Mühazirə MÖvzu 1 Fəlakət təbabəti və Mülki Müdafiə tibb xidmətinin tə şkili, quruluşu, fə nni, vəzifələri MÖvzu 2



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə78/118
tarix17.11.2022
ölçüsü1,52 Mb.
#69524
növüMühazirə
1   ...   74   75   76   77   78   79   80   81   ...   118
Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti

Dezinfeksiya
xəstəlik törədən mikrobların məhv edilməsinə deyilir. Dezinfeksiya məqsədilə 
xlorlu əhəng, xloramin, dixloramin, fenol və digər maddələrdən istifadə edirlər. Həmçinin bu məqsədlə 
qaynatmadan, yandırmadan və buxardan da istifadə etmək olar. 
Dezinseksiya
– xəstəlik törədən həşəratların məhv edilməsinə deyilir. Xəstəlik törədicilərini 
yayan həşəratları məhv etmək üçün heksaxloran, xlorofos və s. preparatlar işlədilir. 
Deratizasiya
– xəstəlik yayan gəmiricilərin məhv edilməsinə deyilir. Gəmiriciləri öldürmək 
üçün mexaniki (tələ qurmaq) və kimyəvi üsullardan məs. sink fosfid, natrium flor və s. preparatlardan 
və ultrasəsdən çox effektiv itifadə olunur. 
Observasiya 
– inkubasiya dövrü uzun sürən, az qorxulu yoluxucu xəstəliklər yayılmış 
ocaqlarda axrıncı xəstənin təcridindən və dezinfeksiyasından sonra aparılan tədbirlərdir. Buna aiddir: 
1. Yoluxucu xəstələrin axtarılması və təcridi; 
2. Yoluxmuş xəstələrin təxliyyəsi və onlara tibbi yardımın göstərilməsi; 
3. Yoluxmuş ərazidə sorğunun aparılması, onlarla təmasda olmuş şəxslərin və xəstələrin təyin 
olunması; 
4. Profilaktik tədbirlərin təcili aparılması; 
5. Tibbi müəssisələrdə epidemiya əleyhinə tədbilərin aparılması; 
6. Tam dezinfeksiyanın və sanitar təmizlənmənin aparılması. 
Karantin
kütləvi yayılan, qısa müddətdə ağırlaşmalar verən ağır yoluxucu xəstəliklər olan 
ərazidə aparılır: 
1. Yoluxucu xəstəliklər olan rayonda xüsusi rejimin təyin olunması; 
2. İcazəsiz həmin əraziyə giriş və çıxışın qadağan olunması; 
3. Su mənbələrinin, qidanın həmin ərazidə xüsusi qorunması; 
4. Dəmiryol, dəniz və təyyarə limanlarında sanitar – buraxılış məntəqələrinin yaradılması, ocağın 
maddi – texniki təminatının qəbul-ötürücü məntəqə vasitəsi ilə həyata keçirilməsi; 
5. Su mənbələri, ərzaq ehtiyyatları, yoluxucu xəstəliklər xəstəxanası və dövlət müəssisələrinin 
mühafizəsi məqsədi ilə komendant xidmətinin təşkil olunması; 
6. Əyləncə və kütləvi tədbirlərin keçirilməsinin qadağan olunması. 
Bunlardan əlavə əhalinin qismən və tam sanitariya təmizlənməsi aparılır. 



Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin