2. SAHIBKARLARA VERILƏN KREDITLƏRIN NÖVLƏRI VƏ FORMALARI. Kredit-suda kapitalının, yəni borca verilmiş pul kapitalının hərəkət formasını təcəssüm etdirir.
Daha dəqiq desəm, kredit-qaytarılmaqlıq və % ödəmək şərtləri əsasında borca verilmiş pul
kapitalının hərəkətidir. Kredit pul kapitalının borc kapitalına çevirilməsini təmin edir və borc
alanla, borc verən arasında münasibətləri ifadə edir. Kredit dövranın, özəl bölmənin,
müəssisələrin sərbəst pul vəsaitlərini cəmləşdirir və müəyyən haqq müqabilində müvəqqəti
istifadəyə verilir.
Kreditin formaları
Kreditin təsnifatı bir neçə mühüm əlamətə görə aparılır. Bu əlamətlərə borc alanın və borc
verənin kateqoriyaları, kreditin verilməsi forması aid ola bilər. Kreditin aşağıdakı formaları var:
1. Bank krediti – bu ən geniş yayılmış formadır. Müvafiq əməliyyatları aparmaq üçün xüsusi
lisenziyası olan, yalnız ixtisaslaşdırılmış təşkilatlar verə bilər. Borc alan rolunda yalnız hüquqi
şəxslər çıxış edə bilər. Kreditin bu formasından gəlir, orta % dərəcə normaları və kreditin şərtləri
əsasında tərəflər arasında bağlanmış müqavilədə göstərilən % şəklində əldə olunur.
2. Dövlət krediti – müxtəlif səviyyəli icra hakimiyyəti orqanları şəxsində dövlətin iştirakı
kreditin bu formasının əks əlamətidir. Kreditor funksinaı icra etməklə, dövlət arasındakı
istiqamətləri kreditləşdirir:
– büdcədən maliyyələşmə imkanları tükənmişsə və konyuktur xarakterli faktorların mövcudluğu,
kommersiya banklarının kreditinin cəlb olunmasına imkan vermirsə, maliyyə resurslarının xüsusi
ehtiyac
sahələrinin
kreditləşdirilməsi;
– banklararası kreditlər bazarında kreditlərin auksion və ya birbaşa satışı prosesində maliyyə
resurslarına xüsusi ehtiyac duyan kommersiya banklarının kreditləşdirilməsi forması-bu
formanın digər formalardan fərqləndirici cəhəti borc alan rolunda dövlətin özünün iştirakıdır.