Ġxtisas: MÜhasibat üÇotu fənnin adi : sahibkarliğin əsaslari fənn müƏllimii: HƏbibi həbib məMMƏd o



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə62/79
tarix23.11.2022
ölçüsü1,06 Mb.
#70118
növüDərs
1   ...   58   59   60   61   62   63   64   65   ...   79
Sahibkarlığın əsasları-q (Mühazirələr)

Nəzarət funksiyası 
Nəzarət
 – 
təşkilat
ın öz məqsədlərinə çatmasının təmin edilməsi prosesidir. Nəzarət 
prosesi 
standart
lar qoyulmasından, faktiki əldə olunmuş nəticələrin bu standartlarla 
ölçülməsindən və lazım gələrsə düzəlişlər aparılmasından ibarətdir. Əgər əldə olunan nəticələr 
qoyulan standartlardan (norma və normativlərdən, tapşırıqlardan, layihələrdən və s.) qoyulmuş 
həddən artıq fərqlənərsə, onda mütləq əlavə tədbirlər görülməsi üçün 
qərar
 qəbul edilməli və 
həyata keçirilməlidir. Deməli, nəzarət qarşıya çıxan 
problem
lərin aşkar edilməsi və həll edilməsi 
üçün vacibdir. Nəzarət, həmçinin uğurlu fəaliyyət üçün işçilərin stimullaşdırılması və ya əksinə, 
uğursuz fəaliyyət üçün onların cəzalandırılması üçün də istifadə oluna bilər. 
Nəzarətin üç əsas növü vardır: ilkin, cari və yekun nəzarət. İlkin nəzarət ona görə belə adlanır ki, 
o faktiki olaraq işlər başlayana qədər həyata keçirilir. İlkin nəzarət, adətən müəyyən 
siyasət
, üsul 
və 
qayda
lar formasında həyata keçirilir (standartlar hazırlanır, 
layihələr
 təsdiqlənir, norma və 
normativlər müəyyənləşdirilir və s.). İlkin nəzarət, hər şeydən əvvəl əmək, material 
və 
maliyyə
 ehtiyatlarının görüləcək işlərlə mütənasib olaraq təşkil edilməsi imkanlarını 
dəqiqləşdirmək üçün tətbiq edilir. Cari nəzarət artıq işin getdiyi müddətdə və adətən fəhlənin 
işinə rəislər tərəfindən nəzarət formasında həyata keçirilir. Cari nəzarət həm texnoloji proseslərə, 
həm də işçi personala şamil edilir. Yekun nəzarət iş qurtardıqdan sonra və ya ona ayrılan vaxt 
qurtarandan sonra baş verir. Nəzarət prosesi üç mərhələdən ibarətdir. 

Standartlar qoyulması 

Əldə olunan nəticələrin qoyulan standartlarla müqayisə 

Nəticələrin qiymətləndirilməsi 
Marketinq funksiyası 
Marketinq
 bir elm kimi keçən əsrin əvvəllərində formalaşmağa başlamışdır. Marketinq sözü 
ingilis dilində ―market sözündən yaranmışdır və mənası ―
bazar
 deməkdir. Marketinq –
 
idarəetmə
 funksiyası olmaqla bazarda 
tələb – təklif
 münasibətlərini araşdırmaq və bu 
münasibətlərdən doğan zəruri istehsalı aydınlaşdırmaq, istehsalın həyata keçirilməsini təmin 
etmək, hazır məhsulun satışını həyata keçirmək, son nəticə olaraq gəlir əldə edilməsinə və 
tələbatların ödənilməsinə yönəldilmiş fəaliyyət formasıdır. Marketinq bir əməliyyat kimi 
istehsaldan qabaqki proseslərdə xammalın alınması, avadanlıqların əldə edilməsi, kadrların 
hazırlanması, enerji və təchizat məsələlərinin həll olunması ilə yanaşı istehsaldan sonrakı 
mübadilə proseslərində satışın təşkili, 
əmtəə
lərin 
reklam
 olunması, servis xidmətlərinin təşkili və 
s. kimi proseslərdə iştirak etməklə müəssisənin strateji planlaşdırma məsələlərini də təmin edir. 
Marketinqin əsas funksiyası tələb – təklif münasibətlərini araşdırmaqla yanaşı, real bazar üçün 
hansı məhsulun nə qədər və hansı qiymətə çıxarılmasını təmin etmək, eyni zamanda tələbata 
uyğun 
məhsul
 istehsalını təşkil etmək üçün tövsiyələr verməkdir. Marketinq xidməti, istehsaldan 
əvvəl və sonrakı bütün amilləri nəzərə almaqla, eyni zamanda təbii mühit və sosial mühit 
amillərini də mütləq nəzərə almalıdır. 
Mövzu№ 8.Sahibkarların kredit təşkilatları ilə qarşılıqlı fəaliyyəti. 
Plan:
4. Kredit təşkilatları və onların növləri. 
5. Sahibkarlara verilən kreditlərin növləri və formaları. 
6. Kreditin sahibkarlıq fəaliyyətinin formalaşdırılmasında

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin