Mühazirə MÖvzu 1 Fəlakət təbabəti və Mülki Müdafiə tibb xidmətinin tə şkili, quruluşu, fə nni, vəzifələri MÖvzu 2


Bakterioloji ocaqda yaranmış şəraitin qiymətləndirilməsi



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə72/118
tarix17.11.2022
ölçüsü1,52 Mb.
#69524
növüMühazirə
1   ...   68   69   70   71   72   73   74   75   ...   118
Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti

 
Bakterioloji ocaqda yaranmış şəraitin qiymətləndirilməsi 
Bakterioloji (bioloji) silah – kütləvi qırğın silahlarının bir növü olub, bakterial vasitələrlə və 
onları tətbiq etmək üçün işlədilən döyüş sursatına, cihaz və tərtibatlara deyilir. Bu silahın əsasını 
xəstəlik törədən mikroblar və onlardan alınan toksinlər təşkil edir. Bakterioloji silahların tətbiqi 
zamanı insan yoluxmuş hava ilə nəfəs alarkən, yoluxmuş ərzaq və sudan istifadə etməklə, habelə 
yoluxmuş həşəratların dişləməsi və xəstə adamlarla təmasda olması nəticəsində xəstələnə bilər. 
İnsanlar bakterioloji vasitələrin tətbiq olunduğunu aşağıdakı xarici əlamətlərə görə təyin 
edə bilərlər. 
1. Döyüş sursatının zəif səslə partlaması və partlayış zamanı alovun olmaması; 
2. Binaların damı və divarlarında, ağac yarpaqlarında və yollarda tozaoxşar və ya qatı maye şəkilli 
maddələrin olması; 
3. Ərazidə iri qəlpələrin və tozlandırıcı xüsusi tərtibatların qalıqlarının olması; 
4. Döyüş mərmilərinin, konteynerlərin və ya müxtəlif bağlamaların və qabların düşdüyü yerlərdə 
həşəratların, gənələrin və ya gəmiricilərin olması. 
Əhali arasında yoluxucu xəstəliklərin yayılması, vəhşi həşaratların, ev heyvanlarının və quşların 
qəflətən kütləvi qırılması və ya xəstələnməsi də bakterioloji vasitələrin tətbiq olunduğuna dəlalət edə 
bilər. 
Bakterioloji silahın güclü təsiri onun yüksək dərəcədə patogenliyinə (xəstəlik törətməsinə) və 
kontakta (keçiricilik) əsaslanır. Bakterioloji vasitələrin təsir müddəti törədicinin xarici mühitdə 
davamlılığı ilə müəyyən edilir. Məsələn: təbii şəraitdə yatalaq (paratif) törədiciləri torpaqda 15 il qalır 
və əlverişli mühitdə öz fəallığını göstərə bilir. 
Bakterioloji silahı bir neçə üsulla tətbiq edilər: 
1. Aerozol; 
2. Yoluxdurulmuş həşərat və gəmiricilərin vasitəsi ilə;
3. Diversiya yolu ilə (su və ərzaq); 
4. Zəhərli maddələrin bakterial toksinlərlə birlikdə. 
Aerozol üsulu ilə tətbiq edildikdə yoluxucu xəstəliklər kütləvi hal alır. Yoluxdurulmuş həşərat və 
gəmiricilər vasitəsi ilə tətbiq edildikdə isə yoluxucu xəstəliklərin tədricən artması müşahidə olunur. 
Bakterioloji ocaqda yaranmış şəraitin qiymətləndirilməsi və ləğv edilməsi təkcə FHN tibb 
xidmətinin deyil, eyni zamanda digər xidmətlərin də qüvvə və vəsaitlərinin cəlb olunması ilə həyata 
keçirilir. Bütün tədbirlərə rayon və şəhər üzrə FH komissiyasının sədri rəhbərlik edir. Bu məqsədlə 
qərargah yaradılır və ocaq ləğv olunana qədər sutka ərzində növbətçilik qrafiki tərtib olunur. Ocağın 
ləğv olunması üçün plan tərtib edilir.

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin