amillərlə müəyyən olunur. Məsələn, keçən əsrin 90-jı illərində bir barrel neftin qiyməti 8-9
dollara bərabər olmuşdur. Bu dövrdə inkişaf
etməkdə olan ölkələrdə bütün əmtəəlik xammalların qiy-mətləri kəskin surətdə aşağı düşmüş,
inkişaf etmiş ölkələrdə isə elmtutumlu əmtəələrin qiymətləri 1,5 dəfə yüksəlmişdir. Odur ki,
ABŞ 8 il (1992-2000-ji illər) ərzində öz iqtisadiy-yatının inflyasiyasız inkişafına demək olar ki,
dünyanın di-gər ölkələrinin təbii ehtiyatlarından «pulsuz» istifadə etməsi sayəsində nail
olmuşdur. Digər inkişaf etmiş ölkələrdə də bu yoldan istifadə edilmişdir. Dolların hamı
tərəfindən ümumi tədiyə vasitəsi kimi qəbul olunması, ona etibar edilməsi bütün dünyada
ABġ üçün çox böyük üstünlüklər yaradır. Dolların emissiyasına nəzarət etmək imkanı ABŞ-ın
iqtisadi güjünün əsaslarından biridir. Bunun nətijəsidir ki, ABŞ ən yüksək «iqtisadi azadlıq
indeksi»nə malikdir və bazarda gedən pro-seslərə ən az müdaxilə edən ölkələr sırasına başçılıq
edir.
Dövlətin tənzimləmə fəaliyyətinin səmərəliliyini iki jəhətdən qiymətləndirmək olar. Bunlardan
biri onun milli mənafelərin ifadəçisi və sosial-iqtisadi proseslərin tənzimlə-yijisi, digəri isə
bazarın ən böyük mülkiyyətçisi və subyekti kimi çıxış etməsidir. Bunların hər birində müxtəlif
qiymət-ləndirmə meyarlarından istifadə olunur. Bu meyarlara nətijə etibarilə əhalinin rifahının
yüksəlməsinə imkan verən məhsuldar qüvvələrin inkişafı, fikrimizi bir qədər də kon-
kretləşdirsək istehsalda tənəzzülün baş verməsi (iqtisadi ar-tımın olmaması), iqtisadiyyatın və
sosial proseslərin idarə olunmasının nəzarətdən çıxması aiddir. Səmərəlilik meyar-larına
həmçinin istehsalın səmərəliliyinin yüksəlməsi (əmək məhsuldarlıgının yüksəlməsi, ehtiyatlara
qənaət edilməsi və i.a.) aid edilir. Son dövrlərdə iqtisadi təhlükəsizliyin, xüsusilə də onun
təmin olunması ilə əlaqədar dövlətin öz vəzifələrini yerinə yetirməsinin vajibliyinin artması
da buraya aid edilir.
Bunları nəzərə almaqla, dövlət tərəfindən tənzim-ləmənin səmərəliliyini aşağıdakı əsas
meyarlardan istifadə etməklə qiymətləndirmək olar:
-proqnozlaşdırılan göstərijilərlə faktiki göstərijilərin müqayisə edilməsi;
-beynəlxalq müqayisədən istifadə olunması;
-ölkənin iqtisadi təhlükəsizliyinə qiymət vermək üçün faktiki və optimal həddin müqayisə
edilməsi.
Dostları ilə paylaş: |