«İxtisasa giriş»


ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ SAHƏSİNDƏ HÜQUQLAR VƏ VƏZİFƏLƏR



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə11/22
tarix23.11.2022
ölçüsü1,12 Mb.
#69987
növüMühazirə
1   ...   7   8   9   10   11   12   13   14   ...   22
M.Sunay-İxtisasa-giriş

ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ SAHƏSİNDƏ HÜQUQLAR VƏ VƏZİFƏLƏR 
M a d d ə 4 .  Ətraf mühitin mühafizəsi sahəsində dövlətin hüquqları və vəzifələri
 
1. Ətraf mühitin mühafizəsi sahəsində dövlətin hüquqları: 
1.1. dövlət siyasətinin əsas istiqamətlərini, onun həyata keçirilməsi üçün strateji tədbirləri 
hazırlamaq; 
1.2. ətraf mühitin mühafizəsi sahəsində təsərrüfat və başqa fəaliyyətin ekoloji tarazlığa olan 
keyfiyyət normativlərini işləmək və təsdiq edilməsi qaydalarını müəyyən etmək; 
1.3. ətraf mühitin mühafizəsinin dövlət fondları haqqında əsasnamələri təsdiq etmək; 
1.4. qanunvericiliyə müvafiq olaraq təbii resursların istifadəyə verilməsi haqqında qərarları 
qəbul etmək, təbiətdən istifadəyə görə limitləri və kvotaları müəyyən etmək, müqavilələri 
(kontraktları) bağlamaq; 
1.6. təbiətin mühafizəsinin müxtəlif hallarına dair konsepsiyaları, təbii 
resursların istifadəsi, mühafizəsi və bərpasına dair kompleks proqramları təsdiq etmək və 
həyata keçirilmək, təbii ehtiyatların dövlət kadastrının və dövlət uçotunun aparılması 
qaydalarını müəyyən etmək; 
1.7. ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydalarını 
müəyyən etmək; 
1.9. xüsusi elmi-ekoloji və bioloji əhəmiyyətli ətraf mühitin mühafizəsi obyektlərinin 
siyahısını təsdiq etmək, dövlət qoruqlarını, dövlət milli və təbiət parklarını, başqa xüsusi 
mühafizə tələb edən ərazilərini və obyektlərini təşkil etmək; 
1.10. ətraf mühitin mühafizəsi sahəsində informasiyanın verilməsi və dövlət statistikasının 
aparılması qaydalarını müəyyən etmək; 
1.11. ekoloji auditor fəaliyyətinin aparılması qaydalarını müəyyən etmək; 
1.12. təbiətdən istifadə ilə bağlı “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 
Qanununda nəzərdə tutulmuş lisenziya və icazələri vermək, bu Qanunun 15-ci maddəsinə uyğun olaraq 
müqavilələr bağlamaq.
[9]
 
1.13. ətraf mühitin mühafizəsi və sağlamlaşdırılması sahəsində xərcləri təsdiq etməkdir. 
2. Ətraf mühitin mühafizəsi sahəsində dövlətin vəzifələri: 
2.1. ətraf mühitin ekoloji tarazlıq və təbiətdən istifadənin müxtəlif sahələri üzrə proqramları 
hazırlamaq; 
2.2. dövlət ekoloji ekspertizasını təşkil etmək; 
2.3. ətraf mühitin, heyvanlar və bitki aləminin mühafizəsinə, bərpasına və istifadəsinə 
dövlət nəzarətini həyata keçirmək; 
2.3-1. “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” 
Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, genetik modifikasiya olunmuş bitkilərin, 


eləcə də müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki 
materiallarının idxalına və dövriyyəsinə dövlət nəzarətini həyata keçirmək; 
[10]
 
2.4. heyvanlar və bitki aləminin nadir və yer üzündən yox olması təhlükəsinə məruz qalmış 
növlərinin dövlət kadastrını aparmaq ("Qırmızı kitab"ı nəşr etmək); 
2.5. beynəlxalq əməkdaşlığı həyata keçirmək; 
2.6. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun digər vəzifələri həyata 
keçirməkdir. 
M a d d ə 5 .  Ətraf mühitin mühafizəsi sahəsində yerli özünüidarəetmə orqanlarının 

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin