«İxtisasa giriş»



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə21/22
tarix23.11.2022
ölçüsü1,12 Mb.
#69987
növüMühazirə
1   ...   14   15   16   17   18   19   20   21   22
M.Sunay-İxtisasa-giriş

16. Qlobal probleml
ərin və proqnozların mahiyyəti 
Qlobal ekoloji problembr 
— cəmiyyət və təbiət arasında əlaqələrə toxunan, yaşamaq 
üçün təhlükə yaradan və öz qərarlarını birləşdirməyi, gücləndirməyi tələb edən 
b
əşəriyyətin problemləridir. İnsanın təbiətlə qarşılıqlı təsiri prosesində təbiətlə təbii 
kompleksl
ərin və onun ayrı-ayn komponentlərinin fəaliyyətində və quruluşunda köklü 
d
əyişikliklər baş verir. Təbiətin ekoloji durumu və balansı pozulur. Biosferin ekoloji 
balansı bizim planetin təkamül prosesi nəticəsində yığılmış maddələr dövranı, mineral 
v
ə bioloji dövranlar, hidrotexniki və ra- diasion rejimlərinin qarşılıqlı təsirləri kimi izah 
olunur. Biosferin f
əaliyyəti kiçik (bioloji) və böyük (geoloji) maddələr dövranı, qaz 
d
əyişmə prosesləri ilə bağlıdır. Bütün bu proseslərin əsasını fotosintez prosesi təşkil 
edir. İnsan biosferin quruluşunun və onun ayn-ayn komponentlərinin fəaliyyətinin 
d
əyişilməsinə birbaşa deyil, dolayısı ilə səbəb olur. Təbiətdə antropogen dəyişikliklər 
əksər hallarda pozitiv xarakter daşıyır. Onlar bəşəriyyət üçün zəruridir: şəhərlər tikilir, 
s
ənaye və kənd təsərrüfatı inkişaf edir, landşaft yaxşılaşır. Ancaq bu dəyişikliklər həm 
d
ə neqativ xarakter də yarada bilər. Bununla bağlı bəşəriyyətin qarşısında dayanan ən 
əsas tapşırıqlardan biri insan üçün və bütün canlılar üçün ekoloji balansın qorunmasıdır. 
Mövcud dəyişikliklər bəzən əks təsir göstərir. Belə ki, hidronıcliorasiya (bataqlıq üçün), 
landşafta bitişik yerlərdə yeraltı suların azalmasına və çoxlu növdə heyvanların 
qırılmasına gətirib çıxarır. Bu təhlükə, yəni insanın təbiətə mənfi təsiri qaçılmazdır. Ətraf 
mühitin vəziyyətinin korlanması ekoloji siyasətin səhvlərindən, texniki inkişaf 
s
əviyyəsinin kifayət qədər olmamasından, antropogen təsirin yaranmasından və zəif 
öyrənilməsindən, ətraf mühitdə istifadə edilən və yayılan zəhərli maddələrdən və s. 
ibar
ətdir. Biosferin və onun komplekslərində ehtiyatların küllü miqdarda olmasına 
baxmayaraq, yeni t
əkamül prosesində antropogen təsirlər nəticəsində mənfi vəziyyətə 
g
ətirib çıxara bilər. Buraya biosferin kimyəvi maddələrlə çirklənməsi, geokimyəvi və 
başqa dövranların pozulması aiddir. Bu təbii resursların səmərəsiz istifadəsi ilə 
əlaqədardır və bioloji yeniləşmənin pozulmasına, eyni zamanda mineral ehtiyatların 
tükənməsinə gətirib çıxarır. Ona görə də, birinci planda ətraf mühitin vəziyyətinə nəzarət 
ed
ən təşkilatların tapşırıqlarına əməl etmək və təbiətdə tarazlığın qorunmasının bütün 
qanunauyğunluqlarının öyrənilməsi zoruridir. Uzun müddət belə bir fikir reallaşmışdır ki, 
ekoloji probleml
əri texnoloji proseslərin (tullantısız istehsalda) təkmilləşdirilməsi yolu ilə, 
istehsal eh tiyatlannın hocminin azaldılması vo s. vasitolorlə holl ctmok olar. Son 
zamanlar bir çox alimlər akademik K.H.Kondratycv, prof. K.S.Losycv və V.Q.Qorşkov 
hesab edirl
ər ki, əgər bəşəriyyət ilkin bioloji məhsulun yalnız 1%-ni istifadə etsə, təbii 
prosesl
ərin antropogen pozulmasını biosfer tamamilə bərpa edə bilər. Son zamanlar 
t
ələbat 10%-ə yaxınlaşır, bu isə biosferin bərpa imkanını azaldır və qlobal ekoloji 
f
əlakətə gətirib çıxarır. Bundan başqa, son zamanlara qədər belə hesab edilirdi ki, bir 
çox sosial-iqtisadi və ekoloji problemlərin həlli, energetikanın gücünün artırılmasından, 
enerji ehtiyatlarına, tələbatın böyüməsindən asılıdır. Belə ki, buraxılabilən eneıji sərfi 
ild
ə 1 TVt nizamlanmışdır. Son zamanlar bu sədd genişlənmiş, bu isə biosferin 
quruluşunda qcyri-tarazlığın yaranmasına səbəb olmuşdur. Bir sözlə biosferin bərpa 
imkanı pozulmuş, bu isə qlobal ekoloji fəlakətin yaranmasına və onun inkişafına səbəb 
olması qaçılmazdır. Müasir sivilizasiyanın inkişafı yalnız iqtisadi inkişaf tendensiyasının 


d
əyişilməsi və ictimai əlaqələr formasının yaranması nəticəsində mümkündür. İstehlak 
sivilizasiyası N.N. Rodzeviç qeyd etdiyi kimi öz real həddini keçmişdir və yaşayış 
mühitinin dağılması prosesi baş verir. Bunun üçün cəmiyyətin istehsal və istehlak 
mövqeyini dəyişmək lazımdır. Qlobal ekoloji fəlakətin yaranması, həmçinin əhalinin 
sayının artması ilə də bağlıdır. Qida və ehtiyat məhsulları planetin artan əhalisinin 
ehtiyacını ödəmək üçün (T.Maltus öz əsərlərinin bazası əsasında təsdiq etmişdir) 
kifay
ət deyildir. Qeyd edildiyi kimi, ətraf mühitin vəziyyətinin pisləşməsi hər şeydən əvvəl 
texniki v
ə ekoloji siyasətin hesabatlarından, texniki inkişafın aşağı səviyyəsindən, 
antropogen t
əsirlərin nəticələrinin zəif öyrənilməsi, eyni zamanda təbii mühitdə istifadə 
olunan z
ərərli maddələrin yayılması və s. səbəblərdən asılıdır. Demək lazımdır ki, 
antropogen t
əsirlər təbiətdə mühüm mənfi nəticələ- ra aparıb çıxarır: biosferin kimyəvi 
madd
ələrlə çirklənməsi, geokimyəvi pozulmalar və başqa təsirlər. Bu təbii ehtiyatların 
s
əmərəsiz istifadəsi ilə bağlıdır və bioloji bərpa etmənin pozulmasına və mineralların 
tükənməsinə gətirib çıxarır. Bunlarla bağlı olaraq birinci planda təbii mühitin vəziyyətinə 
n
əzarətin qurulması zəruriliyi yaranır. Ətraf mühitdə gedən dəyişkənliyi izləmək üçün 
t
əbii mühitin vəziyyətinə «nəzarət sistcmi»ni qurmaq və tətbiq etmək lazımdır. Rio-de 
Janeyroda keçirilən (1992) Ətraf Mühit haqqında Beynəlxalq Konfransda aşağıdakı 
qlobal probleml
ər müzakirə edilmişdir: yerin iqlim şəraitinin stabilləşməsi; Atmosferin 
t
ərkibinin qorunması; yeraltı ehtiyatlardan səmərəli istifadə və torpağın eroziyasının 
qarşısının alınması, Quraqlığa və səhralaşmaya qarşı mübarizə; Dünya okeanından 
s
əmərəli istifadə və müdafiəsinin təşkili; İçməli suyun keyfiyyətinin mühafizəsi və ondan 
istifad
ənin optimallaşdınlması; bioloji müxtəlifliyin və meşələrin qorunması. Təbiətin 
v
əziyyətinin ümumi qiymətləndirilməsində (proqnozlaşdırma əsasında) biosferin 
g
ələcəkdə vəziyyətini öyrənmək lazımdır. Bunun üçün vahid fikir yoxdur. «Roma klubu» 
t
əşkilatının (1968-ci ildə İtaliya ekoloqu A.Pcççcy tərəfindən əsaslandırılmışdır) 
fikirl
ərində əsas məqsəd dünya ictimaiyyətinin diqqətini ekoloji fəlakətlərə yönəltməkdir. 
D. Medouz v
ə onun tərəfdaşları təklif etdiyi modeldə cəmiyyətin inkişafı beş qlobal 
faktora ayrılmışdır: sənayeləşmə; ətraf mühitin çirklənməsi; əhali artımı; qida 
m
əhsullarının istehsalı; bərpa edilməyən təbii resursların istifadəsi. D.Medouz «Artımın 
h
əddi» kitabından belə qənaətə gəlmək olar ki, əgər bütün dünyada sənaye artımının 
qarşısı alınmasa ətraf mühitin amansızlıqla dağıdılması nəticəsində bütün bəşəriyyəti 
ölüm təhlükəsi gözləyir. C.Forrester və D.Medouz öz modellərində planetin əhali sayının 
artımını və sənaye istehsalını müvəqqəti dayandırmağı, yəni konservləşdirməni təklif 
edirl
ər. Medouzun fikrincə bir müddətdən sonra əhalinin artımı elə həddə çatacaq ki, 
milli s
ərvətlər fəlakət vəziyyətində mənimsəniləcək: ətraf mühit çirklənəcək, təbii 
s
ərvətlər tükənəcək, nəticədə əhalinin sayı azalmağa başlayacaq. Bu vəziyyətdən 
yegan
ə çıxış yolu - «qlobal tarazlıq» və ona keçiddir. Bu yolla təbii ehtiyatlardan istifadə 
8 d
əfə, ətraf mühitə atılan zəhərli maddələrin tullantıları isə 4 dəfə azalır. Sonradan 
aliml
ər birinci modelin real olmadığını anladılar. Onlar yeni variantı «Bəşəriyyət 
yolayrıcında» modelini təklif etdilər. Bu məruzənin müəllifləri M.Mcsaroviç və E. Pestel 
pessimist fikirl
ərlə bu problemlərə bir yumşaqlıq qatmışdılar (iqtisadi artımı zəiflətmək). 
Mesaroviç və Pestel öz yekun nitqlərini aşağıdakı kimi ifadə etmişdilər: müasir dünyaya 
bütöv qeyri-homogen kimi baxmaq lazımdır, (mədəniyyətdə, ənənələrdə, iqtisadi 
inkişafda müxtəlifliyin olması); müxtəlif səbəblərə görə və müxtəlif ərazilərdə lokal 
f
əlakətlərin baş verə bilməsi; qlobal planda qərarlar qəbul etməklə, dünya sistemində 
f
əlakətləri dayandırmaq olar. Qlobal xarakterli problemlərin həllini diferen- siallaşmış 


b
ərabərliklərin artımı ilə həyata keçirmək mümkün deyil; dünya strategiyasının 
reallaşmasını təxirə salmaq mümkün deyil, həm də öldürücü təhlükəlidir. Ölkələrin 
qarşılaşdığı sosial-siyasi əlaqələri, iqtisadi inkişaf pilləsində tarixi xüsusiyyət vo 
ad
ətlərini öyrənən alimlər ölkələri 10 əraziyə ayırırlar: Şimali Amerika, Qərbi Avropa, 
Yaponiya, Avstraliya, C
ənubi Afrika, Latın Amerikası, Şimali Afrika və Yaxın Şərq, 
Tropik Afrika, C
ənubi vo Cənub-şərqi Asiya, Çin. Təkcə 1971-1981-ci illər arasındakı 
dövrdə ondan yuxarı irimiqyaslı qlobal problemlər qeyd edilmişdir. Onların ümumi 
v
əziyyəti aşağıdakı kimidir: 1. Texnoloji tərəqqi arzuolunandır, ancaq həyat üçün daha 
vacib v
ə lazımlı, eyni zamanda sosial, iqtisadi və siyasi dəyişikliklərin baş verməsidir. 2 
Planetd
ə dünya xalqlarının əhalisi hədsiz sayda arta bilməz. 3. Əhalinin gələcək artımı 
n
əticəsində Yerin fiziki imkanlarının və həyatı təminetmə sistemində lazım olan tələbatın 
ödəməsi haqqında tam informasiya mövcud deyil. 4. Nə qədər ki, xalqlar, ölkələr və 
ətraf mühit bir-birindən həddən artıq sıx əlaqədardır, ona görə də bütün qərarlar 
qarşılıqlı kontekst halında qəbul edilməlidir. 5. Gələcək quruluşun qlobal problemləri, 
indikind
ən pis vo ya yaxşı olması təyin edilməmişdir və onun qiymətləndirilməsi dürüst 
aparılmalıdır. Hələ XX əsrin 60-70-ci illərində hesab edilirdi ki, bütün bəşəriyyət üçün 
ekoloji probleml
ər ümumi ola bilməz. Qlobal ekoloji problemlərin yaranması təbii 
resurslardan istifad
ə tempinin güclənməsi vo texniki proqreslə, «demoqrafıq partlayışla» 
v
ə s. ilə əlaqədardır. Belə ki, axırıncı yüzillikdə bizim planetin əhalisinin sayı 6 mlrd, 
n
əfərədək artmışdır (son zamanlar artım 1 mlrd, təşkil edir), 211 dövlət yaranmış, ərzaq 
istehsalı 120 dəfə artmış, meşə əraziləri isə 2 dəfə azalmışdır. Bütün bu problemləri 
ayrı-ayrılıqda həll edilə bilməz, belə qərarlar bütün Planetin gələcəyini təhlükə altına ala 
bil
ər. Son zamanlar dünyada 50-ədək qlobal ekoloji problemlər yaranmışdır. 

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin