Ġxtisas: MÜhasibat üÇotu fənnin adi : sahibkarliğin əsaslari fənn müƏllimii: HƏbibi həbib məMMƏd o


Dünyada mövjud olan iqtisadi sistemlərin hamısı demək olar ki, qarıĢıq sistemlərdir



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə75/79
tarix23.11.2022
ölçüsü1,06 Mb.
#70118
növüDərs
1   ...   71   72   73   74   75   76   77   78   79
Sahibkarlığın əsasları-q (Mühazirələr)

Dünyada mövjud olan iqtisadi sistemlərin hamısı demək olar ki, qarıĢıq sistemlərdir və bir 
sıra vəzifələr bazar sistemi ilə dövlət arasında bölünmüşdür. Bunu belə bir statistik məlumatdan 
görmək olar ki, hazırda milli məh-sulun 80%-ə qədəri bazar sisteminin, 20%-i isə dövlətin 
payına düşür. Bununla yanaşı, dövlət istehsalı maliyyələş-dirməklə bərabər, iqtisadiyyatın xüsusi 
bölməsində yaradı-lan gəlirləri yenidən bölmək məqsədilə bir sıra sosial sığorta və sosial təminat 
proqramlarını da həyata keçirir. Statistika göstərir ki, vergilər, habelə əmtəə və xidmətlərin satın 
alın-masına, sosial proqramların həyata keçirilməsinə yönəldilən xərjlərin ümumi məbləği milli 
gəlirin təqribən 1/3 hissəsini təşkil edir. Nəhayət ətraf mühitin mühafizəsi, sağlamlığın 
qorunması, istehlakçıların təhlükəli məhsullardan müdafiəsi ilə əlaqədar olan çoxsaylı tədbirlər, 
habelə müəyyən sahələrdə qiymətlərin formalaşması təjrübəsinə nəzarətin təmin edilməsi və s. 
əslində dövləti iqtisadi fəaliyyətin bütün sahələrində «görünməyə» sövq edir. 
Ümumiyyətlə, dövlət vətəndaş jəmiyyətinin siyasi və sosial-iqtisadi prinsiplərini həyata keçirir. 
O, makroiqtisadi bazar proseslərinin formalaşmasında fəal iştirak edir. Bunlara uyğun 
olaraq qarıĢıq iqtisadiyyat Ģəraitində dövlətin əsas funksiyalarına aĢağıdakılar aiddir: 

Iqtisadi qərarların qəbul edilməsi üçün hüquqi ba-zanın yaradılması. Dövlət, dövlətə 
məxsus olan və xüsusi müəssisələrin fəaliyyətini tənzimləyən qanunları işləyib 
hazırlayır 
və qəbul edir
, vətəndaşların hüquq və vəzifələrini müəyyənləşdirir; 

Iqtisadiyyatın sabitləşdirilməsi. Dövlət istehsalın azalması meylinin qarşısının alınması, 
inflyasiyanın azaldıl-ması və işsizliyin səviyyəsinin aşağı salınması, milli valyu-tanın 
sabitliyinin təmin olunması üçün büdjə-vergi və pul- kredit siyasətindən istifadə edir; 

Bazar mexanizmi imkan vermədiyi hallarda makro-iqtisadi və struktur tarazlığın qorunub 
saxlanması; 

Inkişaf strategiyasının işlənib hazırlanması, əlverişli investisiya və sahibkarlıq, habelə 
milli strategiyanın məqsə-di və reallaşdırılması vasitələri də daxil olmaqla iqtisadiy-yatın 
səmərəli fəaliyyət göstərməsinin təmin olunmasında çox mühüm rol oynayan sosial 
mühitin formalaşdırılması; 

Resursların düzgün bölüşdürülməsi. Dövlət, xüsusi müəssisələrdə istehsal olunmayan 
əmtəə və xidmətlərin iste-hsalını təşkil edir; kənd təsərrüfatının, rabitənin, nəqliyyatın 
inkişaf etdirilməsi üçün şərait yaradır; ölkənin müdafiəsi və elmin inkişafı ilə əlaqədar 
xərjləri müəyyən edir, təhsilin səviyyəsinin inkişaf proqramlarını formalaşdırır və həyata 
keçirir; 

Əhalinin sosial müdafiəsi və sosial təminatı. Dövlət, əmək haqqının, yaşa və əlilliyə görə 
pensiyaların, işsizliyə görə müavinətlərin, aztəminatlı ailələrə müxtəlif növ yar-dımların 
minumum məbləğini müəyyən edir və ona təminat verir; 

Xariji aləmdə milli biznesin qorunub saxlanması. Dövlət, qloballaşma şəraitində ölkə 


iqtisadiyyatının rəqabət qabiliyyətini yüksəltmək məqsədilə milli biznesin fəaliyyə-tini 
əlaqələndirir; 

Ölkənin iqtisadi təhlükəsizliyinin təmin ebilməsi. Dövlət ölkənin iqtisadi təhlükəsizliyini 
təmin etmək üçün konkret tədbirlər görür, hər jür təhlükəli və qeyri-sabitlik amillərinin 
aradan qaldırılması ilə mübarizə aparır; 

Ölkənin müdafiə qabiliyyətinin lazımi səviyyədə sax-lanması. 
Dövlətin ümumi funksiyaları ilə yanaşı, iqtisadiy-yatın konkret sahələri və ölkənin regionlarının 
tənzimlən-məsi ilə əlaqədar funksiyaları da vardır. 
Dövlətin tənzimləmə funksiyaları onun həyata keçirdiyi sosial-iqtisadi siyasətin məqsədləri ilə 
müəyyən edilir. Hər bir inkişaf dövrünün - qısa, orta və uzun müd-dətli dövrlər–xüsusiyyətləri 
nəzərə alınmaqla konkret məq-səd müəyyən olunur. 

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin