Mühazirə MÖvzu 1 Fəlakət təbabəti və Mülki Müdafiə tibb xidmətinin tə şkili, quruluşu, fə nni, vəzifələri MÖvzu 2


Bakterioloji ocağın ləğv olunması üçün TX aşağıdakı kompleks tədbirləri həyata



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə76/118
tarix17.11.2022
ölçüsü1,52 Mb.
#69524
növüMühazirə
1   ...   72   73   74   75   76   77   78   79   ...   118
Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti

Bakterioloji ocağın ləğv olunması üçün TX aşağıdakı kompleks tədbirləri həyata 
keçirməlidir: 
1. Əhali xəbərdar olunmalıdır – ümumi kəşffiyyatın nəticələrini əldə etdikdən dərhal sonra yaxud 
bioloji silahın tətbiqi haqqında məlumatın daxil olunduğu zaman ―Kimyəvi həyəcan!‖ siqnalı verilir. 
Əhali fərdi mühafizə vasitələrindən əleyhiqazdan istifadə edir və zədələnmənin qarşısını almaq üçün 
lazımi tədbirlər görür. 
2. Bakterioloji ocağın sərhədləri müəyyən olunmalıdır. 
3. Ərazidə bioloji kəşfiyyat keçirilir. Bu məqsədlə torpaq su, hava, bitki örtükləri, ölmüş heyvan 
və gəmirici cəsədlərindən nümunə götürülür. Hətta bəzi şübhəli həşəratların tutulması da mümkündür. 
Əldə olunmuş materiallar sanitar – epidemioloji mərkəz (SEM) və səyyar epidemiya əleyhinə dəstə 
(SEƏD) laboratoriyalarına göndərilməlidir. Orada törədicinin növü, qidalı mühitlərə münasibəti və 
antibiotiklərə həssaslığı müəyyənləşdirilir. 
4. Ərazidə bakterioloji silah tətbiqi faktı təsdiq olunduqdan sonra, rayon və şəhər FH 
komissiyasının qərarı ilə karantin və observasiya təşkil olunur. 
5. Əhalinin tam sanitar təmizlənmədən keçməsi üçün DDA (dezinfeksiya-düş avtomobilləri), 
hamam və sanitar – buraxılış məntəqələrindən istifadə olunur. 
6. Spesifik və qeyri – spesifik profilaktik işlər aparılır. Spesifik - mikrobun növü təyin 
olunduqdan sonra peyvənd briqadaları zərdab, anatoksin, bakteriofaq və antibiotik vururlar. Qeyri – 
spesifik işlər zamanı törədici mikrobun növü təyin olunanadək SD tərəfindən sahə, mənzillərin 
yoxlaması aparılır. 
7. Xəstələrin aktiv sürətdə aşkar olunması. SD tərəfindən gündə 2 dəfə əhali arasında sorğu və 
termometriya aparılmalıdır. Xəstə şəxs aşkar olunduqda SD sahə həkiminə məlumat verir. Sahə həkimi 
dərhal xəstənin evinə getməli, onu xəstəxanaya yerləşdirməli və mənzilini dezinfeksiya etməlidir. Hər 
bir xəstəyə baxış keçirdikdən sonra həkim və SD mütləq tam sanitar təmizlənmədən keçməlidir. 
Poliklinikanın qeydiyyat otağı (resepşn) dispetçer məntəqəsi kimi fəaliyyət göstərir və həkimi bütün 
çağırışlara göndərir. Bütün aşkar olunmuş xəstələr haqqında poliklinika və SEM-in baş həkimi 
məlumatlanmalıdır. Lazım olduqda karantin zonasında yerləşən əksər xəstəxanalar infeksion iş 
rejiminə keçir, ictimai binalarda da müvəqqəti infeksion şöbələr yerləşdirilir (tibbi təxliyyənin 
mərhələlərinə uyğun). 
1. Mənzil, bina, ərazi və geyimlərin dezinfeksiyası. 
2. Dezinseksiya və deratizasiya tədbirləri. 
3. Ərzaq və suyun zərərsizləşdirilməsi. 
4. Ərazidə sanitar – maarif işinin genişləndirilməsi. 



Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin