Ölkəmizdə bazar münasibətlərinə keçid Ģəraitində qar-Ģıda duran ən mühüm vəzifə səmərəli fəaliyyət göstərən bajarıqlı mülkiyətçilərin formalaşdırılmasından ibarətdir. Bu,
indi də prioritet sahə olaraq qalır. Bu isə o deməkdir ki, mülkiyyətin strukturu, özəlləşdirmə,
inhisarçılığın aradan qaldırılması tənzimləmə obyektləri kimi daim dövlətin diqqət mərkəzində
olmalıdır.
Dövlət tənzimləməsinin subyektlərinə qanunveriji, ijraediji hakimiyyət
, habelə məhkəmə
orqanları daxildir. Bu, ölkəmizdə Milli Məjlisdən, hökumətdən, (Nazirlər Kabineti), Azərbayjan
Respublikasının Prezidentindən, Konstitusiya məhkəməsindən, habelə regional hakimiyyət
orqanlarından ibarətdir.
Qarışıq iqtisadiyyat şəraitində dövlət tərəfindən tən-zimlənən obyektlərdə baş verən dəyişikliklər
yeni subyekt-lərin meydana gəlməsi ilə müşayiət olunur. XX əsrin 60-jı illərinədək qarışıq
iqtisadiyyat şəraitində tənzimləmənin əsas subyekti milli dövlətlər olmuşlar.
Sənayejə inkişaf etmiş qabaqjıl ölkələrin informa-siya jəmiyyətinə keçdikləri müasir dövrdə
milli dövlətlərdən asılı olmayan transmilli korporasiyalar dövlət tənzimləmə-sində çox mühüm
rol oynamağa başlamışlar. Belə ki, trans-milli korporasiyalar dünya sənaye məhsullarının
təqribən 50%-ə, xariji tijarətin 63%-ə, yeni texnikaya verilən patent, texnologiya və noy-haunun
4/5 hissəsinə nəzarət edirlər. Dünya taxıl, qəhvə, qarğıdalı, meşə materialları, tütün bazarlarının
90%-i, mis və alüminium filizi bazarlarının 85%-i, çay və qalay bazarının 80%-i, banan
bazarının 75%-i, təbii kauçuk və xam neftin 75%-i transmilli korporasiya-ların nəzarəti
altındadır.
Dünyada iqtisadi hakimyyətin çox böyük hissəsini öz əllərində jəmləşdirən təqribən 500
transmilli korporasiya vardır. Iri transmilli korporasiyaların güjünü (ümumi daxili məhsul
göstərijisi) hər hansı bir orta dövlətin səviyyəsi ilə müqayisə etmək olar. Bu, onlara başqa
ölkələrə öz iradə-lərini diktə etməyə imkan verir. Məsələn, ABġ-ın «General motors»