Ġxtisas: MÜhasibat üÇotu fənnin adi : sahibkarliğin əsaslari fənn müƏllimii: HƏbibi həbib məMMƏd o



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə58/79
tarix23.11.2022
ölçüsü1,06 Mb.
#70118
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   ...   79
Sahibkarlığın əsasları-q (Mühazirələr)

Sosial-psixoloji metod
[
redaktə
 | 
əsas redaktə
]
 
Sosial - psixoloji metod müəssisənin və onun personalının sosial və psixoloji maraqlarına təsir 
göstərmək vasitələrinə əsaslanır. Bu metod kollektivin, qrupun və şəxsiyyətin rolu və statusu, 
davranışı və qabiliyyəti üzərində qurulur. Bu metod, əsasən iki tərkib hissədən ibarətdir: 

sosial (ictimai) təsir üsulları; 

psixoloji təsir üsulları. 
Sosial təsir üsullarına aşağıdakı elementlər daxildir: 

İctimai-istehsal fəallığının yüksəldilməsi (
lider
lərə bənzəmək, bütün fəaliyyət sahələrində 
nümunəvi davranış standartlarının qəbul edilməsi və s.); 

İctimai varislik münasibətlərinin qorunması (ustalıq müsabiqələrinin keçirilməsi, yüksək 
ixtisaslı kadrlara ehtiram və onların xidmətlərinin qeyd olunması və s.); 

İctimai tənzimləmə (işçilər arasında münasibət normalarının qoyulması, daxili intizam 
qaydalarının təsdiqi, 
istehsal
 etikasının və firmanın imicinin qorunması və s.); 



Mənəvi həvəsləndirmə (fərdlərin ayrı-ayrılıqda və kollektiv şəklində maraqlandırılması, 
mükafatlandırma) kimi tətbiq oluna bilərlər. 
Psixoloji metod dedikdə, fərdlərin, qrupun və kollektivin davranışı və qabiliyyətindən istifadə 
olunmaqla tədbirlər hazırlanması və həyata keçirilməsi yolu ilə firmada işçilərin qarşılıqlı 
münasibətlərinin harmoniyasını təmin etmək və daha münasib psixoloji şərait yaratmaq başa 
düşülür. Psixoloji təsir üsullarına aşağıdakı elementlər daxildir: 

əməyin humanistləşdirilməsi (təkrarlanan üzücü işlərin ləğvi, otaqların və avadanlıqların 
xoşagəlimli rənglənməsi, qəlbə yatan musiqi səsləndirilməsi və s.); 

psixoloji həvəsləndirmə (təşəbbüskarlığın, yaradıcılığın və müstəqilliyin qiymətləndirilməsi 
və s.); 

əmək fəaliyyətində fərdi qabiliyyətin qiymətləndirilməsi və peşəkarların seçilib 
fərqləndirilməsi (fərdi keyfiyyətlərə görə seçmək və oxutmaq); 

mənəvi və psixoloji keyfiyyətlərinə görə qiymətləndirmək və istiqamətləndirmək; 

işçiləri mənəvi və psixoloji yaxınlıqlarına görə qruplaşdırmaq; 

rəhbər
lər və tabeçilikdə olan işçilər arasında normal qarşılıqlı münasibətlər qurulması yolu 
ilə təsir göstərmək. 
Menecmentin funksiyaları idarəetmə fəaliyyətinin spesifik növlərinin sabit tərkibini müəyyən 
edirlər ki, bunlar da məqsədlərin, hərəkətlərin və yaxud onların tətbiq obyektlərinin həmcinsliyi 
ilə xarakterizə olunurlar. Menecmentin aşağıdakı əsas funksiyaları var: 

Planlaşdırma funksiyası 

Təşkiletmə funksiyası 

Motivasiya funksiyası 

Nəzarət funksiyası 

Marketinq funksiyası 

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin