Bakterioloji şəraitin qiymətləndirilməsinə aşağıdakılar aiddir: 1. Bakterioloji zəhərlənmə rayonunun sərhədlərini təyin etmək.
2. Ümumi kəşfiyyatın nəticələrinə görə bütün üsul və metodlardan istifadə etməklə əhalini xəbərdar
etmək. Ümumi kəşfiyyata xüsusi təlimatlandırılmış, qoruyucu peyvəndlər vurulmuş, mühafizəedici
vasitələr və zəruri ləvazimatlarla təhciz olunmuş heyət göndərilir.
3. Ərazidə bioloji kəşfiyyatın keçirilməsi – torpaq, su, hava, bitki örtükləri, heyvan və gəmirici
cəsədlərindən nümunə götürülməli,Sanitar epidemioloji mərkəz (SEM) və ya Səyyari epidemiya
əleyhinə dəstə (SEƏD) laboratoriyasına göndərilməlidir. Orada törədicinin növü, antibiotiklərə qarşı
həssasılığı müəyyənləşdirilir.
Bakterioloji ocaqda yaranmış şəraiti qiymətləndirəndə bir çox əlamətləri nəzərə almaq lazımdır: 1. Tətbiq edilmiş yoluxucu xəstəlik törədicilərin növü və onun tətbiqi üsulları.
2. Vaxtında aşkar edilməsi.
3. Çirklənmiş və çirklənməsi gözlənilən ərazinin sahəsi.
4. Metereoloji vəziyyət.
Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti Şöbə: “Müalicə işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci 57
5. İlin fəsli.
6. Əhalinin sayı və sıxlığı.
7. Tikililərin xarakteri
8. Əhalinin mühafizə vasitələri ilə təmin olunması.
9. Peyvənd olunmuş əhalinin sayı.
Ocağın ləğv olunmasında bu amillərin ətraflı öyrənilməsi böyük əhəmiyyət kəsb edir.
Bakterioloji silahın tətbiqi zamanı gözlənilən sanitar itkilərin hesablanması bir neçə səbəbə görə
çətinləşir:
Birinci – eyni bir zamanda bir neçə yoluxucu xəstəliyin törədiciləri tətbiq oluna bilər;
İkinci – müxtəlif insanların yoluxmağa qarşı müqavimətinin müxtəlif olması və
mikroorqanizmlərin hərəsinin özünəməxsus xüsusiyyətlərinin olması və onların virulentliyi ;
Üçüncü – xəstələrdən sağlam insanlara keçməsi ilə sanitar itkilərin artması (bu da sanitar
itkilərin qabaqcadan hesablanmasına imkan vermir.)
Xarici mütəxəssislərin fikrincə ocaqda olan əhalinin ümumi sayının 25-50% ilkin xəstələnə bilər.
Ancaq qabaqcadan aparılmış profilaktika tədbirləri və fərdi mühafizə vasitələrinin tətbiqi yoluxmaların
sayını xeyli azalda bilər.