Ġxtisas: MÜhasibat üÇotu fənnin adi : sahibkarliğin əsaslari fənn müƏllimii: HƏbibi həbib məMMƏd o



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə60/79
tarix23.11.2022
ölçüsü1,06 Mb.
#70118
növüDərs
1   ...   56   57   58   59   60   61   62   63   ...   79
Sahibkarlığın əsasları-q (Mühazirələr)

Təşkiletmə funksiyası 
Təşkiletmə funksiyası fəaliyyətin həyata keçirilməsi ilə əlaqədar hazırlıq işlərinin yerinə 
yetirilməsidir. Təşkiletmə funksiyası fəaliyyətin planlaşdırma mərhələsindən fəaliyyətin həyata 
keçirilməsi mərhələsinə keçid mərhələsidir. Təşkiletmə işə başlamaq üçün lazım olan ünsürləri 
cəlb edir, yerləşdirir, onların gələcəkdə birgə fəaliyyəti üçün qarşılıqlı əlaqəsini təmin edir, işlək 
vəziyyətə gətirir. Təşkiletmə funksiyası sistemin bütün elementləri arasında daimi və mütərəqqi 
əlaqələri müəyyən edir, onların fəaliyyətinin qaydalarını və şərtlərini müəyyənləşdirir. 
Təşkiletmə funksiyasının vəzifəsi 
istehsal
 və 
insan
 ehtiyatlarını elə qarşılıqlı əlaqəli sistemdə 
birləşdirməkdən ibarətdir ki, qarşıya qoyulan məqsədə səmərəli surətdə nail olmaq mümkün 
olsun. Plan tapşırıqlarının ritmik və nəzərdə tutulan həcmdə, vaxtında və keyfiyyətlə yerinə 
yetirilməsi idarəetmənin təşkiletmə funksiyasının başlıca məsələsidir. Dəqiq tərtib edilmiş plan 
müəssisənin məqsədinə nail olunması üçün zəruri olan işin detallaşdırılmış təsvirini verir. 
Növbəti məsələ isə işin plana uyğun təşkilinin təmin edilməsidir. Təşkilatın növbəti vəzifəsi isə 
işin plana müvafiq təşkil olunmasıdır. 
Hər hansı bir 
müəssisə

təşkilat
, firma işi təşkil edərkən onu 3 mərhələyə ayırırlar: I mərhələ işin 
bölüşdürülməsidir.Bu mərhələdə 
menecer
 bütün işi o qədər də böyük olmayan tərkib hissələrinə 
parçalayır.Burada hər bir işçinin öz vəzifəsi olur. İşin həcmini müəyyən edərkən 
işçi
nin 
ixtisas
ını 
da nəzərə almaq lazımdır ki, işçilərdən biri işi çox və ya az yerinə yetirməsin. Təşkiletmənin II 
mərhələsi-məntiqi blokda vəzifələrin qruplaşdırılmasıdır. Firmada, təşkilatlarda iki və daha çox 
şəxsdən ibarət olan 
qrup
lar fəaliyyət göstərir və bu isə firma üçün daha effektli olur.Bir sıra 
kompaniyalarda qruplaşdırma funksional əlamət üzrə və digər əlamətlər üzrə formalaşdırılır. 
Təşkiletmənin III mərhələsi-işin kordinasiyasıdır.Kordinasiya münaqişələrin qarşısını 
almağa,onları tənzimləməyə və beləliklə də təşkilatın strukturunu (qurulu-şunu) 
möhkəmləndirməyə imkan verir. Kordinasiya 2 yerə ayrılır: 
1. Şaquli kordinasiya
2. Üfüqi kordinasiya 
Şaquli kordinasiya dedikdə-hesabat verən və tabeçilikdə olan işçilərə nəzarət edən menecerlər 
başa düşülür. Üfüqi idarəetmə isə-bir idarəetmə səviyyəsindəki 
əməkdaşların
 təmasını nəzərdə 
tutur. 

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin