Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti
Şöbə: “Müalicə işi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
64
Fərdi kimya əleyhinə paket olmadıqda zəhərləyici maddə damcıları pambıq, bint, hər hansı
materiya parçası ilə ehtiyatla yuxarıdan aşağıya
istiqamətində silinir, hər
dəfə onu yenisi ilə əvəz
edirlər. İmkan olan kimi isə nahiyyələri dərhal su ilə sabunla yuyurlar və təmiz dəsmalla qurulayırlar.
Kimyəvi zədələnmə ocağından çıxan kimi xüsusi ayrılmış yerdə mühafizə vasitələri çıxarılır.
Sonra əleyhqazı çıxarmadan dərinin açıq hissələri paltar və ayaqqabılar yenidən gözdən keçirilir, əgər
zəhərləyici maddə damcıları
aşkar olunarsa, onları yenə də deqazasiya məhlulu ilə təmizləyirlər.
Ayaqqabılar əski, kağız və otla təmizlənir. Təmizləmə işlərini qurtardıqdan sonra əllər və bədənin açıq
hissələri kimya əleyhinə paketin məhlulu ilə silinir. Qismən sanitariya təmizləmədən keçmiş adamlar
adətən fərdi dozimetrik nəzarətdən keçirilir.
Əgər məlum olsa ki, paltarın
və bədənin radioaktiv
zəhərlənməsi yol verilən səviyyədən artıqdır, onda tam sanitariya təmizlənməsi aparmaq lazımdır.
Tam sanitariya təmizlənməsi – bütün bədənin isti su, sabun və kisə ilə yuyulmasından, habelə
gözlərin, burun və ağız boşluğunun selikli qişalarının 2%-li soda məhlulu
ilə təmizlənməsindən
ibarətdir. Zədələnmə ocağından çıxandan sonra, sanitar yuma məntəqəsində aparılır.Bu vaxt adamların
bədəni isti su ilə, sabunla və hamam lifi vasitəsilə yuyulur.
Dostları ilə paylaş: