Mühazirə MÖvzu 1 Fəlakət təbabəti və Mülki Müdafiə tibb xidmətinin tə şkili, quruluşu, fə nni, vəzifələri MÖvzu 2



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə81/118
tarix17.11.2022
ölçüsü1,52 Mb.
#69524
növüMühazirə
1   ...   77   78   79   80   81   82   83   84   ...   118
Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti

Zəhərlənmə ocaqlarında: 
1.üst paltarı, dəri müdafiə geyimləri və ayaqqabını şotka və yaxud süpürgə ilə təmizləməli; 
2.islanmış dəsmal (tampon) ilə əlin açıq yerləri və əleyhqazın üz hissəsini silməli. 
Zəhərlənmə ocağından çıxdıqdan sonra: 
1. ehtiyatla üst paltarı və dəri müdafiə vasitələrini çıxarmalı (əleyhqaz çıxarılmır); 
2. arxası küləyə qarşı durub üst paltarı çırpmaq və təmizləmək; 
3. çıxarılmış paltarı kəndirin üzərinə asıb, şotka və yaxud süpürgə ilə radioaktiv tozu süpürməli
əleyhqazın çantasını təmizləməli və tozlu hissəsini islanmış əski ilə silməli; 
4. əleyhqazı çıxarıb əlləri, üzü, gözləri yaş dəsmalla silməli, ağız burun boşluğunu təmiz su ilə 
yaxalamalı. 
Bakterioloji vasitələrlə zəhərləndikdə: 
1. paltarı süpürgə ilə təmizləməli və yaxud çırpmalı; 
2. fərdi kimyəvi paketlə əleyhqazın üz hissəsini, boyun nahiyyəsini və əlləri silməli. 
Eyni vaxtda radioaktiv kimyəvi və bakterioloji zəhərlənməyə məruz qaldıqda birinci növbədə 
kimyəvi, sonra isə radioaktiv və bakterioloji zəhərlənmənin qarşısını almaq lazımdır.
Radioaktiv maddələrlə zəhərləndikdə qismən sanitariya təmizləmə bu ardıcıllıqla aparılır: 
1. əleyhqazı (respiratoru) çıxarmadan üst paltarları çıxarıb silirlər, süpürürlər, çırpırlar; 
2. ayaqqabıları yaş əski ilə silir və yaxud yuyurlar. Qışda təmiz qar ilə yumaq olar; 
3. əleyhqazların (respiratorun) çantasını silirlər, uzun borucuğunu qutusunu yaş əski ilə silirlər; 
4. əleyhqazı (respiratoru) əlcəkləri çıxarıb üzü, boyunu, əlləri təmiz su ilə yuyub, ağızı və boğazı 
qarqara edirlər. 
Əgər su yoxsa dərinin açıq hissələri kimya əleyhinə paketin daxilindəki maye ilə silinir (qışda 
təmiz qarla). Daha sonra üst paltarları çıxarır, arxası küləyə tərəf dayanaraq onları çırpırlar, sonra 
kəndirdən asıb, süpürgə ilə yuxarıdan aşağıya doğru radioaktiv tozdan təmizlənir və ya çubuqla 
çırpırlar. 

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin