaqlı şəbəkəyə qoşulması; elektron tədris vasitələrinin inkişaf etdirilməsi; bütün təhsil pillə-

ləri üçün informatikanın tədrisinin keyfiyyətinin artırılması;  İKT-nin tətbiqi ilə yeni təhsil 

modellərinin, o cümlədən distant təhsilin həyata keçirilməsi; İKT sahəsində fasiləsiz profes-

sional hazırlıq sisteminin təkmilləşdirilməsi) 

  elektron səhiyyənin inkişafı (bütün tibbi personalın, tibb müəssisələrinin etibarlı, təh-



lükəsiz genişzolaqlı şəbəkəyə qoşulmasını təmin edən Milli Səhiyyə şəbəkəsinin yaradılması 

və inkişaf etdirilməsi; bütün yaş qruplarının elektron sağlamlıq kartları ilə  təmin olunması; 

telesəhiyyənin inkişaf etdirilməsi; ümumi istifadə üçün tibbi resursların yaradılması; tibb 

işçilərinin İKT biliklərinin artırılması) 

  elektron vətəndaşın inkişafı (cəmiyyətin bütün üzvləri, xüsusilə də ucqar kənd yaşayış 



məntəqələrində yaşayan və ya xüsusi tələbləri olan insanların kompyuterdən, internet xidmət-

lərindən, “E-hökumət” portalından istifadə bacarıqlarının formalaşdırılması və inkişaf etdiril-

məsi; bütün vətəndaşlar, biznes qurumları və dövlət tərəfindən İKT biliklərinə yiyələnmənin 

stimullaşdırılması; kiçik və orta sahibkarların biznes proseslərində  İKT-ni tətbiq etmələrinə 

kömək göstərilməsi; teleişin tətbiqinin genişləndirilməsi) 

  kadr hazırlığı 



  informasiya təhlükəsizliyinin təmin edilməsi 

  milli kontentin inkişaf etdirilməsi (Azərbaycan tarixi, vətənpərvərlik mövzuları, ədəbi 



və  mədəni irs üzrə internet resurslarının yaradılması  və inkişaf etdirilməsi; ümumi inkişaf, 

təhsil, səhiyyə və digər sahələr üzrə internet resurslarının, məlumat-axtarış sistemlərinin inki-

şaf etdirilməsi; milli azlıqların adət-ənənələrinə həsr olunmuş elektron resursların yaradılması 

və inkişafı; ödənişsiz istifadə edilə bilən Azərbaycan dilli proqram təminatlarının hazırlan-

ması və geniş istifadəsinin təmin olunması; onlayn medianın inkişaf etdirilməsi) 

Ölkəmizdə informasiya cəmiyyətinin inkişafına xidmət edən digər mühüm proqramlar 

da qəbul edilmiş və həyata keçirilmişdir: 

Ümumtəhsil məktəblərinin  İKT ilə  təminatı Proqramı (2005-2007). Bu proqramın 

məqsədi Azərbaycan Respublikasında yeni informasiya texnologiyalarından istifadə etməklə 

təhsilin keyfiyyətini yüksəltməyə xidmət edən, bütün pillə və səviyyələrdə vətəndaşlara təhsil 

almaqla bərabər imkanları təmin edən, ölkə təhsil informasiya sisteminin dünya təhsil siste-

minə inteqrasiyasına imkan verən vahid təhsil informasiya mühitini yaratmaq və əhalini infor-

masiya cəmiyyətinə hazırlamaq idi.  



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

1496


 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı (2008-2012). Bu 

Proqramın məqsədi bunlar idi: 

 

Təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi 



 

Elektron təhsil texnologiyalarının tətbiqinin genişləndirilməsi 



 

Təhsil sistemində idarəetmənin informasiyalaşdırılması 



 

Kadr potensialının gücləndirilməsi 



 

Normativ hüquqi bazanın təkmilləşdirilməsi.   



 

 

İNTERNAT  MƏKTƏBLƏRİNDƏ YAŞAYAN  VƏ  OXUYAN 



UŞAQLARIN TİPİK ORTA MƏKTƏBLƏRƏ İNTERQRASİYASI 

GÜNÜN TƏLƏBİDİR MÖVZUSU ÜZRƏ APARILMIŞ TƏDQİQAT 

İŞİNİN TƏQDİMATI 

 

 Süsən NƏBİYEVA 

 

Ulu öndərimiz Heydər Əliyev hələ 1994-cü il sentyabrın 27-də BMT-ninUşaq Hüquq-

ları Konvensiyasını imzalamaqla müharibə vəziyyətində olan bir ölkədə belə, uşaqların prob-

lemlərinin  həllinin vacibliyini ön plana çəkdi. 

Konvensiya Milli Məclisin 1992-ci il 21 iyul tarixli, 236 nömrəli qərarına əsasən ratifi-

kasiya edildi  və bu sahədə mühüm addımlar atılmağa başlandı. Uşaq hüquqlarının müdafiə-

sinin vəziyyətini aydınlaşdırmaq məqsədi ilə qiymətləndirmə aparıldı, məlum oldu ki, uşaq 

hüquqlarının tam qorunması mümkün olmayan sahə internat məktəbləri və  uşaq evləridir. 

Qiymətləndirmənin nəicələrinə əsaslanan, 2006-2015-ci illəri əhatə edən De-İnstitutlaşma və 

Alternativ Qayğı Proqramı  çərçivəsində bir çox işlər həyata keçirildi.Proqramın məqsədi 

uşaqların ailələrə verilməsi və ya ailə tipli müəssisələrə yerləşdirilməsini nəzərdə tuturdu.  

İşlədiklərini  əsas gətirərək uşaqlarına baxa bilməyən və onları internat məktəblərinə 

verən valideynlərin vəziyyətini nəzərə alaraq Günərzi qayğı mərkəzlərinin yaradılması, əlilliyi 

olan uşaqların inkişafını təmin edəcək Reabilitasiya mərkəzlərinin açılması və b.k. məqsədlər 

proqramın tələblərinə daxil idi. 

Bu tədqiqat işi həmin Proqram çərçivəsində Azərbaycan Respublikası Təhsil Nazirliyi 

və Hilfswerk Avstriya təşkilatının birgə layihəsi əsasında 2012-ci ildən fəaliyyət göstərən 1 

nömrəli Ailə Tipli Kiçik Qrup evində  və orada yaşayan uşaqların təhsil aldıqları 237 saylı 

məktəbdə aparılmışdır. 

Ailə Tipli Kiçik Qrup Evinin əsas məqsədi uşaqların inkişaf, müdafiə, iştirak, yaşamaq 

hüquqlarını təmin etməkdir. Bu müəssisə ailə və məktəb funksiyasını özündə birləşdirən inter-

nat məktəblərinə alternativ olaraq yaradılanilk uşaq qayğı  mərkəzidir.  İnternatlardan fərqli 

olaraq belə müəssisələrdə 8-12 nəfər uşaq yaşaya bilər. Onlar ailədəki uşaqlar kimi yaxınlıqda 

yerləşən məktəbdə təhsil alırlar. Uşaqların Təhsil Hüquqlarını təmin etmək məqsədi ilə onla-

rın icmada yerləşən tipik orta məktəbə getmələriəsas məsələlərdən  biridir. Çünki internat 

məktəblərində uşaqlar tam qapalı şəraitdə yaşayırlar. Onların bütün maddi və mənəvi tələbat-

ları maksimum dərəcədə müəssisə hasarları içərisində təşkil olunur. Ailə tipli müəssisələrdə 

isə uşaq sayının az olması (8-12 nəfər) həm orta məktəblərə yerləşdirilməkdə, həm  dərslərin 

hazırlanmasında, fərdi yanaşmanın həyata keçirilməsində, həyat bacarıqlarının öyrədilməsin-

də, cəmiyyətə layiqli vətəndaş yetişdirilməsində müsbət nəticələrə gətirib çıxarır. 

Tədqiqat işinin aparılmasında müəssisədə yaşayan və heç vaxt icmada yerləşən mək-

təblərdə təhsil almayan uşaqlarla 3 il işləyən 237 saylı məktəbin 50 nəfər müəllimi və Kiçik 



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

1497


 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Qrup Evində yaşayan həmin 10 nəfər uşaq iştirak etdi. Onlar əvvəlcədən hazırlanmış anket 

suallarını cavablandırdılar. Bu cavablar təhlil edilərək müəyyən nəticəyə gəlməkdə xüsusi rol 

oynadı. Məlum oldu ki, internatda yaşayan, təhsil alan uşaqların icmada yerləşən məktəbdə 

oxuması nəinki onların təhsil səviyyəsinin yüksəlməsinə, həmçinin mənəvi-mədəni inkişafla-

rına, sosiallaşmalarına da öz təsirini göstərməkdədir. Müəssisə uşaqlarına qarşı olan stereotip-

lərin aradan qalxması da diqqəti xüsusilə cəlb etməkdədir. 

Tədqiqat işinin nəticələri göstərdi ki, cəmiyyətimizin bu cür kiçik formalı müəssisələrə  

ehtiyacı var. Azərbaycanda Kiçik Qrup Evlərinin açılmasında Beynəlxalq təcrübələrin öyrə-

nilməsi və adaptasiya edilərək tətbiq olunması qarşıya çıxacaq arzuolunmaz halların baş ver-

məməsinə zəmin yaradır. Belə ki, internat evlərinin bağlanması üçün uşaq, müəllim, ailə qiy-

mətləndirmələri aparılır. Ailə uşağı təmin edəcək durumda olarsa, hər hansı maneələrin qanun 

çərçivəsində  həll olunması mümkündürsə, bu zaman ailəyə müəyyən köməkliklər (hüquqi, 

psixoloji, tibbi, sosial və s. yönəltməklə) göstərilir. Problem aradan qalxdıqdan sonra uşaq 

ailəyə qaytarılır. Ailəyə qaytarılması mümkün olmayan uşaqların gələcəkdə yalnız Kiçik Qrup 

Evlərinə yerləşdirilmələri nəzərdə tutulub. Müəllim kollektivinin hüquqları da qanuni yolla öz 

həllini tapır. Həmin müəllimlər ixtisaslarına uyğun işlə təmin edilirlər.  

Tədqiqat işinin mövzusu dövrümüzün aktual problemlərindən biridir. 

 

 


Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin