Mühazirə MÖvzu 1 Fəlakət təbabəti və Mülki Müdafiə tibb xidmətinin tə şkili, quruluşu, fə nni, vəzifələri MÖvzu 2


Süni zərərsizləşdirilmə üsulları - BS, RM və ZM-lə çirklənmiş ərzaq ehtiyyatları aşağıdakı



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə75/118
tarix17.11.2022
ölçüsü1,52 Mb.
#69524
növüMühazirə
1   ...   71   72   73   74   75   76   77   78   ...   118
Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti

Süni zərərsizləşdirilmə üsulları - BS, RM və ZM-lə çirklənmiş ərzaq ehtiyyatları aşağıdakı 
süni üsullarla zərərsizləşdirilir: 
1. qabların və qutuların su və yuyucu vasitələrlə yuyulması; 
2. ərzaqın təmiz qablara yerləşdirilməsi; 
3. ərzağın çirklənmiş qatının götürülməsi; 
4. BS və ZM-lə çirklənməsində termiki işlənmə; 
5. BS-la çirklənmələrdə ultrabənövşəyi şüalarla zərərsizləşdirmə. 
Damcı-maye şəklində ZM-lə çirklənmiş məhsullar məhv edilməlidir. 
Suyun zərərsizləşdirməsi üsulları aşağıdakılardır: 
1. çökdürmə; 
2. koaqulyasiyadan sonrakı çökdürmə; 
3. süzgəcdən keçirilməsi; 
4. qaynatma üsulu; 
5. buxarlandırmadan sonra kondensasiya
6. xlorlaşdırma; 
7. mexaniki avtosüzgəcli qurğularla; 
8. aerizasiya üsulu. 
Mənzillərdə olan su və ərzaq ehtiyatlarının zərərsizləşdirilməsi və sanitar ekspertizası iqtisadi 
cəhətdən sərfəli olmadığı üçün məqsədəuyğun deyil. 
Ərzaq və su ehtiyatlarının sanitar ekspertizası və zərərsizləşdirilməsi üçün məsul şəxs rayon və 
şəhər MM qərargah rəisidir. Qərargah rəisi bu tədbirlərin vaxtında yerinə yetirilməsi üçün zəruri 
vasitələrlə aidiyyatı qurumları tam təmin etməlidir. 


Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti 
 
Şöbə: “Müalicə işi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci
59
MÖVZU 27 
 
Bakterioloji ocağın lokalizasiyası və ləğv olunması 
Bakterioloji silah ocağının lokalozasiyası və ləğv olunması təkcə FHN tibb xidmətinin deyil, 
eyni zamanda digər xidmətlərin də, qüvvə və vəsaitlərinin cəlb olunması ilə həyata keçirilir. Bütün 
tədbirlərə rayon və ya şəhər üzrə FH komissiyasının sədri rəhbərlik edir. Bu məqsədlə qərərgah 
yaradılır və ocaq ləğv olunana qədər sutka ərzində növbətçilik qrafiki tərtib olunur. Qərargah rəisi 
ocağın ləğvi üçün plan tərtib edir və onu rayon və ya şəhər rəhbərliyi ilə razılaşdırılır. Qərargahın 
tərkibinə sanitar – epidemioloji, müalicə - profilaktika, elmi müəssisələr və digər xidmətlərin 
nümayəndələri daxildir. Qərargah öz işinə ilk növbədə ərazidə ümumi kəşfiyyatlar başlayır.
Müşahidə postları qurulur, laborator nəzarət gücləndirilir. Radiasion və kimyəvi kəşfiyyat 
xidmətinin cihazlarının göstərişləri əsasında, ZM və RM maddələrin hava və ətraf mühitdə olub 
olmaması dəqiqləşdirilir. 
Ərazidə gəmiricilərin daha çox görünməsi, hətta onların cəsədlərinin müşahidə olunması, günün 
isti vaxtı bitkilərin, tikintilərin və maşınların üstündə şehin olması bakterioloji silahın tətbiq olunması 
faktını təsdiq edir. 

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin