Nəzarət funksiyası Nəzarət
–
təşkilat
ın öz məqsədlərinə çatmasının təmin edilməsi prosesidir. Nəzarət
prosesi
standart
lar qoyulmasından, faktiki əldə olunmuş nəticələrin bu standartlarla
ölçülməsindən və lazım gələrsə düzəlişlər aparılmasından ibarətdir. Əgər əldə olunan nəticələr
qoyulan standartlardan (norma və normativlərdən, tapşırıqlardan, layihələrdən və s.) qoyulmuş
həddən artıq fərqlənərsə, onda mütləq əlavə tədbirlər görülməsi üçün
qərar
qəbul edilməli və
həyata keçirilməlidir. Deməli, nəzarət qarşıya çıxan
problem
lərin aşkar edilməsi və həll edilməsi
üçün vacibdir. Nəzarət, həmçinin uğurlu fəaliyyət üçün işçilərin stimullaşdırılması və ya əksinə,
uğursuz fəaliyyət üçün onların cəzalandırılması üçün də istifadə oluna bilər.
Nəzarətin üç əsas növü vardır: ilkin, cari və yekun nəzarət. İlkin nəzarət ona görə belə adlanır ki,
o faktiki olaraq işlər başlayana qədər həyata keçirilir. İlkin nəzarət, adətən müəyyən
siyasət
, üsul
və
qayda
lar formasında həyata keçirilir (standartlar hazırlanır,
layihələr
təsdiqlənir, norma və
normativlər müəyyənləşdirilir və s.). İlkin nəzarət, hər şeydən əvvəl əmək, material
və
maliyyə
ehtiyatlarının görüləcək işlərlə mütənasib olaraq təşkil edilməsi imkanlarını
dəqiqləşdirmək üçün tətbiq edilir. Cari nəzarət artıq işin getdiyi müddətdə və adətən fəhlənin
işinə rəislər tərəfindən nəzarət formasında həyata keçirilir. Cari nəzarət həm texnoloji proseslərə,
həm də işçi personala şamil edilir. Yekun nəzarət iş qurtardıqdan sonra və ya ona ayrılan vaxt
qurtarandan sonra baş verir. Nəzarət prosesi üç mərhələdən ibarətdir.
Standartlar qoyulması
Əldə olunan nəticələrin qoyulan standartlarla müqayisə
Nəticələrin qiymətləndirilməsi
Marketinq funksiyası Marketinq
bir elm kimi keçən əsrin əvvəllərində formalaşmağa başlamışdır. Marketinq sözü
ingilis dilində ―market sözündən yaranmışdır və mənası ―
bazar
deməkdir. Marketinq –
idarəetmə
funksiyası olmaqla bazarda
tələb – təklif
münasibətlərini araşdırmaq və bu
münasibətlərdən doğan zəruri istehsalı aydınlaşdırmaq, istehsalın həyata keçirilməsini təmin
etmək, hazır məhsulun satışını həyata keçirmək, son nəticə olaraq gəlir əldə edilməsinə və
tələbatların ödənilməsinə yönəldilmiş fəaliyyət formasıdır. Marketinq bir əməliyyat kimi
istehsaldan qabaqki proseslərdə xammalın alınması, avadanlıqların əldə edilməsi, kadrların
hazırlanması, enerji və təchizat məsələlərinin həll olunması ilə yanaşı istehsaldan sonrakı
mübadilə proseslərində satışın təşkili,
əmtəə
lərin
reklam
olunması, servis xidmətlərinin təşkili və
s. kimi proseslərdə iştirak etməklə müəssisənin strateji planlaşdırma məsələlərini də təmin edir.
Marketinqin əsas funksiyası tələb – təklif münasibətlərini araşdırmaqla yanaşı, real bazar üçün
hansı məhsulun nə qədər və hansı qiymətə çıxarılmasını təmin etmək, eyni zamanda tələbata
uyğun
məhsul
istehsalını təşkil etmək üçün tövsiyələr verməkdir. Marketinq xidməti, istehsaldan
əvvəl və sonrakı bütün amilləri nəzərə almaqla, eyni zamanda təbii mühit və sosial mühit
amillərini də mütləq nəzərə almalıdır.
Mövzu№ 8.Sahibkarların kredit təşkilatları ilə qarşılıqlı fəaliyyəti.
Plan:
4. Kredit təşkilatları və onların növləri.
5. Sahibkarlara verilən kreditlərin növləri və formaları.
6. Kreditin sahibkarlıq fəaliyyətinin formalaşdırılmasında